Mayalıların və norveçlərin təqvimi Qabıssan qayalarında və xalça işarələrində

 

 

 

Şakir Qabıssanlı dünyada yeganə şəxsdir ki, 17 ölkədə olan qayaüstü rəsm, işarələri və onlarla vəhdətdə xalça işarələrini, predmet yazılarını sərbəst oxuya bilir.

Həmin 17 ölkənin hər birinin ayrılıqda sifarişini qəbul etməyə hazırdır. (Kanada, Fransa, Perm, Ural, Danimarka, Hindistan və başqaları)

Bakı şəhəri: AMEA-nın Coğrafiya İnstitutunun doktorantı.

Shakir Gabissanly is the only person who can read fluently pictures on stones, signs and in connection with carpet signs, thing writtings in seventeen countries.

He is ready to accept suggestions of the seventeen countries.

(Canada, France, Perm, Ural, Denmark, India and so on)

 

Baku: Azerbaijan National Sciences Academy-doctoral candidate of Geographical İnstitute.

 

 

 

Mob.(050)338-95-39

 

 

 

Mayalıların, norveçlərin təqvimlərinin mayası, kökü Qabıssandadır. 2012-ci ildən başlayaraq dünyanın başı üstündə qara bir kabus, təqvim kabusu dolanmaqdadır. Bu kabusun, nədənsə, mənbəyi sual altında olduğundan dünya bir çaşqınlıq içərisində silkələnməkdədir. 2012-ci il 21 dekabr dünyanın sonudur deyə, Qərbdən dünyamıza qara, tükürpədici bir qaranlıq səs və söz gəldi. Demək olar ki, hamı bu fikirlərlə barışıb məyusluğa qapıldı. Təəssüflər olsun ki, buna qarşı heç bir əsaslandırıcı arqument qoyulmadı. Səbəb isə təbii idi. Çünki bəşər tarixinin haradan, nədən, nə zaman başlanması tarixçilərin subyektiv baxışlarından kənara çıxmamasından doğulurdu. Təəssüflər olsun ki, bəşər tarixinin ilkin qapısı olan həmin suala bu qapıya düşən açarın tapılmaması idi. 1186-ci ildə istər N.Gəncəvinin, istərsə də Ə.Xəqaninin əsərlərində belə bir tufanın olması haqqında məlumatlar ilkin olaraq yazılmışdı. Hər iki dünya şairi həmin ilin iyul ayında dünyanın sonu olması eyhamını zamanlarında yaşamışlar və ona inanmışdılar. Lakin onların fikirlərinə görə, həmin gündə xırda belə bir yel də olsun əsməmişdi. Demək, min ildən sonra hansı bir qüvvə təkanındansa bu məsələ yenidən bəşəriyyətdə bir qeyri-adi mənəvi zəlzələ yarada bilmişdir. Nəticə etibarilə fəlsəfədə olan bir terminə əsasən, “hər şeydən, hər nədən var termini”. Yəni hər bir əfsanədə böyük həqiqətlər vardır. Ancaq buna baxmayaraq, ikinci bir səs yenə də Qərbdən tüğyan etməyə başladı ki, bu da norveçlərin təqvimi oldu (22 fevral). Bütün bunlar heç də təsadüfi deyil, sırf zərurətdən doğulan, lakin mahiyyəti ortaya qoyula bilməyən bir həqiqətlərdir. Diqqətlərini bu kabusa yönəldən, bəşər övladları! Bütün bunları ideoloji düsturlarla, arqumentlərlə təhlil edib, ortaya qoymaqla bu qara kabusa təbii şəkildə son qoyacağıq. Bunları yazarkən Qabıssan (Qobustan) qayalarından, qayaüstü rəsm, işarə və yazılarından (Gəmi Qayadan) sanki bir səs gəldi. Axtardığımız təqvimlər uzaqda deyil, mənim 1300 il dondurulan, oxunmayan daşlarımın üzərindədir. Onu sizlərə çatdırandan sonra dünyanın açılmayan çox sirləri aydın olacaq. Bu qaranlıq sirləri açmaq üçün ilkin olaraq Mayalılar dediyimiz nəsillərin təqviminin əsasının haradan doğulmasına, haralara mənəvi şəcərə kimi yayılmasına nəzər yetirək. Bütün bunları bilmək üçün dünyanın 17 ölkəsində olan qayaüstü rəsm və işarələri oxumaq, açmaq lazımdır. Açılanda bu təqvimin ana vətəni birbaşa sizləri Qabbısan (Qobustan) qayalarına,  Gəmi qayasına gətirəcək və göstərəcək ki, baxın, mən burdayam. Mən ilkin təkanımı buradan (Şərqdə) alıb, sonluğumu Qərbdə tapmışam, şamanlarda, mayalılarda tapmışam. Bu səs-küyün əsas səbəbi isə mayalıların özlərinin əcdadlarını axtarmasındadır. Bütün bunlar yeddidən-yetmişə açılmayan digər bir təqvimin sonunun mahiyyətindən doğulur ki, bunların açmaları ilahi bir qüvvəyə məxsusdur. Bu qüvvə isə biganəliyin məngənəsində sizlər tərəfindən sıxılır və əzilir. Yəqin etmək üçün Quran ayələrindən birini sizlərə təqdim etməli oluram.

