11-ci Qızıl Ordunu
Azərbaycana kim gətirdi?
N.Nərimanov Leninə
yazdığı məktubunda 31 mart hadisələrini “milli
qırğın” adlandıraraq, siyasi, hüquqi qiymət
verıb
Tarixin
ağır sınaqlarını dəf edib, Azərbaycanın
bir ölkə kimi mövcud olmasında önəmli rol
oynamış siyasətçilər sırasında Nəriman
Nərimanovun adını çəkmək Azərbaycanı
ürəkdən sevən hər bir vicdan sahibi olan Azərbaycan
övladının vətandaşlıq borcudur...
N.Nərimanov
istər yazıçı-publisist kimi, istər Azərbaycan
xalqının maariflənməsi yolunda sərf etdiyi dəyərli
və gərgin zəhməti ilə, istərsə də
ölkənin ağır ictimai-siyasi dönəmlərində
əvəzsiz ictimai-siyasi fəaliyyətlərinə görə
Azərbaycanın yaxın tarixinin parlaq səhifələrində
özünə danılmaz və əbədi yer tutmuş,
ölməzlik qazanmış böyuk şəxsiyyətlərdən
olmuşdur.
O,
ictimai-siyasi fəaliyyətə Odessada, tələbəlik illərində
inqilabi hərəkata qoşulmaqla başlamışdır. İctimai-siyasi istedad və bacarığını
bütün dolğunluğu ilə ağır tarixi
sınaqlara sinə gərərək, Azərbaycanın öz
bütövlüyünü qoruyub-saxlamasına və
ictimai-siyası qarşıdurmaları cəsarətlə dəf
edib, ölkənin ayaqüstə mətanətlə
dayanıb, bir ölkə kimi yaşaya bilməsi prinsipinə
yönəltmişdi.
O dövr
Azərbaycan üçün olduqca ağır xaricı və
daxili sınaqlar, xaotik burulğanlar dövrü idi. Yeni hakimiyyətə gəlmiş Sovet Rusiyası
özünü humanist bir dövlət kimi qələmə
versə də, əslində işğalçılıq
niyyətlərini, xalqları əzmək siyasətini dönmədən
həyata keçirirdi. Həmin niyyətlərin
təzahürü idi ki, postsovet məkanında yerləşən
keçmiş sovet respublikalarını öz hakimıiyyəti
altına alıb, hüquqi və siyasi cəhətdən tam mənası
ilə özündən asılı hala salaraq, dünya ərazisinin
altıda birini təşkil edən sovetlər imperiyasını
yaratdı. Bununla kifayətlənməyib Qərbi
Avropa dövlətlərini öz nüfuz dairəsi altına
almaq xatirinə iradəsini müsəlman Şərqinə də
qəbul etdirmək, onu sosializm quruculuğu yoluna yönəltmək
üçün əlindən gələni əsirgəmədi.
Əfqanıstanda, Türküstanda, İraqda, İranda, habelə
Hindistanda sosializm quruculuğunu özünə dönülməz
məslək yolu seçmiş, bir dövlət kimi
nüfuzunu möhkəmləndirməyə can ataraq həmin
dövlətləri də sosializim quruculuğuna cəlb etməyə
hər vasitə ilə ciddi səylər göstərməyə
başladı.
Sövet Rusiyası yeni qurulmuş bir dövlət
olmasına baxmayaraq, 1-ci Dünya müharibəsi və Rusiyada
gedən vətəndaş müharibəsı cəbhələrində
böyük döyüş təcrübələri
qazanmış peşəkar orduya malik idi. 28 may 1918-ci ildə müstəqilliyini
elan edən ADR-sı milli Azərbaycan ordusunu yaratsa da, bu ordu
Rusiyanın ordusunun qarşısında duruş gətirməyə
qadir deyildi. AMC-tinın müttəfiqi
Osmanlı dövləti 1-ci Dünya savaşında Rusiyaya məğlub
olaraq öz qoşunlarını Azərbaycandan geri çəkdi.
Bununla da cümhuriyyət ordusu güclü
müttəfiqdən təcrid olundu.
28 aprel 1920-ci ildə Mikoyanın başçılıq
etdiyi Bakı bolşeviklərinin dəvəti, xüsusilə,
Əlheydər Qarayevin və Çingiz
İldırımın canfəşanlığı ilə
11-ci Qırmızı Ordu Azərbaycana gəldi. Bəzi
araşdırmaçılar Qırmızı Ordunu Bakıya
Nəriman Nərimanovun müşayiət edərək gətirdiyini
iddi etsələr də, bu iddiaların heç bir tarixi əsası
yoxdur. Əsası olub-olmasa da,
Qırmızı Ordunun Bakıya gəlməsi labüd idi.
