“Musiqi Allah sevgisini
coşduran, insanı fərəhləndirən, qəlbi
rahatladan nemətdir”
1956-cı ildə Ankarada doğulmuş Adnan Oktar
Türkiyənin tanınmış mütəfəkkirlərindən
biridir. Milli və mənəvi dəyərlərinə
çox bağlı olan və inandığı müqəddəs
dəyərləri digər insanlara çatdırmağı
insanlıq vəzifəsi qəbul edən Adnan Oktar ideoloji
mübarizəsinə 1979-cu ildə Memar Sinan Universitetinin incəsənət
fakültəsində təhsil aldığı müddətdə
başlamışdır. Universitet
dövrü ərzində ətrafında hakim olan materialist fəlsəfi
cərəyan və ideologiyaların
yanlışlığı haqqında həmin nəzəriyyələrin
tərəfdarlarından da artıq məlumatlanaraq hərtərəfli
tədqiqatlar aparmışdır. Bu məlumatlar
işığında milli və mənəvi dəyərlərə
təhlükə törədən darvinizm və təkamül
nəzəriyyəsinin dünyaya verdiyi zərərlər və
bu nəzəriyyənin müasir elmə məğlubiyyəti
ilə bağlı əsərlər yazmışdır.
“New Scientist” jurnalının 22 aprel 2000-ci il
tarixli sayının ifadəsi ilə təkamül nəzəriyyəsinin
yanlışlığını və
yaradılışın doğru olduğunu cəmiyyətə
çatdırılmasında Adnan Oktar beynəlxalq qəhrəmana
çevrilmişdir. Bundan əlavə, müəllif
sionizm və masonluğun dünya tarixi və siyasətinə
mənfi təsirləri ilə bağlı kitablar da
yazmışdır. Bu əsərlərlə
yanaşı, Quran əxlaqını və imani
mövzuları təbliğ edən əsərlərlə
birlikdə 300-dən çox kitabın müəllifidir.
“Cavid Yalçın” təxəllüsündən də
istifadə edən Adnan Oktar əsərlərinin böyük əksəriyyətini
Harun Yəhya təxəllüsü ilə nəşr
etdirmişdir.
Bu təxəllüs inkarçı
dünyagörüşünə qarşı mübarizə
aparan iki peyğəmbərin xatirlərinə hörmət əlaməti
olaraq Harun və Yəhya adlarından götürülüb.
Müəllifin kitabların üz qabığında Rəsulullahın
(s.ə.v) möhüründən istifadə etməsinin
simvolik mənası isə kitabların məzmunu ilə əlaqədardır. Bu
möhür “Qurani-Kərim”in Allahın son kitabı və son
sözü, Peyğəmbərimizin (s.ə.v) də xatəmül-ənbiya
(son peyğəmbər) olmasının rəmzidir. Müəllif də nəşr etdirdiyi bütün əsərlərində
Quranı və Rəsulullahı (s.ə.v) özünə rəhbər
tutaraq inkarçı ideologiyaların bütün təməl
iddialarını bir-bir təkzib etməyi və dinə
qarşı etirazları tam susduracaq şəkildə son
sözü deməyi hədəfləyir. Çox
böyük hikmət və kamal sahibi olan Rəsulullahın
(s.ə.v) möhürü bu son sözü söyləmək
niyyətinin duası kimi istifadə olunur.
Müəllifin bütün əsərlərindəki
ortaq hədəf insanlara Quranın təbliğini
çatdırmaq və beləliklə, onları Allahın
varlığı, birliyi və axirət kimi əsas imani
mövzular üzərində düşünməyə
sövq etmək və bəzi mühüm mövzuları
xatırlatmaqdır.
Harun Yəhyanın əsərləri Hindistandan Amerikaya,
İngiltərədən İndoneziyaya, Polşadan Bosniya və
Hersoqovinaya, İspaniya və Braziliyaya qədər
dünyanın bir çox ölkəsində rəğbətlə
oxunur.
İngilis, fransız, alman, italyan, ispan, portuqal, urdu,
ərəb, alban, rus, bosnyak, uyğur, indonez kimi bir çox
dillərə tərcümə edilən əsərlər
dünyada geniş oxucu kütləsi tərəfindən
mütaliə edilir.