 

 

 

Bəqərə 151

 

 

 

(Bu qiblənin təyin edilməsi də) sizin aranızda (mələk və cinlərdən deyil) özünüzdən cins və dili sizinlə bir olan) sizə daim bizim (tovhid) nişanə və ayələrimizi oxuyan, sizi (ruhunuzu) paklaşdıran, inkişaf etdirən, sizə (səma) kitabi () və hikməti (şəriət hökmlərini və əqli maarifi), eləcə də əvvəllər bilmədiyiniz şeyləri öyrədən (insanı) peyğəmbər göndərdiyimiz kimi (nemətdir). Demək yaşadığımız cəmiyyətdə ilahi vəhylərə söykənən şəxslər olacaq.

Yazdığım bu ayə dünyanın ilkin bəşəri təqviminin yaranmasının kod açarıdır ki, ilkin sivilizasiyamıza qapı açmışdır. Bu kod açarı isə Peyğəmbərlərin İmamı İbrahim dini, bu dindən doğulan dövlətçiliyin və bu dövlətçiliyin ideologiyasından doğulan svilizasiyanın qapısıdır. Bunun da vətəni dünyanın ilk dövləti Alban dövləti, onun təqvimi azərilərə (oda sitayiş edən atəşpərəstlərə azərilər demişlər) məxsusdur ki, vətəni Azərbaycandır. Bu da Şəms təqvimidir. Fikrimizi təsdiq etmək üçün lüğəti-terminlərə üz tutaq. Ona görə üz tutaq ki, sözlər mahiyyətin açarıdır. 1. Nəsiminin dili ilə desək: “dünyanın zatı isimlərdə, bəyani isə hərflərdədir” Bu baxımdan, onu da bilmək lazımdır ki, istər Qabıssan qaya rəsmləri, istərsə də Qabıssan xalça işarələri, dünya bilsin ki, yazı olmayan dövrdə peyğəmbərlərin diktəsi və bu diktədən doğulan rəsm və işarələrdir. İlahi qüvvələrdən doğulduğu üçün ilahi qüvvə ilə də açılmalıdır. Bu qüvvə elmi qüvvələrdən dəfələrlə güclüdür. İndi isə söz açarları ilə mayalıların təqvim mahiyyət fəlsəfəsini ortaya qoyaq. Bununla da yazdıqlarımıza qəti təsdiq gətirək.

 

 

 

1) Azər - od atəşgah, oda qulluq edən mələk (dini); kəyanda (İranda) günəş ilinin 9-cu ayı (22 noyabr -21 dekabr).

