Mübarək
Akademik, Azərbaycan MEA-nın prezidenti, böyük ziyalı Akif Əlizadənin ad gününə
Akif-akademik, səmimi, sadə,
Həssas, alicənab, dəyanətli,
mərd.
Ondakı
bacarıq, bilik, iradə
Göyün göndərdiyi ən
ali qismət!
Təhsil
illərinin qızğın
çağında
Sevən
və sevilən dostumuz olub;
Meysarı tərəfdə, Lütrə
dağında
Lay, süxur tanıyan “usta”mız olub.
Məramı tərtəmiz, qərarı
qəti,
Bütün sınaqlardan çıxıb
üzüağ;
Tamilla xanımın ilk məhəbbəti-
Akif ürəyindən od alan çıraq.
Adının mənası yorulmaz,
fəal...
Adına yaraşır xasiyyəti də.
Az deyil müəmma, sirr, çətin sual,
Akif qayğıları
artır get-gedə.
Mezazoy-çox qədim, sehrli qatlar,
Akifi cəlb edib nə vaxtdan bəri;
Aləmə səs salan şah əsəri var-
“Təbaşir dövrünün
belemnitləri”
Şimal
alqışlayıb, cənub
səsləyib,
Təbriz gündəliyi salnaməyə
tən.
Sözünü inamla, ilhamla deyib
Hamburq, Kopenhagen
kürsülərindən.
Samir-unudulmaz fədakar oğlu,
Samir xatirəsi
müqəddəs, əziz.
Gənc
ikən torpağa tapşırdıq onu,
Bu ağır itkiyə
dözmək - çarəmiz.
Gənc,
fəal, əlaçı,
tələbə idik,
Səksəndən doxsana doğru gedirdik.
Zaman nəhayətsiz, xatirə
min-min!
Ad günü mübarək mütəfəkkirin!
Oqtay Rza,
şair, Əməkdar müəllim
Təzadlar.-
2015.- 24 fevral.- S4.