Dünyanın hər tərəfində çox bəyənilən
bu əsərlər bir çox insanın iman gətirməsinə,
bir çoxunun da imanda dərinləşməsinə vəsilə
olur. Kitabları oxuyan, təhlil edən hər bir insan bu
dərin fərqin və faydanın, əsərlərdəki
hikmətli, ağıllı, anlaşıqlı və səmimi
üslubun fərqinə varır. Bu əsərlər
sürətli təsir, qəti nəticə, təkzibedilməzlik
xüsusiyyətləri daşıyır. Əsərlərin
hər birində heç kimin təkzib etmədiyi, səmimi,
açıq üslub və dəlillər var. Şübhəsiz
ki, bu xüsusiyyətlər Allahın nəsib etdiyi hikmət
və təsirli izahatdan qaynaqlanır.
Bu həqiqətləri nəzərə aldıqda
insanların görmədiklərini görmələrini təmin
edən, hidayətlərinə vəsilə olan bu əsərlərin
oxunmasına təşviq etmək, əlbəttə,
mühüm xidmətdir.
Bu dəyərli əsərləri tanıtmaq əvəzinə,
insanlara şübhə verən, qarışıqlıq
törədən, heç bir faydası olmayan əsərləri
müdafiə edənlər də var. Bu insanlar müsəlmanların
vəziyyətini, çəkdiyi əziyyətləri
düşünməlidirlər. Unudulmamalıdır
ki, dünyada davam edən zülm və
qarışıqlıqdan xilas olmağın yeganə yolu
Quran əxlaqı ilə yaşamaq və Quran əxlaqını
təbliğ etməkdir. Müəllifin əsərləri
bu xidmətdə əsas vəzifəni üzərinə
götürmüşdür və bu əsərlər,
Allahın izni ilə XXI əsrdə dünyadakı
insanları Quranda tərif edilən sülh və əmin-amanlığa,
doğruluğa və ədalətə, xeyir və xoşbəxtliyə
qovuşdurmağa vəsilə olacaq.
Adnan Oktar nə üçün təxəllüsdən
istifadə edir?
Adnan Oktarın əsərləri qələmə almaqda
məqsədi Allahın rizasını qazanmaq və
oxucularını ancaq Qurana və Peyğəmbərimizin (s.ə.v)
nümunəvi əxlaqına tabe olmağa dəvət etməkdir. Adnan
Oktarın şəxsini ön plana çıxarmaq kimi məqsədi
yoxdur. Əsərlərində də
öz adı əvəzinə, təxəllüsdən
istifadə etməsi Adnan Oktarın bu xüsusiyyətinin bir dəlilidir.
Adnan Oktar
ona tez-tez ünvanlanan sualları cavablayır:
- Nə
üçün qeyri-müsəlman xanımları televiziya
verilişlərinizə çıxarırsınız? Bu, dinə uyğundurmu?
- Müsəlmanın
vəzifəsi bütün insanları İslam əxlaqına
dəvət etmək, İslam dininin gözəlliklərini,
Allahın sonsuz gücünü və qüdrətini hər
kəsə təbliğ etməkdir. Müsəlman
hər inancdan olan insana, məsələn, xristianlara, yəhudilərə,
buddistlərə, hindulara və ateistlərə belə təbliğ
etməlidir. Allahın kainatdakı yaradılış dəlillərindən,
Quran əxlaqı və Peyğəmbərimiz hz.
Muhəmməddən (s.ə.v) bəhs etməlidir.
Peyğəmbərimiz (s.ə.v) də öz
dövründə hər dinə mənsub, hər cür
düşüncə tərzinə malik insanı İslam
dininə dəvət etmiş, onlara sevgi və
anlayışla yanaşmış, üstün əxlaqla
davranaraq səbrlə onlara İslam əxlaqını təbliğ
etmişdir. Biz də verilişlərimizdə
hər dindən və inancdan olan insanları qonaq edir, onlara
İslam əxlaqının gözəlliklərini və əsl
müsəlmanın necə olmasını həm sözlə,
həm də əyani şəkildə göstərməyə
çalışırıq. Təbliğdə
məqsəd məhz İslam əxlaqını bilməyən,
tanımayan bir insanı doğru yola dəvət etməkdir.
Əgər “İslam əxlaqı ilə
yaşamayan insanla danışmaram, münasibət qurmaram”
şəklində yanlış anlayış mənimsənilsə,
onda Quranda müsəlmanlara fərz edilmiş təbliğ
ibadəti layiqincə yerinə yetirilməz.
Peyğəmbərimizin dövründə də müsəlmanlar
və səhabələr hər cür həyat tərzinə
malik insana dinimizi təbliğ edirdilər. Peyğəmbərimiz
(s.ə.v) Ukaz bazarında açıq geyimli xanımlara təbliğ
edirdi. Hz. Süleymanın Səba məlikəsi
Bəlqisə öz sarayında necə təbliğ etməsindən
Quranda ətraflı bəhs olunur. Ona
görə bir müsəlmanın açıq geyimli
xanımlarla danışmaması, görüşməməsi
və ya onlara təbliğ etməməsi Quran əxlaqına
uyğun olmayan yanlış inancdır.
