23-cü ilində Xocalı
soyqırımı
...Xocalı rayonu, Dağlıq Qarabağ sərhəddi içində yerləşən, Azərbaycanın ən qədim yaşayış bölgəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə, Sovet ordusu dəstəyində Ermənistan silahlı qüvvələrinin tətbiq etdiyi soyqırıma qədər Xocalı qəsəbəsində “təxminən 10.000 Azərbaycanlı yaşayırdı”. Strateji əhəmiyyətə malik olan bu ərazidə, keçmiş Sovetlər Birliyi dövründə bölgənin yeganə hava limanı 1974-cü ildə “Stepanakert” şəhərinə tikilmişdi (1991-ci ildən sonra Xankəndi). Xocalıya 10 km məsafədə yerləşən Xankəndi Hava Limanı, müstəqillik sonrası “Xocalı Hava Limanı” adlanırdı. 21 dekabr 1991-ci ildə işğal edilən Xankəndinə yerləşən Zarvigorov Yuri Yuriyeviçin rəhbərliyindəki keçmiş “SSRİ-nin 366-cı motoatıcı hərbi alayının dəstəyi” ilə Erməni silahlı qüvvələri beş ay müddətlə Xocalını mühasirə altında saxladı. Əvvəla bölgənin havadan və yerdən nəqliyyat yolları bağlandı. Xarici dünya ilə əlaqəsi kəsilən “könüllü” Azərbaycan əsgərləri, Bakıdan müdafiə dəstəyi ala bilmədikləri üçün Rus və Erməni silahlı qüvvələrinə qarşı uzun müddət müqavimət göstərə bilmədilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rus və Erməni silahlı qüvvələrinin başlatdığı raket, tank, top və kimyəvi silahların istifadə edildiyi hücumlarla Xocalıda tarixin ən vəhşi qırğını baş verdi.
20 yanvar 1990-cı ildə ağır sınaqdan keçən Azərbaycan müstəqilliyini yeni qazanmış, siyasi, iqtisadi, texniki və müdafiə baxımından tam təşəkkül etməmişdi. Sovetlər Birliyi, hazırda heç bir təchizatı, nizamlı və təlimli ordusu olmayan Azərbaycanın torpaqlarını işğal etmək üçün aylar əvvəlindən hazırlıqlarını başa çatdırmışdı: Stavropol, Krasnodar və Rostovdakı Sovet hərbi məktəblərində Erməni əsgərlərinə müntəzəm psixolojik döyüş təlimi keçmiş, Erməni silahlı qüvvələrini böyük bir savaş üçün hazırlamışdı. Qaynaqlara görə o tarixlərdə, Erməni ordusunda səfərbərliyə alınan əsgər sayı 66 minə çatırdı. Sovet hərbi məktəblərindəki Erməni zabitlər, hətta kursantlardan ibarət xüsusi təlim keçmiş hərbi birliklər, o tarixdə hələ də Yuxarı Qarabağda yerləşən Sovet ordusuna çağrılmışdılar.
Azərbaycan, Ermənistanın tam təşəkküllü, müasir silahlarla təchiz edilmiş ordusu qarşısında təlimsiz və məhdud saydakı əsgərlərdən ibarət “könüllü” döyüşçülərlə Qarabağı müdafiə etməyə çalışırdı. Bu şerait içində Azərbaycanın uzun müddət savaşa bilməyəcəyindən əmin olan Sovetlər Birliyi dağılma ərəfəsində, Ermənilərlə birgə hazırladığı plan çərçivəsində başda Dağlıq Qarabağ olmaqla, Azərbaycan torpaqlarının 20%-ni Ermənistanın işğal etməsi üçün böyük hərbi dəstək verdi.
