-M.Ə.Rəsulzadə
- 130-
REPRESSİYA OLUNMUŞLARIN
YARADICILIĞI NECƏ OLUB?
Sovet İttifaqının 20-ci illərin sonuna və
bütün 30-cu illərə təsadüf edən hadisələri
kütləvi repressiyalar dövrü kimi bəşər
tarixinə həkk olub. Sovet rejiminin əleyhinə söylənilən,
onun ədalətli olub-olmamasından asılı olmayaraq hər
hansı sözə görə, bəzən də şərləmə,
böhtan yolu ilə ölkənin ən işıqlı
simalarını həbsxana barmaqlıqları arxasına
atılmasını şərtləndirmişdi. Belə adamları “xalq düşməni” damgası
“qazanmaqla” ya güllələnir, ya da SSRİ-nin çox soyuq
və yaşayış üçün xeyli çətin
olan ucqar guşələrinə sürgün gözləyirdi.
Gələcəyinə böyük ümidlər
bəslənən gənc Azərbaycan rəssamı Ələkbər
Rzaquliyev həmin illərdə repressiyanın qurbanına
çevrilmiş çoxsaylı yaradlclarından biri oldu.
Taleyinə
yazılan ömür payının çoxunu sürgündə
keçirən Ələkbər Rzaquliyev (1903-1974)
“pantürkizm” ideyalarının yayıcısı kimi əvvəlcə
6 illiyə Arxangelskə, azad olunandan sonra isə dərhal yerli
kommunist liderlərindən biri olan R.Axundovun təkidi ilə
uzaq Solovkiyə, ən nəhayət Altay vilayətinə
sürgün olunmuşdu. 25 illik (!!!) agır sürgün həyatı
keçirən Ələkbər Rzaquliyev yalnız
İ.V.Stalinin vəfatından üç il sonra Azərbaycana dönə
bilmişdi. Vətənə
qayıdan və bədxahlarına özünün mənəvi
gücünü və mübarizliyini sərgiləyən rəssam qalan
ömrünün gecəsini-gündüzünü ürəyində
donub qalan sənət arzularının gerçəkləşdirilməsinə
həsr etmiş və çox qısa müddətdə ərsəyə
gətirdiyi “Köhnə Bakı” qrafik silsiləsi ona əsl sənətkar
şöhrəti qazandırmışdi. 1964-cü ildə bənzərsiz
yaradıcılıq ugurları ilə sovet ideoloqlarını belə
heyrətlənməyə məcbur edən rəssama “Əməkdar
rəssam” fəxri adı verilmişdi. O, haqlı olaraq keçmişimizin bədii
mənzərəsini yaradan ən yaxşı sənətkarlardan
sayılır...
Təəssüf ki, bu xoşagəlməz
taleyüklü təzyiqə tuş gələn təkcə
o deyildi. Rəssamlardan
Həsən Haqverdiyev, Hüseyn Axundov, valideynlərinin
“antisovet fəaliyyəti”nə görə isə Azər Rəsulzadə,
Tahir Salahov, Togrul və Vidadi Nərimanbəyovlar, Oqtay və
Togrul Sadıqzadələr də otuzuncu illərin
günahsız qurbanlarından olmuşlar. Daxili “düşmən”
axtarışına
sürüklənən cəmiyyətin öz əli
ilə çox işıqlı simalarına, o cümlədən
də gözəllik aşiqi olan rəssamlara qənim kəsilmələri
mahiyyətinə görə heç şübhəsiz təzadlarla
dolu tariximizin heç nə ilə yuya bilməyəcəyimiz
qara ləkəsidir desək, həqiqəti söyləmiş
olarıq.
Dogrudan da
həmin illər
özünün agrılı - acılı hadisələrinə
görə çox da uzaq
olmayan keşməkeşli keçmişimizin heç vaxt
unudulmayacaq səhifələrindən birini təşkil edir.
