Məmməd İsmayıl: tək yol gedən adamın payız ümidi

 

 

 

Azərbaycanda milli şairin dəyəri və nüfuzu həmişə yaşadığı ömrün ləyaqəti ilə ölçülüb. Şairin sözü onun ictimai-siyasi davranışından və mövqeyindən ayrı olmayıb. Şairlər yalnız dilimizin və mənəviyyatımızın qoruyucuları kimi deyil, həm də milli varlığımıza cavabdeh şəxsləri olub.

Azərbaycanın böyük şairi Məmməd İsmayılın şeirləri ilə taleyi elə vəhdətdədir ki, sevgili millətimizin taleyindən artıq ayırmaq mümkünsüzdür. Onun ömrünün mənası və miqyası yurdsevərlik, millətçilik məfkurəsi ilə həmahəng olub, yüksək vətəndaşlıq mövqeyi ilə və türk kişisinin əxlaqı ilə iç-içədir, bütövləşib.

 

 

 

Ağrılı bir millətin

Yanlış çəkilən dişi.

Yurd dərdini qurbətin

Canına çəkən kişi.

 

 

 

Buavtoportret” nəfəsli şeirindən də göründüyü kimi, Məmməd İsmayıl üçün millət olmağın dəyəri ilə milli şair olmağın dəyəri  eynidir.

İnsan hara gedirsə-getsin, dərdini , sualları da özüylə aparır. Dərdin tarixi uşaqlıqdan başlayır. Ana vətən taleyini ancaq şairlər yaşaya yaza bilir. Bu tale poemalarının şeirlərinin ən kövrək, ən ağrılı sətirlərindən dönə-dönə keçir. Oğul Məmməd İsmayıl ananın tale yazısını, ömür kitabını oxuyur.

Onun yaddaşında qürbət ayrıca poetik məkandır, qurbət mənalar dünyasıdır. Məmməd İsmayılın qəribliyi ilə Xaqani Şirvaninin qəribliyi arasında bir oxşarlıq da tapmaq olar, tale paralelliyi axtarmaq olar.

O, Uca Yaradana xitabən: “Bu qürbət deyilən sən istəyənmi, fikirləş, bəlkə yadından çıxıb” - sualını verirsə, deməli, qəribliyi artıq alın yazısı, bir tale inancı kimi qəbul edib. Artıq şair çoxdan bu inancın,  bu mənanın içindədir.

 

 

 

Qürbətə düşən kişinin

Qorxduğu başına gələr. 

 

 

 

Sözünün taleyinin içində qürbət rüzgarı dolaşandan bəri, düzünü deyim ki, mən onun fiziki cismaniliyinə hərdən şübhə edirəm. Məmməd İsmayıladı mənimçün gerçək tərcümeyi-halı olan bir insanın şairin adı deyil, bir qərib ruhun adıdır. Laməkanlıq bu ruhun durumunu səciyyələndirir. Bunu özü etiraf edir:

 

 

 

Getməyə bir yer yox,

Bəlkə yuxuya gedim?

 

 

 

Özü qürbətsözü Məmməd İsmayıldavətənsözünün antonimi kimi çıxış etmir, qürbət vətənin güzgüdəki əksi kimidir.

O, ümid dolu ömrünü mövsümlərlə duyub yaşayır. Onun ömrü sanki  iki mövsümdən ibarətdir: bahardan sonra mütləq payız  gəlir. Ömrü boyu iki fəslin - mövsümün arasında yaşayır:

 

 

 

Baharı qoyub gəldim

Bir gün yol ayrıcında.

 

 

 

Baxın, bir şeirdə dörd fəslin, dörd mövsümün adı ilə ömrün metaforik yozumu necə verilir:

 

 

 

Yarpaqlar töküldümü

Əlini çək başına.

Küləyə sinə gərir ağaclar tək başına.

Məftillərdən asılıb baharın tənək ömrü

 

 

 

Soyuqlara qarışıb

Yayın kəpnənək ömrü.

Yaylağın dumanı çaylağın buzu gəldi,

deyim, necə deyim ömrün payzı gəldi.

 

 

 

Onun könül duyğusallığı yaşın taleyin gətirdiyi ovqatla-kədərlə köklənib. Şairinbayatı halıhəmişə payız havası ilə dolu olur. Payız mövsümü onun sevdalı xatirələrinə qəribə pərişanlıq, səs qəmginliyi hopdurmuşdur.

Payız bütün görüşlərin, ayrılıqların mənasının dərk olunan, ömrün sükut səsinin eşidilən vaxtıdır. Ahıl yaşlı şairin yolu payıza doğrudur: “Apar məni payızlara

Onun təhtəlşüurunda Yalquzaq obrazı dolaşır, bir yalquzaq ümidsizliyi yaşayır.

 

 

 

Qovuşub yalquzaq bir gerçəkliyə,

Altmışa, yetmişə, səksənə belə.

Təklənib gedərək üzü təkliyə,

Təklərə, təkliyə, təklərə belə.

 

 

 

Təksözündən yaranmıştəklənmək”, “təkliksözlərinin şeirin son beytində anoforik təkrarlanması bu dünyada varlığından işarət verir. Təklik qəriblik, hicrət həsrət şairlərin, aşiqlərin, dərvişlərin, peyğəmbərlərin alın yazısıdır. Hicrət qürbət M.İsmayılda məkan obrazı deyil, görünür tək, seçkin insanların (Hz.Məhəmməd, Kərəm, Qərib...) tale-qədər nişanəsidir.