Bu labüdlük Sovet Rusiyasının
doğurduğu işğalçılıq siyasətinin tərkib
hissəsi idi. Qırmızı Ordu Bakıya
yürüş edəndə Nərimanov Həştərxanda
idi. O, 1920-ci il mayın 16-da Bakıya gəldi.
Gəlişinin ilk günlərindən ordunun
özbaşnalıqlarını görüb
“Qırmızı Ordunun səlahiyyətlərinin
azaldılması haqqında” direktiv imzaladı. Direktivə əsasən, Nərimanovun icazəsi olmadan
ordunun Xüsusi Şöbəsi heç kimi güllələyə
bilməzdi.
Moskva SSRİ imperiyasını yaratmaq siyasətini
gerçəkləşdirərkən Azərbaycanı “Muxtar
Vilayət” kimi Rusiyanın tərkibinə daxil etmək məqsədini
güdürdü. N.Nərimanovun cəsarətli və
inadkar səyi nəticəsində Azərbaycanın müstəqil
respublika statusu ilə SSRİ-yə daxil olması baş tutdu.
1920-ci
ilin yayında Orconikidze MK-da belə bir məsələ
qaldırmışdı: “Azərbaycan Respublikası müstəqilmi
yaşamalı, yaxud Sovet Rusiyasının tərkibinəmi
daxil olmalıdır?”
MK üzvləri - Əlheydər Qarayev və Mirzə
Davud Hüseynov belə bir fikir irəli sürdülər ki,
bizə heç bir müstəqillik lazım deyil, biz Azərbaycanı
Rusiyanın tərkib hıssəsı kimi Rusiyaya birləşdirməliyik.
Nəriman
Nərimanovun fikri isə qəti və dəyişməz idi:
“Azərbaycan Pespublikası müstəqil olmalıdır”.
1918-ci il may ayının 27-də Tiflisdə Azərbaycan
Milli Şurası tərəfindən Azərbaycan Demokratk
Respublikası bəyan edildi. Fətəli Xan Xoyskinin
imzaladığı saziş əsasında İrəvan şəhəri
və İrəvan quberniyasının əraziləri ermənilərə
güzəştə gedildikdən sonra, 1918-ci il mayın 28-də
müstəqilliyini elan edən Azərbaycan Cümhuriyyətinin
ərazisi 99908,86 kv.km sahəni əhatə
edirdi. 13983,1 kv.km ərazi isə
“mübahisəli” ərazi kimi qəbul olunaraq
danışıqlar prosesində öz həllini tapması nəzərdə
tutulacaq ərazi kimi qeydə alınmışdı. Ermənistana
güzəştə gedilən İrəvan
quberniyasının 8913,17 kv.km ərazisınə
Yeni Bəyaizıd, İrəvan qəzasının 3/5-i,
Eçmiədzin qəzasının 1/4-i, Aleksandropol qəzasının
1/4-i də daxil edildi. Edilən güzəştlərdən
sonra ermənilər Azərbaycanın Naxçıvan, Zəngəzur,
Qarabağ ərazilərinin Ermənistana birləşdirilməsı
iddiası ilə çıxışlarını davam
etdirirdilər.
Azərbaycanın tarixi torpaqları günbəgün
artan sürətlə parçalanmağa məruz
qoyulmuşdu.
İrəvan quberniyası və neçə qəzalar,
Borçalı mahalında Lori və onun ətrafları respulika
statusu alması üçün Ermənistana, ətrafları
da daxil olmaqla Dərbənd şəhəri Rusiyaya,
Borçalı, Qarayazı, Sıqnax mahalları
Gürcüstanın tərkibinə verildi.
1918-1920-ci
illərdə iddialarına nail ola bilməyən
Ermənistan Azərbaycan Sovet Rusiyası tərəfindən
işğal olunduqdan sonra bolşeviklərin himayədarlığı
altında yeni ərazilərə yiyələnməyə nail
oldular.
1920-ci il aprelin 28-də Zəngəzurun böyük
hissəsi erməni qüvvələrinin nəzarəti
altında idi. Eləcə də Qarabağın
dağlıq hissəsinə ermənilərin hücumları
davam edirdi.
