Qarabağ şəhəri haqqında nə bilirik?

 

Gülablı kəndinin tarixi...

 

(Əvvəli ötən saylarda)

Gülablı kəndində respublika əhəmiyyətli bir sanatoriya, yeddiillik natamam orta məktəb, bir tam orta məktəb, məktəb kitabxanası, kənd kitabxanası, iki dükan (biri Kənd məhəlləsində, digəri isə Mahmudlu məhəlləsində) fəaliyyət göstərirdi.

 

Gülablı kəndində orta məktəb, mədəniyyət evi, musiqi məktəbi, uşaq bağçası, xəstəxana, kitabxana, sovxozun idarə binası, rabitə xidməti binası, iki məişət xidməti obyekti, iaşə obyekti, iki mağazası vardı. Bunlardan başqa, qaramal kompleksi, qoyun ferması, quşçuluq ferması, yem üyüdən dəyirman kompleksi, anbar binası, maşın-traktor parkı s. obyektlər mövcud idi.

Azərbaycanın hər bir yaşayış qeyri-yaşayış ərazisində saysız-hesabsız toponimlər mövcuddur. Meşələrə, bağlara, dağlara, təpələrə, dərələrə, çaylara, bulaqlara, düzənliklərə, çəmənliklərə verilən hər bir adın - toponimin bir qismi təbiətlə bağlı olsa da, böyük bir qismi tarixi hadisələrlə tarixi şəxsiyyətlərlə əlaqədar olmuşdur. Gülablı ərazisi bu baxımdan diqqəti cəlb edir.

Gülablı kəndinin su dəyirmanları:

- Xudaverdinin dəryirmanı;

- Aman evininin dəyirmanı;

- Kərbəlayi Əhmədin dəyirmanı (Əhmədov Yelmarın babası);

- Mustafa evinin dəyirmanı (Malça bəyin qardaşının);

- Həsənqulunun su dəyirmanı;

- Məşədi Abbasın dəyirmanı;

- Teymurun dəyirmanı;

- Mahmud dəyirmanı;

- Məhəmmədəlinin dəyirmanı;

- Əsəd evinin dəyirmanı (Şəfanın babası);

- Möhsün-Mürsəlin dəyirmanı (Rzanın uşaqları);

- Nəbinin dəyirmanı (Şıralının babasının);

- Gülmalının dəyirmanı (Həlimə Gülmalısının);

- Maşa Sona dəyirmanı;

- Aşıq Həsən evinin dəyirmanı;

- Maşaqulu dəyirmanı;

- Çatalların dəyirmanı;

- Məşədiqulunun oğlu Baxşalının dəyirmanı s. (Kənd məhəlləsində olan hamamın, məscidin, həkimxananın sahibi olub. Evləri ikimərtəbəli olub. Sonralar Şura hökuməti qurulanda onları “kulak” edirlər (qolçomaq mənasında işlədilir)).

Azərbaycan xalqının ədəbiyyatı çox qədim tarixə malikdir ki, bunun da mənbəyində onun folkloru dayanır. Aşıq yaradıcılığı isə şifahi ədəbiyyatla yazılı ədəbiyyat arasında orta mövqedə durur. Azərbaycanda aşıq sənətinin zəngin tarixi ənənələri vardır. Onun yaranması genezisi barədə folklorşünaslığımızda elmi-nəzəri araşdırmalar bu gün davam etdirilir.

Qeyd edim ki, Qarabağda çox qüdrətli yenilməz ozanlar olmuşdur. Yaradıcılığı ustad aşıqlar tərəfindən yüksək dəyərləndirilən, xalqın, elin-obanın dilindən düşməyən ustad aşıqlardan biri Gülablı Aşıq Valehdir. Şərqin konservatoriyası, musiqi beşiyi, şairlər, xanəndələr, xarı bulbul diyarı olan bu kənd bir sıra məşhur şəxsiyyətlər yetirmişdir. Bunların sırasında Aşıq Valehin babası şair Məhəmməd, Aşıq Güllü, Aşıq Cünun, Aşıq Qənbər, Valehin ustadı olmuş Aşıq Səməd, Aşıq Abbasqulu, məşhur tarzən Qurban Pirimov, öz məlahətli səsi ilə dinləyicilərin sevimlisi olan Sara Qədimova başqaları məhz bu kəndin yetirmələri, övladlarıdır. Belə bir ocaqdan Aşıq Valeh kimi sənətkarların da çıxması heç təəccüb doğurmur.

