Xalqımızın qəhrəmanlığını
əks etdirən əsər
2015-ci
ilin may ayında şair-publisist Azər Hacıbəylinin hərbi-vətənpərvərlik
mövzusunda qələmə aldığı, Sədərək
şəhidlərinin əziz xatirəsinə ithaf etdiyi “Vətən
daşı” kitabı işıq üzü
görmüşdür.
Azər
Hacıbəylinin qələmə aldığı “Vətən
daşı” poemasında Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin “Qeyrət qalası”
adlandırdığı Sədərək rayonu uğrunda
1992-ci ilin may ayında gedən ağır döyüşlər
və bir azərbaycanlı zabitin qəhrəmanlıq salnaməsi
tərənnüm olunur. Hərbi-vətənpərvərlik
mövzusunda yazılmış əsər geniş oxucu
auditoriyası üçün nəzərdə
tutulmuşdur.
“Vətən daşı” çox qısa zaman ərzində
ərsəyə gəlib. Buna səbəb “Vətən
daşı”nın ürəkdən və
səmimi duyğularla yazılmasıdır.
“Vətən daşı” poemasında 1992-ci ilin
mayında doğma Naxçıvanın Sədərək
rayonunun erməni təcavüzünə məruz qalması,
ulu öndərlə xalqın birliyi sayəsində
düşmən hücumunun dəf edilməsi yüksək
poetik lövhələrlə verilir. Etiraf edim ki, əsəri
oxuduqca xəyal insanı bir anlığa həmin günlərə
aparır.
Müəllif
süjet xəttini bir igid azərbaycanlı zabitin qəhrəmanlığı
üzərində qurub, bədii şəkildə onun iç
dünyasını tərənnüm edib. Xüsusilə,
şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman
zabitin döyüş yolunun təsviri maraq yaradır. Diqqətəlayiq motivlərdən biri də qəhrəmanın
“Dədə Qorqud” igidlərindən mənəvi dəstək
almasıdır. Əsərdəki
Torpağı
siz çox sevsəniz,
Olar dayağınız hər vətən daşı.
- beyti isə atalar sözünü
xatırladır. Bu, bir daha müəllifin yurd,
torpaq sevgisindən xəbər verir. Qeyd olunan fikir vətən
aşiqi, xalq şairi Məmməd Arazın poemadan öncə
verilmiş misraları ilə səsləşir:
... Siz ey
qədim əfsanələr,
Şeirimə
yağ, səsimə yağ!
Nə
zamansa bu daşlarla
Bir dil
tapan tapılacaq -
Bu
daşların, qayaların
Keçmişini
oyadacaq,
Ordu-ordu
qayalıqlar
İnsanlığa qayıdacaq.
Bu
basılmaz nərlər-ərlər,
Bu qayalar
sərkərdələr
Onda məni
- bir balaca daş əsgəri
Qoyar yəqin
qoşulmağa bu cərgəyə,
Qayaların
keçmişini
Qayalara yazdım, deyə.
Onda vətən
sanar məni
Bir balaca
vətən daşı,
Vətən
daşı olmayandan
Olmaz
ölkə vətəndaşı...
Əsər nikbin çalarlarla yekunlaşır. Necə deyərlər, ot kökü üstündə bitər. Vətən torpağı igidlərin qanı ilə
suvarılıb və bu hədərə getməyib. Qəhrəmanlıq ənənəsi davam edir.
Gənc nəsil ata-babaların qəhrəmanlığını
təkrar etməyə hazırdır. İşğal
altında olan torpaqlarımızı qarı düşmən
xoşluqla azad etməzsə, möhtərəm Prezidentimiz,
Ali Baş Komandan İlham Əliyev cənabları əmr edən
anda gənclər doğma Qarabağa zəfər
yürüşündə ön cərgələrdə
addım atacaq.