Onun mübarək sözü təklənmiş-tənha adamın ağırlığını-uğurluğunu, dərdini-sərini çəkib aparır.

 

 

 

Fikirli-fikirli yol gedən kişi,

ələmmi qarışıb sabahlarına,

kədərmi dolaşıb ayaqlarına?

 

 

 

Tək təklənmiş adamın, nədənsə, sualları da çox olur. Vətənə, Tanrıya, fələyə ünvanlanmış bu ritorik suallar bir əks-səda, bir güzgü  kimi elə özünə qayıdır. 

 

 

 

Gözümün işığı kimdən küsürsən,

Gördüyün Məmməddir, yağı deyil ki?!

 

 

 

Bu suallardünyamızın əlində, ovcunda qalmıştək adamın suallarıdır. Şairin nidalı, nəqli sətirlərindən, hökmlü deyimlərindən sual boylanır. Şairin sual vermədiyi yerdə belə oxucuda sual instinkti yaranır. bu əbədi sualların bir ünvanı var: Tanrı, Tale.

 

 

 

Məmməd İsmayılda “tale” mücərrəd metafizik anlayış deyil, şəxsləndirilmiş varlıqdır.

 

 

 

Əgər sevməsəydin sən məni, tale,

Şərik eləməzdin qəminə məni.

Atamı, anamı erkən aparıb,

Atmazdın təkliyin cəminə məni.

 

 

 

Qəribədir: poemalarının bir çoxu da ritorik suallarla başlayır:

 

 

 

Yolların kənarında

Kim salıb qəbiristanı? (“Şər oğlu”)

 

 

 

Xatın bibi, Xatın bibi,

Yığılmayıb xotması

Vaxtımı var nəfəs dərsin

Bir dincəlsin, toxdasın? (“Xatın bibi”)

 

 

 

Məmməd İsmayıl güzgü ilə ruhları çağıran Altay şamanları kimidir. Ruhu çağıran kimi, o, tez-tez öz adını çağırır, öz adını səsləndirir: Yaşlı Məmməd İsmayıl uşaq Məmmədi xəbər alır.

 

 

 

 Bağrı yanıq bir gündə

Başı kəsilən ömrün

Su kimi lillənmədə,

 

 

Pəncərə pərdəsində, nəfəsin yellənmədə

 

 

 

Sallanır Məmməd İsmayıl.

Salam, yetim qardaşım,

Yaman qarışdı başın.

Bağışla, harda oldun,

Harda qaldın, bilmədim                              

 

 

 

 Ruhun yerini soruşmaq mifoloji düşüncədən irəli gəlir. İsaq-Musaq quşu kimi bir Məmməd o biri Məmmədin yerini soruşur. Bir Məmməd İsmayıl o biri Məmməd İsmayılın yerini-yurdunu arayır.

Məmməd İsmayılın müraciətləri, sualları, yəniBaşqasıilə ünsiyyətiavtokomminikasıyadır” (Y.Lotman) - hamısı mən-mənmodelində gerçəkləşir.

 

 

 

O dərdini açmaz sizə,

Özünədi hər sualı.

Göy sulara salıb kimsə,

O da burda fikrə dalır.

 

 

Bu ünsiyyət-dialoq modelində “O” - onun özüdür. Mənşəxs əvəzliyi çox vaxt “O” əvəzliyinin yerini tuta bilir. Təsadüfi deyil ki, XX əsr böyük rus şairi Yuri Kuznetsova həsr etdiyi şeir “O da getdiadlanır.

 

 

 

Ömürlər yaman qısadı,

Sözünü unudub getdi.

Tutmağa bir yeri yoxdu,

Ürəyini tutub getdi.

 

 

 

Onu da qeyd edək ki, Məmməd İsmayıl Yuri Kuznetsov üçün ev uzaqlarda qalmış uşaqlıqdır, müharibədən qayıtmayan atanın gözləntisidir. Ev ruhların dolaşdığı görüşdüyü yerdir.

 

 

Yol azıbsan bu payızın çənində,     

 

 

 

Ağacdələn, ağlın azıb sənin .

Dən gəzirsən saçlarının dənində

Atamoğlu, az qapımı döy görüm.

 

 

 

Böyük dilçi Emil Benvenistdə oxumuşam ki, “O” - III şəxs əvəzliyi mövcud məkanda olmamağı , real məkandan çıxmağı bildirir. “O” əvəzliyi məchulluğun ifadəsidir. Bəlkə yaddaş qürbət hissiyyatı da burdan gəlir?!

Ümid Məmməd İsmayıl şeirinin ən görümlü metafizik fəlsəfəsidir. Onun umidsizliyi iki məsələdəndir: sevgili millətinin taleyindən öz adının unudulması saridan. Birinci məsələ ilə bağlı pessimist təlaşı ilə razılaşsam da, ikinci məsələdə qəti inanıram: qədər bu millətin yaddaşı tükənməyib, ləyaqətini itirməyib, bu ünlü şairimizin adı sözü anılacaq:

 

 

Mənəm dilimizin ucundakı ad,

Bir gün dil yanılıb düzünü deyər.

 

 

Qətiyyən narahat olmağa dəyməz. Bunu böyük şairimizin adına şərəfinə yazılmış şeirlər bir daha təsdiq edir. Millət öz şairini yaxşı tanıyır öz sevgisində heç vaxt yanılmır.

 

 

 

Rüstəm Kamal

Təzadlar.- 2013.- 9 yanvar.- S.15.