Təkrar olunmaz İtaliya...

 

Adriatik dənizinintutqunsahillərindən səfər təəssüratları

Tanrıma çox şükürlər olsun, füsunkar, ecazkar İtaliyanı görmək nəsibini bir daha bəndəsindən əsirgəmədi. Adıçəkilən ölkəyə sentyabrın 25-də reallaşan səfərİtaldizain qroupşirkətinin dəvəti ilə baş tutdu. Budəfəki səfər yoldaşlarım BakıdakıCalligarismonobrend salonunun təntənəli açılış mərasimindəİtaliyaya səyahətlotoreya oyununda seçilmiş namizədlər-dizayner-Marina Shmiegel fotoqraf-bloger Zaur Nəcəfbəyov idi...

İnsan gün ərzində müxtəlif qıcıqlandırıcılara məruz qalanpsixo-fizioloji”, həssas bir varlıqdır. O, daima, predmet əşyalarla əhatələnmiş cevrəsini duymaq qavramaq məcburiyyətindədir. Bu cəhətdən, zəmanəmizin ən önəmli faktorlarından olankomfort rahatlıqanlamının özünə möhkəm yer tutması təsadüfi deyil.

Müxtəlif təyinatlı əşya predmet yaradıcıları bəşər tarixi boyucansızmateriala həyatbəxşetmək bacarığına malik olmuşlar. Onları nəinki funksional tələbləri, eləcə , insanların estetik mənəvi tələbatlarını da ödəməyəməcburetmişlər.

Əşya aləmi özündə dövrü, insanların həyat tərzi münasibətləri barədə, onları yaradan istismar edənlər haqda çoxlu dəyərli informasiya da daşımaqdadır.

Qədim yunan filosofu, materialist Demokrit belə hesab edirdi ki, “ən möhtəşəm duyğular füsunkar predmetlərin seyri zamanı yaranır...”.

Ötən dövrlərin əşya ələmi əsasən, hakim siniflər üçün əməkçi xalqınəllərihesabına yaradılmış gərgin zəhmət hesabına başa gəlmişdir. Lakin əşya yaradıcıları dövrün predmet aləminə şəxsi hiss duyğularını, ideallarını, forma anlamını da gətirməklə, bilavasitə, əşya mühitinin formalaşmasında aktiv iştirakçıya çevrilirdilər...

Dünya ictimaiyyətinin nəzərində artıqdizaynın simvolunaçevrilənCalligarisşirkətinin məhsulları 1923-cü ildən möhkəm ailə ənənələrinəsöykənənməşhur bir italyan brendi kimi çoxdan tanınmaqdadır. “Postmodern” funksionalizmüslubu ənənələrini italyan həyat tərzi”ni özündə cəmləyənCalligarisbrendinin mebel çeşidləri sadəliyi, yüksək keyfiyyət, aktuallıq mükəmməl dizaynı ilə güvənməyində haqlıdır. Calligariskolleksiyalarının əsas konsepsiyası bütün növ interyerlər dizayn həlləri üçün geniş spektrdəkomfortalmebel aksessuar çeşidlərini təklif etməkdir. Həmçinin, kiçik qabaritli məkanlar üçün transformasiya oluna bilən mebel nümunələri diqqətdən kənarda qalmamışdır.

Təkrar olunmaz İtaliya...

Bir memar kimi məni həmişə bir sual narahat etmişdir: italyan məmulatlarını dünyada tanıdan , şöhrətləndirən məxsusilik gətirən hansı keyfiyyətdir ki? Şəxsi təcrübə müşahidə mövqeyimdən deyə bilərəm ki, fərqləndirici əsas cəhət ümumi vizual seyr taktiltəmas zamanı ilk məqamda nəzərə çarpmayan, lakin gələcək yaşam həyatında özünü biruzə verən incə, zərif detalların mövcudluğundadır.

Təkrarolunmaz İtaliya... Antik mədəniyyətdən ta bizim dövrə qədər izlərini qorumaqda davam edən İtaliyanın hər bir detalının arxasında mütləq tarixin izlərini ən əsası isə gərgin zəhmətin nümunəsini görmək mümkündür. Daha sadə dillə desək, İtaliyanı gördükdən sonraDizaynadiyə, qeyri-adi yanaşmaqdır..” deyiminin doğru olduğu qənaətinə gəlmək mümkündür. Qeyd edim ki, məşhurCalligaris”şirkətinin fabrikində şou-room”unda mebel çeşidlərini seyr edərkən bir daha bu duyğunun şahidi oldum.

Bu ilin oktyabr ayının 27-30-u ərəfəsində təşkil olunmuş səfər çərçivəsində İtaliyanın Udine, Manzano, Grado Veneziya kimi şəhərlərini, Adriatik dənizinintutqunsahillərini seyr etmək mümkün oldu. Calligarisşirkətinin tarixi, nəhəng mebelsou-room”u, fabrikdəki istehsal prosesi ilə tanışlıq zamanı, bilavasitə, “dizayn-formayaratma mühitiilə yaxından təmasda olmaq nəsib oldu. Bütün dizaynkonsepsiya mebel nümunələrinin müxtəlif ağac cinslərindən (o,cümlədən, ekzotik cinslər) geniş çeşiddə bəzək materiallarından hazırlandığının canlı şahidi olduq.

1923-cü ildə əsası Antonio Calligaris tərəfindən qoyulmuşCalligarisşirkətinin indiki prezidenti (Antonio Calligarisin nəvəsi) Alessandro Calligarisin, şəxsən bizim nümayəndə heyətinə ayırdığı vaxt diqqət bizi çox məmnun etdi. Səfər çərçivəsində həmçininrəngarəngitalyan mətbəxi ənənələri ilə bir daha tanış olduq.

Yüksək səviyyəli təşkilatçılığa görəİtaldizain qroupşirkətinə, şəxsən cənab Elçin Zeynalova, “Calligarisşirkətinin MDB ölkələri üzrə satış-meneceri Daulet Zhantuarova, şirkət haqda hərtərəfli məlumata görə, mətbuat katibi Matteo Faggianiyə, şitkətin dizaynerlərinə digər üzvlərinə dərin məmnuniyyət hissi ilə öz təşəkkürümüzü bildiririk!

Sondagözəllik - dünyanı xilas edəcəkkəlamının necə yerində haqlı deyildiyinə əmin olduğumu bir daha vurğulamaq istərdim...

Nərgiz Ağayeva

Təzadlar.- 2015.- 24 noyabr.- S.15