Qaraqoyunlu dövlətinin qurucusu

 

Görkəmli dövlət xadimi, Qaraqoyunlu dövlətinin yaradıcısı Qara Yusif 1355-ci ildə anadan olmuşdur O, soy-kök etibarilə Baharlı tayfasındandır. Atası Qara Məhəmmədin öldürülməsindən sonra Qaraqoyunlu tayfasının başçısı seçilmişdir. Onun haqqında bütün məlumatlar Nizaməddin Şaminin "Zəfərnamə (Azərbaycan qonşu ölkələrin tarixinə dair iqtibaslar)" (Türk dilindən tərcümə edəni akademik Z.M.Bünyadov, Bakı, 1992), Əbubəkr TehranininKitabi-Diyarbəkriyyə” (Fars dilindən tərcümə edən, ön söz, şərhlər göstəricilərin müəllifi Rahilə Şükürova, Bakı, 1998), HasanRumlununAhsenüt-Tevarih” (Çeviren: Mürsel Öztürk, Ankara-2006) adlı orta əsrlərə aid mənbələrə istinadən qələmə alınmış, akademik Həmid Araslının, professor Cəfər İbrahimovun tədqiqatlarından istifadə edilmişdir.

Qara Yusif hakimiyyəti dövründə atasının siyasətinə uyğun hərəkət etmiş, qüdrətli dövlət yaratmaq üçün hərbi əməliyyatlar aparmışdır. Öz məqsədinə çatmaq üçün uzun illər ona maneə olmuş teymurilər ağqoyunlularla döyüşməli olmuşdur. Əmir Teymurun Ağqoyunlu başçısı Qara Yuluk Osmanın ordularını dəfələrlə məğlub etmişdir. Qara Yusifin qələbələri ilə yanaşı uğursuz döyüşləri çox olmuşdur. Onun köməyinə sığınmış Cəlairi hökmdarı Sultan Əhmədlə müttəfiq olmuş, lakin ciddi uğur əldə edə bilməmişdir.

Sultan Əhmədlə müttəfiq olduğu illərdə teymurilərlə həlledici döyüşlərdə iştirak etmişdir. Teymurilərlə döyüşlərdə geri çəkilməli olduğu zamanlarda Misir sultanının, Osmanlı sultanının yardımlarından istifadə etmək istəmişdir. O, səkkiz-doqquz ay İldırım Bəyazidin qonağı olmuşdur. Osmanlı sultanı Qara Yusifi ondan tələb edən Əmir Teymura rədd cavabı vermişdir.

Qara Yusif İldırım Bəyazidin məğlubiyyətindən sonra bir müddət ona sadiq Qaraqoyunlu əmirləri ilə Bağdadda yaşamışdır. Teymurilərin Bağdada hücumunu eşidib Şama getmişdir. Onun məqsədi vəziyyət düzələnə qədər Misir sultanı Fərəcin yanında sığınacaq tapmaq idi. Sultan Əhməd onun ardınca Şama çatmışdır.

Hadisələrin canlı şahidi Nizaməddin Şaminin salnaməsinə istinadən Əmir Teymur Misir sultanı Fərəcin yanına elçi göndərərək Qara Yusifin edam edilməsini, Sultan Əhmədin onun yanına göndərməsini əmr etmişdir. Salnaməçi Həsən bəy Rumlu da Əmir Teymurun Qara Yusif haqqında çıxartdığı ölüm hökmü barədə yazmışdır: “Əgər sultan bizim sevgimizə layiq isə, Qara Yusufu öldürsün sultan Əhmədi bağlayıb dünyanın sığındığı yer olan dərgahımıza göndərsinQara Yusif Azərbaycanın dövlətçılık tarixində öz sözünü demiş tarixi şəxsiyyətdir. Tarixi salnamələrdəgüclü əzəmətli əmradlandırılmış Qara Yusif görkəmcə hündürboy, sağlam, qüvvətli şəxs kimi təsvir edilmişdir. Qara Yusif təbiət etibarı ilə mərd, ürəkli, verdiyi sözə sadiq hökmdar kimi xatırlanmışdır. O, orta əsrlərə aid mənbələrdə düşmən ordusunun zəif cəhətlərini öyrəndikdən sonra hərbi əməliyyatlar aparmış təcrübəli, ağıllı sərkərdə kimi göstərilmişdir. Qara Yusif öz dövlətini qurduqdan sonra güclü ordu yaratmış, ölkədə quruculuq, abadlıq işləri aparmışdır. Tarixi qaynaqlara istinadən belə qənaətə gəlmək mümkündür ki, Qara Yusif Əmir Teymurun qorxduğu, ehtiyat etdiyi ağıllı dövlət adamı, təcrübəli sərkərdə idi. Qüdrətli hökmdar Qara Yusifin vaxtsa onun yaratdığı dövlətə problemlər ya-radacağından qorxduğu üçün rəqibinin ölümünü istəmişdir. Onun İldırım Bəyaziddən, Sultan Fərəcdən Sultan Əhmədin onun yanına göndərməsini, Qara Yusifin edamını tələb etməsi təsadüfi deyildir. Əmir Teymur Sultan Əhmədin onun dövlətinə təhlükə olmadığını bildiyi üçün Cəlairi hökmdarını sağ-salamat istəmişdir. Hakimiyyəti boyu Sultan Əhmədi özünə rəqib hesab etməmiş hökmdar Qara Yusif haqqında belə düşünməmişdir. O, Qara Yusifin yolda igidliyi, qoçaqlığı sayəsində qaça biləcəyindən ehtiyat etdiyi üçün türk sultanlarından onun edamını tələb etmişdir. Ağıllı Əmir Teymur Qaraqoyunlu dövlətinin qurucusu haqqında dü-şüncəsində yanılmamışdır. Qara Yusifi türk tarixində diqqəti çəkən şəxsiyyətlərdən biri hesab etmiş Faruq Sümər onun təcrübəli hərbçi olmasını yazmışdır. Müəllifin gəldiyi qənaətə görə onun cəsarətinə, igidliyinə təkcə əsgərləri deyil, Cağataylar başda olmaqla bütün düşmənləri heyran idi.

