İt intervüsü

 

 (Hekayə)

 

“İnsan yalnız ölümə yaltaqlana bilmir...”

İtin dediklərindən

 

Jurnalistlik fakültəsinin birinci kursunda oxuyurdum. Sentyabrın əvvəlləri idi. Günortaüstü dərsimiz qurtaran kimi özümü verdim universitetin yaxınlığındakı redaksiyaya, düz baş redaktorun otağına girdim.

- Jurnalistəm, - dedim, sonra salam da verdim. Baş redaktor məni təpədən dırnağa süzüb, - məqalə gətirmisən? - dedi.

- Yox...

- Bəs onda nəyə gəlmisən?

- İstəyirəm ki, sizin qəzetlə əməkdaşlıq eliyəm... sonra da yavaş-yavaş gedəm qabağa.

Baş redaktorun dodağı qaçdı: - Nədən yaza bilərsən?

- Hər şeydən.

- Axı, sən hələ cavansan... adamlarla dil tapmağı bacararsanmı? Axı hər adamın öz dilini tapasan gərək...

- Mən it dili də bilirəm, - tələsik cavab verdim.

- Onda get itdən bir intervü götür, - redaktor da tələsik dedi, gözünü gözümə zillədi, - xoşuma gəlsə çap eliyərəm, - yenə gözünü gözümdən çəkmədi.

- Yaxşı, - mən qəfil razılaşdım, - bir həftəyə gələrəm, - deyib qapıdan çıxdım.

Baş redaktor arxadan məni səslədi. Geri qayıtdım, elə qapının ağzındaca ayaqüstü məndən soruşdu:

- Doğrudan sən it dili bilirsən?

- Bilməsəm demərəm ki...

Baş redaktor bir az da mənə diqqətlə baxıb duruxdu, elə bil ki, mənə yazığı gəldi, soruşdu:

- Onda de görüm, it dilində Vətənə nə deyirlər?

- Leş...

- Nə?!

- L-E-Ş, - mən də onun gözünün içinə baxdım, - Leş! Başqa sualınız yoxdursa mən gedim... - qapıdan çıxa-çıxa soruşdum.

- Gözləyəcəyəm ha... - Baş redaktor sağ əlini yuxarı qaldırdı.

- Gələcəm ha...

Qıllı Köpəyi tapa bilmədim. Düzünü boynuma alım Ordan birbaşa məhləmizə gəldim, hər yanı ələk-vlək elədim. ki, bir az da ruhdan düşdüm, ancaq o qədər də yox. Birdən yadıma düşdü ki, Qıllı Köpək köhnə qəbristanlıqda yaşayır - ora üz tutdum - orda da yox idi. Qıllı Köpək bir parça yağlı əppək olub göyə çəkilmişdi. Başımı qaldırıb bir göyə də baxdım, şəhərin şimal tərəfində, yerlə göyün arasında, qara, zəhmli bir bulud dayanmışdı və bulud elə o Qıllı Köpəyə oxşayırdı. Xeyli o buluda tamaşa elədim - itin başı, boynu, quyruğu... elə bil özü idi ki, durmuşdu.

-Salamunəleyküm.

-Salam... - sevindim, - ay dayı, dostun hardadı, - dedim.

-Mənim Qıllı Köpəkdən başqa dostum yoxdu, bala, - dedi.

-Elə mən də onu deyirəm də...

-Gəl... - Kişi köhnə qəbiristanlığa üz tutdu, mən də düşdüm onun dalınca.

Bu kişi ilə Qıllı Köpəyi bu tərəfdə olanların hamısı həmişə bir yerdə görüblər və buna da adət eləyiblər. Hamı elə bilir ki, Qıllı Köpək elə bu kişinindi - ancaq Qıllı Köpək heç kəsin deyildi və özünə məxsus idi.

Birdən kişi dayandı, - istiləndim, - dedi və qurşağa qədər soyunub üzü üstə aşmış baş daşının üstündə oturdu, - harda olsa indi gələr, - dedi, - cındır və kirli torbadan bir parça quru çörək çıxarıb gəvələməyə başladı.

Birdən gözüm kişinin qurşaqdan yuxarı lütlənmiş bədəninə sataşdı, bayaqdan heç fikir verməmişəm, “bu kişinin bədəni nə yaman qıllı imiş... tüklər o qədər sıx idi ki, əti də görükmürdü - elə bil əyninə zil qara gödəkcə geymişdi - qıllı gödəkcə... Bəlkə elə ona görə də Qıllı Köpəklə dostdu, hə... bəlkə elə qohumdular - Qıllı Köpək... Qıllı Kişi”.

Elə həvəssiz udqunurdu ki, Qıllı Kişi - deyəsən çörək çox quru idi. Deyəsən, Qıllı Kişinin oturduğu daşın böyründə Qıllı Köpək yatırdı, çünki torpaq it şəkli almışdı - bir az da hamarlanmışdı.