Diqqətimizi cəlb edən motivlərdən biri də
poemada Şəfanın timsalında sədaqətli, vəfalı,
igidlərimizə əbədi həmdəm olan Azərbaycan
qadını obrazının yaradılmasıdır. Şairin
özü Şəfaya əhsən dediyi kimi, mən də bu
obrazı yaratdığına görə müəllifə əhsən
deyirəm.
“Vətən daşı” filologiya elmləri doktoru,
professor Sənan Əlincənin redaktorluğu ilə ərsəyə
gəlib.
Xatırladaq ki, 1990-1993-cü illərdə
Naxçıvanıın Sədərək rayonu erməni
işğalçıları tərəfindən 14 dəfə
hücuma məruz qalmış, 108 soydaşımız şəhid
olmuşdur. 1992-ci ilin 18 mayı Sədərək
üçün ən ağır, çətin günlərdən
biri, eyni zamanda qəhrəmanlıq tarixi kimi yadda
qalmışdır. 1992-ci ilin mayında 5
gün davam edən Sədərək döyüşləri
ilə əlaqədar ulu öndər Heydər Əliyevin xalqa
tarixi müraciəti böyükdən-kiçiyə
hamını düşmən üzərinə səfərbər
etmiş, ermənilərin sayca qat-qat çox olduğu
qarşıdurmalarda azərbaycanlılar mətanətlə
vuruşmuşlar. Ulu öndərin
müdrik və qətiyyətli siyasi və diplomatik fəaliyyəti
nəticəsində bir çox böyük dövlətlər
tərəfindən Ermənistanın hərbi hücumu və
təcavüzü pislənmişdir. Düşmən
geri çəkilməyə məcbur edilmişdir. Ulu
öndər Sədərək və sədərəklilər
barəsində demişdir: “Muxtar Respublikanın sərhəd
kəndləri dəfələrlə silahlı təcavüzə
məruz qalmışdır. Lakin biz
hamımız yaxşı bilirik ki, əsas ağırlıq
Sədərəyin üzərinə
düşmüşdür. Sədərək
Naxçıvanın qeyrət qalasıdır”.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının
təbirincə desək, “Ulu öndərin müdrikliyi, qətiyyəti
və cəsarəti nəticəsində,
naxçıvanlıların rəşadəti, fədakarlığı
sayəsində naxçıvanlılar Naxçıvanı
qoruya bildilər”.
Əsərdə
Türkiyə-Azərbaycan qardaşlığı öz əksini
tapmışdır:
...Ən
başda Türkiyə yardıma gəlir,
Böyükdən kiçiyə hamı dillənir.
Anılır
tarixi müqavilələr,
Erməni suları bundan lillənir.
“Türk-türkə
dayaqdır” - hər kəs anlayır,
O Qars sazişinin adı hallanır.
Niyyət
puçluğunu dərk edən kimi,
Düşmənin
gözləri alacalanır...
Azərbaycan
qadını yüksək səciyyəsi
aşağıdakı şəkildə təsvir olunur:
...Qəhrəman
igidlər, mərd ərənlərin,
Cəsur xanımlardır daim həmdəmi.
Həyatda
bölüşüb acı, kədəri,
Olublar birlikdə ömrün hər dəmi.
Çox-çox məmləkətdən fərqlənirik
biz.
Ataraq bəzəyi,
altunları da,
Daim
oğullarla birgə döyüşüb
Vətənin
qeyrətli xatunları da...
Qəhrəmanın
daşlaşmış obrazı əsərin sonuna yaxın
çox təsirli şəkildə belə təqdim olunur:
Elə
bil, heykəldir gildən, torpaqdan,
Ay-ulduz çiynində sanki öyünür.
Geniş
sinəsində qəlpənin yeri...
Şəfanın ürəyi möhkəm
döyünür.
Qürurun
heykəli indi ayaqda,
Onun sağ əlində, ovcunda bir daş.
Sıxılmış barmaqlar qılınc tutmuş tək.
Bir heykəl. Bir zabit. Böyük vətəndaş...