20-ci əsrin sonlarında tətbiq olunmuş ən qanlı qırğınlardan biri kimi qəbul olunan “Xocalı Soyqırımı”, 26 fevral 1992-ci ilin gecəsində həyata keçirildi. Xocalıya çəkilən “gecə yarısı hücumu” nəticəsində 1600 nəfər Azərbaycanlı vəhşicəsinə öldürüldü. Qırğından xilas olmaq üçün şəhərdən qaçan minlərlə müdafiəsiz qəsəbə sakini, şəhərdən kənardakı dağlıq bölgədə pusquda gözləyən ermənilərin tələsinə düşdülər. 613 nəfər müdafiəsiz Azərbaycanlı, peşəkar təlimli və silahlı Erməni əsgərləri tərəfindən eləsi vəhşiliyə məruz qaldılar ki, bu vəhşiliyi, ən vəhşi heyvanlar belə ovladığı şikarına qarşı tətbiq etmirdi. Çünki vəhşi heyvanlar, Allahın verdiyi nemətlərə qarşı naşükür deyildilər. Allahın qoyduğu hökmü və sərhədi əsla pozmurdular. Rus və Erməni cinayətkarları, təbiətdə mövcud olan ən vəhşi canavardan da artıq bir vəhşiliklə, hətta insan təsəvvürünü və təxəyyülünü bələ məhv edən dərəcədə tətbiq etdikləri vəhşətlə günahsız Azərbaycanlı qardaş-bacılarımızı, gəlin-qızlarımızı, körpə balalarımızı, baba-nənələrimizi qətlə yetirdilər:
Bələyində yatan günahsız körpələrin gözlərini çıxartdılar. Diri halda uşaqların baş dərisini soydular. Hamilə qadınların qarınları deşib, körpəsini qətlə yetirdilər. 70 yaşlı nənələrin, babaların qollarını, qıçlarını, başlarını diri halda kəsdilər. Cavan qızlara anasının, atasının gözləri qarşısında təcavüz etdikdən sonra qulaqları, burunları, dilləri, dodaqları, döşləri və üzlərini para-para kəsib öldürdülər. Uşaqların gözləri qarşısında valideynlərini ağaca bağlayıb diri-diri yandırdılar. Cavanları diri halda torpağa basdırıb öldürdülər. Xocalıdan qaçan əhalinin bir qismi isə, Ermənilərin vəhşətindən xilas ola bilmək üçün günlərlə dağlıq ərazidə ac, susuz, çətin qış günlərində soyuqdan öldülər. Soyqırıma məruz qalan Azərbaycanlılardan 83 uşaq, 106 qadın işgəncə edilərək, 424 qoca və yetkin insan müxtəlif üzvləri kəsilərək və yandırılaraq öldürüldü. 487 nəfər ağır yaralandı, 26 uşaq bütün ailəsini, 130 uşaq valideynlərindən birini itirdi. Qırğından sağ qurtulan və çoxu uşaqlardan ibarət yüzlərlə Xocalı sakini ağır qış şərtlərində dağlarda naçar qaldı. Soyuqdan əlləri və ayaqları qanqren oldu, müxtəlif üzvləri kəsilərək ömür boyu şikəst yaşamağa məhkum edildi. 1275 müxtəlif yaşda Xocalı sakini əsir götürüldü və 23 ildən bəri onların aqibətindən hələ də xəbər alına bilmədi.
Qarabağda, o cümlədən Xocalıda yaşanan soyqırım Ermənilərin “Böyük Ermənistan” yaratma xəyali ilə 1987-ci ildən etibarən, Erməni diasporu ilə birlikdə yeni hədəf olaraq seçilən Dağlıq Qarabağ bölgəsinin, Azərbaycan Türklərindən təmizlənməsi məqsədilə reallaşdırılmışdı. Ermənilərin “Torpaqları genişləndirmə” ideologiyası və tarixdən gələn Müsəlman-Türk düşmənçiliyi, 20-ci əsrin ən böyük insanlıq vəhşəti kimi Xocalı Soyqırımını tarixin qanlı səhifələrinə qeyd etdi. Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı tətbiq olunmuş və tərifi qeyri-mümkün insanlıq faciəsidir Xocalı Soyqırımı.
