Şair və alim
Famil Mehdini xatırlayarkən...
...Famil Mehdi haqqında
yazı yazmaq, fikir söyləmək
mənim üçün
asan olmadı. Çoxları haqqında,
onların keçdikləri
yol haqqında, yaradıcılıqları haqqında,
şeirlərinin təhlili
haqqında yazılarım
yetirincədir, amma hamısı deyil. Bəzən bir oturuma müəyyən bir mövzunu tezliklə
başa çatdıra
bilmişəm. Famil müəllimi
tanıdığımdan, onun
haqqında xeyli məlumatlı olduğumdan
bu mövzunun da asan başa
gələcəyi düşüncəsində
idim.
(Əvvəli ötən saylarda)
...Buda bir həqiqətdir ki, özünü ziyalı adlandıran
hər kəs əyilməməlidir, tapdanmamalıdır,
yaltaqlanmamalıdır, bir
neçə “ziyalının”
yaltaqlığı bütün
xalqın mənəviyyatını
məhv edir. Müstəqil olsaq da millətin çox böyük dərdləri var, Famil Mehdinin anası Şövkət xanımın dediyi bayatıda olduğu kimi:
Əziziyəm, su dayandı,
Sel gəldi, su dayandı
Dərdimi suya dedim,
Od tutdu, su da yandı
Elə bu və digər
səbəblərdən idi
ki, Famil Mehdi özünün “Dilən, professor, utanma dilən” şeirində söyləyirdi”
Qoy sənin yerinə zaman utansın
Səni
bu günlərə salan utansın
Azərbaycanın görkəmli ziyalısı,
Sovet İttifaqı Qəhrəmanı, akademik
Ziya Bünyadovun bir fikrini Famil
müəllim tez-tez dilə gətirərdi: “Mənim əyilməkdən
belim bir azca əyri bitmiş olsaydı, indi çox böyük vəzifədə
olardım”. Bu kəlamı akademiyada da hər kəs
bilirdi. Elə bu əyilməməzlik,
bu düzlük bəlkə də onu son mənzilə vaxtından əvvəl faciə ilə yola salan əsas
səbəbdir. Mən deyərdim
ki, Famil Mehdi də bir
çox qeyrətli ziyalılarımız kimi
Qarabağ şəhididir.
Bir çox insanlarımız
kimi Famil Mehdi də bəzi
beynəlxalq təşkilatlara
inanmamışdır. Onlardan ümid gözləməyi
əhəmiyyətsiz saymışdır.
Əsl həqiqətdə elə
burasındadır. Biz başa düşməliyik
ki, dünyada müsəlman-xristian qarşıdurması,
çarpışması gedir,
xristian dünyası-Türk
dünyası qarşıdurması
prosesi gedir. Biz ancaq
və ancaq öz xalqımıza, onun qeyrətinə bel bağlamalıyıq, Famil müəllim dediyi kimi mənim
də gümanım bir Allahadır.
Mənim
Qarabağım mənim
deyilsə,
Yadlar tapdağında inildəyirsə,
Bəs mənim dünyada kimim, nəyim var
Bu günüm nə
də ki, gələcəyim var.
Günümüzdə bütün xalqımıza bəlli olan bir həqiqəti
Famil Mehdi 25-30 il bundan
öncə dilə gətirib, özünü
“pis” kişi edib. Onun əqidəsinə
görə beynəlxalq
təşkilatlar hər
vəchlə çalışırlar
ki, torpaqlarımızın
müəyyən hissəsini
qopararaq Ermənistana birləşdirsinlər, yaxud
ikinci bir müstəqil erməni dövləti yaratsınlar. Əslində isə xalq öz taleyini özü həll etməlidir, nəyin bahasına olursa-olsun Qarabağı erməni-rus
faşizmindən xilas
etməlidir.
Kim deyir ki, biz azadıq,
ya müstəqilik,
Hələ bu gün zamanın
da üzü soyuqdur.
Qarabağsız nə azadlıq,
nə müstəqillik,
Qarabağsız Azərbaycan özü də yoxdur.
O, müsabiqələrinin
birində söyləyir:
“İndiyə qədər
nə olub-olub. Bundan sonra səbəbkar axtarmayaq. Onsuz da məhkəmələr
qurulacaq, o adamlar ki, torpaqların verilməsində iştirak
ediblər, onların özünə, özləri
də olmasa, qəbirlərinə ittihamlar
oxunacaq.
