ATA (poema-epos)
Söhrab
Tahir: “Bu poema-eposu
Azərbaycan Respublikasının Milli Ordusuna və
onun Ali Baş Komandanı Respublika Prezidenti İlham Heydər
oğlu Əliyev cənablarına ithaf edirəm
Söhrab
Tahirin iri həcmli “Ata” poema-eposu xalqımızın bizim
eradan əvvəl olan tarixini, adət-ənənəsini, məişətini
və s. özündə əks etdirir. Tarixi sənədlər,
Azərbaycanın və bir çox xarici ölkələrin
arxiv materiallları əsasında 14 ilə yazılib,
tamamlanmış bu poema-epos xalqımızın
varlığını dananlara, Azərbaycanın dövlətçilik
ənənəsinin olmadığını deyən
düşmənlərimizə çox tutarlı bir cavabdr. Ona görə də “Təzadlar” olaraq Xalq şairi,
“Şöhrət” ordenli Söhrab Tahirin “Ata” poema-eposunu hissə-hissə
dərc etmək qərarına gəldik. İnanırıq
ki, ürəyi həmişə vətən eşqi ilə
döyünən hər bir kəs bu poema-eposu sevə-sevə
oxuyacaq.
MÜƏLLİFDƏN
Azərbaycan
ədəbiyyatında ən iri həcmli poetik əsər hesab edilən “Ata” poema-eposunu 1991-ci ildən qələmə almağa
başlamışam. Azərbaycanın ən qədim şeir
forması-qoşma şəklində min il əvvəl
Yaxın, Orta, Uzaq Şərq genişliklərində
yaşayan, yaradan, dəyişib varlığını və ləyaqətini isbat edən türkdilli qəbilə,
tayfa və xalqların, xüsusilə Azərbaycan
xalqının eramızın əvvəllərinə qədərki
həyat və məişətinin
bədii-tarixi lövhələrdə
təsvirini əhatə edir.
“Ata” sadə xalq danışıq dilində
yazıldığı üçün burada demək olar ki, fars və ərəb sözləri işlənməmişdir.
Əsərdə Azərbaycan, Orta Asiya, Türkiyə, Rusiya,
İran, Ərəb ölkələri, İngiltərə,
Almaniya, və s. Avropa alimlə- rinin
tarixi sənədlərə, tarixi həqiqətlərə
uyğun fikirləri əsas
götürülmüşdür.
Çoxdandı
ki, xarici ölkələrdə yaşayan soydaşlarımız xalqımızın
varlığı, mənşəyi, yaşadığı ərazi,
qədim həyat tərzi, dili və qəhrəmanlıqları
ilə maraqlanır,bəziləri isə mənə bu haq- da,
məktub yazır, bu sahədə
ortalığa ciddi suallar qoyurdular.
Son 20 ildə
Azərbaycan xalqının varlığı, etnogenezi ilə əlaqədar elmi kitablarla yanaşı,
şamanizm, zərdüştizm haq- qında kitablar, əsatir, əfsanə,
dastan, nağıl, deyim və söylən- cələr
oxuyurdum. Xalqımın qədim varlığını,
adını, qəhrəman- lıqlarını göstərən
sənədləri, abidələri dağıdıb,
yandırıb məhv edən düşmənlərin qəddarlığının
qanlı izinə düşüb, yavaş-yavaş
dünyanın ən qədim, ən nəcib, ən dəyişkən, ən
ləyaqətli və şücaətli xalqları olan türkdilli ellərin, o cümlədən
xalqımızın ən qədim tarixinin monumental mənzərələrini
aydın şəkildə görməyə başladım.
Azərbaycanda
istiqlal hərəkatı başlarkən bu mövzuda
böyük bir əsər yazmaq imkanı reallaşdı: Bir
gün yas məclisin- də Moskvadan yenicə
qayıtmış xalqımızın ağsaqqalı,böyük rəhbəri Heydər Əliyev
xalqımızın tarixinin müxtəlif dövrlərindən söhbət açaraq
üzünü mənə tutub
məclisdə oturan alim və yazıçılara xitabən
dedi: “Bu xalqın tarixini siz yazmasanız bəs kim yazacaq?!”.
Mən
xalqımızın böyük oğlu Heydər Əliyevin
bu haqlı tələbinin təsiri altında “Ata” poema-eposunu
yazmağa başladım...
I G İ R İ Ş
Dünya
Şahlıq,
sərkərdəlik qalıb arxada,
Dünyanı hərlədən güc yox, beyindir.
Bəşər
haradaydı, indi harada,
Güc indi fikirdə zərgərliyindir.