Belə ki, həmin qanlı-qadalı illərdə Vətənini,
millətini varlıgı qədər sevən neçə-neçə
yurddaşımız
evindən - eşiyindən pərən - pərən
salındı, uzaq - uzaq ellərə sürgün edildi. İşıqlı əməl sahibləri olan bu
adamların çoxunun günahsız oldugu çox təəssüf
ki, yalnız çox-çox sonralar üzə
çıxdı və onlar haqlı olaraq bəraət də
aldılar. Taleyinə
məcburi didərginlik yazılanların sırasında Azərbaycan
Demokratik Respublikasının yaradıcılarından olan Məmməd
Əmin Rəsulzadənin ailəsi də vardı.
İş elə gətirdi ki, repressiya dalgası səngisə
belə, bu ailə sonralar da bir yerdə ola
bilmədi. Ölkəsini müstəqil görmək istəyən atanın ömür yolu
-işıqlı arzulara köklənmiş həyatı uzaq
Almaniya, Polşa və Türkiyədə, oglu Azərin məşəqqətli
günləri isə Azərbaycandan kənarda - Qazaxıstan
torpagında keçdi...
Azər Rəsulzadə
(1920-1993) Qazaxıstanda ailə həyatı qurdu və
ömrünün axırına kimi də burada yaşadı,
rəssamlıqla məşgul oldu. O, sürgündən əvvəl
Bakı rəssamlıq texnikumunu bitirmişdi. Təhsilsonrası illərdə Qazaxıstanda yaşayan Azər Rəsulzadə
oradakı orta məktəbdə uşaqlara rəsm dərsindən
dərs deyib, böyük həvəslə onlara rənglər
vasitəsilə gözəllik yaratmagın sirlərini öyrədib.
O, sonralar Qaraqanda şəhərində Bədii Fondda rəssam
işləyərkən sənət aləmi ilə daha dərindən
təmasda olub, özünəməxsuslugu ilə seçilən
əsərlər yaradıb və hamıya realizmin bədii
ifadə ənənələrinin nəhayətsiz oldugunu əyani
göstərməyə nail olmuşdur. Müxtəlif
janrlarda çəkilmiş həmin lövhələrı
Qazaxıstanda təşkil olunan ayrı-ayrı sərgilərdə
ugurla nümayiş etdirib. Azərbaycan sənətsevərləri
isə yalnız 1994-cü ildə Bakıda təşkil
olunmuş sərgidə Azər Rəsulzadənin və onun Azərbaycanda
yaşayan oglu Raisin yaradıılıgı ilə
tanış ola biliblər.
Azər Rəsulzadənin portret və mənzərə
janrlarında işlədiyi tablolarda yuxarıda qeyd etdiyimiz
kimi onu əhatələyən gerçəkliyə real bədii
münasibət mövcuddur. O, müasirlərinin (“Avtoportret”,
1950; “Həkim Əbdürrəhman Hüseynov”,1951)
obrazlarına, xüsusilə təbiət motivlərini
(“Yol”,1960; “Yay motivi”,1962) Vətən həsrətilə bələməyə
nail olmaqla, onların duyulası təsirliliyini əldə edə
bilmişdir. Rəssamın görüntüyə gətirdiyi
obrazlara xas incə və səciyyəvi cizgiləri rənglərin
dili ilə ifadə edə bilməsini ilk növbədə onun insan
psixologiyasına bələdçiliyinin nəticəsi saymaq
olar. Onun mənzərələrində də bədii
görkəm almış təbiət motivləri rəng
tutumuna görə kifayət qədər
duygulandırıcıdırlar. Bunu isə Azər Rəsulzadənin
dərin müşahidə qabiliyyəti ilə yanaşı, müşahidə
etdiyi real görüntüləri
poetik ovqat daşıyıcısına çevirə bilmək
istedadının cəlbedici nəticəsi saymaq olar...
Azər müəllimin oglu Raisi Qazaxıstandan Azərbaycana
qaytaran onun rəssam olmaq istəyi oldu. Ancaq o, Ə.Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini 1969-cu
ildə bitirsə də, təzədən Bakıda geri - Qazaxıstana qayıtmadı.
