Heykəllərin şəhər mühitində rolu

 

Azərbaycanın çox sahəli müasir təsviri sənətinin yeni peşəkar növlərindən sayılan heykəltəraşlıq özünəməxsuz inkişaf yolu keçmişdir. Heykəltəraşlığımız monumental təbliğat planının həyata keçirilməsi prosesində yaranıb boya-başa çatmış və misilsiz naliyyətlər qazanmışdır. Azərbaycan heykəltəraşlığının yaradıcılıq uğurları, yaşlı, orta yaşlı və gənc nəsildən olan istedadlı tişə ustalarının faliyyəti ilə bağlıdır. Qabaqcıl dünya incəsənətinin təcrübəsindən faydalanaraq, milli və beynəlmiləl plastik sənətin ənənələrini davam etdirən heykəltəraşlarımızın monumental və dəzgah əsərləri müasirliknovatorluq duyğuları ilə səciyyələnir. Onların yaradıcılığında xalq həyatına dərin maraq, zamanın ictimaiestetik tələbləri ilə səsləşən yeni plastik formalara meyl aşkar şəkildə təzahür edir.

Müasir Azərbaycan heykəltəraşlığının inkişafı əsas etibari ilə XX əsrin 20-ci illərində başlamışdır. Bu illərdə yaradıcılığını Azərbaycana bağlamış bir sıra rus heykəltəraşlarının iştirakı ilə Bakıda ölməz şairimiz M.Ə.Sabirin, dramatuqumuz M.F.Axundovunbir çox başqa şəxslərin abidələri qoyulmuşdur. Heykəltəraşlardan Y.Tripolskayanın, S.Erziyanın dekorativ heykələri şəhərimizin memarlıq simasına yeni meyillər gətirirdi.

Ümumiyyətlə, 1920-40-cı illər Azərbaycanda heykəl yaradılması və onların yerləşdirilməsi işində bir çox qüsurlar olsa da, bu dövr heykəltəraşlıq tariximizdə çox mühüm dövr olmuşdur. ən azından ona görə ki, məhz bu dövrdə monumental heykəltəraşlıq sahəsində ilk addimlar atılmış və şəhər mühitində heykəl yerləştirilməsi sahəsində ilk təcrübələr aparılmışdır.

Artıq 1930-cu illərin sonlarından etibarən heykəltəraşlığımızda Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı kimi milli kadırlar özlərini birüzə verməyə başlayırlar. Onların hər ikisinin adları plastik sənət ustalarının sırasında çəkilir. F.Əbdürrəhmanovun və C.Qaryağdının yaratdıqları əsərlər bu günöz aktuallığını itirməyib və şəhərimizin memarlığına xüsusi bir gözəllik bəxş edir.

1950-60-cı illərdə Azərbaycan heykəltəraşlarının sıraları yeni yaradıcı qüvvələrlə zənginləşir. Bu illərdə monumental heykəltəraşlıqda bir sıra problemlərin həllinə təzə əhəmiyyətli yeniliklər gətirən orta yaşlı nəsilin istedadlı heykəltəraşlarından, Rusiyanın ali məktəblərində təhsil almış Tokay Məmmədov, Ömər Eldarov, Həyat Abdullayeva, Mirəli Mirqasımov, İbrahim Zeynalovs. xüsusilə seçilirlər. Bu sənətkarların yaratdıqları əsərlərdə o dövürün heykəltəraşlığının ümumi inkişafı üçün xarakterik olan bədii axtarışlar hiss olunur. Bu əsərlər həm də ciddi estetik və tərbiyəvi əhəmiyyət kəsb edir.

Bu illər hə də onunla xarakterizə olunur ki, məhz bu dövürdən etibarən Azərbaycan heykəltəraşlarının əsərləri respublikamızın hüdüdlarından kənarda da şöhrət qazanır. Onların yaratdıqları heykəltəraşlıq əsərləri keçmiş ittifaqın bir çox şəhərlərində ucaldılır və həmin şəhərlərin simasına bir gözəllik bəxş edir.

1970-80-cı illərdə respublikamızın paytaxtı Bakı şəhərində və digər şəhər, rayon, qəsəbələrimizdə ucaldılmış monumental heykəllər bir çox cəhətdən heykəltəraşlığımızın inkişafına zəmin yaratmaqla bərabər, eyni zamanda şəhər və rayonlarımızın memarlıq baxımından zənginləşməsinə səbəb olmuşdur. Lakin bu dövürdə heykəllərin yerləştirilməsi sahəsində bir sıra nöqsanlar da olmuşdur. Məsələn, Bakı şəhərindəki mikrayonların, yeni yaşayış massivlərinin, Sumqayıt,Mingəçevir kimi gənc salınmış şəhərlərin bədii tərtibatında ideya-bədii tələblər nəzərə alınmamışdır. Respublikamızda heykəllərin ancaq şəhər mərkəzində yerləşdirilməsi demək olar ki, qanuni hal almışdır. Yeni mikrayonlarda, yaşayış sahələrində heykəltəraşlıq əsərlərinə geniş yer verilməmiş, bu sahənin inkişafına diqqət yetirilməmişdir.

