Sağlığında ölməzlik qazanan ustad
Aşıq Ələsgər Tağıyev. Bu ad Azərbzycanda, Türkiyədə,
İranda və digər türkdilli dövlətlərdə çox
tanımış simalardan
biridir. Bu günlərdə dünyasını
dəyişən böyük
saz-söz korifeyimizin itkisi qəlbimi parçaladı. Hər kəs
üşün əziz
olan bu xalq
nəğməkarı hərişə
anılacaq, yada salınacaq, bir ustad kimi əbədi
olaraq yaddaşlarda qalacaq. Hər dəfə yolum
Tovuza düşəndə
onunla həmsöhbət
olardım. Sazdan-sözdən danışardıq. Ətrafımıza
onlarla adam
toplaşaraq bu ciddi kişinin baməzə söhbətinə
qulaq asardı.
Yaddaşında saysız-hesabsız xalq dastanları məskən salmışdı. Böyük ustadlardan danışardı. Sinəsi xatirələrlə zəngin olan əziz dostumla hər görüşüm unudulmaz olurdu. İndi bütün bunlar keçmişdə qaldı. Artıq məni Əkbərin, İmranın, Azaflının və adını çəkmədiyim ruhu şadlar kimi, Aşıq Ələsgər Tağıyevin məzarının ziyarəti gözləyir. Bu göynədici dost itkilərini göz yaşımla, böyük ağrı-acı ilə yaşayıram.
Aşıq Ələsgər Tağıyev haqqında dəfələrlə elmi-publisistik məqalələrlə mətbuatda, kitablarda, böyük konsert salonlarında çıxışlar etmişəm. İlk dəfə ADF-də onun 60 illik yubileyini mən keçirmişəm. Heydər Əliyev Sarayında və digər konsert salonlarında qoşa oxumuşuq. Onun insani keyfiyyəti və sənətkarlıq xüsusiyyətləri haqqında fikirlər söyləmişəm.
Ələsgər Mikayıl oğlu Tağıyev 1930-cu ildə Tovuz rayonunun Bozalqanlı kəndində sənətkar ailəsində anadan olub. Kiçik yaşlarından atası Mikayılın, qonşuları aşıq Hüseyn Dəmirçinin sənətinə vurğun olub. Aşıq sənətini elə aşıq Hüseyn Dəmirçidən öyrənib. Sonralar isə bu sənətdə Aşıq Əkbərdən də bəhrələnib. Olduqca zil və şaqraq səsi ilə hər kəsi özünə valeh edən bu qüdrətli sənətkarın sorağı dövlət tədbirlərindən, el məclislərindən gəlməyə başlayıb. O, Göyçədə, Borçalıda, Qazaxda, Tovuzda, Bakıda və Azərbaycanın digər rayon və kəndlərində arzulu toyların həqiqi bülbülünə çevrilmişdir. El arasında insanlığına, kamil sənətkarlığına, baməzəliyinə görə də fərqlənmişdir. Yaşının ən müdrik çağında kimsə onunla “Cəngi”, “Misri”, “Heydəri”, “Çoban bayatısı” və digər havaları oxumağa cəsarət etməzdi. Məhz bunu görən ən nüfuzlu alimlərimiz, şairlərimiz, aşıqlarımız haqlı olaraq onun haqqında yüksək fikirlər söyləmişlər. Bunlardan Osman Sarıvəlli, Hüseyn Arif, aşıq Mirzə Bayramov, Mikayıl Azaflı, Zəlimxan Yaqub, Xəlil Rza, Telman Tovuzlu, Əkbər Çəfərov, İmran Həsənov, Qəmbər.
Aşıq Ələsgər Tağıyev Moskvada, Bakıda, Gəncədə keçirilən xalq yaradıcılığı festivallarında yüksək mükafatlara, diplomlara, medallara və fəxri fərmanlara layiq görülmüşdü. Əslində bunları o özü qazanmışdır. Təəssüflər olsun ki, belə bir sənətkara dövlət tərəfindən fəxri ad verilmədi. Söz düşəndə deyirdi ki, mənə xalqımın verdiyi ad kifayət edər, zınqrovlu ada ehtiyacım yoxdur. Allah şahiddir ki, bu kişi həqiqətən ozan və kişi ömrü yaşadı. Toylara insanları yola verməyə getmədi. Coşanda Koroğlulaşdı, qəmlənəndə Kərəmləşdi, danışanda tutiləşdi. Bəzən salonlarda söylədiyi bir lətifəni “adlı” gülüş ustalarımız artistləri söyləyə bilmirdi. Ardı-arası kəsilməyən sürəkli alqışlar onun əzəmətli sənətkarlığının təsdiqi idi. Aşıq Ələsgər əyilməz, vüqarlı olduğu qədər də sadə, mehriban, səxavətli idi. Heç zaman öz varını, pulunu gizlətməzdi. Aşıqlar içərisində onun qədər zəhmətə qatlaşan digərini görmədim. Bütün övladlarını ali məktəblərdə oxutdurdu. İndi övlaları da fəxrlə atalarının adını uca tuturlar.
Aşıq Ələsgər Tağıyev bir çox kitablar müəllifidir. O, şeirin müxtəlif janrlarında yazıb-yaradıb. Bu gün yüzlərlə şeiri aşıqların, müğənnilərin ifasında səsləndirilir. Onu da qeyd edim ki, o, məclislərdə özündən yox, klassiklərdən oxumağı sevərdi. Bir dəfə ona dedim ki, ay ustad, arada öz sözlərindən də oxu. Qayıtdı, ay Məhərrəm, Hüseyn Bozalqanlıdan, Aşıq Alıdan, Aşıq Ələsgərdən, Qurbanidən, Abbas Tufarqanlıdan və adını çəkmədiklərimizdən nə vaxt doyunca oxudum ki, bir özümdən də oxuyam.
Əlbəttə, o, təvazökarlılığı ilə də seçilirdi. Ustad sənətkar kimi yetirmələri onun davamçılarıdır.
22 oktyabr 2014-cü il tarixdə ruhən bizlə, cismən haqqa qovuşan əziz dostum dünyasını dəyişdi. Aşıq Ələsgər Tağıyev tək bir evdən deyil, bir eldən getdi. Bircə təskinliyi onda tıpıram ki, o, ölməzliyini sağ ikən qazananlardan oldu. Onun şeirləri, səs yazıları, video lentləri, haqqında çəkilmiş sənədli film, kitabları dediklərimin təsdiqidir.
Allah rəhmət eləsin! Qəbri nurla dolsun! Amin!
Məhərrəm
Hüseynli,
aşıq, şair, publisist
Təzadlar.- 2014.- 30 oktyabr.- S.15.