Cavad Heyət məfkurəsi - vahid Azərbaycan!
(Əvvəli ötən saylarda)
...Məhəmməd Xiyabani 1920-ci ildə Güneydə Azad Azərbaycan Cümhuriyyəti quranda Rza şah İranın hərbi naziri idi. O, xüsusi amansızlıqla Xiyabaniyə və onun tərəfdarlarına qanlı divan tutdu. O, şahlığı ələ keçirdikdən sonra İranda Azərbaycan türkcəsi ilə danışmağı qadağan etdi, nəinki Azərbaycan ədəbiyyatı susduruldu, Azərbaycan türkcəsində olan orta və ali məktəblər də bağlandı. Rza şahın yarı türk mənşəli olduğunu, Naxçıvanda doğulduğunu, hansı çirkin yollardan keçdiyini Cavad Heyətin atası “İttigadı İslam” cəmiyyətinin yaradıcısı Mirzəli Heyət gəzəl bilirdi. O, Rza şah Pəhləvi haqqında oğlu Cavad Heyətə belə deyərdi: “Oğlum, Azərbaycan türklərinə və türkcəsinə qənim kəsilən Rza şah əslində rus nökəri, rus gədasıdır. O, ingilislərin əli ilə deyil rusların əli ilə hakimiyyəti ələ keçirdi, lakin onu taxtdan ingilislər saldı və onun sərvətini ingilislər qamarladı”.
Tarixdən bəllidir ki, Seyid Cəfər Pişəvəri Stalinin göstərişilə Quzey Azərbaycanında qətlə yetirilsə də, Pişəvəri hərəkatının fəallarına da Rza şah Pəhləvi qanlı divan tutmuşdur. Seyid Cəfər Pişəvərinin sevimli şairi Gülsorxini Rza şah asdırarkən əmr edir ki, Gülsorxinin bütün əsərlərini yandırandan sonra onu assınlar. Bu acı səhnəni seyr edən qorxmaz şair Gülsorxi son sözünü rus gədası Pəhləviyə və onu seyr edənlərə şeirlə belə demişdir:
Dayan demə,
Dur demə,
Düşmən qanından qızarmasa,
Qüruruma qürur demə.
Qan tökülsün gərək,
qan,
Qan tökülməsə,
Qan tökülməsə
Zülmət qalacaq Gündoğan,
Vahid olmayacaq
Azərbaycan.
Bəli, ölməz şair Gülsorxi də Azərbaycanın bütöv
olması uğrunda qan tökülməsinin vacibliyini deyir. Bəs nə üçün Vahid Azərbaycan uğrunda zaman-zaman qanımız tökülsə
də, Azərbaycan türklərinin haqq səsini boğurlar, nəinki Şimali Azərbaycan Cənubi Azərbaycanla birləşə
bilmir, əksinə, Şimali Azərbaycan əriyə-əriyə daha
da kiçilir. Bunun üçün Cavad Heyət Vahid Azərbaycan ideyasını
əməli ilə başa çatdırmaq üçün silaha sarılan Səttarxanın
Məşrutə hərəkatını
önə çəkir.
Səttar xanı, Məhəmməd Əmin
Rəsulzadə kimi çox yüksək qiymətləndirən Cavad
Heyət Səttar xanın mübarizə apardığı 1908-1914-cü illəri tariximizin ən qızıl səhifəsi adlandırırdı!
Cavad Heyət
tarix boyu xain və məkrli
ermənilərin Azərbaycan
torpaqları hesabına
“Böyük Ermənistan”
yaratması ideyasını
da tarixi əsərlərində qələmə
almışdır. Cavad Heyət
bu əsərlərində
Quzey Azərbaycanın
tarixçilərindən fərqli
olaraq təkcə Quzeydə deyil, həm də Güneydə ermənilərin
türklərə qarşı
törətdiyi qırğınlar
haqqında müfəssəl
söhbət açmışdır.
1918-ci ildə Guney Azərbaycanında ermənilərin
törətdiyi qırğınlar,
qətli-qarətlər barədə
Cavad Heyət yazırdı: “1918-ci ilin əvvəlində ermənilər
ingilislərin, fransızların,
rusların, fitvası
və yardımı ilə Cənubi Azərbaycanda qırğınlar
törətməyə başladı.
Azərbaycan türkləri
çox çıxılmaz
vəziyyətdə di.
Həmin
vaxt Osmanlı imperiyası tarixinin ən ağır dövrünü yaşayırdı.
Buna baxmayaraq, Osmanlı ordusu Cənubi Azərbaycana köməyə gəldi.
Müsəlmanları - türkləri qırmaq
istəyən və iki müsəlman dövləti arasında xristian dövləti qurmaq istəyən erməniləri - assuriləri
geri oturtdu. Belə olanda, ermənilər - assurilər
kürd silahlı dəstələrinin başçısı
İsmayıl Simitkonun
yanına gedib dedilər: “Bizim müsəlmanlar və türklərlə döyüşməyə
atlı dəstəmiz yoxdur, sən bizə atlı dəstə ver, biz əcəmiləri
(Azərbaycan türklərini)
qırıb öz ərazilərimizə sahib duraq,
sonra kürdlərlə
burda öz dövlətimizi quraq”. Bu sözlər İsmayıl
Simitkonun islam
qeyrətinə toxunur.
Onların (ermənilərin və assurilərin) hamısını qırırlar.
Bu xəbər yetişir
Urmiyanın kilsəsinə,
kilsə iki gün soyqırım elan edir: ermənilər
və assurilər birləşib azərbaycanlıların
evlərinə hücuma
keçir, camaatı qırır, evlərini qarət edirlər. Bu vaxt Xoydan
on min könüllü bunlara
qarşı çıxır.
