Nağıllar və
uşaqlığımız
Nağıllar dedikdə gözümüzün önünə ilk öncə üzü nurlu nənələr gəlir. Nənələrin danışdığı nağıllarda baş verən hadisələr həmişə uşaqların diqqətini cəlb edib. Onların seçdiyi qəhrəmanlar isə heç zaman qulaq asanların yaddaşından silinməyib. Unudulmayan nağıl qəhrəmanlarımz var ki, həmişə onlar haqqında düşünürük. Axı bizlər necə unudaq nənələrimizin şirin-şirin danışmış olduğu Məlikməmməd, Keçəl, Tıq-tıq xanım, Təpəgöz haqqındakı nağılları?
Nənə- baba himayəsində boya-başa çatan hər bir uşaq zaman-zaman nənələrin, anaların nağıllarına qulaq asıblar. Nağillar aləminə səyahət edən hər bir uşaq öz qəhrəmanını seçərək gələcəkdə ona bənzəmək arzusunda olur. Gəlin, unutmayaq ki, nağıllar gələcəkdə uşaqların təlim və təbiyəsində, həyat tərzində böyük rol oynayır, lakin nədənsə, bu gün nağıl müəlliflərinə deyərdim ki, heç təsadüf olunmur. Bağışlanmaz hal da budur ki, hansısa müəlliflər tərəfindən uydurulmuş nağılların heç bir sujet xətti olmur ki, oxuyub öz övlad və nəvələrə nəyisə anlada bilək, hətta kitabın nəşri zamanı redaktənin zəif olması mətnləri daha da oxunaqsız edir. Belə faktlar tək kitabların nəşrində deyil, mətbuatda yayımlanan qəzet və jurnallarda da adət halını alıb.
Bu yaxınlarda əlimə bir kitab keçdi. İlk öncə kitabın adı diqqətimi çəkdi. Haqqında bəhs etmək istədiyim kitab müəllifi Nailə İmanlının (Məmmədrzayeva) “Anamın nağılları” adlı kitabdır. Bu kitabı səhifələdikcə öz uşaqlığım yadıma düşməklə yanaşı, oxuduqca bir doğmalıq hiss etdim. Belə ki, kitabda bir ananın qohum-qonşunun uşaqlarını başına yığaraq şirin-şirin danışdığı nağıllardan bəhs edilir. Nağıllarda əks olunan hadisələr bugünümüzlə uzlaşır. Müəllifin çox sevdiyi “Əfqan”ın nağılına diqqət edək. Bu nağılda övladsız, həm də ahıllıq çağında olan Şahrux xan insanlara çox zülm edir. Onun hakimiyyəti dövründə insanların zülm əlindən fəryadları ərşi-fəzada idi. Heç kəs Şahrux xanın sözünün üstünə soz deyə bilmirdi. Şahrux xan ahıl yaşda olmasına baxmayaraq, hansı şəhərdə, hansı kənddə gözəl bir qız görərdisə, iki cəsus - Gil vəzir və Bibər qan tərəfindən izlənilərək ələ keçirilərdi. Bu cəsusların nağılda göstərildiyi kimi, Çaparat elinin məhv edilməsində böyük əli olmuşdu. Nağılı oxuduqca görürük ki, Əfqanın əmiləri kəndin ən cəsur igidləri hesab edilirdi. Bir sözlə, kənd-şəhər qan ağlayardı bu zalımın əlindən. Zaman elə dəyişdi ki, bu bəla Əfqangilin də ailəsindən yan keçmədi. Lakin nağılın qəhrəmanı Əfqan zalımlığa qarşı insanları öz ətrafında birləşdirə bildi. Şahrux xanın qorxusundan meşələrdə gizlənən insanlar yavaş-yavaş söz birliyi, əqidə birliyi yaradaraq Əfqanın ətrafında birləşdilər. Kənd əhli birləşməyə məcbur idi, çünki Şahrux xan kənddə acgözlüyü və zalımlığı ilə iki sevən gənci bir- birindən ayırmağa müvəffəq olmuşdu. Bu acımasızlığa dözməyən insanlar bir yumruq kimi birləşərək, namus, qeyrət uğrunda mübarizəyə qalxdılar ki, qaçırılan qızı azad edib sevənləri qovuşdursunlar. Bu nağılı oxuduqca həqiqətən bizim bugünkü siyasi vəziyyətimizlə əlaqəli olduğunu görərik. Biz bu gün Azərbaycanın 20 faiz torpağının düşmən tərəfindən işğal olunduğunu, qız-gəlinlərimizin əsirlikdə olduğunu unuda bilmərik. Bizim elin də belə qəhrəmanlara ehtiyacı var. Aramızdan nağıldakı Əfqan kimi qəhrəmanlar çıxmalıdır ki, torpaqlarımızı, qız-gəlinləri əsirlikdən azad etsin. Nailə xanımın öz anası tərəfindən eşitdiyi nağıllar əslində milli ruha arxalanır və böyükdən kiçiyə çox fikir anladır.