Qıllı Kişi ora-bura boylandığımı hiss edib dedi:

-Darıxma, ?arda olsa indi gələr, vaxtıdı, - cındır və kirli torbasından bayaq özü yediyindən də böyük bir çörək parçası çıxardıb böyrünə qoydu, deyəsən itin payı idi.

-Sənin qo?um-əqrəban yoxdu? - Qəfil soruşdum.

Üzümə xeyli tamaşa eliyəndən sonra ağır-ağır cavab verdi:

-Bu itdən başqa ?eç kəsim yoxdu... - İtin yerinə baxdı, - ilin on iki ayını bir yerdə oluruq, - dedi, - me?rimizi bir-birimizə salmışıq... o biri itlərə qoşulmur, tək-tən?a gəzib dolaşır, axşamlar da burda görüşürük. Mən belə it görməmişəm - lap adam kimi dil bilir...

Gözaltı Qıllı Kişiyə baxdım - əynindəkilər paltardan çox çörək torbasına oxşayırdı. Elə bil Qıllı Kişinin özünü də cındır və kirli bir torbaya salmışdılar - ancaq torbanın ağzını bağlamışdılar - başı qalmışdı çöldə - yoxsa ölərdi və bəlkə də canı qurtarardı, Qıllı Köpək də o əbədi ayrılıqdan it kimi sarsılıb qalardı ulaya-ulaya...

- Xeyir olsun? - Qıllı Kişi başını qaldırmadan soruşdu, - biz dostuq, bəlkə, mən...

- Yox, yox... - tez etiraz elədim, - şəxsən özünü görməliyəm.

- Onsuz da bizim bir-birimizdən gizli sirrimiz yoxdu. Əgər onu aparmağa gəlmisənsə, getməz, - bir an dayanıb da?a inamla dedi, - ?eç ?ara getməz, - elə bil özünün dediyi bu sözlərdən qürrələndi.

Qıllı Kişinin qabağında çöməlmə oturub dedim:

o Gəlmişəm ondan intervü almağa.

o Dostum olduğuna görə demirəm - çox ağıllı itdi.

o İstəyirəm qəzetə verəm onu, görən şəkli var?

o Goru var ki, kəfəni də ola... aparıb çəkdirərsən də...

o Mənimlə gedər?

o Bizi bir yerdə görsə gedər, - çox inamla dedi, - budu gəlir...

Qıllı Köpək gəldi, dostunu iylədi, qabağında quyruq buladı, darıxdığını bildirdi. Məni heç saya da salmadı - elə bil heç mən burda yox idim. Lap axırda gözlərini mənə zillədi, quyruq-zad bulamadı, çöküb dostuna baxdı, yenə quyruq buladı, dostu da ona gülümsədi. Bütün bunlardan sonra Qıllı Köpək öz yerində çöməlib təzədən gözünü mənə zillədi ki, yəni buyur görək.

Mən də keçib bir daşın üstündə oturdum, qələm-kağız çıxardım:

o Özünüzü təqdim edin...

o Ham! Ham! Ham!

o İtov İt İt oğlu. - Bunu da Qıllı Kişi dedi - lap tərcüməçi kimi.

o Mən başa düşürəm, sən narahat olma... - Bunu da mən dedim və sonra üzümü yenə itə tutdum:

o Peşəniz?

o Veyil-veyil gəzmək.

o Təvəllüdünüz, doğulduğunuz yer?

o Bizdə heylə şey olmur ha, biz itik.

o Ay oğul, sən bunnan adam kimi danışma ee, it kimi danış, itə aid suallar ver, - Qıllı Kişi söhbətə qarışdı, - bir də gördün quyruğunu atdı belinə çıxdı getdi.

İt və itin dostu məni çaşdırmışdı.

Susdum. Neçə il idi ki, bu qəbiristanlıqda ölü basdırmırdılar, elə ona görə də bura köhnə qəbiristanlıq deyirdilər. Sükut qılınc kimi kəsirdi, mən elə indicə anladım ki, köhnə qəbiristanlığın sükutu təzə qəbiristanlıqdakından daha dərin və xoflu olurmuş. Bunları fikirləşə-fikirləşə verəcəyim sualı da axtarırdım. Və bu iki daşın arasında onu da fikirləşirdim ki, “necə bu itin yanında biabır oldum ee...”.

Hələ bu azmış kimi baş redaktorun sözü yadıma düşdü: Gözləyəcəyəm ha...

Ağlıma gələn ilk sualı verdim: - Adamlara münasibətiniz?

- Açıq deyim?

- Açıq.

- İnciməzsiniz ki?

- Yox... - Çaşan kimi oldum, ancaq özümü o yerə qoymadım. - bəs dostunuz incisə? - dedim və başımla Qıllı Kişini göstərdim, - axı o da adamdı.

- O adam deyil... dostumdu...

Çönüb Qıllı Kişiyə bir də baxanda gördüm ki, itin cavabı onun xoşuna gəlib - təkləndiyimi hiss etdim və bu, mənə çox ağır gəldi.

