Gözəllik gözəlliyə gözəlliklə yanaşmağı da gözəlləşdirir

 

Təzadlarqəzetinin baş redaktoru Asif Mərzili 55 yaşına çatdı. Təbrik yüklü duyğuların qələmə alınması vacibliyi doğur. Asif bəyi baş redaktoru olduğu qəzetdə öymək etikayla, səmimiyyətlə qədər uyğunsuz olsa da, ad günü amili buna uyğunluq gətirir. Anlamaq üçün təbii ki, anlamaq qabiliyyəti gərəkdir.

Məncə, Asif MərzilininTəzadlar”da göstərdiyi hələlik son 20 illik qəzetçilik fəaliyyəti əvvəlki həyatının 35 ilində göstərdiyi bütün fəaliyyətindən daha üstündür. İnsanlara öz halal haqqını vermək lazımdır. Təbii ki, mən haqverən böyüklüyündə deyiləm. Amma bunu heç olmasa, sözlə dilə gətirmək bir haqdır. O, Qarabağın Ağdam rayonunun Mərzili kəndindən rəhmətlik Millət kişinin oğlu olub. Bu konkret genetik kodlu ünvan dəyişməz qalmaqla Asif Mərzili həmin konkretliyə ictimai miqyas qazandıraraq adını, namını Azərbaycanın övladı səviyyəsinə, statusuna ucaldıb. BunuTəzadlar”ın ən azı 20 illik arxivi Asif Mərzilinin cəmiyyətdəki nüfuzu deyir. Riyaziyyatçı alimlərin fikrinə görə, dünyada baş verən hadisələr, proseslər qanunauyğunluqlardır. olacaqdırsa olur olacaqlar olmuşların izi ilə gedir. Asif Mərzilinin ad günü eləTəzadlar”ın da ad günü kimidir. Bu baxımdan, “Təzadlarqəzeti haqqında düşüncələrimizi misralayaq ki, bu elə Asif Mərzilinin haqqında da söz demək kimi alınsın. GÖZƏLLİK GÖZƏLLİYƏ GÖZƏLLİKLƏ YANAŞMAĞI DA GÖZƏLLƏŞDİRİR.

 

Dəyişməyən dəyişmənin özüdür

 

Qılınctək o saysız çəkic yemişdi,

Azərbaycan dərdin mənimsəmişdi.

Aylar, illər ötdü, zaman dəyişdi,

Təzadlardəyişmədi!

 

Sanma bu anlayış çox müşkül işdi,

Şaxtada üşüdü, istidə bişdi.

Kimlər ilişmədi, kimlər ilişdi?

Təzadlardəyişmədi!

 

Çağrı haqdan isə bu yüksəlişdi,

Tələb məqamında bir yönəlişdi.

Polad sındı, hava mülayimləşdi...

Təzadlardəyişmədi!

 

Qarabağ günahı çoxluğa düşdü,

Haqdan bağı qopan yoxluğa düşdü.

 

Beyinlər ayaq kimi sürüşdü

Təzadlardəyişmədi!

 

Zənn etmirəm göydən gələn gərdişdi,

Yurd-yuva unutmaq bizdə vərdişdi.

Bunu mən demirəm, bir görsənişdi

Təzadlardəyişmədi!

 

Sözardı...

 

Dahi Nizami Gəncəvi deyir ki, əlinə bir imkan düşübsə, o imkanı iki-üç daha çox imkana çevirməyə çalış. Düzü, vaxt s. məhdudluqdan mətbuata hələ ki az-az çıxıram. Ona görə yuxarıdakı yazıyasözardı” da əlavə etsəm, məncə, bu böyük yazı xətası olmaz.

Olimpiya oyunlarına gələcək xaricilər yalnız Gənclər İdman Nazirliyinin, Azərbaycanda möhtəbər insanların deyil, eyni zamanda xalqımızın qonağı sayılacaq. Çünki onlar gedəndən sonra təkcə dövlətimiz barəsində yox, həmçinin öz ölkələrində xalqımız haqqında yeni-yeni fikirlər formalaşdıracaq, rəylər yayacaq. Məncə, mətbuat televiziyamız bu ciddi mövzunu bayağılaşdırmadan yetərli ağırlığı ilə daha geniş təfərrüatla önə çəkməlidir. Biz güclü silah olan tolerantlığımızı qabartmaqla, yüksək mədəniyyət silsilə önləyici tədbirlərlə vətənimizin işğala məruz qalmaq cəzasına qətiyyən layiq olmadığımızı bütün dünyaya əməllə sübut etməliyik. Olimpiya oyunları bunun üçün olduqca yaxşı imkanlardan biridir. Yəqin ki, televiziya, mətbu orqanlar kimi, “Təzadlarqəzeti bu istiqamətdə yeri gəldikcə öz üzərinə düşəni edib, vətəndaş məsuliyyətini gerçəkləşdirməyə çalışacaq. Bu bir vəd deyil, mənəvi, siyasi, ideoloji hətta bəşəri öhdəlikdir. Pulla çox şeyi həll etmək olar, amma hər şeyi yox! Təbliğat informasiya savaşıgörüm-baxım”dan çox, böyük söz deyə bilən təb əhlinin işidir. Biz barış, sülh tərəfdarıyıq. Amma bizə dava açanların da önündən qaçan deyilik.

2015-ci ilin sərt küləkli yanvar çovğunu nəyin əlamətidir? Bu il - Azərbaycanın neqativlər fonuna cəzalarla, pozitivlər fonuna isə səmimiyyətlərlə səciyyələnəcək. Rusların bir məsəli var: “Yaşayarıq, görərik”.

Nizami SÜLEYMANOĞLU

Təzadlar.- 2015.- 10 yanvar.- S.11.