Ordumuzun və
dogma Sədərəyimizin hazırkı durumu da çox
gözəl şərh olunur:
...Bu
gün qəhrəmanım əbədiyyətdə...
Düşmən ordumuzdan quş tək tük salır.
İgid əsgərlərin
şücaətilə
Hamı
arxayınca bir nəfəs alır...
...Dəyişir
günbəgün, saatbasaat
Düşmənə
göz dağı, Qeyrət Qalası -
Sədərək
yurdumun alaqapısı,
Bu ad yaddaşlarda belə qalası.
İndi
yenilənib hər bir nöqtəsi,
Çətin günlərimiz qalıb arxada.
Bircə
dəyişməyib vətən sevgisi,
Cəsur ürəklər də həmin qaydada.
Qurulur,
tikilir yeni binalar,
Əkilir ağaclar, salınır yollar.
Dar
gündə arxamız - türk ellərinə
“Ümid korpüsü”ndən açılır qollar.
Sədərək
- vətənin başlandığı yer,
Xeyrin
şər üstündə zəfər məkanı,
Vətən
daşlarının dilə gəldiyi
Möcüzə diyarı, igidlik kanı.
Bir vaxt
döyüşlərin getdiyi yerlər,
Təmiz,
səfalıdır, həm də abaddır -
Yaşadır
öndərin yüksək adını,
İndi and yerimiz Heydərabaddır.
Dayanıb
qaya tək yağı önündə
Adı da hifz edir doğma vətəni.
Kor olur
yurduma xor baxan gözlər,
Hüsnü heyran edir onu görəni.
Sədərək
elinin böyük yeri var
Doğma
Naxçıvanda, Azərbaycanda,
Aləmə
sığmayan bir ayrı aləm,
Yüksək
Türk Dünyası - Böyük Turanda.
Bu gün
də yaşayır, ürəklərdədir,
Xalqımız unutmur qəhrəmanları.
Həyat
çox firavan keçsə də bizə,
Hamı xatırlayır keçən anları.
Nikbin
yaşamağa vardır haqqımız -
Olsun nəsibimiz nurlu səhərlər.
Qələbə
marşını biz yazacağıq,
Hələ
qarşıdadır böyük zəfərlər...
Müəllif
poemanın yekununda qeyd edir:
Saysız
vəsf etməli igidlərimiz,
Daim qəlblərdədir, anılır hər an.
Mən
yalnız birindən danışdım sizə,
Başqa igidlərdən yazılar dastan.
A.Hacıbəyli
əsəri yaratmaqda əsas məqsədlərindən biri
barədə belə bildirir:
Xalqa
tanıtmaqçün qəhrəmanları
Borcumuz
bunları nəzmə çəkməkdir,
Gənclərin
qəlbində, könül bağında
Vətən sevgisindən ağac əkməkdir.
Əsərin
sonunda, xalq şairi Məmməd Arazın poemadan əvvəl
verilmiş “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”
fikirlərinin məntiqi davamı kimi müəllifin
aşağıdakı misraları təqdim olunur:
...Qədim,
əski əfsanələr söz idi,
Bir gün gəldi, sözdən həyata keçdi.
Dilə gəldi,
daş insantək danışdı,
İgid ərlər zəfər yolunu seçdi.
Baxın,
qədim elimizdə daşların
Dilin bilən
mərd oğul da tapıldı,
Dəyanəti,
rəşadəti önündə
Qarı düşmən ətalətə
qapıldı.
Obamızda
qayalar da, dağlar da
Minilliyin yuxusundan oyandı.
Bu
torpağın sehrindəndi, heç şəksiz,
Keçmişimiz bu günlərə həyandı.
Vətən
oğlu kəsdi düşmən önünü
Qaya oldu, döndü vətən daşına.
Alqış
torpağımın igid oğluna -
Vətən
daşı olan vətəndaşına!...