Salnaməçi Həsən bəy Rumlu Qara Yusifin şəxsiyyətinə ehtiramla yanaşmış, onun hökmdarlıq fəaliyyətinə yüksək qiymət vermişdir. O, Qara Yusifin dövrü haqqında yazmışdır ki, Qara Yusif müharibə meydanında qan içən bir aslan, əyləncə məclisində isə cövhər saçan bir bulud idi. Ədalətli, mərhəmətli olması ilə tanınmış, əxlaqı ilə seçilmişdir. Zalımların düşməni olmuş, məzlumların rifahına çalışmışdır. Ölkəsində sabitliyi, əmin-amanlığı qorumuş, kənd təsərrüfatının inkişafına fikir vermişdir. Əsgərlərin maaş ərzaqlarını vaxtlı-vaxtında vermişdir.

Misir sultanı Fərəc Əmir Teymurun tələbindən ehtiyat etdiyi üçün Şam naibinə Qara Yusiflə Sultan Əhmədin həbs edilməsi tapşırığını vermişdir. Qara Yusif bir neçə il Şamda həbsxana həyatı yaşamalı olmuşdur.

Qara Yusif Şamda yaşadığı dövrdə Sultan Əhməd onun yanında idi. O, Əmir Teymurun ölüm xəbərini Şamda yaşadığı zaman eşitmişdir. Əmir Teymurun ölümündən sonra hökmranlıq iddiasında olan varisləri arasında baş vermiş daxili çəkişmələr qüdrətli Teymurilər dövlətini zəiflətmişdir. Teymurilərin zəifləməsindən istifadə etmiş Qara Yusif bir neçə döyüşdə onlara qələbə çalmışdır. Əsas həlledici döyüş 1408-ci ildə Təbriz yaxınlığında Səridurud adlanan ərazidə baş vermiş, Əmir Teymurun oğlu Miranşah öldürülmüşdür.

Qara Yusif Şamda həbsxana həyatı yaşadığı illərdə Cəlairi Sultan Əhmədlə anlaşma bağlamışdır. Bu anlaşmaya görə, Azərbaycanı qaraqoyunlular, İraqı isə cəlairilər idarə etməli idi. Lakin Qaraqoyunlu dövləti yarandıqdan sonra Sultan Əhməd Şirvanşah I İbrahimin təhrikiylə Qara Yusifə xəyanət etmiş, məğlub olaraq, öldürülmüşdür. Qara Yusif Şirvanşah I İbrahimə qələbə çalıb onu özündən asılı etmişdir.

Qara Yusif hakimiyyəti dövründə Qaraqoyunlu dövlətinin möhkəmlənməsinə çalışmışdır. Onun hakimiyyətinin son illərində Mərkəzi Asiya İranda hökmranlıq etmiş Əmir Teymurun oğlu Şahrux Mirzə 1418-1420 illərdə Azərbaycana uğursuz hərbi yürüşlər etmişdir. Qara Yusif Teymuri hökmdarı Şahrux Mirzə ilə müharibə apardığı zaman Təbriz yaxınlığında Ucan adlanan yerdə 13 noyabr 1420-ci ildə vəfat etmişdir.

Beləliklə, Qara Yusif tərəfindən 1410-cu ildə mərkəzi Təbriz şəhəri olan Qara-qoyunlu dövlətinin əsası qoyulmuşdur. Qara Yusifin qurduğu Qaraqoyunlu dövləti Kür çayından Cənubi Azərbaycandan başqa Ərməniyyə, Qərbi İran, İraq, Gürcüstanın bir hissəsi s. əraziləri əhatə etdiyi üçün böyük imperiya sayıla bilər. Qaraqoyunlu dövləti 58 il öz varlığını qoruyub saxlaya bilmişdir.

Qaraqoyunlu dövlətində ən yüksək mənsəb sahiblərinin, dövlət başçılarının azərbaycanlılardan (əsasən Baharlı tayfasından) ibarət olması bu dövləti həmin əra-zidə yerləşmiş bir sıra əvvəlki dövlətlərdən fərqləndirir. Rəsmi dövlət sənədləri fars dilində yazılsa da, professor Cəfər İbrahimovun qeyd etdiyi kimi, dövlət sarayına daxil olan Azərbaycan şairləri ana dillərində dəyərli əsərlər yaradırdılar. Qaraqoyunlu dövləti aparatında güclü milli əhval-ruhiyyə özünü büruzə verir bu da sonrakı dövrlərdə daha geniş vüsət alırdı. Akademik Həmid Araslı əsaslı şəkildə XV əsrdə Azərbaycan ədəbi-bədii dilinin möhkəmləndiyini, inkişaf etdiyini göstərmişdir.

Bu il görkəmli dövlət xadimi, Qaraqoyunlu dövlətinin yaradıcısı Qara Yusifin anadan olmasının 660 ili tamam olur. Azərbaycanın Ağqoyunlular Səfəvilər dövründə yüksək tərəqqiyə çatması məhz Qara Yusifin qurduğu Qaraqoyunlu dövləti zamanında təşəkkül tapmış ənənələrin inkişafının nəticəsidir.

 

Orxan Zakiroğlu (Baharlı)

tədqiqatçı-jurnalist

Təzadlar.- 2015.- 24 noyabr.- S15