Bəşər
yol tapsa da aya, ulduza,
Yenə qalıb yerdə torpaq davası.
Azlıqdan
çoxluğa, çoxluqdan aza
Dəyişib büsbütün yerin havası.
Bir ildir
Günəşin yerdə bir anı,
Süd
yolu Günəşdən milyard il qədim.
Bunların
gücüylə Dünya fırlanır,
Belə ıırlanışı dəyişmək
çətin.
Yerin çəkisi də yerində
vardır,
Bu çəki nə itir, nə də ki, artır.
Yaradan
Dünyanı elə yaradıb,
Bir yandan doğulur, bir yandan qartır.
Nəsillər dəyişir
biri-birini,
Dünya da dəyişir nəsilbənəsil.
Dəyişir
Günəş də, Ay da yerini,
Dəyişməz vardırsa demək sağ deyil.
Yerlə
bir hərlənir, dolanır bəşər,
Sürətlə tərpəniş bunca ölməzdir.
Sürət
sabahına yollanır bəşər,
Sabahkı sürətsə ağlagəlməzdir.
II G İ R İ Ş
Azərbaycan
Bu gün
sən yenidən yeniləşirsən,
Çarpışma içində. təlaş
içində.
Bu gün
öz-özünlə eyniləşirsən,
Min-min yad içində, qardaş içində.
Başının
üstündən dəhşətlər ötür,
Onlar səndən keçib aman istəyir.
Böyük
keçmişindən sən ibrət götür,
Yaşamaq, ucalmaq qurban istəyir.
Hamı öz çölünü
sahmana salır,
Biz öz içimizlə çarpışmaqdayıq.
Öz
doğmalarımız bir yanda qalıb,
Özgə ətəyindən yapışmaqdayıq.
Allahlar nə cəza bizə buyurub,
Birləşmək istərkən ayrılırıq
biz.
Doğmanı
doğmadan alıb, ayırıb
Ayrılıq içində qovruluruq biz.
Söz olar, səhv olar ömür
yolunda,
Onu eşələyib övkələməzlər.
Başının
üstünü bulud alanda
Vətəni, milləti ləkələməzlər.
Biz millət dünyaya haqdan gəlmişik,
Özü arxa olan xalqa nə arxa.
Biz ki,
özümüzü haqlı bilmişik
Daha həqiqətə, haqqa nə arxa.
Hər
yerdə qolları güclüdür haqqın,
Yönəldir bir səmtə solu, sağı da.
Böyük
istəyinə çatmayan xalqın
Yatmağı da dəhşət, ayılmağı da.
Siyasət
heç zaman bir vamda qalmır,
Siyasət yerinə yalan demişik.
Deyirlər
azadlıq qurbansız olmur,
Qurbana biz neçə qurban demişik.
Mənim
respublikam, mənim millətim,
Başa
vur uğurla bu təzə yolu,
Azadlıq,
ucalıq sənin ən qədim,
Milli başbiletin, qeyrətin olub.
III G
İ R İ Ş
Cənab Heydər Əliyev
Onunla
görüşdüm, hundür, zəhimli,
İti baxışları mehriban, ötkəm.
İncə
təbəssümü solğun, çəkimli,
Tunc ay si?ətində mərdanə görkəm.
- Səni
tanıyıram-dedi - yaxşı mən,
Sən Azər
Azərsən, bu xalqın oğlu,
Sənətlə,
şeirlə, ürəklə bənd-bənd,
Bu yerə, bu xalqa, bu yurda bağlı.
Sənə
hamıdan çox inanıram mən,
Sən alver etmirsən sözünlə, şair.
Yaz,
göstər bu xalqı çox-çox qədimdən,
İlhamla, biliklə, dözümlə şair.
Mən
öz vətənimə bir də dönmüşəm,
Xalq özü çağırıb səsləyib məni.
Bu
xalqdır, tanrıdır, bir də ki, bəşər,
Bu üçlük ölümdən gözləyib məni.
Mən təzə
dünyaya bir də gəlmişəm,
Səninlə yaşıdam, çağdaşam
şair.
Bunu
Tanrı bilir, bir də ki, bəşər,
Tanrıyla qohumam, qardaşam, şair.
Bizi gizlədiblər
çox-çox yazanlar,
Hərə öz xalqını yazıb qabardıb.
Doğruya
oxşayan doğru yalanlar
Bizdən də bir tarix, bir ad qopardıb.
Bu işdə
sənə çox inanıram mən,
Sən alver etmədin sözünlə, şair.
Yaz,
göstər bu xalqı çox-çox qədimdən,
İlhamla, biliklə, dözümlə, şair.