“Anamın nağılları” kitabında iri həcmli nağıllarla yanaşı, kiçik həcmli nağıllar da yer alıb. Bu qəbildən “Fatimənin nağılını” misal göstərə bilərik. Bu nağılda Fatimənin ögey anasının və ögey bacısının ona etdiyi zülmdən bəhs edilir. Lakin olanlara rəğmən Fatimənin səbr etməsi gələcəkdə onun yaxşı yaşamasına zəmin olur. Müəllif sanki diqqətləri nəfsin toxluğuna, çəkilən zülmlərə səbr etməyi oxuyuculara aşılayır. Belə kiçik həcmli nağılların olmasına baxmayaraq, ibrətamiz, zəngin fikirlər, ifadələr insanların düşüncəsində öz əksini tapır.
Başqa bir misal olaraq “Acı dilin bəlası” nağılına diqqət edək. Günü-güzəranı oğurluqla keçən, halal çörək nədir bilməyən Kərim bir gün yenə qarnı ac olduğundan oğurluq sevdasına düşür və üz tutur bazara. Bu zaman görür bir qoca əlvan rəngli ipək sapdan qurşaq toxuyur və tez-tez də iynəni dilinə, gah da dizinə batırır və deyir:
Dilim dilim olasan,
Dilim səni
yanasan.
Xeyr söylə, bac
alım,
Yoxsa parçalanasan!
Bu sözlər Kərimi
çox düşündürür
və qocanı bazarda işi bitdikdən sonra izləməyi qərara alır və qoca evinə yollananda düşür onun ardınca düz komasına sarı. Kərim görür ki,
qoca öz komasına çatıb yorğunluğunu alaraq, öz halal zəhməti
ilə qazandığı
şor-çörəyini yeyib Allaha çoxlu
şükür etdi.
Qoca yeyib-içib yuxusunu aldıqdan sonra aldığı yeni saplarla sabah satmaq üçün yenidən
qurşaq toxumağa başlayır. Kərim görür qoca
yenə həmin sözləri təkrar edir. Bir qədər düşünən
Kərim anlayır və öz-özünə
deyir, mənim də bir sənətim,
şirin dilim olsaydı, öz halal ruzimi əldə
edə bilərdim.
Onun könlündən keçir
ki, bəlkə həmin qoca ilə dostlaşsın və hallalığın
sirlərini qocadan öyrənsin. Belə
də edir və çox şeyə nail olur. Diqqət etsək görərik ki, nə qədər
ibrətamiz fikirlər
var və bu gününmüzlə
ayaqlaşır. Bu gün hallalığı
unudub haram yolla pul qazanan
insanlarımız azdırmı?!
Oxuduqca,
diqqəti cəlb edən maraqlı hekayələrdən biri də “Bir keçilik
gəlin”dir. Bir kişi öz
oğlunu evləndirmək
üçün öz
bacısı qızına
elçi düşür.
Bacı-qardaş belə sövdələşirlər
ki, bəs qardaş qızı oğluna almaq üçün başlıq
əvəzi bir keçi gətirsin.
Onların razılaşması baş tutur və nəhayət gəlini oqlanın evinə aparmaq vaxtı çatır.
Oğlan
başqa kənddən
olduğu üçün
qızı bəzəyib
atın tərkinə
mindirirərək bəyin
adamlarına təhvil
verirlər. Gəlin isə,
bu arada gələcək ərini
sınamaq qərarına
gəlir və bilə-bilə dəstədən
ayrılıb atın
başını başqa
səmtə yönəldir.
Camaat haray salır ki, bəs gəlin
ucuruma doğru gedir. Hamı əl-ayağa düşür,
lakin bəy isə heç halını pozmadan haray salanlara cavab verir ki,”nə
olar, yıxılır
yıxılsın da atam ki, onu
mənə bir keçiyə alıb”.
Bu gün də
əziyyət çəkmədən
valideynin hesabına ailə qurub, bir müddət keçməmiş dağılan
ailələr azdırmı?!
Hətta bu gün elə ailələr var ki, kişi
yaşadığı müddətcə
xanımına çox
güzəşt edir və onun səhvlərini
tez-tez bağışlayır.
