Çanaqqala savaşının yüz illik anımına
Milli Qəhrəmanlar - dəyişən dünyaya qarşı dəyişməməyi gərəkli edən milli müqəddəslərin savaşını davam etdirənlərdir. Bəli, böyük millətlərin ürəyi də, dünyası da, düşmənləri də böyük olur. Bu baxımdan, türklər tarixin ən hərəkətli toplumudur. Onlar tarix səhnəsində ardıcıl və coşqun bir hərəkət içində olublar. Bu hərəkətlilik yaşam gücünün yüksəkliyini göstərdiyi kimi, türklüyü bəsləyən əsas faktor olmuşdur. Türklərin hələ Osmanlı imperiyası qurduqları torpaqlarda milliyyətindən, dinindən asılı olmayaraq yerli əhali arasında çox yayılan bir ifadə vardır: “Ah, nolaydı, Osmanlı (türklər) daha əvvəl gələydi, bizlərə bəy olaydı...” Bu içdən gələn ortaq ifadə Osmanlı türklərinin insanlığını, iman ölçülərinə sədaqətini göstərir.
İnsan, toplum hansı dünyagörüşü ilə motivə olunursa, yəni hansı fitri özəlliyi qəbul edirsə, davranışları da ona görə təzahür edir. Tanrıya iman qüvvətli olursa, əməllər də o inancların ölçülərinə görə gerçəkləşir. Bu, millətin, toplumun üslub, yaşama bütünlüyünü təşkil və təmin edir. İman, inanclar zəifləyəndə yalanların şiddəti artır. Yəni iman, toplumun inanc - özgüvən sisteminin sütunudur. Ərəblər bir zamanlar dünyaya meydan oxuyub çox torpaqları tutdular. Amma inancları zəiflədikdən sonra potensial güclərini itirdilər. Hətta nə qədər zəngin olsalar da... Konkret desək, mədəniyyəti quran, gücü hərəkətə keçirən və artıran toplumun inancıdır və bu, olduqca böyük meyardır. İnanıb əməl etməyənləri isə Qurani-Kərim “kitab yüklü eşşəklər” kimi dəyərləndirib. Yəni elmi çox, əməli yox.
Məşhur tarixçi Hemmer 170 il öncə söyləmişdir: “Bir gün Osmanlı imperatorluğu çökərsə, Orta Doğu və Balkanlardakı millətlər çox acı çəkəcək, dünyanın parçalanmalarından doğan məsələlər çətin çözüləcək”.
Türk tarixi bu millətin meydana gətirdiyi qəhrəmanlıqların çoxluğunu onun dastanları da təsdiq edir. İnsan həyatı varlığını sürdürmək üçün təbii ki, mücadilədən keçməlidir. Amma bu mücadilənin toplum içində təqdirlə qarşılanması üçün fərdi plandan çıxıb, toplumu ilgiləndirən amal, qayə və xüsusi yüksək dəyərlər uğrunda yürüdülməsi vacibdir.
İnsanın müqəddəs qəbul etdiyi dəyərlər uğrunda verdiyi mücadilələr şəxsi mücadilələrdən daha üstün məna daşıyır və məhz belə mücadilələr qəhrəmanlıq örnəkləridir. Əski türklərin bir çox millətləri ilgiləndirən mücadilələrdən uğurla, qalibiyyətlə çıxdıqdan sonra qalıcı, unudulmaz adlar aldıqları da göz önündə tutulduğunu nəzərə alsaq, qəhrəmanlıq ideyasına necə yüksək dəyər verildiyini açıq görərik. Bü fədakarlıqlar arasında heç şübhəsiz ki, ilk sırada vətən gəlir. vətən mövzusu, vətən dəyəri qəhrəmanlığı türkün fədakarlığında bənzərsiz yer tutur.
Böyük hərblər, savaşlar və fəlakətlər qarşısında türk qəhrəmanlığına dünya şahiddir. 1853-1856-cı il Krım savaşı, 1878-ci il Türk-Rus savaşı, 1897-ci il Türk-Yunan savaşı, Balkan savaşları, I Dünya Hərbi və milli mücadilənin davamı...