Ermənilərin Xocalıda tətbiq etdiyi vəhşilik ilk deyildi. Son iki yüz ildən bəri Ermənilər tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırım və etnik təmizləmə təşəbbüsləri mütəmadi davam edib. 1905 və 1920-ci illər ərzində Azərbaycanın Bakı, Şamaxı, Quba, Qarabağ, Türkiyənin Qars və Ərzurum vilayətləri başda olmaqla bu regionlarda Rusiyanın dəstəyi ilə həyata keçirilən kütləvi qırğınlarda minlərlə günahsız azərbaycanlı və Türkiyə Türkü qətlə yetirilmişdir. Osmanlı dövründə 20-ci əsrin əvvəlinə qədər 460 il himayə edilən Ermənilər “ millet-i sadıka; sədaqətli millət” kimi qəbul olunmuş, yüksək qiymət verilmiş, dövlətin ali məqamlarında vəzifəyə gətirilmişdilər. “Osmanlı dövründə Ermənilərdən 5 nazir, 29 paşa, 33 millət vəkili, 7 səfir, 11 baş konsul, 12 universitet müəllimi, 8 general-həkim, 41 ali vəzifədə dövlət işçisi dövlət məmuru kimi işləyiblər.” “1863-cü ildə təkcə İstanbulda 454 məktəb fəaliyyət göstərirdi və onlardan 185-i əcnəbilərə ait idi; 77-si Rum, 48-i Erməni, 44-ü Musevi, 8-i Katolik, 5-i Protestant və 3-ü Karayilərə ait idi. Həmin il İstanbuldakı məktəblərə gedən 33.005 tələbədən 16.248-i əcnəbi məktəblərə gedirdi. Bundan başqa əcnəbilər tərəfindən işlədilən 326 məktəb də var idi. 1894-cü ildə isə umum Osmanlı torpaqlarında 6437 əcnəbi məktəb fəaliyyət göstərirdi və onlardan 302-si İstanbulda yerləşirdi; 4229-u Rum, 594-ü Erməni, 55-i Erməni Katoliklər, 198-i Erməni protestantlar, 269-u Musevi, 689-u Bolqar, 85-i Serb, 63-ü Ulah, 50-si Katolik, 4-ü Bolqar Katoliklər, 60-ı Rum Katoliklər, 55-i Süryani, 44-ü Keldani, 5-i Süryani Katoliklər, 3-ü Keldani Katoliklər, 28-i Maruni, 1-i Samiri və 5-i də Yaqubuya mətəbləri idi. Görüldüyü üzrə 1863-cü ildə İstanbuldakı əcnəbi məktəblərin sayı 185 ikən,1894-cü ildə bu rəqəm 302-yə yüksəlib. Yəni 31 il ərzində əcnəbi məktəblərin sayı 38.75% faiz qaxıb.
1894-cü ildə təkcə Ermənilərin 847 məktəbi fəaliyyət göstərirdi. Əgər Türklər Ermənilərə soyqırım tətbiq edəydi, onların nəsilləri bu günlərə gəlib çıxa bilərdimi? Əsirlər boyu Türklərdən gördükləri yaxşılığın əvəzində Ermənilər, əsas Erməni olduqlarını sübut etdilər:
“Birinci Cahan Muharibesində 200 min Erməni milisi Rus birlikləri sıralarına keçmib Osmanlı Dövlətinə qarşı savaşırdılar.” Türkiyənin bütün bölgələrində, xüsusilə kənd və qəsəbələrdə Daşnak, Armenakan və Hınçak Erməni terror təşkilatları kütləvi qırğınlar törədib. Xüsusilə Türkiyənin Şərq bölgəsindəki kəndlərdə, qəsəbələrdə müdafiəsiz qadın, uşaq və qocalar, ahur və samanlıqlarda heyvanlarla bir yerdə diri-diri yandırılıb. Beynəlxalq müşahidəçilər nəzdində Qars və Ərzurum havalisinde ortaya çıxardılan toplu məzarlar, Birinci Dünya Müharibəsində yaşanan Erməni vəhşiliyini bütün cəhətləri ilə gözlər önünə sərmişdir.
Erməni terror təşkilatı ASALA, xarici ölkələrdə Türk diplomatlara qarşı reallaşdırdığı terror hücumlarında “Türkiyənin 42 diplomatı ilə 4 xarici ölkə vətandaşını qətlə yetirib, 15 Türk və 66 xarici ölkə vətandaşı da yaralanmışdı.” Qondarma Erməni soyqırımı iddiası ilə Erməni terrorçuların ölkə daxilində və xaricində qətlə yetirdiyi Osmanlı dövlət adamları:
Sədrəzəm, Mehmet Talat Paşa (15 mart 1921-ci il, Berlin), Məmməd Cemal Əzmi Bəy, (17 aprel 1922-ci il, Berlin), Trabzon valisi ve Təşkilatı Məxsusa (Osmanlı dövlət istihbarat təşkilatı) rəhbəri, Dr. Bahaettin Şakir (17 aprel 1922-ci il, Berlin), Sədrəzəm, Sait Halim Paşa (6 dekabr 1921-ci il, Roma), Əhməd Camal Paşa (21 iyul 1922-ci il, Tiflis), Yavər Sürəyya Bəy (21 iyul 1922-ci il, Tiflis), Yavər Nusret Bəy (21 iyul 1922-ci il, Tiflis), Boğazlıyan Baş məmuru Məhəmməd Kamal Bəy (10 aprel 1919-cu il, İstanbul)da şəhid olub...