N.Nərimanovun
sədri olduğu Azərbaycan SSR-in Müvəqqəti
İnqilab Komitəsi 1920-ci il 30 apreldə
Ermənistana nota vedi. Notada Ermənistanın
öz qoşunlarını Zəngəzur və Qarabağdan
çıxarılması tələb olunurdu. Rusiya Ermənistana respublika statusu vermək və
sovetləşdirmək üçün Azərbaycan
torpaqlarının bir hissəsinin ona veriləcəyini vəd
etdi. Mikoyan Leninə yazırdı ki, Zəngəzurun
ermənilərə verilməsi erməni xalqının Sovet
hakimiyyətinə inamını artıra bilər. Zaqafqaziya üzrə fövqəladə və səlahiyyətli
şəxs Orconikidze də bu işə tam dəstək
verirdi. Rusiyanın xarici işlər naziri
Çiçerin 1920-ci ilin iyun ayında Orconikidzeyə
yazırdı ki, Ermənistanla kompromisə girmək
lazımdır.
1920-ci il
10 avqustda Rusiya K(b)P-nın Qafqaz Bürosu
Azərbaycanın bolşevik rəhbərliyinin
razılığı olmadan Naxçıvan, Şərur-Dərələyəz
bölgəsini Ermənistana vermək barədə qərar
çıxartdı. Qarabağ və Zəngəzur
isə Azərbaycanla Ermənistan arasında “mübahisəli”
ərazi elan olundu. Azərbaycan İnqilab
Komitəsinin sədri N.Nərimanov bu qərara qarşı
çıxaraq Leninə məktub yazdı. Nərimanov
yazırdı ki, mərkəzin çıxardığı qərar
Azərbaycan əhalısı arasında Rusiyaya və Sovet
hökumətinə inamı sarsıda bilər: “Zəngəzurun
və Qarabağın neytrallaşdırılması və
yaxud daşnaklara verilməsi xəyanət sayılacaqdır. Müsəlman kütlələr Sovet hakimiyyətinin
Azərbacanın ərazi bütövlüyünü
qorumamasını satqınlıq, ermənipərəstlik,
yaxud Sovet hakimiyyətinin zəifliyi hesab eəcəkdir.”
Lakin bu etirazın faktiki nəticəsi olmadı. Azərbaycanın
sovet rəhbərliyindəki ermənilər və ermənipərəst
ünsürlər güclü qüvvəyə malik idilər.
Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın
30-da keçirilən, tərkibinin əksəriyyətini;
Q.Orconikidze, Sarkis Ter-Danilyan, Y.Stasova, Q.Kaminski, Ə.Qarayev,
M.Hüseynov (Mirzoyanın ən yaxın dostu) kimi erməni və
ermənipərəst ünsürlər təşkil edən
AK(b)P MK-nın Siyasi və Təşkilat Bürosunun birgə
qəbul etdiyi qərarla qüvvəyə mindi.
N.Nərimanovun etirazlarının nəticəsi idi ki, Zəngəzurun
Ermənistana verilməsi rəsmən elan edilsə də, qəzanın
Ermənistanın idarəsinə keçməsi uzun müddət
ləngidilmişdi. AK(b)P-nın Siyasi və Təşkilat
Bürosunun 1921-ci il 12 yanvar tarixli iclasında: “Zəngəzurun
müsəlman hissəsinin inzibati cəhətdən təşkili
haqqında qərar çıxarıldı. Zəngəzur
Qərbi və Şərqi olaraq iki hissəyə
bölündü. Nəticədə, Zəngəzurun 47% Azərbaycana
qaytarıldı”.
Ermənistan, yuxarı Qarabağ haqqında iddialarını
hər vəchlə reallaşdırmağa
çalışırdı. 1921-ci il iyunun
19-da Ermənistanın MİK-nin bəyanatı ilə
Dağlıq Qarabağ Ermənistanın “ayrılmaz tərkib
hissəsi” elan olundu. 1921-ci il iyunun 27-də AK(b)P MK-nın Siyasi və Təşkilat
Bürosunun birgə iclasında Ermənistanın Yuxarı
Qarabağ iddiası rədd edildi. RK(b)P-nın
Qafqaz Bürosu1921-ci il 4 iyul tarixli plenumunda Dağlıq
Qarabağın Ermənistanın
tərkibinə daxil edilməsi haqqında qərar
çıxardı. Nərimanov bu qərara qəti etiraz etdi və
Moskvanı istefa ilə hədələdi. Moskvanın
sosialist inqilabını Şərqə doğru genişləndirmək
siyasətinə, Şərq xalqları arasında görkəmli
şəxsiyyət kimi yüksək nüfuza malik N.Nərimanov
kimi siyasi xadimin istefası Moskvanın sosializmi Şərqə
doğru genişləndirmək siyasətinə ağır zərbə
ola bilərdi.