Yenə də Qacar vəliəhdi
Osmanlılardan yardım
istəyir. Şərq Ordusunun
komandanı Əli Həsən Paşa topla, tüfənglə gəlib erməni - assuri birləşmələrini
mühasirəyə alır.
Bu döyüşdə 130 min adam ölür,
müsəlman və qeyri müsəlman... Andranik də o arada Arazı keçib gəlir asurrilərə və ermənilərə
köməyə. Amma onların
topları olmadığına
görə məğlub
olurlar və onların bir hissəsi mühasirəyə
düşür. Bu vaxt
Əli Həsən Paşa Cavad Heyətin atası “İttigati-İslam” cəmiyyətinin
qurucusu Mirzəli Heyətə deyir ki, gəl, erməni
və assurilərin hamısını təmizləyək
ki, başınız bəlada olmasın. Amma buna Mirzəli Heyət və Vəliəhd razı olmur, humanistlik göstərirlər. Bu humanistliksə sonra Azərbaycan türklərinə
baha başa gəlir. Yenə də ermənilər öz məkrliliyindən və xəyanətindən
geri qalmırlar”.
Cavad Heyətə
erməni-rus, fars-yahudi,
yunan, ingilis-fransız
kimliyi bəlli idi. Cavad Heyət Fransada təhsil almağa gedərkən onu fransızların necə qarşılaması
barədə belə söhbət edirdi: “Fransızlar məndən soruşdular ki, hardansan?. Dedim,
İran türklərindənəm,
azərbaycanlıyam”. Mənə
məsləhət bildilər
ki, “deməyin türkəm, biz türkləri
sevmirik, elə deyin İranlıyam”.
Baxın,
Qarabağ hadisəsi canlı soyqırım tarixi olduğu halda, dünya hələ də xristian-müsəlman dünyasıdır.
Erməniləri niyə ruslardan
əlavə, fransızlar,
ingilislər və digər xristianlar bu qədər dəstəkləyirlər. Deməli, bu mənfur məxluqlar qarşısında biz Azərbaycan
türklərinin iki günahı var: biri müsəlmanlığımız,
biri də türk olmağımız.
Amma biz hər ikisi ilə fəxr edirik!”
Sözünü yüz ölçüb,
bir biçən Cavad Heyət biz Azərbaycan türklərinə
nə gözəl vəsiyyət edib: “Biz Azərbaycan türkləri
türkçülüyümüzlə,
müsəlmanlığımızla fəxr edirik!” Hərgah, biz bu vəsiyyətdən düzgün
nəticə çıxarsaq,
erməni-rus məkrini, qəsbkarlığını
dəf edə bilər və Vahid Azərbaycan dövlətimizi qura bilərik.
Doğrudur, Vahid Azərbaycan dövlətinin qurulmasını
gözü götürməyən
Fransa və ABŞ dövləti də var. Amma yetişməkdə olan yeni tarixi
mərhələdə onların
başı öz varlıqlarını qorumağa
və rus məsələsini həll
etməyə qarışacaq. Bəli,
indi bəşəriyyət
qarşısında ən
vacib məsələ
rus məsələsidir.
Çünki qlobal rus məsələsi öz həllini düzgün taparsa, ayrı-ayrı xalqlara indi çox
ağır görünən
digər xırda məsələlər şifahi
olaraq (asanlıqla) öz həllini tapacaq.
Deməli, bəşəriyyət indi
olduqca ağır durumdadır, fəlakət
qarşısındadır. Bəs bəşəriyyətin
nicatı nədədir?
Varmı?
Varsa, nədir? İndi də bu suallara qısa və yığcam cavab verək.
Bəşəriyyətin nicatı dünyanın yeni xəritəsində Vahid Azərbaycan dövlətinin öz yerini tutmasıdır. Bəs Vahid
Azərbaycan dövləti
öz əbədi təsdiqini necə tapa bilər? Bəşəri türk demokratiyası ilə! Elə isə indiki mövcud Qərb demokratiyasının aqibəti
necə olmalıdır?
Laxlamış, ərpmiş
Qərb demokratiyasının...
Bəllidir ki, indiki Qərb demokratiyası öz başlanğıcını
quldarlıq ABŞ demokratiyasından
götürüb. Bu demokratiya quldarlıq quruluşunun “istehsalı”
olduğundan ya özü məhv olmalıydı, ya da bəşəriyyəti
məhvə sürükləməliydi.
İndi bəşəriyyət iki
yol ayrıcındadır.
Ya rus-ingilis eqoizminin qurbanı olmalıdır,
ya bəşəri türk demokratiyası yolunu tutmalıdır.
Bəşəri türk demokratiyası
əbədi azadlıq
və sülh demokrasiyasıdır. Bu demokratiya
qədim quldarlıq yunan demokratiyası kimi çox Allahlı
və dinsiz demokratiya olmayacaq. Bu demokratiya XVIII əsr
ABŞ dinsiz demokratiyası
da olmayacaq. Bu demokratiya İbrahim millətinə Məhəmməd
hümmətinə əsaslanan
bəşəri türk
demokratiyası olacaq! Bu bəşəri türk demokratiyasından qürur duyuram və bunu türk
dünyasının sonuncu
korifey oğlu Cavad Mirzəli oğlu Heyətin ruhuna bağışlayır
və bunu Adəm övladlarına müjdə verirəm.
Fəzail
İsmayıl Böyükkişi
Təzadlar.-
2014.- 30 sentyabr.- S.15.