Mən
dedim. - Sən xalqın ağsaqqalısan.
Rəhbər işləsən də, işləməsən
də.
Səndən
haqq diləyir, ey böyük insan,
Allahdan, özündən, xalqdan küsən də.
Haqqın
yolu ulu, yolu ağırdır,
Haqq dedin,
bu millət haqqa qovuşdu.
Milləti
yaşadan gücdür, ağıldır,
Sənin
bayrağından millət yapışdı
Bu gün
də haqq deyib çarpışmaqdasan,
Haqdır
istiqlalın bu ağır yolu
Tanrı
vergisidir, ey böyük insan,
Qırışmaz alnınla, yenilməz qolun.
Hörümçək
bürüyüb üç yandan bizi,
Məkr, yalan, tamah da dolaşıb ona.
Səni
göndəribdir Tanrımız özü,
Yeni can
verəsən Azərbaycana.
Sizin
tapşırıqdan sevinirəm mən,
Azərbayçan xalqı ən qədim xalqdır.
Bu
haqlı sözlərin tutar əlimdən,
Xalqın da, özün də, sözün də
haqdır.
Dəyişir
dünyanın hökmüylə zaman,
Dəyişir
dünyanın köhnə gedişi,
Rəhbərim,
nə yaxşı sən tapşırırsan
Mənə bu müqəddəs, bu ağır işi.
IV G İ
R İ Ş
Allah
Allah,
kömək elə dünya yenə də
Qalsın öz rəngində, öz çəkisində.
Allah,
kömək elə bir az da mənə,
Danışım bəşərin ilk sevgisindən.
Allah,
kömək elə göstərə bilim,
Körpə illərini türk xalqlarının.
Allah, kömək elə güclənsin dilim.
Tapım Mindiyarın bayraqlarını.
Allah,
kömək elə yollar dumandır,
İtən
tarixləri arayım, tapım,
Allah,
kömək elə mənə, amandır,
Haqqımı haqsızın ağzından qapım.
Allah,
kömək elə üzünü görüm
İlk beli torpağa vuran babamın.
Allah,
kömək elə borcunu verim
Səkkiz
min il qabaq itən atamın.
Sənə
ilk inanan, ilk kölə mənəm,
Mənə
əta elə ilkinliyimi,
Çərdüşt
peyğəmbəri axtarım yenə,
Bir azca azaltsın çətinliyimi.
İlk şahım, ilk atam, ilk anam hanı?
Onları gəzirəm, kömək ol mənə.
Çıxıram
görməyə böyük dünyanı,
Göstər bu yollarda doğru yol mənə.
V G İ R İ Ş
Dilim
Bağda oturmuşdum, düşüncəliydim.
Gözüm
yol çəkirdi qum çöllərində.
hərdən çopur daşlar dilə gəlirdi,
Məni dindirirdi öz dillərində.
Nələr duşünürdüm, bir Tanrı bilir.
Hərdən qarışırdım soyuq yellərə.
Gəl, əlimdən
yapış mehriban dilim,
Birgə yollanarıq uzaq illərə.
Tapdım
sevincimi, gözəlim, səndə,
Bəlkə gileylisən öz taleyindən.
Bəşər
dil açanda, ilk söz deyəndə,
İlk də?ə bəşəri sən dindirmisən.
Ən
qısa, ən iti, sözlər, deyimlər,
Sənin sözlərindir, dünya gözəli.
Sənə
çox borcludur çox-çox qədimlər,
Ey
böyük bəşərin körpəlik dili,
Sən bəşər
dilisən, ey anam, bacım,
Bəşəri özündən özünə
köçür.
Kiçiklər
çox böyük görünmək üçün,
Özünə nə böyük heykəllər
biçib.
Səndən
törəmişəm, mehriban gözəl,
Bilirəm ən qədim daşın dilini.
Ey
Tanrım, şairə bir yardım göstər,
Hərdən başıma çək ata əlini.
Cılız
düşmənlərin qancıl diləyi,
İt olub dəvəni, fili qapıblar.
Sonra dil
öyrənib, tərif söyləyib,
Hər şeyi gizlində yıxıb çapıblar.
Dünyanı cılızlar qamarlayanda,
Allah özü gördü sırtıq üzləri,
O sənin başını tumarlayanda,
Sənə bəxş elədi qızıl sözləri.
İtirmə,
ey dilim, öz türk soyunu,
Qal yenə bəşərin türk ayətində.
Bəşərin
ən gözəl incə duyumu,
Təzadlar. – 2014.- 30 sentyabr.- S.7.