2) Azəri - oda sitayaş edən atəşpərəst, oda aid olan azərbaycanlıların bir adı, azər ayına məxsus olan, azər ayında olan (Bax. Ə.F. lüğəti, səh. 15-16. Budur mayalıların təqvimi dediyiniz təqvim). Mayalılar bu təqvimin, yəni 21 dekabr sonunu bilir, əvvəlini isə bilmirlər.

Ona görə ki, əvvəli onlara aid deyil, azərilərə aiddir, doğulma evi isə Qabıssanda və Təbrizdə olub. Şərqdə doğulan təqvim, şəcərə sonluğunu Qərbdə tapmışdır. Ona görə də M.İsgəndər e.ə 331 də (Marafon döyüşündən sonra, III Daranı məğlub etdikdən sonra kəyanda şahənşah məkanımız (İranda) orada olan bütün atəşgahları yandırdı. Ona görə ki, onlar Dara tərəfindən yaradılan süni atəşgahlar idi. Təbii atəşgah isə Bakidə idi (Bakı) Baki - ağlayan, aləm yeri, hüzn yeri, ağı deyilən yer, yəni atəşgah deməkdir. Ümbaki isə ana Baki, yəni Qabıssan qayaları (Bax: Şakir Qabıssanlının əsərlərinə, 7-ci cild). Bakı atəşgahını isə düz bir ildən sonra M.İsgəndər ziyarət etdi. Fikrimizi təsdiq etmək üçün N.Gəncəvinin “İsgəndərnamə” əsərindəki beytlər istinad edək.

 

 

 

And olsun İbrahim Sufiyə,

İman gətirdiyim haman sufiyə,

İbrahim dinini doğru yol bildi,

Atəş sözlərini dillərdən sildi.

Aqillər məsləhət gördülər ona,

Oradan tərpənsin Azərbaycana.

 

 

 

Bəli, İsgəndər heç də tarixçi alimlərin düşündüyü işğalçı kimi deyil, Quran ayələrinə görə, ziyarətə gəldi Azərbaycana. Ona görə ki, İbrahim dinin mənəvi ideologiyası Qabıssan qayalarında yazılmışdır. Y.Sezar, XII legion da, başqaları da buraya döyüşə deyil, məhz dünya ziyarətinə gəlmişdir. XII legionun öz əlləri ilə burada çəkdiyi xaç şəkli buna əyani misaldır. Xaçın ana simvolu “Ma”, Atəş, Xaki, Baddır (Su, od torpaq və külək) .Yəni maddi varlığın, ali varlığın doğurduğu ilkin bəşəri torpaq, məkan. Həmin maya təqvimi isə Qabıssan qayaların da və xalçalarında bütöv şəkildə, tam şəkildə (22 noyabr) xalçada 22 xətt, 21 dekabr həm xalça da, həm də Qabıssan qayalarında indi də göz oxşamaqdadır, şamanların dua etməsi işarəsi ilə vəhdətdə. Yekunlaşdırıcı fakt kimi Şaman və mayə sözlərinin mahiyyətini açmaqla bir daha təsdiq edici amili ortaya qoymuş oluruq. “Şam” dünyanın ilkin toponimi olmuş bəşəriyyət ilkin təkanını bu toponimdən almış yeddi iqlim boyunca altı istiqamətdə dünyaya səpələnmişdir (Qabıssan qayalarında bunun işarəsi real şəkildə qalır). “Dədə Qorqud” dastanında yazıldığı kimi, Bayandır xanın Şamı künhu dünyanın son nöqtəsinə yayılmışdır”

Şam - Şəm İbrahimin Günəşə üz tutmasının, bütpərəstlərdən uzaqlaşmasının, oda atılmasının, oddan salamat qurtarmasının simvoludur. Yerdəki rəmzi isə, ilkin od Atəşgah oldu. Buna görə də bu yerə Şam dedilər, həmin Şam bağlandı Şamaxidə Dədə Günəşə. Şaməxi isə Süryada (Suriya) Şama, buna isə Əqsayi Şam dedilər, yəni uzaq Şam. Uzaq Şam isə bağlandı Qərbdə Şamanlara. Şamanlar isə vəhdətə bağlandı mayalılara. Mayalılar isə bağlandı, muğamlarımızın şah şöbəsi “Mayə”yə. Şərqdə doğulan Şam, sonluğunu Qərbdə tamamladı. Ona görə ki, Quran ayələrinə görə, Allah Adəm nəslinə dünyaya yayılın xeyir-duasını verməmişdir. Nuh tufanından sonra xeyir-dua edib “yayılın dünyanın hər yerinə” deyib. Bu yayılma isə Azərbaycan mayəsindən doğulan təqvimi ilə yayıldı dünyanın son nöqtəsinə.