Buna bənzər hadisəni isə Nailə xanım “Unu duz əvəzi
yeyən lişi” hekayəsində belə göstərmişdir.
Gəlin
“Unu duz əvəzi yeyən kişi”nin hekayəsinə
diqqət edək. Demək bir gün kişi
evinə yeməyə
gələndə xanımı
bilə-bilə süfrəyə
duz əvəzi un qoyur və bişirdiyi
kartof soyutmasına duz əlavə etmir. Kişi ac olduğundan qaynadılmış
kartofu duz əvəzi süfrəyə
qoyulmuş una batıraraq iştahla yeyir. Arvad isə bu mənzərəni
kənardan seyr edir və görür
ki, kişi
heç halını
dəyişmədən yeməyinə
davam edir və arvadına söz demir. Qadın, ərinə deyir: “Mən daha çıxıb
gedirəm atamın evinə” Kişi deyir:” Niyə axı? Mən ki, səni vurmadım, döymədim.”
Qadın
deyir: “Deyir a kişi duzla unu ayırd edə bilməyən insan mənə nə qiymət verə bilər?”deyib, arvad
öz ərini birdəfəlik tərk edir. Bu hekayədə az cümlə
ilə verilən fikir bizlərə çox söz deyir. Hekayəni oxuyan hər
kəs öz düşüncəsinə görə
nəticə çıxara
bilər. Sizlərə
isə mən bir sual unvanlayıram:”
Sizcə qadın ərini tərk etməkdə haqlı idimi?”
Mənim
nağıllar mövzusuna
toxunmaqda məqsədim
budur ki, bu gün həqiqətən
ibrətamiz, məntiqli,mənalı nağıllara
etiyac duyulur. Bəlamız göz önündədir.
Əslində yeni tədris
ocaqlarına qədəm
qoymuş uşaqlar üçün tərtib
olunmuş dərsliklərdə
verilən hekayələr,
nağıllar kefiyyətsiz
olduğundan uşaqlar
nəyə maraq göstərib, nəyi yadda saxlasınlar? Bu gün dövrə
mühitə uyğun
nağıllar və nağıl qəhrəmanları
olmalıdır ki, boya-başa çatan körpələr onlardan bir örnək götürsün. Müasir dovrün
uşaqları nağılları
nənələrin şirin
dilində yox, sosial şəbəkələrdə
axtarırlar. Düzdür XXI əsrdə yaşayırıq.
Elm texnika inkişaf
etməkdədir. Lakin fikir
vermisinizsə görərsiz
ki, müasir yetişən gənclərin
əksəriyyətində intelekt səviyyəsi çox aşağıdır.
Telekanallarda hazırlanan küçə
reportajlarında verilən
ən adi sullara gənclər cavab verə bilmirlər. Sizcə niyə?
Cavab isə sadədir. Çünki bünövrə yoxdur. Unutmayaq ki,müasirləşmiş
texnika uşaqların
beynlərini getdikcə
kütləşdirmək üzrədir.
Təəccüblüsü də budur ki, ədəbi mühitdə müasir dərdi-sərimizi əks
etdirən əsərlərə
də rast gəlmək mümkün
deyil. Mütaliə etmək üçün
dəyərli kitab tapa bilmirsən. Amma baxırsan hamı yazır, hamı kitab nəşr etdiririr. Lakin baxanda bilmirsən
yığılan söz
topluları aysberqin hansı üzündən
bəhs edir. Bir düşünən varmı ki,bu
nə vaxta qədər belə davam edəcək. Hətta deyərdim ki, həyəcan təbili çalmağın vaxtı
belə çoxdan keçib. Bu gün Nağıllarda
olduğu kimi inildəyən ədəbi mühiti həyata
qaytaran qoluzorlu qəhrəmana ehtiyacı var!
P.S. Kitab haqqında oxucu fikrimi bildirməklə yanaşı, Nailə xanıma öz dərin təşəkkürümü bildirirəm. Nə yaxşı mələk simalı anasının şirin dilindən süzülən o nağllları yaddaşına hopdurmaqla illər sonra oxucu kütləsinə çatdırıb. Çox istərdim “Anamın nağılları” kitabına müraciət edəsiniz hörmətli oxucular! Bu kitabda sujet xətti mükəmməl nağıl, hekayə mövzuları var ki, səhnələşdirilərək içtimayyətə və uşaqlara çatdırılmağa ehtiyac duyulur.” Anamın nağılları” kitabını oxmağa dəyər.
Təranə
ŞƏMS
Təzadlar.-
2015.- 3 fevral.- S.15.