MÜZAMİL
ABDULLAYEVİN NƏVƏSİ KİTAB YAZDI-YALNIZ
"TƏZADLAR"DA
UĞURLAR
SƏNƏ, LEYLA
(Leyla Məmmədovanın
“Arzuya gedən yol” (“Put k meçte”, rus dilində)) kitabçası haqqında
qeydlər)
Leyla hələ orta məktəbdə oxuyur -
9-cu sinifin şagirdidir
və günlərin bir günündə hələ ötən əsrin 70-ci illərindən
Azərbaycan KP Mərkəzi
Komitəsi aparatında
birgə işlədiyimiz
vaxtdan tanıdığım,
dövlətçiliyimizə sədaqətlə xidmət
etdiyinə, unudulmaz rəhbərimiz Heydər Əliyevin siyasi xəttinin qələbəsi
uğrunda mübarizədə
qətiyyət göstərdiyinə,
işgüzarlığına və istiqanlığına
inandığım, həyati
hadisələrin dəmir
kimi bərkitdiyi hörmətli elmlər doktoru Müzamil Abdullayev Gəncədən
mənə nəfis tərtibatlı kiçik
bir kitabça göndərib xahiş etdi ki, oxuyum,
fikrimi bildirim və əlavə etdi ki, Leyla
onun nəvəsidir.
Mən Leyla Məmmədovanın Bakıda
2014-cü ildə cəmi
yüz nüsxə nəşr edilmiş “Arzuya gedən yol” kitabını elə kitab mənə çatan günü oxuyub qurtardım.
Bu kitabça məktəbli
Leylanın yaşla müqayisədə kifayət
qədər zəngin
və həm də kifayət qədər maraqlı görüş dairəsinin,
təxəyyülünün əks-sədasıdır desəm,
yerinə düşər
və əslində bu əsərə janr etibarilə kiçik povest də demək olar.
Sujet xətti, əhvalatlar, əsərdəki personajlar,
xarakterlər, hadisələrin
dinamikası, qoyuluşu
və həll xətti belə bir qənaətə gəlmək imkanı verir...
Hadisələr uzaq bir diyarda
-Hollandiyada baş verir.
Gözəl bir may günündə
yolüstü kafelərin
birində cənab Kuperin ailəsi (Vesli ailəsi) səhər yeməyi ilə məşğuldur.
Balaca İzabel
anası Lili, atası Kuper, nənəsi Aqata ilə kafedə birgədirlər. Ata Kuper
televizorun kanallarını
dəyişir. Bax budur,
Pyotr Çaykovskinin “Sonalar gölü” baletinin zərif və oynaq melodiyalarının
sədası altında
açıq çəhrayı
paltar geyinmiş üç nəfər balerina rəqsə başlayır. Bu melodiya və rəqslər 10 yaşlı
İzabeli heyran edir.
Balaca qızcığaz üzünü
anası Liliyə tutub deyir:
-Ax, necə də gözəldir! Ana, mən də baletlə məşğul
olsam nə olar? Fikrini bilmək istəyirəm...
Xanım
Lili gülümsəyə-gülümsəyə
bildirir ki, məşğul ola
bilərsən, amma gərək lap kiçik yaşda olanda məşğul olasan, səninsə indi 10 yaşın var.
İzabel nəhayət ki, anasının razılığını
ala bilir və beləliklə bu böyük sənətin
qapısını açmağa
tələsir. Məktəbdə dünya mədəniyyəti
tarixindən dərs deyən xanım Laura ilə bu barədə
məsləhətləşir, onun bu sənətə
münasibətini öyrənir,
sonra atası Kuperin də razılığını alır.
Və nəhayət
adını balet məktəbinə yazdırır.
Gərgin məşqlər başlanır,
sərt təbiətli
və yetərincə
tələbkar balet müəlliminin məşğələ
qaydalarını yerinə
yetirməyə məcbur
olur. Birinci növbədə dietasını dəyişir,
kökəlməmək üçün
ciddi rejimə əməl edir, müəllimini razı salmağa can atır.
Mən bir oxucu kimi, onu
da qeyd etməliyəm
ki, gənc müəllifin dili, təhkiyə forması o qədər sadə və ifadəlidir ki, kitabçanı tez oxuyub qurtarmaq
həvəsinə düşürsən.
Əsərin novellavari sonluğu da maraqla qarşılanır.
Oxucunu nigarançlıqda
saxlayan, onu narahat edən, həyəcanlandıran İzabelin
taleyi sonda nikbin ovqata səbəb
olur. Hadisələr sürətlə dəyişir, İzabelin məşğul olduğu
balet kollektivi konsertə hazırlaşır
və həmin gün məşq vaxtı məlum olur ki, İzabelin
çəhrayı puantı
(balerinaların geyindiyi
xüsusi ayaqqabı
–R.M) yaddan çıxıb
evdə qalıb.
İzabel necə deyərlər, ildırım sürətilə
məşq otağından
çıxıb evlərinə
doğru tələsir
və küçədən
keçərkən maşın
altına düşür.