Düşməni təpədən-dırnağa kimi
Yandırıb-yaxmağı bacarmayanın,
Gözünün içinə Qarabağımın
Durub düz baxmağı bacarmayanın
Yasına
tökülüb gəlsə
də Aləm,
Yeri nə cənnədir, nə də cəhənnəm.
Yeganə
yol xalqın ürəyində Vətənpərvərlik
eşqini, ruhunu alovlandırmaq, milləti torpaq uğrunda,Vətən
uğrunda aparılacaq
mübarizəyə səfərbər
etməkdir. Körpü tikməkdən, yol
çəkməkdən, abidələr
quraşdırmaqdan, xarici
banklarda pul toplamaqdan, mülk almaqdan, bədxahların ağzına pul dürtməkdən öncə
milləti cəm edib, bir amal
uğrunda ayağa qaldırmaq daha vacibdir. Qarabağı azad etdikdən
sonra, millətin şərəf və ləyaqətini özünə
qaytardıqdan sonra hər tədbirə əl atmaq yerinə
düşə bilər.
Mənim
Qarabağım mənim
deyilsə,
Şöhrət ordeni yox, bütün millətə
Töhmət ordenləri verilməlidir!
Qisas almayınca məğlub əsgərin
Budaqdan meyvəsi
qopub kal düşər.
Bəs niyə kül olan o məskənlərin,
Bölsən, birinə beş general düşər?!
Famil Mehdi ömrünün son zamanlarında
xeyli bədbinləşmişdi. Əgər
bir zamanlar yaratdığı xeyriyyə
cəmiyyəti, özünün
şəxsi hörməti,
vətənpərvərliyi hesabına Qarabağa bu və ya
digər səviyyədə
yardımlar edə bilirdisə, yaralılara baş çəkə bilirdisə, şəhid ailələrinə ürək-dirək
verə bilirdisə, düşmənə zərbələr
endirmək harayı qaldıra bilirdisə, bu günü və sabahı məlum olmayan “atəşkəsdən” sonra
bir növ onun qol-qanadı bağlandı, hər kəs kimi evinə
çəkilib gözləməyə qərar verdi. Ancaq onun
qəlbi də, ürəyi də, qələmi də, dili də fəaliyyətdə
oldu, deməli olduqlarını dedi:
Yox, mənim ümidim qalmayıb daha
Yerdə
adamlara, göydə Allaha,
Çəkilin, əkilin, itilim-gedim...
Getdi Qarabağım, haray, ay haray!
Nədir
bu zəlalət, ətalət, haray!
Getdi Qarabağım, ay millət,
haray!
Oyan, a millətim, haray, ay haray!
Famil Mehdinin özü haqqında, şəxsiyyəti haqda, müəllimliyi haqda, alimliyi haqda, jurnalistliyi haqqında istənilən qədər
xoş fikirlər ərsəyə gətirmək
imkanları mövcuddur. Ancaq onun
vətənpərvərliyi, torpaq sevərliyi, Qarabağ sevərliyi, millət sevərliyi dediklərimizdən çox-çox
yüksəkdədir, çox-çox
öndədir. O, dünyasını
dəyişdi, daha doğrusu şəhid oldu. Amma Famil Mehdi ruhu hər bir
milli ziyalının,
el qəhrəmanlarının, həqiqət çarçılarının,
Tanrı tanıyanların
və ən nəhayət doğulub boya-başa çatdığı
Qarabağ torpaqları
ətrafında dolaşmaqdadır,
sağlığında özü
olduğu kimi, hazırda ruhu hayqırmaqdadır. Arzu
edək, ümid edək, inanaq ki, bütün xalqımız cəm olacaq, milli qeyrətli
bir sərkərdənin
ardınca Qarabağa,
Zəngəzura hücuma
keçəcək, təkcə
şair-alim Famil Mehdi ruhunu deyil,
həmin torpaqlarda əsirlər boyu uyumuş ata-babalarımızın
fəryad çağrışına
cavab verərək, azad olmuş Qarabağda bir rahatlıq tapacaqlar.
Ziyadxan Nəbibəyli,
yazıçı-publisist, t.e.d professor
Qarabağ Müharibəsi Veteranı
Təzadlar.- 2014.- 23 sentyabr.- S.12.