 

 

 

“İsgəndərnamə”:

 

Bu yeddi budaqlı altı cəhətli,

Dövranı, meydanı, yeri vüsətli.

Yaxud, Ə.Xəqaniyə görə:

Bu yeddi çəmənə yaşıllıq verən

Ey altı gəlini al bəzəndirən.

 

 

 

Yeddi iqlim boyunca altı istiqamətdə yayıldı bəşəri şəcərəyə. Bunun isə rəmzi ana qayəsi Qabbısan qayaları muzeyinin girəcəyində yenə də göz oxşamaqdadır. Şaman - başında papaq, papağın bir tərəfində yeddi xətt, digər tərəfində isə altı xətt, - dediklərimizi, yazdıqlarımızı qeydsiz, şərtsiz təsdiq edir. Quran ayələrinə görə, Rəbbi İbrahimə dedi: “Ey İbrahim, arvadlarından birini, övladlarından birini götür get Kəyana (Kənana), orada sənə böyük nəsil və böyük, hədsiz var dövlət verəcəm”.

Elə də oldu. Ə.Caminin fikri ilə desək, Yəqub nəslinin qarışqanı saymaq olur, Kəyandan, “Şama” qədər olan sürülərini sayıb-qurtarmaq olmurdu. Mayalıların təqvimi dediyimiz bu təqvim dünyanın (əlbəttə, zamanında) ilk təqvimi olub, Novruz təqviminə qədər olmuşdur (Şəms təqvimi, azərlərə məxsus). Novruz təqvimi İbrahim dinindən doğulan bir təqvim kimi köhnə təqvimi inkar etməklə adından göründüyü kimi, yeni gün və yeni təqvim kimi yenə də Şərqdə, Azərbaycanda doğulmuşdur (Hər iki Azərbaycanda). İlkin tarixə görə, Azərbaycan ilkin din ölkəsi, Kəyan (İran) isə Şahənşahlıq məkanımız olmuşdur. Zamanında yeddi dövlət, yetmiş iki xalq olmuş Kəyana (İrana) tabe olmuşdur. Ona görə də Kəyan padşahı III Dara dini bayramlarda belinə yeddi qızıl kəmər bağlayırdı. E.ə 331-də Marafon döyüşündən sonra ilk dəfə bu kəmərləri dünya şahənşahı kimi İsgəndər bağlamışdır (Kəyan Günəşi İsgəndər). Ona görə   Novruz yeni gün, yeni təqvim kimi əlamətləri ilə bütün dünyada vardır. Əsas əlamət isə od olmuşdur.

Dünya şöhrətli alim, səyyah Tur Heyerdalın dediyi “Navruz”, bu ki, əlamətləri ilə Narvegiyada da vardır (Norveç). İndi isə keçid alaq Narvegiyalıların 2013-cü ilin noyabrında qaldırdığı, səksəkəli, dünyanın dağılması təqviminə. Yəni fevralın “22” də dünyanın sonu, necə deyərlər, İsrafilin “Sur” düdüyünün (şeypurun) çalınacağı günə. Təbii ki, sonra da yeni bir Şeyx Nəsurullah dünyaya gəlib ölüləri dirildəcək. Çox gülməlidir.

