Unudulmaz anım
O, möhtərəm insan həyat tərzini dəyişdi. Heydər Əliyevsizlik üşütdü,
sıxdı, əzdi bizləri. Qayıdışı ilə sevindirmişdi,
gedişi ilə ağlatdı. Məhəmməd
Peyğəmbər (s) tövsiyə
edir: “Məzarlığa
get, səssizcə qal,
orada susmuş söyləyənləri dinlə”.
Biz onu daim
dinləyəcəyik. Buna ehtiyacımız böyükdür. Onun
gözləri ilə işin sonunu əvvəldən görən
gözlər torlandı
sanki... O, uzun bir yoldan zamanın
ağır yüklü
sirləri ilə yorğunluğunu dərməyə
getdi. Biz öz
milli xüsusiyyətlərimizlə
mənalıyıq. Yoxluğu sıralarımızı
sıxlaşdırır və
sıxlaşdıracaq. Möhtərəm adını əzizlikdən
müqəddəsliyə daşıyacağıq.
Varlıqlar aləmində insan duyğularının qavramadığı
yaradılışlar mövcuddur. Onların arasında
dünyasını dəyişən
insan cismindən ayrılan ruhlar da olur. Bu görünməz varlıqlar fövqəladə
enerjiyə, gücə
sahibdir. Onlar istədikləri
zaman istədikləri
insanlarla əlaqə qurur, duyğular aləminə təsir göstərir. Onun uca ruhu daim onu
sevənlərə həyan
olacaq.
Bənzərsizliyi həm də xəyalda qalan ən gözəl xatirələrlə seziləcək. O, ruhumuzun
dərinliyində həmişə
ən xoş dualarla anılacaq. Bizlər onun müasirləri idik, indi varisləri
olduq.
Ondan vətən,
dövlətçilik, ilhamlar
sabahlar qaldı. Yoxluğunu varlığı
ilə öncə möhtərəm varisi olan oğlu ovudur və ovudacaq. Bu yoxluğu
tam hiss etməmək mümkünsüz
olsa da...
XX-XXİ əsrin fenomenal
insanı - böyük
Heydər Əliyev cismən torpağa tapşırılandan üzü
bəri xalqımız
onun məzarını
həmişə çiçəklərə
qərq edir və bu həmişə
də belə olacaq. O, möhtərəm kişi bizlərə
dərmanı dərdindən
çox olan bir ölkə qoyub getdi. Ona görə
də hər iki mənada onun varisi olan
çağdaş prezidentimiz
möhtərəm İlham
Əliyevə Azərbaycan
naminə xalqımızın
arxa durması həm də elə xalqımızın
özünün özünə
köməyə - söykəyə
çevrilməsi deməkdir.
Biz ən müxtəlif
daxili, xarici təzyiqlər və sınaqlar qarşısında
Azərbaycanımızı, dövlətimizi və bu dövlətin başçısını qorumağa
məsuluq. Ən azı
ona görə ki, Azərbaycanın taleyi hər birimizin taleyinə öz təsirini göstərib, göstərir
və göstərəcək.
Ölkə başçısı möhtərəm İlham
Əliyevin son çıxış
və sərəncamlarındakı
ümidverici mesajların
zənginliyi isə nikbinliyə ümumi fonda böyük
zəmanətdir.
Görkəmli dövlət xadiminə duyulan sevginin böyük miqyasında vətən, xalq, dövlət, haqq, milliklə bəşərilik
olduğuna görə
unudulmazdır. Elə sevgi də unudulmayana qədər gerçək olur.
“Mənim qapım ziyalıların üzünə
həmişə açıqdır”
Heydər
Əliyev
Ömrünün gündəlik fəaliyyətində
cismindən qat-qat çox fikirlərini yaradıcı, müsbət
istiqamətlərə işlədənlər
ziyalıdır. Ziyalı öz zamanının,
cəmiyyətinin, tarixinin
taleyindən, ictimai münasibətlərin fərqli
tərəflərindən agahdır.
Öz hissiyyatlarını, necəliyini,
durumunu, nə etməli olduğunu vicdanla hiss və dərk edir. Ona görə də əsl ziyalıya kütlələr də sayğı duyur, rəhbərlər də.
Təbii
ki, bu sayğılar
həmişə uyğun
reaksiyalar doğurur.
Allah səbir versin Azərbaycana!
Neçə ürəklərə dağlar çəkildi,
Yaxının, doğmanın qəddi büküldü.
Bu dərd çox nisgilli, ağır yük oldu,
Allah səbir versin Azərbaycana!
Bu nə faciədi,
bu nə xəbərdi?
Bu necə üzücü,
dərin kədərdi?
Bu nə tale idi,
qəza-qədərdi?
Allah səbir versin Azərbaycana!