XX əsr türk xalqlarının ictimai-siyasi həyatına keşməkeşli və olduqca ciddi dəyişikliklərlə zəngin olan tarixi bir dövr kimi daxil oldu. Yarımmüstəmləkə vəziyyətinə düşmüş Osmanlı imperiyası rəsmi olaraq dünya xəritəsindən silindi.
I Dünya müharibəsinin başlanması ərəfəsində imperialst dövlətlər Sultan Türkiyəsini öz aralarında bölüşdürmək haqqında danışıqlara başladılar. Onların öz aralarında 1915-1917-ci illərdə bağladıqları sazişlər imperiyanın, demək olar ki, bütün torpaqlarının əlindən alınmasını və bölüşdürülməsini nəzərdə tuturdu. Şərq vilayətləri Rusiyaya keçməli, Suriya və ətrafı Fransaya verilməli, Mesopotomiya, habelə, İzmir - Aydın dəmir yollarının keçdiyi ərazilər ingilislərin ixtiyarında olmalı, Anadoluya isə almanlar sahib çıxmalı idi. Mesopotomiyadakı torpaqlarını və Şərqi Fransadakı ərazilərinin əksərini itirmiş (Türkiyədə şərti olaraq saxlanmış İstanbul və ətrafından başqa), İzmir isə əslində Yunanıstana verilmişdi. Ermənistana müstəqillik verilməsi və onun ərazisinin Ərzurum, Van, Trapezuid və Bitlis rayonlarına qədər genişləndirilməsi nəzərədə tutulmuşdu. Türkiyəyə yalnız Mərkəzi Anadolu qalırdı. Yəni Türkiyə əslində müstəqil dövlət kimi varlığını itirirdi. Təbii ki, bunlar Osmanlı imperiyasının parçalanmasından sonrakı mərhələ idi və çox amansızlığı ilə fərqlənirdi. Belə olan vəziyyətdə Türkiyənin “Ya istiqlal, ya ölüm!” deməkdən başqa yolu qalmadı.
Bu ağır zamanlarda
Mustafa Kamal meydana çıxdı. O, milliyyətçilik
fonunda məhz vətənsevərlik xəttini
haqlı olaraq qabartdı. O da var ki, Atatürkçülükdə
(buna Kamalizm də deyirlər) milliyyətçilik anlayışı
xalqçılıq prnisipi
ilə sıx əlaqəlidir, irqçiliklə
deyil. Atatürkün düşüncəsində milli hərəkatın əsas məqsədi xalqın hegemonluğuna, xalqın iradəsinə əsaslanan bir hökumət yaratmaq idi. Lakin professor Kamal Karpatın
da göstərdiyi kimi, “millətçilərin
düşüncəsinə görə”, müsəlmanlıqda
istifadə edilən bir ərəb dili idi, özünün
mahiyyətinə görə
respublikanın (türk
cümhuriyyətçilik ideyasının)
məqsədlərinə zidd
idi. Ona görə də
Mustafa Kamal bir sıra islahatlar keçirməyə məcbur
oldu.
Atatürk deyirdi: “Din - vicdan
məsələsidir. Hər kəs
vicdanının səsini
eşitməkdə sərbəstdir.
Biz dinə hörmət
edirik. Düşüncəyə müxalif deyilik.
Biz, sadəcə, dini işləri milli və dövlət
işlərinə qarışdırmamağa
çalışır, kasta
(kriminal və s. qruplaşma - red.) və digər cinayətkar fəaliyyətlərə əsaslanan
fanatizmi qəbul etmirik”.
Türkiyənin o zamankı azman şairi Məhməd Akif Atatürkün yeniliyini dəstəkləyib,
hər şeyi Allahdan gözləyərək,
hərəkət etməyənləri
qınadı.
İllərcə, əsrlərcə sürən
uyqudan artıq,
Silkin də mühitindəki zülmləri
yak, yık.