Maraqlıdır ki, norveçlilərin qaldırdığı səs-küylü təqvimin də mayalılardan fərqli təqvimi, sonuncu ayı deyil, əvvəlki ayının işarəsi verilmişdir. Bunlar təbiidir. Əlbəttə, mənim baxışlarıma görə, bu tarixi təqvim xalça naxışlarında, tarixşünaslıqda özünəməxsus dəst-xətti ilə vardır. Sadəcə, həmin təqvim 22 fevral, 22 mart ayı və günləri daxilindədir (həmin işarə xalçada saylarla, xətlərlə qövsün içərisində verilmişdir). Bu təqvimin Narvegiyaya haradan bağlanmasını önə çıxartmaq üçün növbəti lüğəti-terminləri irəli çəkək.

 

 

 

1) Dəlv - 2-ci mənası ilə Kəyan (İran) Şəms ilinin 11-ci ayı (22 fevral - 22 mart).

2) Dəlq - dərviş və zahidlərin geydikləri köhnə və yamaqlı paltar.

3) Dəlil - nişan, əlamət. (Bax. Ə.f.lüğ. səh 142.)

 

 

 

Bu lüğəti terminlər də bu təqvimin tarixini altı, səkkizinci minilliklərə bizi aparır. Daha doğrusu, bu təqvimlərin azı altı, səkkiz min illər tarixi vardır. Bunlar da işarə verir ki, mayalıların buradan getməsi 1-ci təqvim tarixinə, Narvegiyalıların getməsi isə 2-ci təqvim tarixinə bağlanmasını dəlil kimi ortaya qoyur.

Norveç alimi T.Heyerdalın Qəbələdə və Şəkidə “Navruz-Navruz” deməsi bir daha dediklərimizi təsdiq edir. Alim Azərbaycanda olarkən Novruz bayramını müşahidə etmiş və bunların əlamətlərinin vətənində olmasını xüsusilə vurğulamışdır.

Novruz - baharın ilk başlanğıcı olub, əsasən mart ayının 22-nə təsadüf edən yeni il bayramı. (Bax. Ə.f.lüğ. səh. - 484)

Lüğəti-terminlərə əsasən (bu həqiqətən belədir) Novruz yeni gündürsə, əlbəttə, bizim tariximizlə bağlı, deməli, köhnə təqvimlərimiz də Şəms və Dəlv təqvimlərimiz olub. Məntiqi nəticəyə görə də Norveç və Maya təqvimlərini bir-birindən ayrılır. Mayalıların təqvimi qədimliyi ilə norveçlilərin təqvimini üstələyir.  Ümumiləşdirici şəkildə yazdıqlarımı təsdiq etmək üçün, dünyanın on yeddi ölkəsində olan qayaüstü rəsmləri bir-bir müşahidə edən T.Heyerdalın altı dəfə Azərbaycana gəlməsinə nəzər yetirək. (1984-1996-cı illər), 1984-cü ilə qədər Sovet hökuməti onun buraya gəlməsinə icazə vermirdi. Nəhayət, ABŞ-ın prezidenti işə qarışıb icazə aldıqdan sonra Azərbaycana böyük alim gələ bilir.

Dünyanın tanıdığı T.Heyerdal altıncı gəlişində Qabıssan qayalarında yüzə qədər qatlama, əyri qayıqlara baxdıqdan sonra əllərini yuxarı qaldıraraq “mən təslim” sözlərini deyir. Tərcüməçi də əllərini onunla yanaşı qaldıraraq həmin sözləri tərcümə edir. Yəni bu qayıqlar dünyanın ən qədim qayıqlarıdır. Şumerlərdən də əvvəlki dövrün, qədim qayıqlarıdır.