Kitabın sonunda redaktorun dəyərli, vətənsevər
oxuculara belə bir müraciəti yer almışdır. Hər bir azərbaycanlı,
xüsusən də gənc nəsil üçün
böyük töhfə olan “Vətən daşı”
poeması inanırıq ki, qəlblərinizdə layiqli yerini
tutacaq. Azər Hacıbəyli bu istiqamətdə
işi davam etdirmək, xalqımızın qəhrəmanlıq
səhifələrini əks etdirən silsilə əsərlər
yaratmaq istəyir. Bu nəcib işində
ona yeni yaradıcılıq uğurları arzulayırıq.
Buna görə, “Vətən daşı”
haqqında fikirlərinizi, rəylərinizi bizimlə
bölüşməyinizi, müxtəlif bölgələrimizdən
olan, xalq tərəfindən sevilən,
torpaqlarımızın azad-lığı uğrunda, erməni
qəsbkarları ilə mübarizədə şücaət
göstərmiş vətənin ləyaqətli
oğulları haqqında bilgilərinizi bizə
çatdırmağınızı xahiş edirik. Müəllif çalışacaq ki, imkanları
daxilində öz gələcək
yaradıcılığında bunları nəzərə
alsın. Əlaqə saxlamaq üçün müraciət
edə bilərsiniz: www.hacibeyliler@mail.ru;
www.hacibeyliler@rambler.ru.
“Vətən daşı” gənc nəsil
üçün böyük töhfədir. Əminəm
ki, poema oxucularımız tərəfindən sevilərək
oxunacaq, ürəklərdə və kitab rəflərində
layiqli yerini tutacaqdır.
Bildiyimə görə, Azər Hacıbəyli
hal-hazırda Azərbaycanın Milli Qəhrəmanı
Mübariz İbrahimov haqqında “Addım at!” adlı yeni poema
üzərində işləyir və bu yaxınlarda onu da
oxucuların diqqətinə təqdim edəcək. Azər Hacıbəyliyə
yeni-yeni yaradıcılıq uğurları
arzulayıram.Xalqımızın qəhrəmanlığını
əks etdirən əsər
Xəbərin
çap versiyası Tarix: 18/8/2015
“Vətən
daşı” poeması
image
here
Paşa
Əlioğlu,
filologiya
elmləri doktoru
2015-ci
ilin may ayında şair-publisist Azər Hacıbəylinin hərbi-vətənpərvərlik
mövzusunda qələmə aldığı, Sədərək
şəhidlərinin əziz xatirəsinə ithaf etdiyi “Vətən
daşı” kitabı işıq üzü
görmüşdür.
Azər
Hacıbəylinin qələmə aldığı “Vətən
daşı” poemasında Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin “Qeyrət qalası”
adlandırdığı Sədərək rayonu uğrunda
1992-ci ilin may ayında gedən ağır döyüşlər
və bir azərbaycanlı zabitin qəhrəmanlıq salnaməsi
tərənnüm olunur. Hərbi-vətənpərvərlik
mövzusunda yazılmış əsər geniş oxucu
auditoriyası üçün nəzərdə
tutulmuşdur.
“Vətən daşı” çox qısa zaman ərzində
ərsəyə gəlib. Buna səbəb “Vətən
daşı”nın ürəkdən və
səmimi duyğularla yazılmasıdır.
“Vətən daşı” poemasında 1992-ci ilin
mayında doğma Naxçıvanın Sədərək
rayonunun erməni təcavüzünə məruz qalması,
ulu öndərlə xalqın birliyi sayəsində
düşmən hücumunun dəf edilməsi yüksək
poetik lövhələrlə verilir. Etiraf edim ki, əsəri
oxuduqca xəyal insanı bir anlığa həmin günlərə
aparır.
Müəllif
süjet xəttini bir igid azərbaycanlı zabitin qəhrəmanlığı
üzərində qurub, bədii şəkildə onun iç
dünyasını tərənnüm edib. Xüsusilə,
şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman
zabitin döyüş yolunun təsviri maraq yaradır. Diqqətəlayiq motivlərdən biri də qəhrəmanın
“Dədə Qorqud” igidlərindən mənəvi dəstək
almasıdır. Əsərdəki
Torpağı
siz çox sevsəniz,
Olar dayağınız hər vətən daşı.