Bir baxsana, göylər oyanıq, yer oynaqıdır,
Dünya oyanıqkən yatmaq bir maskaralıqdır.
Çanaqqala savaşı
Türkiyə Cümhuriyyətinin prezidenti
Rəcəb Təyyub
Ərdoğan dünya
ermənilərinin 2015-ci il qondarma soyqırım məsələsinin
100 illiyi saxtalığı
qarşısına 1915-ci il
dəhşətli, amma
türk vətənsevərliyinin
əzəmətli savaşının
100 illik anım tarixini çıxartdı.
...Qelibolu yarımadasında çox ciddi hadisələr başlamışdı.
İngilis donanması 18 mart 1915-ci ildə Çanaqqala (Dardanel) boğazını
keçməyə, sahil
topçularının müdafiəsini
yarmağa çox səy göstərdi.
Atatürk bilirdi ki, Çanaqqala işğal olunarsa, ingilislər Mərmərə
və Qara dəniz vasitəsilə müttəfiqləri olan Rusiya ilə daha sıx güclə
möhkəmlənəcək, nəticədə, İstanbul
da işğal altına düşəcəkdir.
Bu da türk
millətinin süqutuna
gətirəcək. Ona
görə də əsgərlərə, məhmətciklərə
belə bir hökm etdi: “Mən sizə təcavüz əmri vermirəm, ölməyi əmr edirəm! Biz ölənə qədər keçən
zaman ərzində yerimizə başqa qüvvələr və komandirlər keçə
bilərlər”.
Göründüyü kimi, Cümhuriyyət banisinin bu uzaqgörənliyi
və şəxsən
şəhid olmaq örnəyini dilə gətirməsi dərin, qeyri-adi anlam daşıyır. Atatürkün bu əmrindən
sonra hər bir savaşçı ölümə misli görünməmiş meydan
oxudu. Təcavüzkar qüvvələr çox böyük itkilərlə geri oturdularsa da, türklər də Çanaqqalada olduqca böyük şəhidlər
bahasına Türkiyənin
xilasının əsasını
qoydular.
Türklər Çanaqqalada tarixdə misli - bənzəri olmayan döyüş şücaətli zəfər
çalıb, vətənlərini
qorudular.
Bu vətənsevərliyin yüz illik anımı qarşısında
“Ulu Məkan” qəzetinin baş redaktoru, həmçinin qəzetçi, publisist-şair
olaraq Çanaqqala savaşına aid şeirlərimi
təqdim edirəm.
Çanaqqala müzəffər
Çanaqqala məhşəri,
Durdurdu böyük
şəri.
Düşündürür bəşəri...
Qeyri-adi
bu zəfər,
Çanaqqala müzəffər!
Topraq oldu qızıl qan,
Silah vicdan, həm əzan...
Misilsiz tarix yazan
Yenə
yazdı bu səfər,
Çanaqqala müzəffər!
Türkün ruhu sarsılmaz,
Şəhidlər unudulmaz,
Haqqa haqsız varılmaz,
Son sipərdən xoş xəbər...
Çanaqqala müzəffər!
Bu qeyrətlə, bu hünər,
Ürəklərdə döyünər.
Mazisiylə öyünər,
Kökə bağlı hər
nəfər...
Çanaq
qala müzəffər!
Çanaqqala yüzillik öyüd olur.
Türk
doğulan bir kəsin şərəfi çox uludu,
Ruhu zirvələr gəzər,
qəlbi pak duyğuludu,
Türkün tarixi uzun, mücadilə
yoludu.
Türklər savaş sonunda qazi, ya şəhid
olur,
Türkün düşmənləri da
gerçəyə şahid
olur.
Türk
yaşayan topraqlar əcdadın ocağıdı,
Ədalət olan yerdə demək, türkün çağıdı,
Türkün ana vətəni Tanrının qucağıdı.
Türklər savaş sonunda qazi, ya şəhid
olur,
Basılmazlığın rəmzi türklərdə
Boz Qurd olur.
