İyirmi üç
yaşlı qəhər
Bizim qələbəmiz qisasdan
keçər,
Bizim xilasımız ixlasdan keçər...
Mümkün azadlıqda diridir
gecə,
Ayı,
ulduzuyla azaddı, tamdı,
Günəşsiz açılan sabah yetimdi...
Azadlıq, köləlik döyüşür
hələ,
Insan varlığında,
millət içində.
Düşmənlə döyüşdə
büzüşür kölə,
Düşmənə nifrəti qorxusuyla tən.
Igidlər olsa da mələk gücündə
Ordusuz, sevgisiz qorunmaz vətən;
Bağışlamaq böyüklükdü,
qisas haqq!
Yətər, bağışladıq yağı
düşməni.
Yeddi yerə, yetmiş yönə bölünüb
Qazanmayaq “xəcil” adı, ünvanı.
Qisas gözlər Ağdam da, Xocalı da,
Şuşa, Laçın... düşmənin
əcəli də.
İyirmi
üç il
namusumuz arada...
Qisas almayınca
yaşamaq haram.
Milli qeyrət, hazır dayan cihada!
Qoy ölü vicdanlar yaşasın aram,
Qoy qansız quldurlar insaf gəmirsin...
Gedirik Xocalı faciəsindən,
İtkili
atəşkəs fasiləsindən
Mənəvi iflasa, çal-çağır
ilə
Həm varlı, ortabab həm fağır ilə
Döyüşsüz sülh sabah uduzmaq
demək,
Güzəştli - güzəştsiz, fərqi
yox anam.
Ordu öz gücünü göstərsin gərək,
Onda yaranacaq sabaha inam...
Yurda ağa, yurda oğul, yurda qul
Igidlər var yad gözünə
yurd oxu.
Varlıya, kasıba bölmürük
xalqı,
Kişisi döyüşür, qorxağı
qaçır.
Bir gün görəcəyik
ayağa qalxır
Hayk qoyub tutduğu torpağı qaçır...
Allaha, Rəhbərə, gələcək
günə,
Özünə, gücünə inamdı
Millət.
İki yüz il
öncə sınandı
Millət.
Sənə türk deyənə
türklüyü göstər,
Arxalı
düşmənə təkliyi
göstər!
Talış, tat, ləzgi, kürd,... vətən övladı!
Qisasını al dünənin, bugünün,
Açılmasa kəs qartımış düyünü.
C.Albantürk
Təzadlar.- 2015.- 24 fevral.- S11.