“Xocalı soyqırımı İndoneziya parlamenti tərəfindən rəsmən tanınır”

 

“Xocalı soyqırımı İndoneziya parlamenti tərəfindən rəsmən tanınır”

Elmar İsgəndərov: “İndoneziya xalqı arasında azərbaycanlı olduğunu deyəndə böyük hörmət və fərəhlə qarşılayırlar”

İndoneziya Beynəlxalq Tələbələr Assosiasiyasının vitse-prezidenti, azərbaycanlı tələbə Elmar İsgəndərovla müsahibə

- Elmar bəy, İndoneziyada Azərbaycanı necə tanıyırlar?

- Azərbaycanı son dövrlərə kimi burda çox az tanıyırdılar. Yalnız siyasi dairələrdə Azərbaycan haqqında tam məlumat vardı. İlk dəfə İndoneziya Respublikasına səfərim 2008-ci ildə olub. Bu, İndoneziya Xarici İşlər Nazirliyinin Azərbaycana səfəri zamanı Azərbaycan Dillər Universitetində ilk İndoneziyaşünas tələbələr ilə görüşü zamanı ən yaxşı tələbəyə İndoneziyada Xarici İşlər Nazirliyi xətti ilə İndoneziyanın Dili, Mədəniyyəti və İncəsənətinin öyrənilməsi üçün 3 aylıq dövlət təqaüdü ilə kursda iştirak etmək üçün şərait yaratması ilə baş tutdu. 2008-ci ildə Azərbaycandan olduğumu deyəndə gərək Türkiyə, Rusiya və Xəzər dənizi regionunda yerləşdiyini də qeyd etmək zəruri idi. Çünki çox insanın, əsas da gənc nəslin Azərbaycan haqqında təsəvvürü belə yox idi. Amma 2012-ci ildə İndoneziya Təhsil Nazirliyinin dövlət təqaüdünü yenidən qazandım və hal-hazırda Beynəlxalq Münasibətlər və siyasi elmlər üzrə aparıcı universitetlərindən birində magistratura təhsilimi davam etdirirəm. O gündən ölkəmizin burda tanınması cəhətdən çox böyük dəyişikliklər baş verib. Əlbəttə ki, bu, ilk növbədə ölkəmizin regiondadünyada qazandığı uğurlarev sahibliyi etdiyi bir sıra beynəlxalq miqyaslı tədbirlərin, forumların və konfransların keçirilməsi ilə əlaqəlidir. Burda təhsil aldığım müddətdə istər İndoneziyada, istərsə də regionun digər ölkələrində keçirilən dövlət və beynəlxalq səviyyəli bütün konfranslarda Azərbaycanı layiqincə təmsil etməyə çalışmışam. 2013-cü ildə İndoneziyanın 32 aparıcı universitetində təhsil alan 150 beynəlxalq tələbə arasında İndoneziya dilində keçirilən debat yarışlarında mənim təmsil etdiyim universitet və rəhbərlik etdiyim komanda qalib gəldi və bütün qitələrdən mindən çox beynəlxalq tələbəni özündə birləşdirən İndoneziya Beynəlxalq Tələbələr Assosiasiyasının vitse-prezidenti seçildim. Bu hadisə istər İndoneziya, istərsə də Azərbaycan mediasında geniş işıqlandırıldı, çünki bu təşkilata azərbaycanlı ilk dəfə rəhbər seçilmişdi. Bununla da, istər İndoneziya cəmiyyəti arasında, istərsə də sosialsiyasi həyatının bütün sahələrində daha da aktiv iştirak etməyə davam etdim. Çox sevindirici haldır ki, artıq İndoneziya xalqı arasında azərbaycanlı olduğunu deyəndə böyük hörmət və fərəhlə qarşılayırlar.

- Bildiyiniz kimi, İndoneziya Azərbaycan həqiqətlərinə dəstək verən müsəlman dövlətlərdən biridir. Ölkə siyasilərinin Dağlıq Qarabağ məsələsinin həllində baxışı nədən ibarətdir?