- İnsanların qarşısında musiqi
çalınmasını və rəqs edilməsini dinə əsasən
necə açıqlayarsınız?
- Müsəlman Allahın halal etdiyi bütün nemətlərdən
ən gözəl şəkildə faydalanmalıdır. Çünki
Allah dünya nemətlərini müsəlmanlara halal edib.
Musiqi və rəqs də İslama əsasən
halal olan cənnət nemətlərindəndir. Musiqini, mahnıları, musiqi alətlərinin
hamısını, gözəl geyimləri, zinətləri, rəqsi
və bütün gözəl şeyləri yaradan
Allahdır. Bunların hamısını
insanlara sevdirmiş, ruhu bu gözəlliklərdən zövq
alacaq şəkildə yaratmışdır. Müsəlmanlar dünyada bu nemətlərdən
halallar çərçivəsində faydalanar, axirətdə
isə cənnətdə əbədiyyən bu nemətlərdən
zövq alaraq yaşayarlar.
Tövratda
hz. Davudun lira, dəf, qumrov
kimi musiqi alətlərinin müşayiəti ilə nəğmə
oxuyaraq Allahın hüzurunda rəqs etdiyindən bəhs
edilir. Hətta hz. Davudun
bu rəqsinə paxıllıq edən insanların olduğu
da bildirilir. Rəqsi, musiqini, estetikanı, incəsənəti,
elmi müsəlmanların əlindən alan
və haram kimi göstərən xurafatçı
düşüncə tərzidir. Bu nemətlərin
haram göstərilməsi İslamın əleyhinə
oynanmış oyundur.
Müsəlman dünya həyatındakı bütün
gözəlliklərə ən çox layiq olan insandır. Mahnıların
sözlərində dinə və müqəddəs dəyərlərə
zidd, mənfi sözlərin olmamasına diqqət etdikdən
sonra musiqi Allah sevgisini coşduran, insanı fərəhləndirən,
qəlbi rahatladan nemətdir. Musiqi də, rəqs
də insanın gündəlik həyatındakı nemətlərdəndir.
Bundan əlavə, bizim verilişlərimizdə
musiqinin, rəqsin, Quran söhbətinin, siyasətin və ya
digər mövzuların eyni anda yer alması dinlə həyatın
iç-içə olduğunu göstərmək, dinin həyatın
hər anına hakim olduğunu insanlara göstərmək məqsədini
daşıyır.
- Qurana əsasən,
bir qadının bu qədər kosmetikadan istifadə etməsi
uyğundurmu?
- Müsəlmanın ən böyük xüsusiyyətlərindən biri çox keyfiyyətli, tər-təmiz və baxımlı olmasıdır. Müsəlman kişilər də, qadınlar da dünyanın ən gözəl geyimli, ən kübar görünüşlü, ən baxımlı, ən bilikli, ən müasir insanları olmalıdırlar. Kosmetika da baxımlı və gözəl görünməyin halal yollarından biridir. Peyğəmbərimizin (s.ə.v) dövründə də xanımlar kosmetikadan istifadə edirdilər. Ancaq həmin dövrün imkanları çərçivəsində edirdilər. O dövrdə müsəlman xanımlar ənlik, kirşan, dodaq boyasından istifadə edir, əllərini və dırnaqlarını xına ilə rəngləyir, saçlarını xüsusi boyalarla boyayırdılar. Peyğəmbərimizin (s.ə.v) dövründə xanımların dırnaq lakı əvəzinə əllərini və dırnaqlarını xına ilə boyadıqlarından və Peyğəmbərimizin də (s.ə.v) xanımları buna təşviq etdiyindən bir çox rəvayətdə bəhs edilir.
Kosmetikadan az və ya çox istifadə edilməsi də tamamilə şəxsi zövqə bağlıdır. Bəzi xanımlar kosmetikadan çox istifadə etməyi xoşlayır, bəzilər isə xoşlamırlar. Bunun ölçüsü tamamilə şəxsi istəyə bağlıdır. Peyğəmbərimizin (s.ə.v) dövründə də müəyyən ölçü qoyulmamışdır. Peyğəmbərimizin (s.ə.v) sürməni nə qədər çəkdiyini, ölçüsünün nə qədər olduğunu da kimsə bilmir.
- Qurana əsasən,
qadınlar lider ola bilərlərmi?
(Davamı var)
Nəzakət Bədirova
Təzadlar.- 2014.-
28 yanvar.- S.13.