Rais Rəsulzadənin
yaradıcılıgı elə o vaxtdan bu günə
kimi Azərbaycanda keçdiyindən sənətsevərlər
rəssam kimi onun imzasını müxtəlif sərgilərdən
yaxşı tanıyırlar. Onun müxtəlif miqyaslı sərgilərdə
göstərilən tablolarını milli təsviri sənətimizin
inkişafına verdiyi layiqli töhfə saymaq
mümkündür. Uzun illər ərzində
Azəbaycan Dövlət Pedaqiji Universitetində dərs deyən
Rais müəllimin gənc kadrların yetişdirilməsində
xidməti əvəzsizdir desək, həqiqəti söyləmiş
olarıq. İstedadlı fırça ustasının ən müxtəlif janrlarda
çəkdiyi əsərlərdə dünyanı fərqli
bədii şərhlə ifadə etmək istəyinin ugurlu nəticəsini
görmək mümkündür. Tarixi abidələrin, qədim
yurd yerlərinin təsvirləri (“Naxçıvan dagları”,1980; “İçərişəhərdə”,
1985; “Şamaxı dagları”,2003) irili-xırdalı əsərlərdə
dəyişgən və cəlbedici rəng həlli ilə
açıqlanıb.
Onun
işlədiyi müxtəlif tutumlu tablolarda (“Şərq
natürmortu”,1980; “Metro inşaatçıları”,1986;
“Gizlində”,1988; “Yorgun əsgər”, 1989) psixoloji yozumlar və
ovqat ifadəsi (“Rəssam Qadir Süleymanovun portreti”,1985,
“Balıqçının portreti”,1990) fərdi müəllif
yaşantıları ilə qoşalaşdıgından
çox düşündürücüdürlər...
R.Rəsulzadə
müstəqillik illərində Azərbaycan təsviri sənəti
sahəsində səmərəli fəaliyyətinə
görə “Azərbaycan Respublikasının əməkdar rəssamı”
fəxri adına layiq
görülmüşdür.
Görkəmli yazıçı, otuzuncu illərdə
repressiyaya ugramış Seyid Hüseynin ailəsində
böyümüş Oqtay və Togrul Sadıqzadələrin
də özünəməxsus sənət dünyası
vardır desək, yanılmarıq. Xalq rəssamı Oqtay Sadıqzadənin real
biçimli portretləri (“Şairə Natəvanın
portreti”,1983; “Mügənni F.Qasımovnın portreti”,1986), onun
kiçik qardaşı Togrul Sadıqzadənin (1926-1995) janr və
ovqat genişliyi ilə seçilən
yaradıcılıgı (“Yeddilliyin səhəri”,1963; “Neft
dagı”,1967; “Xirosima”,1965; “”Mahnı”, 1985) Azərbaycan rəngkarlıgının
maraqlı səhifələrindən birini təşkil edir...
Sərhəd
rayonlarından birində raykom katibi işləyən Teymur Salahovun otuzuncu illərdə repressiya
qurbanı olması oglu Tahirin də gələcək həyatını
puç edə bilərdi. Belə ki, o, Bakıda rəssamlıq
məktəbini bitirəndən sonra Sankt-Peterburq
(keçmiş Leninqrad) şəhərindəki iki ali məktəbə ugurla imtahan versə də,
ona tələbə adını qazanmaga imkan verməmişdilər.
Əvvəlcə
İ.Y.Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və
Memarlıq İnstitutunda, sonra isə V.Muxina adına Ali rəssamlıq-sənaye
məktəbində mövcud olan “Hərbi kafedra”lar onun
bioqrafiyasında atasının repressiyaya məruz
qalmasını ona bagışlanılmaz irad tutaraq sovet ali təhsil
ocagında oxumasına qadaga qoymuşdular. Yalnız 1951-ci ildə
V.İ.Surikov adına Moskva Rəssamlıq
İnstitutuna imtahan verən T.Salahov burada arzuolunmaz hərbi
kafedranın yoxlugu üzündən tələbə
adını qazanır. 1957-ci ildə “Növbədən
qayıdanlar” adlı diplom işi ilə dünya təsviri sənətinə
“sərt üslub” kimi bədii üslub bəxş edən rəssam,
sonrakı səmərəli yaradıcılıgı ilə Azərbaycan incəsənətinin
şöhrətlənməsinə duyulası xidmətlər
göstərmişdir. Onun “Səhər
qatarı” (1958), “Qara Qarayevin portreti” (1960), “Təmirçilər”
(1960), “Abşeron qadınları” (1967), “Yeni dəniz” (1970) və
digər əsərlərinin milli təsviri sənət xəzinəmizin
inciləri olması birmənalıdır...