Özü də bu qayıqlar ilk dəfə olaraq qamışlardan hazırlanmışdır. Qamışlar uzaqda deyil bu yaxınlarda olmalıdır, deyərək T.Heyerdal israr edir. İşarə verir ki, bu qamışlar olan ərazi tapılmalıdır. Mərhum akademik B.Budaqov söyləyirdi ki, “bu qamışları Hacıqabuldan tapdıq. Çox uzun və qalın qamışlar idi”. T.Heyerdal qamışların bir həftədə şişib parçalanması iddiasını edən alimlərə sübut etdi ki, qayıqlar nəinki bir həftə, düz 101 gün suda qalmaqla öz keyfiyyətini itirməmişdir. Bu qayıqlar isə tarixin yeni əlçatmaz bir koduna qapı açmış oldu. Bu kod da Nuhun tufanının məhz bu ərazidə olmasına təsdiq gətirdi. Bəli, tufandan cəmi səkkiz adam salamat qurtarmışdır. Nuh, arvadı, üç oğlu və üç gəlini. (Muğlar - səkkizlik. Bax. Udin Azərbaycan lüğətinə). Məhz bu üç oğlun nəsli, Yafəs oğlu Türk orta Asiya istiqamətində, 2-ci oğlu Sami nəsli Təbriz, Misir, Hindistan istiqamətində, Hami nəsli isə Dağıssandan Sibirə tərəf şəcərə yollarını yaymışlar. (Digər bir əks arqument var ki, dünyaya məhz yeddi iqlim boyunca altı istiqamətdə paylanma, səpələnmə, şəcərə yolları buradan cızılmışdır. Norveçlilər də həmin qatlama qayıqlarla buradan Volqaya üzmüş, Volqadan Şimala piyada yolla üz tutmuşdur. Alimin qeydlərinə görə, onlar buradan iki min nəfə çıxmış, Alyaskaya qədər 600 nəfər salmat qalmışlar. Norveç təqvimi də (Novruzla vəhdətdə) məhz buradan aparılmışdır.

 

 

 

Hər iki təqvim əsasında bağlanır ki, bunların da əsas qayəsi məhz ilkin sitayiş mənbəyi Günəş olmuşdur. T.Heyerdalın da nəzərindən bu işarə qaçmamışdır. Qeyd etmişdir ki, Qabıssan qayıqlarından fərqli olaraq, Misir, Şumer qayıqlarında “Günəş” dorda çəkilmişdir. Qabıssan qayıqlarında isə Günəş şəkli uc hissədə verilmişdir. Qabıssan xalçalarında da (Mərəzə) Günəş qayığın uc hissəsində verilmişdir. Bunların da fərqi ondadır ki, uc hissədə olan Günəş şəkli daha qədimliyə işarə verir və bu qədimliyi təsdiq edir. Günəş isə həm Şəms (Azərilərin Şəms təqvimi, mayalılarla vəhdətdə) təqvimi, həm də “Dəlv” təqvimi sufilərin ilk təqvimləri dünya tarixində gen yaddaşı simvollarından biri və əsası olmuşdur.

 

 

 

Mayə - zat, səbəb, təməl. (Bax. Ə.f.lüğ. səh. 324).

 

 

 

Nəzərə almaq lazımdır ki, bu lüğət farslardan əvvəl “Pars”ilərə məxsus olmuşdur (Yəni zahidlər, abidlər, dərvişlər məkanına). Dünyanın predmet, tarixi yazılarından sonra Pars əlifbası dünyanın ilk əlifbası olmuşdur. Molla əlifbamız, əski əlifbamız. Pakistan, Əfqanıstan da o zamanlardan bu əlifba ilə yazmışlar) Şərq ölkələrinə bu əlifba da bir mərkəzdən yayılmışdır. Bu əlifba Azərbaycanda olanda Misirdə heroqlif yazıları olmuşdur. Şəms təqvimi təsdiq edir ki, ulduzşünaslığın, astronomiyanın (astrologiya ilə vəhdətdə) əsası burada qoyulmuşdur. Şəms təqvimi qəbilə, tayfanın təqvimi deyil, ilkin svilizasiyanın yaratdığı ilk dövlətçiliyin təqvimi olmuşdur.

Deməli, istər mayalıların, istərsə də norveçlilərin uyduruduğu bu qara kabus tarixi zərurətdən doğulan bir cəfəngiyyatdır desək, heç də yanılmarıq. Dünyanın dağılmasına və onun zamanına isə başqa bir prizmadan yanaşmaq lazımdır.