Hər iki ayağı ağır zədələnir, İzabel
xəstəxana həyatını
yaşamalı olur və həkimlərin dediyinə görə, onun tam sağalıb ayağa durması müşkül məsələyə
çevrilir.
Əzab və həyəcanlı dolu günlər İzabeli sarsıdır.
Müəllif istər-istəməz oxucunun
əhval-ruhiyyəsini dəyişir,
onu bədbinləşdirir,
balaca İzabelin taleyinə acımalı olursan, sən də Uca Tanrıdan
İzabelə sağlamlıq
arzulayırsan.
İzabelin qohumları, dostları, müəllimi, həkimi ona tez-tez baş
çəkirlər, təskinlik
verirlər, tezliklə
sağalıb yataqdan duracağına ümidvar
olduqlarını bildirirlər.
Atası, anası, nənəsi İzabelin başına pərvanə kimi dolanaırlar., yeməyinə, rejiminə diqqət verirlər. Əl arabasında onu gəzməyə belə aparırlar, qış aylarında İsveçə gedirlər və s.
İzabelin ailəsi qeyri-adi şəraitdə yaşayır, hamı nigarandır. Qızcığazın ayaqları hərəkətsizdir, ayaq barmaqları tərpənmir, İzabel fikirlidir, bərk darıxır.
Gənc müəllif əsərin sujet xəttini elə qurub ki, biz oxucular əsərdəki obrazların əhval-ruhiyyəsini hiss edirik, həyəcanlarını duyuruq, bizlər də onlara qoşulub çıxış yolu axtarırıq...
Artıq biz oxuculuqdan, seyriçilikdən çıxıb İzabelin ailəsinin, yaxınlarının bir üzvünə çevrilirik: İzabel təki əl arabasından ayağa qalxıb yeriyə biləydi-vəssalam!
Günlər isə quşa dönüb uçub gedir. İlk bahar günlərinin birində həkimin məsləhətilə İzabel qan analizi verir və məlum olur ki, İzabelin səhhəti yaxçılaşmağa doğru gedir. Nəhayət çiçəkli bir may səhərində İzabel keyimiş ayaqlarında ağrı hiss edir, deməli sağalmaq ümidi var... Və möcüzə baş verir, İzabel qoltuq ağacı olmadan yataqdan qalxır və istəkli həkiminin köməyilə addım atmağa başlayır.
Onu da qeyd edim ki, İzabel addım atandan sonra mən də bir oxucu kimi rahat nəfəs almağa başladım, öz-özümə şükür Allaha! - dedim...
Artıq gərgin və əzablı keçən günlər arxada qaldı. İzabel balet müəllimi xanım Duyparın məşğlələrinə davam edir və sevimli çəhrayı puantasına yenidən qovuşa bilir.
İzabel xəstəliyə qalib gəlib arzusuna çatıb, vərdişlərini təkmilləşdirib, artıq beynəlxalq yarışlara hazırlaşır.
Moskvada, “Böyük teatrda” konsert vermək məqsədilə yola düşürlər. Əsər belə nikbin ovqatla başa çatır.
Bir neçə kəlmə də müəllif haqqında düşündüyümdən danışım. Əvvala, gənc müəllif yazıçı üçün çox vacib olan kompozisiya qurmaq bacarığına əməl edə bilib, əsərdəki personajların “dilini tapıb”, onlara inanırsan, Vesli ailəsinin başına gəlmiş əhvalatlarda sünilik hiss etmirsən, İzabellə bərabər oxucu da kədərlənir, həyəcanlanır, sevinir...İzabel mükəmməl bir obraz kimi sənin doğma adamına çevrilir və s.
Məncə “Arzuya gedən yol” kitabçasına Leyla qələminin qələbəsi də demək mümkün dür.
O ki qaldı xanım qızın -Leylanın görüş dairəsinə, bilik səviyyəsinə mən deyərdim ki, bu məktəbli qız kifayət qədər (yaşla müqayisədə) dünya görüşə çata bilib.
Əgər balaca Leyla böyük Holland rəssamı Vinsent Van Qoqu, qüdrətli rəssam Salvador Qalini tanıyırsa, bilirsə, Ziqmund Freyd fəlsəfəsindən, Fredirik Şopen musiqisindən xəbərdardısa, bilirsə, bu keyfiyyətin özü ali şəxsi mədəniyyətin yüksəkliyinə dəlalət edir, məncə...
Orta məktəb şagirdi Leyla Rauf qızı Məmmədovanın “Arzuya gedən yol” kitabçası barədə qısaca olaraq bu fikirləri yaza bildim və möcüzəyə inanan bu istedadlı qızın parlaq gələcəyinə böyük ümid bəsləyirəm, demək qənaətinə gəldim.
Yazıçılıq xobbi deyil!
Yazıçılıq ciddi sənətdir və bu Allah vergisi ilə ciddi məşğul olmaq gərəkdir...
Uğurlar sənə, Leyla!
Ramiz Məmmədzadə
Şüvəlan
05.02.2015-ci il.
Təzadlar.- 2015.- 10 fevral.- S.14.