- beyti isə atalar sözünü
xatırladır. Bu, bir daha müəllifin yurd,
torpaq sevgisindən xəbər verir. Qeyd olunan fikir vətən
aşiqi, xalq şairi Məmməd Arazın poemadan öncə
verilmiş misraları ilə səsləşir:
... Siz ey
qədim əfsanələr,
Şeirimə
yağ, səsimə yağ!
Nə
zamansa bu daşlarla
Bir dil
tapan tapılacaq -
Bu
daşların, qayaların
Keçmişini
oyadacaq,
Ordu-ordu
qayalıqlar
İnsanlığa qayıdacaq.
Bu
basılmaz nərlər-ərlər,
Bu qayalar
sərkərdələr
Onda məni
- bir balaca daş əsgəri
Qoyar yəqin
qoşulmağa bu cərgəyə,
Qayaların
keçmişini
Qayalara yazdım, deyə.
Onda vətən
sanar məni
Bir balaca
vətən daşı,
Vətən
daşı olmayandan
Olmaz
ölkə vətəndaşı...
Əsər nikbin çalarlarla yekunlaşır. Necə deyərlər, ot kökü üstündə bitər. Vətən torpağı igidlərin qanı ilə
suvarılıb və bu hədərə getməyib. Qəhrəmanlıq ənənəsi davam edir.
Gənc nəsil ata-babaların qəhrəmanlığını
təkrar etməyə hazırdır. İşğal
altında olan torpaqlarımızı qarı düşmən
xoşluqla azad etməzsə, möhtərəm Prezidentimiz,
Ali Baş Komandan İlham Əliyev cənabları əmr edən
anda gənclər doğma Qarabağa zəfər
yürüşündə ön cərgələrdə
addım atacaq.
Diqqətimizi cəlb edən motivlərdən biri də
poemada Şəfanın timsalında sədaqətli, vəfalı,
igidlərimizə əbədi həmdəm olan Azərbaycan
qadını obrazının yaradılmasıdır. Şairin
özü Şəfaya əhsən dediyi kimi, mən də bu
obrazı yaratdığına görə müəllifə əhsən
deyirəm.
“Vətən daşı” filologiya elmləri doktoru,
professor Sənan Əlincənin redaktorluğu ilə ərsəyə
gəlib.
Xatırladaq ki, 1990-1993-cü illərdə
Naxçıvanıın Sədərək rayonu erməni
işğalçıları tərəfindən 14 dəfə
hücuma məruz qalmış, 108 soydaşımız şəhid
olmuşdur. 1992-ci ilin 18 mayı Sədərək
üçün ən ağır, çətin günlərdən
biri, eyni zamanda qəhrəmanlıq tarixi kimi yadda
qalmışdır. 1992-ci ilin mayında 5
gün davam edən Sədərək döyüşləri
ilə əlaqədar ulu öndər Heydər Əliyevin xalqa
tarixi müraciəti böyükdən-kiçiyə
hamını düşmən üzərinə səfərbər
etmiş, ermənilərin sayca qat-qat çox olduğu
qarşıdurmalarda azərbaycanlılar mətanətlə
vuruşmuşlar. Ulu öndərin
müdrik və qətiyyətli siyasi və diplomatik fəaliyyəti
nəticəsində bir çox böyük dövlətlər
tərəfindən Ermənistanın hərbi hücumu və
təcavüzü pislənmişdir. Düşmən
geri çəkilməyə məcbur edilmişdir. Ulu
öndər Sədərək və sədərəklilər
barəsində demişdir: “Muxtar Respublikanın sərhəd
kəndləri dəfələrlə silahlı təcavüzə
məruz qalmışdır. Lakin biz
hamımız yaxşı bilirik ki, əsas ağırlıq
Sədərəyin üzərinə
düşmüşdür. Sədərək
Naxçıvanın qeyrət qalasıdır”.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının
təbirincə desək, “Ulu öndərin müdrikliyi, qətiyyəti
və cəsarəti nəticəsində,
naxçıvanlıların rəşadəti, fədakarlığı
sayəsində naxçıvanlılar Naxçıvanı
qoruya bildilər”.