Bunun da başlanğıc əlamət mahiyyəti yeddidən-yetmişə düsturu və onun mifoloji fəlsəfəsidir. Dünyanın dağılmasını “əraf” sürəsində yazılan əvvəlki svilizasiyalarının dağılma tarixi ilə bağlı olan məsələdir. Bu isə ayrı bir mövzunun elementləridir ki, bu haqda da məntiqi mühakimələr irəli sürmək heç də çətin deyil. Onu da qeyd etmək lazımdır ki, ilkin svilizasiyamızın elmi qapısı Günəşə üz tutma və ulduz sisteminin dərk olunması ilə başlamışdır. Bütpərəstlikdən uzaqlaşıb Günəşə, Aya və Ulduza üz tutan isə bəşəriyyətin ilk peyğəmbərlərindən biri olan İbrahim olmuşdur. İlk dəfə o, irəli sürdü yeri və göyü, ulduz sistemini həyat mənbəyi kimi yaradıb bizə bəxş edən Rəbbimiz vardır. Bu ideyanın həyata keçməsi Zərdüşt dediyimiz, İbrahimə p.ə düz on altı ilə başa gəldi. Min bir məşəqqətdən - onun qalibiyyətindən sonra bəşəriyyət tək allahlığa keçid almaqla ilkin dinə və bu dindən doğulan ilkin svilizasiyaya qapı açdı. Həmin dövlət də ilkin elmi təqvimini yəni “Şəms” təqvimini sonra isə “Dəlv” təqvimini yaratdı və Novruz  bayramını ilkin maddi varlığın (çarın, dördlüyün) yaranmasını önə çəkməklə dövlətçiliyin maddi və mənəvi ideologiyasını ortaya qoymuş oldu. Tarixin ilk qapıları açılmasın deyə elmin mürtəce qüvvələri onun hansı millətə mənsub olmasını gizlətməyə çalışdılar və çalışırlar da.

Fikrimizi təsdiq etmək üçün, yeni bir bəşəri fikrin partlayışa səbəb olmasının qarşısını almaq üçün Quran ayələrinə üz tutaq və dünya fəlsəfəsinin klassiklərinin fikirlərini önə çəkək.

 

Quran Bəqərə - 140

 

 

1) Deyirsiniz ki, İbrahim, İsmayıl, İsak (Yəqubun nəvələri olan) Əsbət yəhudi ya da xaçpərəst olublar.

De: siz daha çox bilirsiniz yoxsa Allah (ki onların yəhudilik və xaçpərəstlikdən uzaq olduğuna şəhadət vermişdir və siz bunu bilirsiniz və gizlədirsiniz?) Allah tərəfindən yanında olan (hər hansı) bir şəhadət gizlədəndə daha çox zalım kim ola bilər? Allah etdiyiniz əməllərdən əsla qafil deyildir.

Bəli, cəmiyyətin müəyyən təbəqəsi İbrahimi Yəhudi, müəyyən təbəqəsi isə xaçpərəst saymağı ilə ayəyə görə, büsbütün yanılırlar. (İncildə saxtalaşdırılan ayələr fikrimizi bir daha təsdiq edir).

Bəs onda kimdir İbrahim? Ayələri önə çəkib bildirirlər. “Hənəfi”, “Həqə” pərəst. Bəs bunu necə başa düşək və bu sözlərdən onun hansı qövmə mənsub olmasını təyin edək? Bunları açmaq üçün N.Gəncəvinin “Leyli və Məcnun” əsərinə istinad edək:

 

 

 

Məcnunun ulduzlarla söhbəti.

Gördü ki, buxardan olan ulduzlar,

Qaçışıb tutmayır fələkdə qərar.

Bildi ki, xəyalın səfası çoxdur,

Amma ki, dərdinə dəvası yoxdur.

Üz tutub yalvardı aşiq bir daha,

Hər dərdin çarəsi böyük Allaha.

 

 

 

Diqqət yetirin növbəti beytlərə;

Həqə gəlin kimi gurub duvağa,

Durmuşdu Hənəylə qulaq-qulağa.

