Diasporumuzun Avropa problemi
Elman
Mustafazadə: “Azərbaycandan Avropaya təhsil almağa gələn
tələbələrimiz əllərindən nə gəlirsə,
imkanları haraya kimi yetirsə, həmin miqyasda qeyrətlə
fəaliyyət göstərirlər”
Xocalı soyqırımının anımı olaraq
fevral ayının 26-28 aralığında Avropanın bir
çox dövlətlərində ilk dəfə olaraq
genişmiqyaslı törənlər keçirildi. Küçə və
meydanlarda insan selinin sayı, insanlıq əleyhinə törədilən
“erməni vandalizmi”nin iç üzü
milyonlarla insan tərəfindən lənətləndi. Bu aksiyalarla bağlı diasporumuzun tanınmıs
simalarindan biri, Avropada “Azərbaycanın Dostları” Cəmiyyətinin
sədri Elman Mustafazadənin fikirlərini öyrənməyə
çalışdıq.
- Elman bəy,
ötən illərdən fərqli olaraq bu il
Avropada yaşayan soydaşlarımız və diaspor təşkilatlarımız
daha geniş mənada fəallıq göstərirlər.
- Təbii
olaraq indi çoxları bunu dərk etməyə
başlayıblar. Öncələr
insanlarımız mənsub olduğu bölgəyə görə
bir-biriləri ilə ünsiyyətə önəm verirdilər.
Daha sonralar Azərbaycan naminə bir araya gəlməyə
başladılar. Son illərdə bu proses Türk
Dünyası anlamında bütünləşməyə
başlamışdır. Bundan əlavə, Heydər
Əliyev Fondu son illərdə Xocalı soyqırımı ilə
bağli cox boyuk aksiyaların və tədbirlərin
keçirilməsinə əmək sərf edir. İndiki aksiyalar koordinasiya halında kecirilir. Yəni bu aksiyalarda dövlət və vətəndas
həmrəyliyi böyük effekt verir. Şəxsən
bu ali dəyərləri hər zaman
arzulamışam. Çox sevindirici haldır ki,
indiki tədbirlərdə avropalıların özləri
geniş təmsil olunurlar. Demək olar ki,
bütün bunlar mənim həyatımın mənasıdır,
onun ayrılmaz bir parçasıdır. Bütün
bunlara baxmayaraq, hələ də bir sıra
çözülməmiş problemlərimiz qalmaqdadır.
- Xocalı Soyqırımının və Qarabağ həqiqətlərinin
Avropada daha geniş şəkildə tanıdılması
yönündə, deyəsən, milli diasporumuz fəallaşıb.
- Hər
il olduğu kimi, bu dəfə də Xocalı
soyqırımının anımı və uydurma “erməni
soyqrımı”na qarsı fevralın 26-dan 28-dək
keçirilən tədbirləri Hollandiyadakı “Atatürk
Düsüncə Dərnəyi” və Azərbaycanın
Hollandiyadakı səfirliyi yüksək səviyyədə
keçirdilər. “Atatürk Düsüncə
Dərnəyi” bu silsilə tədbirlərin bütün xərclərini
bir təşkilat kimi öz üzərinə
götürdü. Son illərdə Azərbaycanın
taleyüklü tədbirlərində Anadolu və Azərbaycan
türkləri ilə yanaşı, Tatar, Doğu
Türküstan, Quzey Qafqaz türklərinin ictimai qurumları
bizim soydaslarla birlikdə bu prosesdə bir millətin və
ortaq dəyərlərin sahibi kimi iştirak edirlər. Bütün bunlar olduqca qürurverici anlardır.
Artıq Avropada Xocalı
soyqırımının anımı və saxta erməni
soyqırımına etiraz tədbirlərimizə bizlərlə
birlikdə ən sadə Avropa vətəndaşlarından tutmuş,
aydınlar belə, qatılmağa başlamışlar.
Azərbaycanın işğal olunmuş əraziləri
və özəlliklə də Xocalı soyqırımı
ilə bağlı əsl həqiqətləri milli fəallarımız
bütün Avropada tanıtmağa çalışırlar.
Bunun üçün, sadəcə, plakatlar
hazırlamaqla deyil, həmcinin Heydər Əliyev Fondunun dəstəyi
ilə broşürlər və digər təbliğat vasitələri
dərc edilib yayılır. Avropada diaspor fədailəri
və fəal gənclərimizin sayı az
olsa da, onların gördükləri işin keyfiyyəti
çox dəyərlidir. Azərbaycandan Avropaya
təhsil almağa gələn tələbələrimiz əllərindən
nə gəlirsə, imkanları haraya kimi yetirsə, həmin
miqyasda qeyrətlə fəaliyyət göstərirlər.
- Ancaq
duyduğumuza görə, ermənilər də aktivləşməyə
başlayıblar...