Bundan əlavə bir çox heykəllər yerləştirilərkən onların ətraf mühitlə, memarlıqla əlaqəsi nəzərə alınmamışdır. Bunlardan yuxarıda qeyd etdiyimiz Nərman Nərmanovun (C.Qaryağdı), Nəsiminin (T.Məmmədov,İ.Zeynalov) Azad qadın (F.Əbdürrəhmanov) heykəllərini göstərmək olar. Nərmanovun onsuzda narahat yerləştirilmiş heykəlinin ətrafında son dövürlərdə aparılan tikinti işləri abidənin mənzərəsini tamamilə pozmuş, ona sanki lazımsızlıq görkəmi vermişdir. Müəllifi F.Əbdürrəhmanov olan Azad qadın heykəli yerləştirildiyi məkanla ilkin dövürlərdə gözəl uyarlıq təşkil etsə də, sonradan abidənin arxasında heykəl üçün fon rolunu oynayan binanın tikilməsi bu abidənin görnüşünə böyük xələ gətirmişdir. Bina tikildikdən sonra abidə sanki gözə görünməz olmuşdur. Böyük fəlsəfi şairimiz Nəsiminin heykəlidə müasir şəhərsalmanın qurbanı olmuşdur. Heykəlin ətrafında ucaldılan çox mərtəbəli göydələn abidə ilə heç bir sintez təşkil etməmişdir.

Bütün bunlar bir daha əyani surətdə sübut edir ki, memarlıqla heykəltəraşlıq bir vəhtət təşkil edironlar yalnız və yalnız bir-biri ilə uğurlu sintez edildikdə gözəl effekt verir. Monumental heykəltəraşlıq şəhərsalma problemi ilə sıx bağlıdır. Heykəlin qoyulması hər hansı bir sahənin memarlıq ansanblı ilə üzvi surətdə bağlı olmalı, şəhərin, rayonun, meydançanın, yaxud küçənin gözəlliyini artırmalı, onu daha yaraşıqlı göstərməlidir. Heykəltəraşlıqla memarlığın vəhdəti problemiburadan doğuriki sənətin bir-birini tamamlaması, zənginləştirməsi mühüm məsələ kimi qarşıya çıxır.

Heykəlin yerləşdirilməsi üsulları çoxdur. Onların ətraf mühitlə əlaqələndirmək formaları nə qədər müxtəlif olarsa, şəhərin ümumi mənzərəsi bir o qədər maraqlı və cazibədar görünər.

Müsair şəhərdə heykəltəraşlıq əsərinin rolundan danışarkən bir mühüm məsələni qədim abidələrin, köhnə heykəllərin qorunması və bərpa edilməsi məsələsini yaddan çıxarmaq olmaz. Ölkəmizdə heykəltəraşlıq məktəbinin yaranması və inkişafında vaxtilə Bakıda qoyulmuş heykəllər mühüm rol oynamışdır. Təsviri sənətimizin canlı tarixinə çevirilmiş bu heykəllərə qayğı ilə yanaşmaq lazımdır.

Bu gün paytaxtımızda yeni, müasir tələblərə cavab verən ictimaiinzibati binaların tikilməsi əlbəttə, sevindirici haldır. Amma yadda saxlamaq lazımdır ki, muvəffəqiyyətin yalnız bir açarı var, tikilən binanın memarlıqda yeri, rolu düzgün təyin edilməli, ətraf memarlığa uyğunlaştırılmalıdır. Bütün bu hallar hamı kimi məni də düşündürürnarahat edir. Şəhər mühutində heykəltəraşlıq abidələri çox böyük əhəmiyyət daşıyır. Insanların estetik təfəküründə böyük dəyişikliyə səbəb olan hal kimi yadda qalır. Bu nöqteyi nəzərdən yetişən gənc heykəltəraşlar bilavastə məhz şəhər mühiti üçün dəyərli sənət abidələri yaratmalıdırlar. Bu gün şəhərlərimizdə bağpark heykəltəraşlığı bir qədər ləng inkişaf edir. Azərbaycanın müxtəlif şəhərlərinə gedən zaman yalnız ayrı-ayrı heykələrə rast gəlinir. Bağlarda isə yalnız fantanlar mövcudur. XX əsrin ortalarında azneft dairəsində bir fantanda Bəhram Gur abidəsi ucaldılmışdır, bu gündə bu sənət nümunəsi öz orjinaliğını və şəhər mühitindəki yerini qoruyub saxlamışdır. Bəyər bu cür abidələrdən indidə düzəldə bilmirikmi?

Memarlıq və heykəltəraşlığın şəhər mühitindəki rolu, sintezi geniş əhatəlidir. Biz onun bir sıra məsələrindən söhbət açdıq, bəzi qüsurları göstərdik. Qarşıda duran əsas vəzifə heykəltəraşların memar şəhərsalanlarla sıx əməktaşlıq şəraitində işləyib, müasir monumental sənətin ən mühüm problemlərini həll etmələrindən ibarətdir.

Azad Sabir Zeynalov

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq” kafedrasının dosenti

Təzadlar.- 2014.- 30 oktyabr.- S.12.