Haqq-həqiqət eşqi var türkün ön, son sözündə,
O, bəşəri məhəbbət
yaşadır hey... özündə,
Vətəni müqəddəsdir nəzərində,
gözündə.
Türklər savaş sonunda qazi, ya şəhid
olur,
Çanaqqala dünyaya dedi: Türk igid olur!
Atatürk bu savaşda öndə durdu dağ kimi,
Düşmən gözünə girdi
Çanaqqala ox kimi,
Çanaqqala hərbinin misli hanı? Yox kimi...
Türklər savaş sonunda qazi, ya şəhid
olur,
Çanaqqala yüzillik görk, ibrət, öyüd olur.
Arxada İstanbuldu, Çanaqqala
keçilməz
(1915-ci il Çanaqqala
savaşı anımından)
Dünya
durduqca durar, Çanaqqala öyünər...
Yüz il ötsə
o şanlı tarix susmaz ki, dinər,
Şəhidlərin önündə başlar
sayğıya enər.
Arxada İstanbuldu, Çanaqqala
keçilməz,
Vətən uğrunda candan keçənlər heç
kiçilməz.
Göylərdən ölüm yağdı,
Çanaqqala yolunda,
Qan axdı su yerinə
sağında, həm
solunda,
Silah-sursat tükəndi, türklər
əli yalın da.
Nərə çəkdi ki:
düşman qarşısından
qaçılmaz,
Arxada İstanbuldu,
Çanaqqala keçilməz.
Ölüm qorxusu qaçdı,
Çanaqqalada türkdən,
Ordular ibrətini aldı dəhşətli görkdən,
Türk yağıya dərs keçdi, vətən üçün ölməkdən.
Çanaqqala anlatdı: türkün
qanı içilməz,
Arxada İstanbuldu,
Çanaqqala keçilməz.
Tanrı
iznin vermədi yağıya yenilməyə,
Düşmənə yol göründü, tək geriyə dönməyə,
Bilindi - türk
doğulub vətən
üçün ölməyə.
Bu türkün taleyidi, başqa qədər seçilməz,
Arxada İstanbuldu,
Çanaqqala keçilməz.
Bunu yüz il
öncədən tarix
dedi, hayqırıb:
Türklər topraq uğrunda
ölümə növbə
qurub,
Türkün savaş əzminə Yerlə Göy möhür vurub.
Bu İlahi sirlidi - ona dəyər biçilməz,
Arxada İstanbuldu,
Çanaqqala keçilməz.
Çanaqqala
(Məhmətciyin dilindən)
Şanlı vətən, gəlmişəm
uğrunda can verməyə,
Mənim
də yaz adımı ölüb, ya öldürməyə,
Düşmanımı qoymaram, Mərmərəyə
girməyə.
Vicdanım dözə bilməz
düşman yurdumu
ala,
Biz səni tapdaq yeri etmərik, Çanaqqala!
Savaşır qardaşlarım, babam,
qohum-əqrəbam,
Sənin
üçün atılıb
döyüşə elim,
obam,
Niyyətim, əməlimlə Haqdan gələn savabam.
Peyğəməbərə salavat, Yaradana həmd ola,
Biz səni tapdaq yeri etmərik, Çanaqqala!
Səslədin, biz də gəldik, başına dolanmağa,
Təpədən-dırnağacan al-qana bulanmağa,
Ən zor durumlarında hazırıq sınanmağa.
Türkün savaş tarixin sən də yaz və xatırla!
Biz səni tapdaq yeri etmərik, Çanaqqala!
Oğul, vətən bağının özəllikləri vardır,
Vətən anadır, oğlu
ona hey minnətdardır!
Türkə savaş açanın
dünya başına
dardır!
Qoymarıq ki, adında möhnət, nə töhmət qala!
Biz səni tapdaq yeri etmərik, Çanaqqala!
Əli Vahid Çaylı
Təzadlar.- 2015.- 14 fevral.- S14.