N.Nərimanovun
etirazını nəzərə alaraq 1921-ci il
iyul ayının 5-də plenum Dağlıq Qarabağa
geniş “Vilayət Muxtariyyəti” statusu vermək şərtilə
Azərbaycan SSR-in tərkibində saxlamaq haqqında yeni qərar
verdi. N.Nərimanov bu qərara qarşı
çıxdı və bütün imkanlarını səfərbər
edərək mübarizəyə qalıxdı. Bu səbəbdən
qərarın icrası 2 il gecikdi. Nərimanovu
Moskvaya vəzifəyə gətirdilər və Azərbaycandan
uzaqlaşdırdılar.1923-cü ilin 7 dekabrında Azərbaycan
MİK-si “Dağlıq Qarabağ haqqında dekret” verdi və Azərbaycan dövləti tərkibində,
mərkəzi Şuşa olmaqla, Dağlıq Qarabağ Muxtar
vilayəti yaradıldı.
1917-ci ildə S.Şaumyanın rəhbərliyi
altında bolşevik-daşnak qüvvələri Bakıda
hakimiyyəti ələ keçirdikdən sonra türk-müsəlman
milli qüvələrinə qarşı S. Şaumyanın rəhbərliyi
ilə bolşevik-daşnak qüvvələrinin həyata
keçirdiyi milli düşmənçilik siyasətinin
qarşısını almağa N.Nərimanov var gücü
ilə çalışmışdır. O, Azərbaycan əhalisinə
qarşı 1918-ci il 31 mart
soyqırımını dayandırmaq üçün
S.Şaumyana və Caparidzeyə müraciət etmiş,
onları müsəlman sosialistləri ilə
danışıqlara dəvət etmişdir.
N.Nərimanov Leninə yazdığı məktubunda 31
mart hadisələrini “milli qırğın” adlandıraraq,
siyasi, hüquqi qiymət verıb. Şaumyanı
daşnak adlandıraraq kəskin tənqid edib və milli
qırğının təşkilatçısı kimi
ittihamlandırıb. 1918-ci il
martın axırlarında yaradılmış Bakı şəhəri
və rayonlarının İnqilabı Müdafiə Komitəsinin
üzvü olan Nərimanov erməni milli hissələrinin ləğv
edilməsi haqqında Komitənin göstərişini
imzalamışdır.
Bu araşdırmalar Azərbaycanın nə qədər
ağır və xaotik bir dövrün dəhşətləri
ilə qarşı-qarşıya gəldiyinin faktiki təsdiqidir. Mən xəyalımda
o günlərdəki Azərbaycanı üstünə hər
tərəfdən yırtıcı dişlər qıcanan, vəhşi
pəncələr uzanan, parçalanmağa məhkum, məsum
bir quzuya bənzədirəm. İstər ərazi, istər
əhalisinin sayı cəhətdən Zaqafqaziya respublikaları
arasında böyüklüyünə görə birinci
sırada dayanan Azərbaycanın yeni təşkil olunan
SSRİ tərkibinə Bakı quberniyas kimi daxil olması təklifinin
arxasında necə də qəddar, necə də
dözülməz bir siyasi oyunbazlığın gizləndiyini,
Azərbaycan kimi böyük bir ölkənin, bir xalqın
hüqüqlarının ayaqlar altında tapdalanıb necə
ağır fəlkətlərə sürükləndiyini təsəvvürə
gətirdikcə, adamı dəhşət bürüyür. Əgər xalqın N.Nərimanov kimi oğulları
dünyaya gəlib bu fəlakətlərə qarşı sinələrini
sipər etməsə idilər, bəlkə də Azərbaycan
böyüklüyündə bir ölkə parçalanıb
yer üzündən silinmişdi. Yəqin
ki, bu fikrimə irad tutanlar da tapılacaq. Millətin,
xalqın yolunda ömrünü girov qoymuş, xalqin nəfəsi
ilə nəfəs almış, xalqın düşmənlərinə,
millətin satqınlarına qarşı əzmkarlıqla
mübarizələrə qatlanmış, ömrünü, əhatəsini
sarmış qaragüruhçu qüvvələrin xəyanətinə
qurban vermiş bu böyük insanı ehtiramla anmaq Azərbaycanı
sevən hər bir Azərbaycan vətəndaşının
öz vicdanı qarşısında müqəddəs
borcudur.
İsmayıl
İlməzli
Təzadlar.-
2014.- 18 sentyabr.- S.13.