Qələmim qəhərli, sözüm
hüzünlü,
Bu ölüm Haqdanmı
gəldi izinli?
Dağ gərək bu dərdə ola
dözümlü,
Allah səbir versin Azərbaycana!
Bu xalq çoxdan belə ağlamamışdı,
Dünya da bu böyük
hüznü bölüşdü.
Millətdən ayrılıb, yurda
qarışdı,
Allah səbir versin Azərbaycana!
Yolumuz uzundu, nisgilimiz çox,
Allahsız, İlhamsız təsəllimiz
yox.
Ey Günəş, Dan üzü,
dön İlhamla doğ!
Allah səbir versin Azərbaycana!
2004, yanvar
Qaldı
(Nəğmə)
İtirdik O, Ulu Öndər
Varlığı,
Milyonlar qəlbində dağları
qaldı.
Getdimi qismətin
bəxtiyarlığı?
Xatirədə hüzn çağları
qaldı.
Kəlməsindən ellər aram tapardı,
O da dərdimizdən qubarlanardı.
Özüylə o qədər savab
apardı,
Arxada daha çox ağları qaldı.
O, Haqdan gəlmişdi xalqın içinə,
Bu üzdən çevrildi
Haqqın gücünə.
Varislə yetsək də
işıq ucuna,
Bizə böyük itki ahları qaldı.
Əli Vahid, indi qələmin
yetim,
Böyük dərd hökm edir uzun yol
gedim.
Ulu Öndər adın İlhamla dedim,
Könüldə ruhanı bağları qaldı.
2005, yanvar
Vida nəğməsi
Can evim sıxıntıda, dardadır, qəfəsdədir,
Can qulağım hüznlü,
müqəddəs bir
səsdədir.
Üstümə qoşun çəkən
cilələrim qəsdədir,
Misranın gözü islaq,
didərgin xəyalatam,
Əbədi bir səfərə getdi O, Böyük Adam.
Müstəsna ömrü ilə
hazır idi yoluna,
Tanrı
sevgili bir qəlb vermişdi o quluna,
Öndər namın ucaltdı
rəhmətlə yad
oluna,
Haqqa həmd-sənayla
Rəsula salavatam.
Əbədi bir səfərə getdi O, Böyük Adam.
İnsan
məhkum olsaydı həmişəlik yoxluğa,
İnamsızlıq olardı qüdrətli Allahlığa,
Kainat səcdəlidir O Ən Uca Varlığa,
Mən də inanclarımdan ayrılmaz xatiratam-
Əbədi bir səfərə getdi O, Böyük Adam.
Tale İlahidəndir, buna bəndə neyləsin?
Gərdişi bilinməzdir Can Verib
Alan Kəsin
Allah sevənlərinin ömrün
uzun eyləsin!
Amin! Ya Rəbbim, Amin! Dualı bir ovqatam -
Əbədi bir səfərə getdi O, Böyük Adam.
2006, may
Uzaqgörənlikdən müjdə
Kədər yer üzünə
xəbər apardı,
Ömrü axirətə səfər
apardı.
Bu qış soyuq qismət - qədər apardı,
Düşünmək də ağır, duymaq da ağır,
Qəlbim hüznləşib gözümdən
axır.
Bir əzan ovutsun həzin könlümü,
Gəlin, misra-misra gəzin könlümü.
Salın
ayaq altda əzin könlümü,
Bütün varlığımı yandırıb-yaxır,
Qəlbim hüznləşib gözümdən
axır.
Köçdü Ulu Öndər,
qüssəsi qaldı,
Sərkərdə itirdik, dəstəsi qaldı.
Uzaqgörənlikdən müjdəsi qaldı,
Sirri-İlahidir, göylərdən baxır,
Qəlbim hüznləşib gözümdən
axır.
Sığmadı zamana O Böyük
İnsan,
Vətən, dövlət haqqı
deyildir asan,
Tələsdimi əcəl vaxtını yazan?
Torpaqmı udmağa bizi darıxır -
Qəlbim hüznləşib gözümdən
axır.
Çəkib fani dünya hesablarını,
Tanrı asan eylər əzablarını.
Əli Vahid sezir xitablarını,
İçimə bu itki bir kədər yığır,
Qəlbimdə İlhamlı nikbinlik doğur!
2013, dekabr
Heyhat!
(Nəğmə)
Böyük həcrət anı yetdi,
Yaşamaq da bir yük oldu,
Ulu Öndər köçüb
getdi,
Bu ayrılıq böyük
oldu.
Söz
(Nəğmə)
Ulu Öndər ruhu yetir köməyə,
Gəldik
rəhmətləri ərz
eləməyə,
Məzarı üstündə səcdələnməyə,
Daim gələcəyik millət
içində,
Əziz xatirəli niyyət içində.
Əli Vahid Çaylı
Təzadlar.- 2015.- 15 dekabr.- S.7.