- Əvvəla, ermənilər həmişə aktivdirlər. Sadəcə,
indi ermənilər əvvəlki illərdə oldugu kimi,
Avropa dövlətlərini və eləcə də xristian
xalqlarını “xristian qardaşlığı” adı
altında artıq aldada bilmirlər. Çünki
son illərdə, xüsusilə Belçika, Avstriya,
Şotlandiya, İsveç, Norveç, Hollandiya və digər
dövlətlərdə kilsələrin özü mədəniyyət
mərkəzlərinə, sərgi salonlarına çevrilməyə
başlamışdır. Elə kilsə məbədləri
var ki, orada teatrlar, bəzilərində simfonik orkestrlər fəaliyyət
göstərməkdədir. Hər bir
toplum özünün etnik mənşəyinin özəlliklərini
və onun mədəni inanc kultunun dəyərlərini inkişaf
etdirməkdə maraqlıdır. Artıq
ermənilər “qədim xristian xalqı” adı altında pərdələnməkdən
yeterincə sui-istifadə edə bilmirlər. Avropalılar xristian dinini inancdan daha cox, ona öz mədəniyyətlərinin
bir hissəsi kimi baxırlar. Bizlər
bütün bunları diqqətlə araşdıraraq, öz
milli hədəflərimizi beləcə ortaya qoymağa
çalışırıq. Bizim də
avropalılardan bir çox öyrənməli, həmçinin
onlara öyrətməli dəyərlərimiz çoxdur.
Çox təəssüf ki, hələlik
bütün cəhdlərimiz yetərli deyil. Daha geniş əhatə dairəsinə malik olmaq
lazımdır. Ermənilər bizdən
üstün mövqelərə çıxmaq
üçün bu dəfə uydurma “erməni
soyqırımı” xatirə parklarının sayını
artırmaq üçün hərəkətə keçiblər.
İndi ermənilər hər ölkədə
qondarma “soyqırım” abidələrini ucaltmağa
baslayıblar. Bəs biz nə edirik?
Den Haag (Haaqqa) şəhərinin köhnə və olduqca
yararsız bir qəbiristanlığında 1,5
metrdən bir az hündür “başdaşı” qoymuşlar. Adını da “Xocalı Abidəsi” kimi hər yerdə
qeyd edirlər. Təsəvvür
edirsinizmi? Məzarlıqda adi bir
başdaşı abidəsi hara, iri parklar salmaq hara? Düşmənlərimizi özümüzə
qarşı güldürürük. Həmin
“başdaşı” üçün butun Avropada yasayan
soydaşlarımız, nəyə imkanı çatdısa
pul toplayıb verdilər adını “türkçü”,
“turançı” və “yurdsevər” qoymuş saxtakarın
birisinə. Həmin pulla böyük bir park
salmaq olardı. Bu “millətsevər” gedib
kimsəsiz məzarlıqda “daşdası” qoydurdu. İndi bu isə bu “abidə” və həmin saxtakar
başımıza böyük bir bəla olmuşdur. Azərbaycanın
Dövlət Diaspor Komitəsindən külli miqdarda maliyyə
alaraq burada ün yetməyən yerdə camaatı toplayaraq həmin
“başdaşı”nın başında
toplanırıq. Özümüz
danışıb şəhidlərimizin ruhuna
ağlayırıq. Səsimiz isə
köhnə qəbiristanlıqdan kənara çıxmır.
Beləcə, Azərbaycan dövləti tərəfindən
ayrılmış vəsaitlər havaya sovrulur. Xocalı soyqırımının xatirəsini anmaq
üçün başqa təşkilatlara isə heç bir
halda imkan və dəstək verilmirdi. Çünki
Azərbaycan diasporunun arasında “əbləh” ayaması ilə
tanınan birisi milli faciəmizin anım törənlərini
monopoliyaya almısdı. Yaxşi ki, indi bu
aksiyanı Heydər Əliyev Fondu koordinasiya edir. Bu baxımdan, faciələrimiz üzərində
öz şəxsi məqsədləri üçün alver
edənlərin fəaliyyətləri xeyli dərəcədə
məhdudlaşdırılıb.
- Bu
problemin çözüm yolu yoxdurmu?
- Milli
faciələrimizi anmaq üçün mənim, sənin deyə
bölə bilmərik. Acılarımız olan
yerdə hamımız bir olmalıyıq. Nə
müxalifət, nə də iqtidar söhbəti belə yada
düşməməlidir. Burada Heydər
Əliyev Fondu, Disapor Komitəsi, “Atatürk Düşüncə
Dərnəyi”, “Azərbaycanın Dostları Cəmiyyəti”
və digər təşkilatlar birlikdə mücadilə etməlidirlər.
Ümummilli törənlərdə bütün
umu-küsünü bir tərəfə qoymaq lazımdır.