Aşıq Nəcəfqulu, Aşıq Hüseyn, Aşıq Muxtar Aşıq Mapı Əkbəri (onun yaratdığı rəqs havası bu gün yaşayır), Aşıq Həsən, Aşıq Qaraş, Aşıq Əliş, Aşıq Məmməd, Aşıq Baxış (Aşıq Əkbərin nəvəsi), Aşıq Məhi, Aşıq Zülü, Aşıq Oruc, Aşıq Balakişi, Aşıq Lətif Aşıq Lələkişi kəndin tanınmış el sənətkarları idilər.

Xalq arasında Yediyar, Əhməd, Yelmar, Həsən, Mehdi, Ziyadxan, Məcid, Hüsü, Qulu nağaraçı kimi tanınmışlar vardı. Şirin Allahverdiyev, Vaqif Əliyev, Şakir Nəcəfov, Şeyyub Əliyev, Məşədi Səhli, Ramiz İsmayılov, Vahid Zülfü oğlu Əliyev Aydın Əkbər oğlu Əliyev qarmon ustaları idilər.

İndiyə qədər Qarabağın şah sənətkarları olan Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Arif Babayev, Sara Qədimova, Səxavət Məmmədov digər yüzlərlə xanəndə Aşıq Valehin yaratdığı aşıq havalarını zərb muğamlarımızın ardınca ya ayrıca olaraq oxumuşlar. Bu havaların hər biri könülləri riqqətə gətirən bir müsiqi kimi bu gün gənc ifaçılarımız tərəfindən səslənməkdədir. Danılmaz həqiqətdir ki, qarabağlılar aşıq sənətinə hörmətlə yanaşan, milli dəyərlərimizə dərindən bələd olan insanlardır. İndinin özündə belə, məclisə xanəndə müğənnilər gələndəməclisin aşıqları gəldideyirlər. Qarabağda aşıq sənəti muğamdan əvvəl olmuşdur. Məhz buna görəaşıqsözü onların uca müqəddəs bildiyi, qəbul etdiyi dəyərlərimizdəndir. Maraqlıdır ki, Aşıq Valeh Aşıq Qurbanidən sonra aşıq havalarının bəstəçisi kimi tanınmışdır. BunlardanZil qaytağı”, “Qaytağı” (bunaQarabağ dubeyti deyirlər), “Baş sarıtel”, “Orta sarıtel”, “Qarabağ şikəstəsi”, “Qarabağ ləngəri digərlərinin adını çəkmək olar. Aşıq Valehin törəmələrindən sayılan nəvəsi Aşıq Abbasqulu, oğlu Aşıq Taleh, Aşıq Xaspolad, məşhur tarzən Qurban Pirimov, Sara Qədimova onlarla tanınmışlarımız böyük ustadın sənətkarlıq irsini davam etdirmişlər.

Göründüyü kimi, adı dillər əzbərinə çevrilən Qarabağ aşıqları bu gün Aşıq Nəbinin, Aşıq Əmrahın, Aşıq Həmidin, Aşıq Məhəmmədin, Aşıq Xosrovun digərlərinin ardıcıllığı ilə davam edir. Aşıq Valehin davamçısı olan Aşıq Xaspolad isə ulu ustadımızın məzarının abadlaşmasında, dastan-rəvayətlərinin toplanıb çap olunmasında əvəzsiz xidmətlər göstərmişdir.

Kəndin varlı-hallı adamları Rza bəy (oğlanları Möhsün, Mürsəl, Misir) Həsənalı bəy başqa yerlərdə tanınmışlar. Həsənalı bəyNazlı bulağı”nı Hətəmxan ağanın qızı Nazlıxanımın şərəfinə çəkdirmişdir.