ABŞ, Avropa, Rusiya, Ermənistan tarixdə tətbiq etdiyi soyqırımları, insanlığa qarşı işlədiyi vəhşilikləri ört-basdır etmək üçün, Türkləri soyqırım etməklə günahlandırırlar. Bu hiyləgər siyasət dünya ictimaiyyətini, Türklərə qarşı təhrik üçün tarix boyunca mütəmadi davam etdirilən bir üsuldur. 11-17-ci əsrlərdə Türklərə qarşı təşkil edilən Səlib yürüşlərinə dəstək olunması üçün Papanın fitvası ilə xalqdan tələb olunan “Türk vergisi, Türk sədəqəsi, Türk zəkatı, Türk qrantı, Türk fitrəsi” kimi adlandırılan vergitutma sistemləri və ya 13-17-ci əsrlərdə hər gün saat 17.00-də kilsələrdə ayın xarici vaxtda çalınan “Türk zəngi” (Türklər üçün lənət ayını; Almanca: Türkenglocke və Türkenl?uten) nə məqsədlə tətbiq olundu isə, 20- və 21-ci əsrdə tətbiq olunan beynəlxalq İslam düşmənçiliyi və Türklərə qarşı tətbiq olunan soyqırımlar da eyni məqsəd üçün həyata keçirilmişdir. İnsan hüquqları müdafiyəçisi kimi bir-birilə yarışan ABŞ və AB ölkələri tarixi həqiqətləri nə üçün görmək istəmirlər? Azərbaycan torpaqlarının 20%-dən artığını işğal edən Ermənistanın, Azərbaycan torpaqlarında reallaşdırdığı soyqırım və işğalçılığa nə üçün arxa çıxırlar görəsən?
Öz vətən torpaqları içində etnik təmizlik və soyqırıma məruz qalan minlərlə Azərbaycanlının işgəncəylə öldürməyinə ABŞ, Rusiya və AB ölkələri nə üçün səssiz qalır? Nəsillər boyu ulu babalarımızın yaşadığı Qarabağ torpaqlarından çıxardılan bir milyon Azərbaycanlı 23 ildir qaçqın və məcburi köçgün kimi müvəqqəti məskənlərdə yurdlarına qayıdacaqları günün ümidi ilə yaşayırlar. Torpaqlarından sürgün edilən Azərbaycanlılar nə üçün dünya ictimaiyyətinə çatdırılmır? Xocalıda tarixin ən qanlı faciəsi yaşandığı halda əfsuslar olsun ki, məlum dövlətlər tərəfindən “İslam düşmənçiliyi” siyasəti ilə dünya ictimaiyyəti səhv istiqamətləndirilir. 1987-ci ildən üzübəri nəticə alına bilməyən və işğal zamanı yaşanan Xocalı soyqırımı və Qarabağ torpaqlarında işlənən vəhşətə qarşı, dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən lazım olan heç bir hüquqi addım atılmamış olmasının mənası nədir görəsən?
Ermənilər məqsədlərinə çatmaq üçün terror, qırğın, etnik təmizləmə, soyqırım kimi beynəlxalq insan hüquqları normalarına zidd olan hərəkətləri reallaşdırmaqdan tarix boyunca əsla imtina etmədilər. Beynəlxalq normaları heçə sayan Ermənilər bu cəsarəti haradan alır görəsən? Adı hər nə olur olsun, nə deyə anılır anılsın, kim tərəfindən, kimə qarşı, hansı məqsəd və şərtlərdə işlənir işlənsin fakt odur ki, Xocalıda bir soyqırım vəhşiliyi tətbiq olunmuşdur. Hal belə olunca Xocalı soyqırımının yalnız, Azərbaycan və Türk dilli xalqlar tərəfindən qeyd olunması kifayət deyildir. Xocalı qırğınının üstündən 23 il keçməsinə baxmayaraq, ABŞ və AB ölkələri nəzdində dünya ictimaiyyətinə, Qarabağın işğalında yaşanan Erməni və Rus vəhşiliyi hələ də təbliğ edilməmişdir. Ukraynanın ərazi bütövlüyünə müdaxilə edən Rusiyaya qarşı tətbiq olunan siyasi, iqtisadi və hərbi təzyiq, Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı niyə tətbiq olunmur görəsən?
(Davamı var)
Abdulqədir İnaltəkin,
Almaniya, Berlin
Təzadlar.-
2015.- 3 mart.- S4.