Qürbətdə Qarabağ
harayı və amansız əcəl
Azərbaycan xalqına ağır itki üz vermişdir. Belə ki,
dünyanın ən adi və sadə
insanı kimi bir ömür yaşayan, canını və həyatını Qarabağımız uğrunda
fəda verən Tahir Səttar oğlu Cəfərovun qəfil yaxalayan xəstəlik həyatına
son goydu. Uzun illər
ağdamlı Tahir kimi tanıdığımız
yaxın dostumuzun harada olmasından asılı olmayaraq, biz əqidə və yol yoldaşı olaraq birgə addımladıq.
Onun ürəyi
çoxlarından fərqli
olaraq, Qarabağımız
üçün qübar
bağlamışdı. Bu qübar onun içini, ruhunu və duyğularını
əzib keçirdi.
Çünki o füsunkar və
əsrarəngiz torpaqlarımızın
bunca uzun illər işğal altında qalmasına əsla dözə bilmirdi. Bu üzügülər
insanla məni hələ gənclik illərində, tələbə
yoldaşım və əziz dostum, milli diasporumuzun yorulmaq bilmədən mübariz simalarindan olan Elman Mustafazadə tanış eləmisdi. Elə o vaxdan Tahir
bəylə dostluğumuz
başladı. Onun daxili
aləmində hansı
fırtınaların tüğyan
etdiyini cox təəssuf ki, çoxları heç zaman başa düşmədi. Beləcə, o qaysaq bağlamış yaraların içində
əzilib-sıxılan qardaşımız
Tahir bəy bu nakam dünyanı
tərk etdi.
Ağdamlı Tahir 1990-1993-cü illərdə
Polşa, 15 il
Almaniyada, daha sonralar isə ömrünün sonuna kimi Belorusda yaşadı. Bu dönəmlərdə
Qarabağ həqiqətlərini
çoxlarından fərqli
olaraq, səssiz-sədasız
şəkildə öz
maddi imkanları səviyyəsində hər
yerdə gündəmə
gətirmişdi. Belorus,
Polşa, Almaniya, Litva, latviya, Estoniya, Ukrayna mətbuatında Qarabağ
həqiqətləri ilə
bağlı gedən yazıların bir coxuna gizli şəkildə
lobbiçilik etmisdi. Tahir bəyi, beləcə, qəfil yaxalayan əcələ qədər
heç kimsə onun qürbət taleyinin necə keçdiyini bilmədi.
Belorusun başkəndi Minskdə yasasa da, Vitebsk vilayətində 46 hektar torpaq sahəsi və üç balıqyetişdirmə gölün
və istirahət zonasi yaratmışdı.
Cox təəssüflər olsun ki, onun
bir çox layihələri yarımçıq
qaldı...
Ölümün amansızcasına onu haqlayana kimi Belorus, Polşa, Ukrayna, Litva, Latviya, Estoniya və Almaniyada yaşayan soydaşlarımızı bir araya gətirməklə bütün imkanlarını Qarabağ həqiqətləri üçün səfəbrbər etmişdi. Hələ Avropada yaşayan soydaslarımız azlıqda olduqlari zamanlar, şengen ölkələrində Qarabagla bağlı bir siyasi aksiya, toplantı düzənlənirdisə, orada Tahir bəy ön sırada yer alardı.
Minskdə klinik xəstəxanada beş gün komada qalan Tahir bəyi sözün böyük mənasında itirdik. Onun həyat yolunda çox sazaqlar ötüb keçdi. Həyatın demək olar ki, bütün ağrı-acısını dadmışdı. Ancaq bunların heç biri onu Qarabağımızın əldən getməsi qədər üzməmişdi. Qürbətdə ön cəbhədə döyüşən min əsgərin işini təkbaşına gördü. Heç zaman bütün bunlardan usandığını görmədik. Gözlərinin dərinliyində acı bir kədər yerləşsə də, daim gülərüzlü görünməyə çalışdı. O, milli şairimiz Səməd Vurğun demişkən, “Vətənsiz də insan olan, insan kimi yaşayarmı?..” dilemmasının təzadları ilə heç zaman barışmaq istəmədi. Çoxlarını da buna inandırmağa çalışdı. Çünki onun üçün vətənsizliyin ağrısının ən böyük dəhşəti əcadadları üçün, onun torpağının hər qarışı üçün savaşsız, dirənişsiz, bəlirsiz bir ömür yaşamaq gerçəkdən çox ağır idi. Hər gün kənardan baxaraq onun qoxusunu çəkmək, daha sonra isə köks ötürərək, yaşamaq dünyanın ən böyük ağrısı, acısı idi Tahir bəy üçün.
Uca Tanrıdan Tahir bəyə, onun ailəsinə, bütün dostlarına və yaxınlarına, eləcə də xalqımıza dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin! Məkanı cənnətlik olsun. Bizlər sağ qalsaq da Qarabağımız uğrunda mübarizəmizi məhz Tahir bəy kimilərinin ruhunu və gücünü öz gücümüzə qataraq bu müqəddəs mücadiləmizi hər zaman davam etdirəcəyik. Rahat uyu, əziz qardaşımız.
Ənvər Börüsoy
Təzadlar.- 2015.- 6 yanvar.- S.13.