Görkəmli fırça ustası Togrul Nərimanbəyov
və onun böyük qardaşı Bidadi Nərimanbəyov da
vaxtilə Fransada təhsil almış ataları Fərman bəyin
repressiya qurbanı olmasının agrısını çəkməli
olmuşlar. Repressiya nəticəsində ata həbs edilərək
Rusiyanın soyuq Kolım şəhərinə, ailə
üzvləri - həyat yoldaşı İrma xanım,
oglanları Vidadi və Togrul Özbəkistana sürgün
edilmişlər. Yalnız sonralar Fərman
bəyin bəraət alması övladlarının təhsil
almalarına imkan vermiş və onların hər ikisi rəssamlıq
sahəsində mükəmməl təhsil almışlar.
Xalq rəssamı Vidadi Nərimanbəyov sənətsevərlərin
yaddaşında daha çox hərbi mövzuda əsərlər
(“Müharibə uşaqları”,1980; “Xatirə”,1985)
çəkən bir rəssam kimi qalmışdır.
Ötən il Parisdə dünyasını dəyişən və arvadının inadkarlıgı nəticəsində elə orada dəfn olunan Togrul Nərimanbəyov isə sözün əsl mənasında XX əsr Azərbaycan təsviri sənətini dünyaya tanıdan yaradıcılardan biri olmuşdur. Onun dəzgah və monumental rəngkarlıq, kitab qrafikası və teatr-kino sahəsində yaratdıgı sənət nümunələri özündə ilk növbədə dünyaya çox fərqli “Togrul baxışı”nı yaşadırlar. Onun “Mugam” (1965), “Göyçay baglarında” (1965), “Tarla düşərgəsində” (1967, “Payız bazarı”,1976)) lövhələru, Kukla teatrını, keçmiş “Moskva” mehmanxanasını (məhv edilmişdir), Milli Məclisi və s. yerləri bəzəyən bənzərsiz monumental divar rəsmləri məhz bu qəbildəndirlər...
Nə qədər “gözəllik işıgına” bələnsə də, əslində kifayət qədər agrılı olan bu yazını son nəfəsində üç dəfə “Azərbaycan... Azərbaycan... Azərbaycan!” deyib gözlərini yuman ölməz Məmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyinə həsr etməyimiz heç də təsadüfi deyil. Bunu təkcə onun oglu Azərin və nəvəsi Raisin də rəssam olmaları ilə baglamaq istəməzdik. Heç şübhəsiz bu qısa qeydlərin yaranma səbəbinin cövhərində Vətənsizliyin agrısını çəkməklə qatlaşan və hər zaman onun müstəqil olmasını arzulayan böyük vətənpərvərin özünün də üzərindən repressiya kölgəsinin götürülməsinə başlanması faktı durur. Çox yaxşı haldır ki, ölkə rəhbərliyi cismən Ankaranın Əsri məzarlıgında uyuyan, ruhu isə yurdumuzun göylərində dolaşan Məmməd Əmin Rəsulzadə kimi milli-azadlıq mücahidimizin yubileyinin keçirilməsinə qərar verməklə Azərbaycanda böyük keçmişi olan “ölülərdən qorxmaq” kimi xoşagəlməz tarixi-siyasi ənənəyə son qoyuldugunu hamıya sərgiləmişdir. Bu yazını da əski tariximizi öz real tutumu ilə dəyərləndirməkdə bir qədər gecikən xələflərin sələflərindən üzürxahlıgı hesab edirik...
ZİYADXAN
ƏLİYEV
Azərbaycan
Respublikasının əməkdar incəsənət xadimi
Təzadlar.-
2014.- 23 yanvar.- S.10-11.