Təvazökarlıqdan özünə
çələng hördürən şair
Azərbaycan Milli Elmlər Akademiyasında bir yerdə işləsək də, çox az-az görüşürdük. İxtisasca filoloq alim dostum Zəki
həftədə, ayda
bir mənim iş otağıma gələr, səhhətimi
soruşar, hal-əhval
tutardı.
Bir neçə
gün bundan əvvəl yenə də görüşdük. Səmimiyyəti, təvazökarlığı özünə
ömür kredosu seçən dostum əlində bir kitabça tutmuşdu.
Kitabçanı açıb, içərisinə
nə isə yazdı və mənə uzadaraq “Yaşar müəllim, mən şair deyiləm, eləcə cavanlıqdan mən də ürək sözlərimi, duyğularımı
şeir dilində qaralamışam. Kiçik
bir xatirə kimi qəbul et.” Kitabçanı aldım, çoxdandır
şeir dünyamla görüşmürdüm. Özümü tənha, küskün
və heç kimə lazım olmayan bir varlıq
kimi hiss edir, dünyamı məzəmmətlə
beləcə yaşayırdım.
Zəki dostum bir azdan
getdi. Kitabçanı açdım. İlk gözümə sataşan
118-ci səhifədəki “Mənim
bu dünyaya yazığım gəlir”
şeiri oldu.
Yuxarıda qeyd etdiyim ovqatıma uyğun məzmunda olan şeiri oxumağa başladım:
MƏNİM
BU DÜNYAYA
YAZIĞIM
GƏLİR
Bir qoca kişidir, gözü-könlü tox,
Halına yanandan yandıranı çox.
İçindən sökülür, xəbərimiz
yox,-
Mənim bu dünyaya yazığım gəlir.
İlanı dolayıb özü
belinə,
Özü də zəhəri səpir dilinə.
Başını tapşırıb başsız
əlinə,-
Mənim bu dünyaya yazığım gəlir.
Həlimdir, zalımdır, - sərtdir
bu dünya,
Alçaqdır, namərddir, mərddir bu dünya.
Vallah özü boyda dərddir bu dünya,-
Mənim bu dünyaya yazığım gəlir.
Yüzün uçurmamış birini tikmir,
Ayağın çəkəndən əlini
çəkmir.
Dərdini çəkənin nazını
çəkmir,-
Mənim bu dünyaya yazığım gəlir.
Fürsəti hay-həşir salana
verib,
Qeyrəti acından ölənə
verib.
İndi
də meydanı yalana verib, -
Mənim bu dünyaya yazığım gəlir.
Özündən küsənlə küsülü
qalıb,
Məhəbbət bir küncə qısılı qalıb.
Taleyi bir yükdən asılı qalıb, -
Mənim bu dünyaya yazığım gəlir.
İtirib
ağlını bu sərsəm nəsə,
Özü də tanımaz özünü görsə.
Hamının yazığı mənə
gəlirsə,
Mənim bu dünyaya yazığım gəlir.
Şeir məni tutmuşdu, çoxdan idi ki, qulağım yaxşı şeirə həsrət idi. Acgöz
adam kimi
bir nəfəsə şeirləri oxumağa başladım.
Adsız
bir şeirində:
“Yas gördüm gözündə şadlıq
gizlənib,
Toy var ki, qəmindən nəm çəkir canım.”
və ya
“Bir gün hər
tərəfdən çıxanda
əlim,
“heç nə”dən
özümə dərd
düzəldirəm.”
Yazdığı təcnisdə:
“Nə tez yelkən
açdı o göz
yaşımda,
Qurumdan alışıb
yandı yaşım da.”
“Məni sevirsənmi” şeirində:
“İndi mənim üçün bircə sən varsan,
Mən səni sevirəm elə sən boyda,
Mən səni
sevirəm elə sən kimi.”
Fotoqrafa
həsr etdiyi şeirdə:
“Sən bir işlərinə
bax təbiətin,
Hər şeyi
gör neçə düz bölüşübdür.
Mənə o gözəlin həsrətin,
qəmin,
Sənəsə şəklini çəkmək
düşübdür.”
“Bilmədim” şeirində:
“Bir ocağam – od nəfəsim,
Boğazımda yandı səsim.
Özümdən özgə heç
kəsi
Yandırıb yaxa bilmədim.”
“Mən ürəkdən öləcəyəm” şeirində:
“Kiminsə “ürəksiz”
toy-bayramına,
Ağlar ürəyimi aparmamışam.”
“Vəsiyyət” şeirində:
“Əgər özüm boyda bir qəbrə
dönsəm,
Əgər bu dar cığır qalsa yarıda
Görmək istəsəniz məni
bütöv, tam
Axtarın yarımçıq yazılarımda.” - deyimləri olduqca poetik, insan zövqünü
oxşayan və obrazlıdır.
Əziz
dostum Zəki Bayram!
Şeirləri oxuduqca dahi şairimiz sənin həmyerlin Füzuli yaradıcılığının xalq qruhu, dərin
məzmunu, şirin ahəngi, həyat düşüncələri, zərif
duyğuları, özünəməxsus
qeyri-adi zövqü ilə işlənən bədii təsirləri qəlbimi oxşayır, həzin nəğmə kimi məni qanadlandirirdi.
