Seyidli oymağının Molla Qurbanlı nəsli

 

Qarabağ özünün qədimliyinə görə seçilən tayfaları ilə tanınır. Bu tayfalar tarixin müxtəlif zamanlarında Qarabağın ictimai-siyasi, mədəni həyatında əhəmiyyətli rol oynamış görkəmli şəxsiyyətlər yetirmişdir. Hər bir tayfa oymaqları, obaları ilə seçilmişdir.

 Seyidli Qarabağın qədim tarixə malik oymaqlarından biridir. XVIII əsrdə Seyidli Kəbirli tayfasının oymaqlarından sayılırdı. Qarabağ xanlığının qurucusu Pənahəli xan rəqiblərinə qarşı mübarizədə arxalandığı, etibar edə biləcəyi bir neçə tayfabu tayfaların oymaqlarından çıxmış qoçaq insanları olmuşdur. Qarabağa aid yazılan salnamələrə görə, Cavanşir, Otuziki, Kəbirli və başqa tayfalar hər zaman Pənahəli xana sədaqətli olmuşlar. Seyidli oymağının əhalisi də Pənahəli xanın güvəndiyi igid, mərd insanlar sırasında idi.

Seyidli oymağı müxtəlif tarixi dövrlərdə özünün görkəmli şəxsiyyətləri, ziyalı övladları, alimləri, müəllimləri, həkimləri ilə tanınmışdır.

XVIII əsrdə Qarabağ xanlığı zamanında Seyidli oymağının ərazisi geniş imiş. Həmin dövrlərdən etibarən Seyidli oymağında Qazılılar, Kərbəlayi Miralılar, Məmmədbəyli, Eyvazlı, Mollalar, Seyidlər, Şərifli, Molla Qurbanlı, Hacı İsmayıllılar, Hacıtağlar, Kəlbavəlilər, Əbülqasımlı, Nədirlər, Hacılar, Təpə məhlə, Tillər, İlanqırxanlar və başqa nəsillər yaşamışlar. Bu nəsillərdən bəziləri zaman keçdikcə müəyyən təsirlər nəticəsində qaynayıb-qarışmaqla bir nəsil kimi öz varlıqlarının itirməli olmuşlar. Seyidli ərazisindən axan Kötəl çayı adıyla məşhur idi. Kötəl Qarqar çayının qoludur. Qarabağda Kötəlin suyunu içənin qoçaq, igid, eyni zamanda gözəl səsə malik şəxs olması barədə bir inanc da vardır.

Molla Qurbanlı nəsli Seyidli oymağının sayılan nəsillərindən biridir. Nəsil öz adını Seyidli oymağının sakini Molla Qurbanın adından götürmüşdür.

Molla Qurban Mədət oğlu 1768-ci ildə Seyidli oymağında anadan olmuş, mükəmməl dini təhsil almış, bölgənin savadlı din xadimlərindən sayılmışdır. O, Kərbəlanı ziyarət etdiyi üçün Seyidli oymağında Kərbəlayi Molla Qurban adı ilə tanınmışdır.

Kərbəlayi Molla Qurban səkkən il ömür sürmüş, 1848-ci ildə Seyidli oymağında vəfat etmişdir. Hazırda Molla Qurbanlı nəsli Qurbanov soyadı ilə tanınır.

Kərbəlayi Molla Qurban Xanımla ailə həyatı qurmuş, İsmayıl, Mikayıl, Cəbrayıl adlı övladları dünyaya gəlmişdir. Onun övladları Seyidli oymağında dini təhsil almış, İsmayıl, Mikayıl Məşhədi, Cəbrayıl  Kərbəlanı, Məkkəni ziyarət etmişdir.

Məşədi İsmayılın Əbdürrəhim, Kərbəlayi Əbdüləli, Məşədi Mikayılın Məmməd, Möhsün, Məşədi Qasım, Hacı Cəbrayılın Mustafa, Ələkbər, Musa, İsa, Gövhər adlı övladları olmuşdur.

Məmməd Molla Qurbanlı nəslinin qoçaq, qeyrətli övladlarından biridir. O, 1851-ci ildə Seyidli oymağında doğulmuş, Çar Rusiyasının himayəsinə sığınan ermənilərlə Əsgəran qalasının müdafiəsi uğrunda döyüşdə qəhrəmancasına həlak olmuşdur.

Məmmədin kiçik qardaşı Möhsün Seyidli oymağının qabiliyyətli zərgəri idi. O, Çar Rusiyası dövründə böhtana salınaraq Sibirə sürgünə göndərilmişdir. Sibirdə vəfat etməsi ehtimal olunur.

Möhsün Qurbanov Möhsünün yeganə övladı Əyyubun oğlu idi. O, 1923-cü ildə anadan olmuşdur. Möhsün Qurbanov 1943-cü ildə Sevastopolun müdafiəsində həlak olmuşdur.

Molla Qurbanlı nəslinin tanınmış övladı Surxay Qurbanov Seyidlinin el ağsaqqallarından sayılmışdır. Surxay Qurbanov 16 oktyabr 1912-ci ildə Seyidlidə dünyaya gəlmişdir. O, Ağdam Pedaqoji Məktəbində oxumuş, Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil-ədəbiyyat fakültəsini, Ümumittifaq Qiyabi Hüquq İnstitutunu  bitirmişdir.

 Surxay Qurbanov II Dünya Müharibəsi iştirakçısıdır. O, Şimali Qafqaz, I IV Ukrayna cəbhələrində igidlik göstərərək döyüş yolu keçib, üç dəfə yaralanmışdır. Xidmətlərinə görəQırmızı Ulduz”, I dərəcəli Vətən Müharibəsi ordenləri, “İgidliyə görəmedalı ilə təltif edilmişdir.

Surxay Qurbanov cəbhədən qayıtdıqdan sonra 1953-cü ilə kimi prokurorluq orqanlarında müxtəlif rəhbər vəzifələrdə işləmişdir. O, prokurorluq orqanlarından çıxdıqdan sonra 1953-cü ildən başlayaraq həyatının sonuna qədər pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Onun dərs dediyi şagirdlər arasından bir çox alimlər müəllimlər çıxmışdır. Surxay Qurbanov 1977-ci ildə vəfat etmişdir.

Habil Surxay oğlu Qurbanovun adı Molla Qurbanlı nəslinin tanınmış övladları sırasındadır. O da atası kimi bir müddət prokurorluq orqanlarında rəhbər vəzifələrdə çalışmışdır. Habil Qurbanov hüquq elmləri doktoru, professordur. Uzun illərdir ki, elmipedaqoji fəaliyyətlə məşğuldur. O, 80 elmi məqalənin, 5 monoqrafiyanın, 5 dərs vəsaitinin müəllifidir.

Hazırda Habil Qurbanov AMEA Fəlsəfə, Sosiologiya  Hüquq İnstitutunda şöbə müdiri vəzifəsində çalışır.

Göründüyü kimi, Seyidli oymağının Molla Qurbanlı nəsli tarixin müxtəlif dövrlərində özünün  sayılıb-seçilən övladları ilə tanınmışdır. Molla Qurbanlı  nəsli  sələflərinin layiqli davamçısı kimi bu gün də Azərbaycanın ictimai həyatında yaxından iştirak edir.

 

 

 

Orxan Zakiroğlu (Baharlı),

tədqiqatçı-jurnalist

Təzadlar.- 2014.- 23 yanvar.- S.12.