Əsərdə
Türkiyə-Azərbaycan qardaşlığı öz əksini
tapmışdır:
...Ən
başda Türkiyə yardıma gəlir,
Böyükdən kiçiyə hamı dillənir.
Anılır
tarixi müqavilələr,
Erməni suları bundan lillənir.
“Türk-türkə
dayaqdır” - hər kəs anlayır,
O Qars sazişinin adı hallanır.
Niyyət
puçluğunu dərk edən kimi,
Düşmənin
gözləri alacalanır...
Azərbaycan
qadını yüksək səciyyəsi
aşağıdakı şəkildə təsvir olunur:
...Qəhrəman
igidlər, mərd ərənlərin,
Cəsur xanımlardır daim həmdəmi.
Həyatda
bölüşüb acı, kədəri,
Olublar birlikdə ömrün hər dəmi.
Çox-çox məmləkətdən fərqlənirik
biz.
Ataraq bəzəyi,
altunları da,
Daim
oğullarla birgə döyüşüb
Vətənin
qeyrətli xatunları da...
Qəhrəmanın
daşlaşmış obrazı əsərin sonuna yaxın
çox təsirli şəkildə belə təqdim olunur:
Elə
bil, heykəldir gildən, torpaqdan,
Ay-ulduz çiynində sanki öyünür.
Geniş
sinəsində qəlpənin yeri...
Şəfanın ürəyi möhkəm
döyünür.
Qürurun
heykəli indi ayaqda,
Onun sağ əlində, ovcunda bir daş.
Sıxılmış barmaqlar qılınc tutmuş tək.
Bir heykəl. Bir zabit. Böyük vətəndaş...
Ordumuzun və
dogma Sədərəyimizin hazırkı durumu da çox
gözəl şərh olunur:
...Bu
gün qəhrəmanım əbədiyyətdə...
Düşmən ordumuzdan quş tək tük salır.
İgid əsgərlərin
şücaətilə
Hamı
arxayınca bir nəfəs alır...
...Dəyişir
günbəgün, saatbasaat
Düşmənə
göz dağı, Qeyrət Qalası -
Sədərək
yurdumun alaqapısı,
Bu ad yaddaşlarda belə qalası.
İndi
yenilənib hər bir nöqtəsi,
Çətin günlərimiz qalıb arxada.
Bircə
dəyişməyib vətən sevgisi,
Cəsur ürəklər də həmin qaydada.
Qurulur,
tikilir yeni binalar,
Əkilir ağaclar, salınır yollar.
Dar
gündə arxamız - türk ellərinə
“Ümid korpüsü”ndən açılır qollar.
Sədərək
- vətənin başlandığı yer,
Xeyrin
şər üstündə zəfər məkanı,
Vətən
daşlarının dilə gəldiyi
Möcüzə diyarı, igidlik kanı.
Bir vaxt
döyüşlərin getdiyi yerlər,
Təmiz,
səfalıdır, həm də abaddır -
Yaşadır
öndərin yüksək adını,
İndi and yerimiz Heydərabaddır.
Dayanıb
qaya tək yağı önündə
Adı da hifz edir doğma vətəni.
Kor olur
yurduma xor baxan gözlər,
Hüsnü heyran edir onu görəni.
Sədərək
elinin böyük yeri var
Doğma
Naxçıvanda, Azərbaycanda,
Aləmə
sığmayan bir ayrı aləm,
Yüksək
Türk Dünyası - Böyük Turanda.
Bu gün
də yaşayır, ürəklərdədir,
Xalqımız unutmur qəhrəmanları.