- Azərbaycan-İndoneziya münasibətləri haqqında çox danışmaq olar. Bu barədə hazırda təhsil aldığım universitetdə məqaləm də dərc edilib. Öncə İndoneziya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 28 dekabr 1991-ci ildə tanıyıb və iki ölkə arasında diplomatik münasibətlər 24 sentyabr 1992-ci ildə qurulub. Son dövrlərdə İndoneziya və Azərbaycan arasında münasibətlər daha da intensivləşib. Bircə onu qeyd etmək kifayətdir ki, 2012-ci il statistikasına əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 2 milyard ABŞ dolları təşkil etmişdibununla İndoneziya Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilmişdibu gün bu göstərici durmadan artır. Siyasi müstəvidə də istər BMT, istərsə də İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi İndoneziya bütün beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəkləyir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində də İndoneziya birmənalı olaraq hər zaman Azərbaycanın haqq işini dəstəklədiyini vurğulayıb. Bu ölkədə hər il Xocalı soyqırımının anım günü qeyd edilir və hətta ölkə parlamentində də müzakirəyə çıxarmağa nail olmuşuq və Xocalı soyqırımı İndoneziyada dövlət səviyyəsində bu ölkənin qanunverici orqanı olan İndoneziya Respublikasının Parlamenti tərəfindən rəsmən tanınır və bu məsələyə İndoneziya hər zaman bütün beynəxlaq konfranslarda öz qətiyyətli mövqeyini və dəstəyini bildirib. İndoneziyanın bu qətiyyətli mövqeyi İndoneziya Respublikası Parlamentinin Xalq Nümayəndələr Palatasının sədri cənab Marzuki Alie ilə bu yaxınlarda görüşümüz zamanı da bir daha səsləndi və çox dəyərli bəyanatlarla yadda qaldı. İndoneziya Respublikası Parlamentinin Xalq Nümayəndələr Palatasının sədri cənab Marzuki Alie dünya ictimaiyyəti tərəfindən beynəlxalq səviyyədə tanınmış Azərbaycan Respublikasnın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığı prinsipini dəstəklədiyini bildirib. O bildirdi ki, onun mövqeyiİndoneziya xalqının mövqeyi BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə əsaslanaraq, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunun təcavüzünə və işğalına son qoyulmasını və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionu və digər ərazilərindən çıxarılmasını tələb edir. Cənab Marzuki Alie sonda bildirib ki, İndoneziya xalqı Dağlıq Qarabağ münaqişəsində və Xocalı Soyqırımı məsələsində Azərbaycan xalqının mübarizəsini və haqlı mövqeyini bütünlüklə dəstəkləyir. Bu, İndoneziya Respublikasının dövlət və beynəlxalq konfranslarda səsləndirdiyi rəsmi mövqeyidir.

- İndoneziyada nə qədər azərbaycanlı tələbə təhsil alır və onların fəallığı hansı səviyyədədir?

- İndoneziyada Beynəlxalq Tələbələr Assosiasiyasının vitse-prezidenti olmaqla yanaşı, həm də Azərbaycanlı Tələbələr Assosiasiyasının sədriyəm. Bu etimadı mənə İndoneziya Respublikasının Təhsil Nazirliyi göstərib. Qeyd etməliyəm ki, hər il İndoneziyaya gələn azərbaycanlı tələbələrin sayı artmaqdadır. Əvvəllər bəzi şəhərlərdə bir-iki tələbə olardısa, hazırda təkcə mənim təhsil aldığım universitetin kampuslarında beş azərbaycanlı tələbə bakalavr təhsili alır. Ümumiyyətlə isə, İndoneziyada azərbaycanlı tələbələrin sayı otuz nəfərdən çoxdur. Kəmiyyət az görünə bilər, amma keyfiyyət kifayət qədər yüksəkdir. Azərbaycanlı tələbələr İndoneziyada çox aktivdirlər. Bu yaxınlarda İndoneziyanın 32 aparıcı universitetində təhsil alan 77 ölkədən beynəlxalq tələbələrin sammiti keçirilmişdi. Həmin sammitdə azərbaycanlı tələbələr də iştirak etmişdi. Bu sammitdə böyük bir uğur qazandıq. Rəhbərlik etdiyim komanda İndoneziya dilində debat yarışlarında bütün rəqiblərə qalib gələrək 1-ci yerə çıxmışdı və İndoneziyada dövlət təqaüdü ilə təhsil alan mindən çox beynəlxalq tələbəni birləşdirən İndoneziya Beynəlxalq Tələbələr Assosiasiyasına vitse-prezident seçildim. İlk dəfə olaraq azərbaycanlı tələbə bu təşkilata rəhbər seçilirdi. Bu, mənim 2008-ci ildə dövlət təqaüdü ilə İndoneziyanın Mədəniyyəti və İncəsənəti kursunu keçdikdən sonra yerli televiziyanın və dövlət rəsmilərinin iştirakı ilə keçirilən proqramda İndoneziya dili və mədəniyyəti sahəsində öyrəndiklərimi uğurla nümayiş etdirdiyim üçün İndoneziyanın xarici işlər naziri tərəfindən diplomla təltif olunduqdan sonra böyük uğurlarımdan biri idi.

Bundan əlavə, Azərbaycanı İndoneziyada layiqincə təmsil etmək üçün orta məktəblərdə, universitetlərdə tez-tez Azərbaycan haqqında prezentasiyalar nümayiş etdiririk, digər ölkələrin də iştirak etdiyi mədəniyyət festivallarında Azərbaycan stendi öz milli keyfiyyətləri ilə hər zaman fərqlənir, İstər İndoneziya cəmiyyəti, istərsə də xarici tələbələr tərəfindən bayramlarımız və milli geyimlərimiz, xüsusilə Novruz bayramı çox böyük maraqla qarşılanır. Azərbaycan və türk dilinə çox böyük maraq yarandığı üçün təhsil aldığım universitetdə könüllü Azərbaycan və türk dilləri kursları keçirik. Ölkəmizin ən ağrılı hadisəsi olan Dağlıq Qarabağ və Xocalı soyqırımı haqqında həm İndoneziya cəmiyyətini, həm də beynəlxalq tələbələri məlumatlandırmaq üçün tədbirlər keçiririk və hər il səfirliyin keçirdiyi tədbirlərə də qatılaraq, xarici tələbləri də dəvət edirik. Bundan əlavə, tez-tez yerli televiziyaradio verlişlərinə də dəvət olunuram və Azərbaycan haqqında məlumatlar verirəm.