 

 

 

1) Həqə - bir ulduz adı. (Bax. Ə.f.lüğ. səh. 716)

2) Hənə - astronomiyada ulduz adı. (Bax. Ə.f.lüğ. səh. 726)

 

 

 

Bunlardır İbrahim Hənəfi və Həqəpərəstdir sözlərinin və onun kimə mənsub olmasının kod açarları.

Ulduzlara üz tutan, Leyli adının mənası gecə və gündüz, Günəş və Ay olan, bunlara üz tutduğu üçün on altı il tərki dünya olub, çöllərə düşən Zərdüşt dediyimiz İbrahimdir. Buna görə də ilk dəfə olaraq onu Məcnun (həqiqi Məcnunun mənası dəlicəsinə sevən deməkdir) adlandırıb nə toya, nə də yasa buraxmırdılar. (Bax. Xalq mahnılarına).

Ulduzlara (Həqə, Hənəfi) ilk dəfə üz tutan məhz atəşpərəstlər olub ki, onların da vətəni o taylı, bu taylı Azərbaycan olmuşdur. Məhz İbrahim dini qələbə çaldıqdan sonra dünyanın ilkin yeddi dövləti və yetmiş iki xalqı onun dinini qəbul etmişdir. Zamanında dünya hökmdarı III Daranın ulu babası Gəctəb (Gəştasib) tərəfindən (Çin, Hindistan, Misir, Rum, Kəyan, Məqduniyyə (Makedoniya), Zənd və Gərd (yəni od, fələk evi ölkələri).

Bu dinin də ilkin təqvimi məhz, Şəms təqvimi olub. Bu ölkələrə simvol kimi aparılmışdır. Bu baxımdan, mayalılara və narvegiyalılara minnətdar olmaq lazımdır ki, belə bir axtarışda olan mahiyyətin qapılarının açılmasına təkan vermiş oldular.

Sonra isə unudulan, çoxdandır oxunmayan Azərbaycan xalq mahnısı ilə fikirlərimi bitirirəm.

 

 

 

Əkinçiyəm, biçinçiyəm

Bu qışı burda, bu qışı burda,

Keçmir Mədarım.

 

 

1) Mədar - mərkəz, istinad nöqtəsi, çıxış nöqtəsi, özəl - təməl.

2) Mədari - sərətan - coğrafiyada; Xərçəng tropiki. (Bax. Ə.f.lüğ. səh. 339).

 

İstər qayaüstü rəsmlərdə, istərsə də xalçalarımızda bir şəkil daha heyrətləndirici fakt kimi qarşımızda durur. Ağac şəkli və mərkəzində xərçəng şəkli. Bu şəkil isə yazdıqlarımıza sanki qızıl bir möhür vurur. Bu elə bir möhürdür ki, üstündən min illər keçməsinə baxmayaraq, silinməz şəkildə mənəvi tariximizin hakim sübutu kimi qalmaqdadır. Şəkilin mənasının biri bəşəriyyətin təkan nöqtəsi kimi buradan Qabıssandan (Bakı Dərbənd, Şəki Şirvan şəhəri ərazisinə mənsub. Bax. L.Kərimovun əsələrinə) təkanını alıb xərçəng kimi dünyaya yayılmışdır. Təbii ki, bu yayılma da gen yaddaşına sahiblik kimi öz təqvimlərini, atəşpərəstlərin kəşf etdikləri təqvimləri özləri ilə aparmışdır. Tarix sanki bir yumaq, bir kələfidir. Kələfin o biri ucunu tapmaq üçün gərək min bir düyünü açmaq qabiliyyətinə malik olasan. Bunun yenilməz təkanına təkcə elmi baxışlarda deyil, Allahın verdiyi güc ilə vəhdətdə açmaq olar.

 

 

 

Şakir Qabıssanlı (Həmzəyev),

AMEA-nın doktorantı, Bakı İdarəetmə və Texnologiya Kollecinin tarix-fəlsəfə müəllimi

Təzadlar.- 2014.- 14 yanvar.- S.12-13.