Əbədi ömür
qazanmış şair
(Ramiz
Rövşənin doğum
gününə)
Milləti, xalqı, ölkəni seçilmişləri tanıdar. Ölkəmizin Üzeyir bəy, Mirzə Cəlil də daxil olmaqla
bu seçilmişlər
siyahısında böyük
şairimiz, əziz dostum Ramiz Rövşən
şərəfli yer tutur. Ramiz Rövşən haqqında
söz deyərkən
çoxölçülü Ramiz Rövşən zirvəsi göz önünə gəlir: metafizik şair, dəyərli yazar və esseist; görkəmli ssenarist; ensiklopedik biliyə və nəticə çıxarma qabiliyyətinə
malik intellektual; nəfsinə cihad edə bilən, ümumi mənafeyi fərdi mənafeyindən
üstün tutan demokratik düşüncəli
ziyalı; peşə
namusuna, ailə namusuna, torpaq və vətən namusuna həmişə sadiq qalan vətəndaş;
katarsisdən keçib
durulmuş, bütövləşmiş
şəxsiyyət.
Tanrı yaratdıqlarına bu atributları balansda paylayar, birini çox versə o birisinin payı azalar. Ancaq sevgisinə tuş
gələnlərdən çox
şeyi əsirgəməz.
Ramiz Rövşən bu sevgiyə tuş gələnlərdəndir. Ona görə də Ramiz Rövşən zirvəsi belə çox sıldırımlıdır.
Allaha yaxın olduğu üçün, Mövlanə
kimi, insana yaxın olduğu üçün, Dostayevski
kimi.
Təsadüfi deyil ki, Allah və ölüm, insan Ramiz Rövşən
yaradıcılığında dominantlıq təşkil
edir. Ramiz Rövşən klassik heca vəznində
də yazdı, əruzda da. Lakin o, Azərbaycan poeziyasına yeni bir poetik
sistem, düzüm gətirdi, Vaqif Səmədoğlu, Vaqif Bayatlı ilə bir vaxtda. Bu poeziya düzümündə
bir azadlıq var: bir şeirdə
11-dən 8-ə, sonra 4-ə, sonra sərbəst şeirə keçid var.
Görünür bu onun metafizik semantik-fəlsəfi təfəkkür
tərzindən, bir də içinin azadlığından doğur.
Onun ən çox sevdiyim şeirlərindən birinə
baxın
Yeri-yeri
qara paltarlı qadın
Kiri-kiri qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridir
Baş daşımı
bəsdir basdın bağrına.
Bütün məni ağlayanlar
kiridi
Sən də kiri qəbrim damır, ağlama.
Bu fikir ancaq Ramiz
Rövşənə məxsus
ola bilən
metafizik fikirdir.
Ramiz Rövşənə
bioloji ömrü
Allah verib. O, Allahı çox sevir, qarşılığında da
Allah ona uzun mənalı ömür verər. Bir böyük şair
kimi, dəyərli ziyalı kimi, təpərli, yenilməz şəxsiyyət kimi özünün qzandığı
isə əbədi ömürdür.
Rafiq Əliyev, professor
Təzadlar.- 2015.- 15 dekabr.- S8.