Gülablıda Molla Camal, Molla Cəlal, Molla Qulu, Molla Şükür, Molla Kərim, Molla Yaqub kimi din xadimləri olmuşdur.

1929-cu ildən Gülablı kəndində kolxoz-sovxozlar qurulub fəaliyyətə başlamışdır. İlk kolxoz sədri Abdulla Nəcəf oğlu olmuşdur. Təşkilatın ilk adıAğdam rayonu adına Gülablı kəndninQızıl Ordukolxozu, sonralar isəQızıl Ulduzadına olmuşdur. Bundan sonra kənd kolxozunun sədri dəfələrlə dəyişdirilib, yenisi ilə əvəz olunub. 1943-cü ildə kəndin kolxoz sədri Rəhim Qara oğlu Tahirov olmuşdu. 1950-ci ildə kolxozun adı dəyişdirilərəkKomsomolun 30 illiyiqoyulub. 1951-ci ildə Şükürov Maqsud, 1953-cü ildə isə Mikayılov Qaçay həmin vəzifəyə təyin edilmişdir. 1955-56-cı ildə Gülablı Abdal kolxozları birləşərəkNizamiadına kolxoz olub. Birləşmiş kolxozun sədri Qarayev Rza Abbas oğlu olmuşdur. 1958-ci ildəNizamiadına kolxozŞıxbabalıkolxozu ilə birləşdirilmişdir. Bu birləşmiş kolxozun sədri Yavər Şirxanov seçilmişdir. 1964-cü ildə yenidən Abdal Gülablı kəndləri ayrılaraq ayrı kolxoz olmuş həmin kolxoz əslən Gülablı kəndindən olan inqilabçı Heydər Hüsüyevin adını daşımışdır. Daha sonralar bu rəhbər işdə Süleymanov Yelmar, 1971-ci ildən isə Hüseyn Həşim oğlu Hüseynov çalışmışlar. 1973-cü ildə həmin kolxoz sovxoza çevrildi üzümçülük üzrə ixtisaslaşdırıldı. 1974-cü ildə sovxoz direktoru İsmayıl Qarayev, 1976-cı ildə Arif Nərimanov, 1983-cü ildə Nofəl Mirzəliyev, 1990-cı ildə Raqub Qasımov, 1991-ci ildə isə sonuncu direktor Xəlil Abdullayev olmuşdur.

Bununla yanaşı, bu kəndin ziyalıları Azərbaycan xalqına görkəmli şəxsiyyətlər bəxş etmişdir. Bu insanlar barəsində kitabımızda ardıcıllıqla məlumat veriləcək.

Məzarı qəriblikdə, ruhu bizimlə olan ulu babalarımızın zirvəsi əlçatmaz, ünyetməzdir. Onların uyuduğu torpağın xilası hamımızın istəyidir. Müqəddəslərimizin məzarının ziyarət edilməsi naminə biz bu istəyə gücümüz ağlımızla nail olmalıyıq.

Şah Abbasın törəməsi Qalalı Abbasın nəvəsi Əvəz İdrisoğlundan bayatılar:

 

Aşiqəm bəndəsinə,

Düşübdür bəndə sinə.

Ellər elatsız qalıb,

Kimsəsiz bəndəsi ?

 

Mən aşiqəm Qalaya,

Düşübdür qəm Qalaya.

Odu-ocağı sönüb,

Kimsəsi yox qalaya.

 

Yolum düşə Ağdama,

Göylərdən nur-ağ dama.

İstəyim aşkar ola,

Bəd gözlərə dama.

 

Qoşa qanad olaydım,

Tanrıdan haqq alaydım.

Sinəm alovlananda,

Gülablıda qalaydım.

 

Laçına gedəydim kaş,

Yollar olaydı yoldaş.

Niyyətim çin olaydı-

Əvəz olaydı bir daş.

 

Almara NƏBİYEVA,

folklorşünas, BDU-nun “Dədə QorqudElmi Tədqiqat Laboratoriyasının elmi işçisi,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Təzadlar.- 2015.- 3 fevral.- S.11.