- Orada ermənilərin fəallığı hiss olunurmu?

- Erməniləri Azərbaycanın bu ölkədə aktiv olması qısqandırmaya bilməzdi. Çünki bir sıra beynəlxalq konfranslarda İndoneziyanın Azərbaycanı dəstəkləməsi və Ermənistanı Dağlıq Qarabağı işğal etdiyinə görə və Xocalı soyqırımını törətdiyinə görə qınaması və Ermənistana qarşı qətnamələrin qəbulunda fəal iştirakı Ermənistanı ciddi narahat etdi. Bir neçə ildir ki, Ermənistan Cakartada səfirlik açmağa böyük səylər göstərir. Lakin Azərbaycan Respublikasının xarici siyasətinin uğuru və İndoneziyanın Azərbaycanla dostluq münasibətlərinə üstünlük verməsi, Dağlıq Qarabağ münaqişəsində və Xocalı soyqırımındakı mövqeyi bunun qarşısını alıb. Ancaq son dövrlər ermənilərin burda səfirlik açmaq planları yenidən gündəmə gəlib və bu məsələdə böyük səylər göstərməyə başlayıblar. Ermənistan hökumətinin sorğu qrupu hazırda Cakartada Ermənistan səfirliyi açmaq üçün ərazi axtarır və bu il Ermənistan səfirliyinin Cakartada açılması təxmin edilir. Lakin İndoneziya Respublikasının Parlamenti, həm İndoneziya Respublikası Parlamentinin Xalq Nümayəndələr Palatasının 1-ci Komissiyası, həm də İndoneziya Respublikası Parlamentinin Xalq Nümayəndələr Palatasının rəhbərliyi İndoneziyanın Dağlıq Qarabağ münaqişəsində və Xocalı soyqırımında mövqeyini əsas gətirərək, artıq İndoneziya hökumətinə Ermənistanın Cakartada səfirlik açmasının təxirə salınması üçün müraciət edib. Bu barədə karabakhinfo.com saytına müsahibə şəklində təqdim etdiyim İndoneziya Respublikası Parlamentinin Xalq Nümayəndələr Palatası sədri cənab Marzuki Alie ilə danışıqlarımızı tam şəkildə izləyə bilərsiz. Link:http://karabakhinfo.com/musahibe/2440-ndoneziya-parlamentinin-sdri-karabakhnfocoma-eksklziv-msahibsi.html

O qeyd edib ki, 2014-cü ildə Cakartada Ermənistan səfirliyinin açılması planları İndoneziyanın Dağlıq Qarabağ münaqişəsində və Xocalı soyqırımı məsələsində tutduğu ədalətli mövqeyini və siyasətini dəyişməyəcək.

- Xahiş edirəm, oxucularımıza İndoneziya haqqında qısa da olsa məlumat verəsiniz.

- Bakalvrmagistr təhsilimdə bu ölkə

regionla ixtisaslaşdığım üçün İndoneziya Respublikasını və Cənub-Şərqi Asiya regionunu 2007-ci ildən tədqiq edirəm.

İndoneziya istər ərazisinə, istər əhalisinə, istərsə də iqtisadiyyatına görə Cənub-Şərqi Asiya regionunun lider dövlətidir. 17 mindən çox adadan təşkil olunan ölkə dünyanın ən böyük arxipelaq dovlətlərindən biridir. Ölkə SakitHind okeanı arasında strateji yerdə yerləşir. Əhalisinə görə rəsmi 250 milyon nəfər olmaqla dünyada Çin, HindistanABŞ-dan sonra 4-cü yerdədir. Əhalisinin 90%-nı müsəlmanlar təşkil edərək, İndoneziya dünyanın ən böyük müsəlman ölkəsidir. Əhali çox qonaqpərvər, hər zaman üzündə təbəssüm olan səmimi və istiqanlı insanlardır. İndoneziya dünya iqtisadiyyatına və siyasətinə birbaşa təsiri olan nəhəng iyirmilik (G-20) ölkələr qrupuna daxildir və iqtisadiyyatının sürətli artım tempinə görə bu qrupda Çindən sonra 2-ci yerdədir. Ölkənin ümumi daxili məhsulunun həcmi bir trilyon dollardan çoxdur. Dünya iqtisadiyyatı ədəbiyyatlarında İndoneziya, Malayziya, Sinqapur iqtisadiyyatlarının sürətlə artımına nail olduqları üçün “pələng dövlətlər” adlandırılırlar. Proqnozlara görə, yaxın gələcəkdə İndoneziyanın dünya iqtisadiyyatında payı daha da artacaqbu ölkə iqtisadiyyatının artım tempinə və həcminə görə ilk onluqda uzun müddət qərarlaşacaq.

 

 

Elnur Eltürk

Təzadlar.- 2014.- 25 yanvar.- S.13.