Bu çətin və bədbin günlərimdə
mənə bəxş
etdiyin kamil duyğularını özümə
ərmağan edir, qalın-qalın kitablarından
qəlbə xoş gələn, məzmunlu bir şeiri də olmayan, özünü gözə
soxan “şairlərə”
sənin bircə şeirin qoy körk olsun.
Təvazökarlıq çələngini boynuna
taxır və sənə şeir dünyamızı şərəfləndirdiyin
üçün ürəkdən
dərin minnətdarlığımı
bildirir və yeni-yeni yaradıcılıq
uğurları arzulayıram.
Oxuculara
isə Zəki Bayramın bir neçə şeirini təqdim edərək tanış olmalarını tövsiyə
edirəm.
Fotoqraf,
Tanrıya bağışla
bizi,
Baxma bir göz ilə gözəl qızlara.
Od ilə oynama... od kimi
üzü
Köçürmə buz kimi boz
kağızlara.
Bir günün bəlkə də bir ömrə
dəyər,
Vardırsa qəlbində gözəllik
elmi.
Gözəllər gözünə baxmaq
hər səhər,
Göyə göz tikməkdən gözəl deyilmi?!
Sən bir izlərinə bax təbiətin,
Hər şeyi
gör necə «düz bölüşübdür».
Mənə o gözəlin həsrətin,
qəmin,
Sənəsə şəklini çəkmək
düşübdür.
MƏN
ÜRƏKDƏN ÖLƏCƏYƏM,
BİLİRƏM...
Bu yalan dünyada, yaltaq dünyada
Ürəyim olubdur ilkin sirdaşım.
Kiməsə, nəyəsə üzdən
gülmədim,-
Qəlbimdən sızılıb axdı göz yaşım.
Kiməsə, nəyəsə, nəyə
görəsə
Boğazdan yuxarı tərif demədim.
Özümə deyilən xoş
sözləri də,
Qəlbim yemədisə, mən də yemədim.
Kiminsə "ürəksiz" toy-bayramına
Ağlar
ürəyimi aparmamışam...
Elə çöldə bitən
bir çiçəyi
də,
Əl atıb könülsüz
qoparmamışam...
Ürəksiz sevginin keçib
yanından,
Ürək sevdiyinə "sevirəm"
dedim.
Nifrət
elədimsə ölçü-biçisiz,
Bütün varlığımla nifrət
elədim.
Ürəklə yaşadım...ürəklə
sevdim...
Ürəkdən yaşadım...ürəkdən
sevdim...
Ürəksiz heç nəyi
etmədiyimçün,
Ürəksiz heç hara getmədiyimçün,
Mən ürəkdən öləcəyəm,
bilirəm...
***
Bəzi
şeirlərim, bəzi
sözlərim
Qəlbimdə doğulur... qəlbimdə
ölür.
Qəlbim
bir anadır,- öz balasına
Gah beşik,
gah da ki,
bir məzar olur.
Şeirlər, misralar!..Ani ötməyin,
Axın ürəyimə dalğalar
kimi.
Qəfil
gəlsəniz də,
qəfil getməyin,-
Sizin oxşarınız
insanlar kimi.
****
Deyirlər qu quşu ölümdən qabaq,
Gözündə, könlündə sonsuz
bir maraq
İlk və
son nəğməsin oxuyar
ancaq.
Bütün varlığıyla, bütün canıyla,
Sevinci, əzabı, həyəcanıyla,
Dəli
bir ilhamla, cöşğun həvəslə,
İlahi
yanğıyla, ilahi səslə
Ömründə bircə yol oxuyar elə,
Dağları, daşları gətirər
dilə...
Deyirəm nə ola,
dəyişə surət,
Dəyişə işini ana təbiət;
Mənə də onun tək bir ilham
verə,
İlahi
bir hökm, sərəncam verə,
Bircə
yol oxuyan qu quşu kimi
Hər dəfə son nəğmə
oxurmuş
Oxuya biləydim
nəğmələrimi.
***
Səni kimə deyim, kimə söyləyim?
Urəkdən ürəyə deyəsi şeirim.
Kiminin qəlbinə sərin su kimi,
Kiminə ox kimi dəyəsi şeirim.
Sən kimsən?, nəçisən?-deyən tapılmaz,
Odlu bir köynəksən,-geyən tapılmaz.
Yetim uşaq kimi yiyən tapılmaz,-
Könül bağçasının yiyəsi
şeirim.
Dünənim, sabahım üstümə
gülür,
Ürəyim qəzəbdən sinəmi
dəlir.
Deyirlər ağzımdan qan
iyi gəlir,-
Sıyrılmış bir xəncər tiyəsi-şeirim.
Ömrüm, günüm keçməz
qəm eləməsəm,
Fikirdən başıma qəm ələməsəm.
Cansız
kağızlara yem eləməsəm,-
Məni içəridən yeyəsi şeirim.
Yaşar Əliyev
Fəlsəfə və Hüquq
İnstitutunun
aparıcı elmi işçisi,
fəlsəfə doktoru
Təzadlar.- 2015.- 17 noyabr.- S.13