İt darıxdı, burnunu Qıllı Kişinin üzünə sürtən kimi o, ayağa durdu, geyindi, oturdu daşın üstündə.

Cındır və kirli torbanın içindəki kişi bir itə, bir də mənə baxdı. Mən gözümü ondan yayındırıb onun yanındakı cındır və kirli çörək torbasına baxdım. Vallah, dəqiq deyə bilmirəm, mənə elə gəldi ki, torba durduğu yerdə tərpəndi, elə bildim ki, torbanın içində Qıllı Kişinin balası var və torbanı tərpədən də odu. Gözümü cındır və kirli torbadan çəkib tamam başqa tərəfə baxdım: qəbiristanlıqdı də, bu dəfə gözümə balaca, qəşəng uşaq qəbri sataşdı - bu qəbir Qıllı Kişinin cındır və kirli torbası boyda olardı. Baş daşı isə çox böyük idi - uşağın balaca qəbrinə də, elə özünə də ağırlıq eləyirdi - ürəyimdə bu ağırlığa etiraz etdim:

“Uşaq qəbrinin baş daşı gərək elə uşağın özü boyda olsun... Axı, niyə ayrıca uşaq qəbiristanlığı olmasın?.. Burda da balaca-balaca, toppuş-toppuş uşaq qəbirlərinə böyük-böyük qəbirlər böyük-böyük nəzarət eləyirlər və uşaq qəbirlərinin azadlığını əllərindən alırlar - bəlkə elə uşaq qəbirləri oynamaq istəyir...”

Bir də Qıllı Kişinin cındır və kirli torbasına baxdım və bu dəfə torbanın tərpəndiyini gözümlə gördüm - inandım ki, torbanın içində uşaq var və bu uşaq da, daha böyük cındır və kirli torbanın içindən başı çıxmış Qıllı Kişinin balasıdı.

İt səsinin yoğun yerinə salıb bir ağız hürməsəydi, hələ bu xəmir çox su aparacaqdı - yəni mən gec “ayılacaqdım”.

- Adamlara münasibətiniz...

- Adamlar qudurub, - it cavab verdi.

- Axı, qudurmaq it peşəsidi - it qudurar, adam yox...

“Ylla hürə-hürə qurd oğlu qurd çönüb oldu it oğlu it...”

 

- Qudurmuş adam qudurmuş itdən min dəfə quduz olur. Biz itlər tək-tək qudururuq, siz isə... Bir də gördün bir ölkənin adamları qudurdu cumdu o biri ölkənin üstünə... Adamları yer üzünə bəla göndəriblər. - Mırıldadı. - Siz bizi də aldatmısınız, - dişlərini qıcıyıb hürdü. - Siz bizi də aldatmısınız...

- Biz?

- Siz... Biz canavar nəslindənik, eşidirsən, ay adam, canavar nəslindən. Qabağımıza sür-sümük atdınız, öyrəşdirdiniz özünüzə, sonra da yiyə durmadınız, saldınız bizi çöllərə. Yal verdiniz, biz də başladıq yala hürməyə... yala hürə-hürə qurd oğlu qurd çönüb oldu it oğlu it...

- Tamah sizə güc gəlib də, nəfsinizi saxlaya bilməmisiniz!

- Düz sözə nə hürəsən, düzdü. Nəfsimizə görə nəslimizdən keçdik. - Mırıldadı. - Adam əlində sümük görən tənbəl, nəfsli canavarların hamısı gəlib adamın qapısında it oldu. Əsl canavarlar isə hələ indi də dağlarda, meşələrdə şahlıq eləyirlər. Bir dənə bədəsil canavar tapmazsan - canavar elə canavardı. Təkcə biz itlər nəslimizə satqın çıxdıq, axırda da gəlib it olduq. Bir canavarın dərisi dünyanın bütün itlərinə dəyər; canavar dərisidir, bilirsən ki, bunun üçündə qurd oğlu qurd olub.

Bu sözlərdən sonra gördüm ki, itin gözlərindən yaş axır - it ağladı, ağladı və sonra gəlib gözlərini dostunun pırpız saçlarına və tüklü üzünə sürtdü - gözünün yaşını silirdi. Sonra da üzünü göyə tutub bir-iki ağız uladı. Qıllı Kişi sağ əli ilə əvvəlcə onun başını sığalladı, sonra sinəsinə sıxdı - it kimi qucaqlaşdılar, çünki adamlar belə qucaqlaşmırlar...

Bu səhnə mənə çox ağır gəldi və darıxdırdı. Bir az aralıdan keçən bir topa it də dayanıb biz üçümüzə tamaşa eləyirmiş. Bu it topasını hamıdan qabaq Qıllı Köpək gördü və tez də özünü, elə bil ki, bir balaca yığışdırdı.

 

(Davamı var)

Seyran Səxavət

 

Təzadlar.- 2015.- 21 aprel.- S.6.