Bu yöndə sanballı örnəklər
göstərmək olar. Misal
üçün, Türkiyənin İqdır vilayətindən
çıxmış və Türk Dünyası
üçün çox böyük dəyəri olan,
qürbətdə Azərbaycan uğrunda çalışan
qeyrətli oğul və qızlar vardır. Onların adlarını sadalasaq, böyük bir
siyahı alınar. Biz həmin dəyərli
iqdırlılarla hər zaman qürur duyuruq. Çox təəssüflər olsun ki, bu bölgəni
təmsil edənlərin arasından
fırıldaqçılar da çıxır. Həmin fırıldaqçılardan biri hər
addımda bizləri biabır etmək taktikası ilə hərəkət
edir. Hollandiyada bir yandan Azərbaycan
diasporu, digər yandan Türkiyə diasporunun adından
çıxış edərək, soydaşlarımız və
türkiyəli qardaşlarımız arasında nifaq
toxumlarını səpməklə məşğuldur. Azərbaycan tarixindən, mədəniyyətindən
uzaq, adı və soyadını belə,
doğru-düzgün yaza bilməyən birisi bəzən bir
çox proqramlarda utanmadan Azərbaycanı təmsil edir.
Özünün dayaz və savadsız
çıxışları ilə millətimizin adını
bilərəkdən biabır edir. Bu adam
neçə illərdir eyni siyasəti yürütməkdən
usanmaq bilmir. Ona görə də onun səpdiyi
nifaq toxumları sayəsində soydaşlarımız
arasında çoxları bir-birinə düşmən kəsilib.
İndi şükrlər olsun ki, artıq onun kim
və xislətinin haraya qədər olduğunu görürlər.
Bir neçə gün öncə
dostlarımızla birlikdə toplantı keçirərək,
onun bizim milli davamıza mane olmaması üçün
qarşısını almağın yollarını
müzakirə etdik. Hər yerdə, özəlliklə
də qürbətdə “milli saxtakarlar”a vaxtında “dur” deməyi
bacarmalıyıq. Necə ki, bunu Rusiyada ən
böyük Azərbaycan diaspor təşkilatı olan “AzərRoss”
deməyi bacardı. Bu təşkilatın
rəhbərliyinə dürtülmüş və yalandan
çox böyük vədlər verənləri indi əməlli-başlı
yerində oturdublar. Bu günlərdə
etimadsızlıq göstərərək istefaya göndərilən
“AzərRoss”un rəhbərliyi bir yandan Azərbaycan
dövlətinə qarşı fəaliyyət göstərməklə
yanaşı, həm də diasporumuz arasında süni təfriqələr
salmaqla məşğul idi. Qarabağda qədim atalar
sözü var: “Atın yüyənini, eşşəyin
tafqırını və itin xaltasını vaxtında
dartmalısan ki, sonra hansısa xoşagəlməz problemlər
yaşanılmasın”.
- Biz son
iki gündə müşahidələrimizə əsasən
gördük ki, Avropanın hər yerində Xocalı
soyqırımının anım törənləri daha
geniş miqyasda keçirildi.
- Bu, doğrudur. Ona görə ki, Avropa Türkləri Federasiyası, Güney Azərbaycan Təşkilatları və digər qurumlar bizimlə birlikdə anım törənlərinə qatıldılar. Avropanın ən iri şəhərləri olan Berlin, Brüssel, Paris, London, Roma, Stokholm, Varşava, Kiyev, Oslo, Kopenhagen, Vyananın meydanlarında və küçələrində hamımız bir ağızdan “Erməni işğalına son qoyulsun”, “Xocalı bəşəriyyətin ən böyük faciəsidir”, “Qarabağdan əlinizi çəkin”, “Azərbaycanın ərazi bütünlüyünü tanıyan BMT, Ermənistanın təcavüzkar siyasətinə qarşı çıx” və digər şüarları səsləndirdik. Builki aksiya böyük bir hərəkata çevrildi. Bütün bunlar milli diasporumuzun ötənlərdən fərqli olaraq daha uğurlu addımı oldu. Şəxsən mənim müşahidələrimə görə, milli diasporumuz daha məntiqli və elitar düşüncə tərzini mənimsəməyə başlamışdır. Şəxsi və ictimai fəaliyyətimlə bağlı Belcika, Fransa, Almaniya, Avstriya, İsveş, Norveç, Danimarka və digər dövlətlərdə görürəm ki, milli diasporumuzun düşüncə tərzində kamilləşmə, dünya düzənini dəyərləndirmək kimi keyfiyyətləri qazanmaqdadır. Bizlər özümüzü, sadəcə, Azərbaycan diasporunun deyil, həm də Türk Dünyası ailəsinin üzvü kimi hiss etməkdəyik. Səsimizin daha gur çıxması və hər yerdə qəbul edilməyimizin səbəbi də bundadır. Beləcə, milli konsolidasiya yolumuzda geniş üfüqlər yaranıb.
Ə.Yusifoğlu
Təzadlar.- 2015.-
3 mart.- S.11.