Həyat
çox firavan keçsə də bizə,
Hamı xatırlayır keçən anları.
Nikbin
yaşamağa vardır haqqımız -
Olsun nəsibimiz nurlu səhərlər.
Qələbə
marşını biz yazacağıq,
Hələ
qarşıdadır böyük zəfərlər...
Müəllif
poemanın yekununda qeyd edir:
Saysız
vəsf etməli igidlərimiz,
Daim qəlblərdədir, anılır hər an.
Mən
yalnız birindən danışdım sizə,
Başqa igidlərdən yazılar dastan.
A.Hacıbəyli
əsəri yaratmaqda əsas məqsədlərindən biri
barədə belə bildirir:
Xalqa
tanıtmaqçün qəhrəmanları
Borcumuz
bunları nəzmə çəkməkdir,
Gənclərin
qəlbində, könül bağında
Vətən sevgisindən ağac əkməkdir.
Əsərin
sonunda, xalq şairi Məmməd Arazın poemadan əvvəl
verilmiş “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”
fikirlərinin məntiqi davamı kimi müəllifin
aşağıdakı misraları təqdim olunur:
...Qədim,
əski əfsanələr söz idi,
Bir gün gəldi, sözdən həyata keçdi.
Dilə gəldi,
daş insantək danışdı,
İgid ərlər zəfər yolunu seçdi.
Baxın,
qədim elimizdə daşların
Dilin bilən
mərd oğul da tapıldı,
Dəyanəti, rəşadəti önündə
Qarı düşmən ətalətə qapıldı.
Obamızda qayalar da, dağlar da
Minilliyin yuxusundan oyandı.
Bu torpağın sehrindəndi, heç şəksiz,
Keçmişimiz bu günlərə həyandı.
Vətən oğlu kəsdi düşmən önünü
Qaya oldu, döndü vətən daşına.
Alqış torpağımın igid oğluna -
Vətən daşı olan vətəndaşına!...
Kitabın sonunda redaktorun dəyərli, vətənsevər oxuculara belə bir müraciəti yer almışdır. Hər bir azərbaycanlı, xüsusən də gənc nəsil üçün böyük töhfə olan “Vətən daşı” poeması inanırıq ki, qəlblərinizdə layiqli yerini tutacaq. Azər Hacıbəyli bu istiqamətdə işi davam etdirmək, xalqımızın qəhrəmanlıq səhifələrini əks etdirən silsilə əsərlər yaratmaq istəyir. Bu nəcib işində ona yeni yaradıcılıq uğurları arzulayırıq. Buna görə, “Vətən daşı” haqqında fikirlərinizi, rəylərinizi bizimlə bölüşməyinizi, müxtəlif bölgələrimizdən olan, xalq tərəfindən sevilən, torpaqlarımızın azad-lığı uğrunda, erməni qəsbkarları ilə mübarizədə şücaət göstərmiş vətənin ləyaqətli oğulları haqqında bilgilərinizi bizə çatdırmağınızı xahiş edirik. Müəllif çalışacaq ki, imkanları daxilində öz gələcək yaradıcılığında bunları nəzərə alsın. Əlaqə saxlamaq üçün müraciət edə bilərsiniz: www.hacibeyliler@mail.ru; www.hacibeyliler@rambler.ru.
“Vətən daşı” gənc nəsil üçün böyük töhfədir. Əminəm ki, poema oxucularımız tərəfindən sevilərək oxunacaq, ürəklərdə və kitab rəflərində layiqli yerini tutacaqdır.
Bildiyimə görə, Azər Hacıbəyli
hal-hazırda Azərbaycanın Milli Qəhrəmanı
Mübariz İbrahimov haqqında “Addım at!” adlı yeni poema
üzərində işləyir və bu yaxınlarda onu da oxucuların
diqqətinə təqdim edəcək. Azər Hacıbəyliyə
yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Paşa Əlioğlu,
filologiya elmləri doktoru
Təzadlar.- 2015.- 18 avqust.- S.15.