Poeziyamızın sarı çiçəyi...
Yazıçı-ilahiyyatçı Oqtay Salamzadəni “Azərbaycan” nəşriyyatından içəri girən hər kəs tanıyırdı, özü də yaxşı tanıyırdı. Oqtay Salamzadə sözə, böyük mənəviyyata, əqlin işığına həssaslıqla yanaşan, bütövlükdə varlığın qiymətini verməyə çalışan insan idi. Bir çox gənc şair və yazıçılara uğurlu söz yazmışdı. Yazdıqları ilə də öyünən idi Oqtay Salamzadə. Çünki öyünməyinin də kökündə onun inamı dayanırdı. İnanmasa, təbii ki yazmazdı. Uğurlu yol yazdığı şairlərimizdən biri də “Dirili Qurbani” respublika ədəbi saz-söz məclisinin üzvü, Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin şöbə müdiri Mətanət Ulu Şirvanlıdır. Oqtay Salamzadə şairin “Sarı çiçək” adlı kitabına “Həyat eşqi ilə” adlı bir önlük yazıb. Görünür, yazıçı, bu şair qadının şeirlərində həyat eşqi sezib. Mən də elə bu müşahidənin arzusu ilə qarşımdakı kitabın vərəqlərini çevirirəm.
Kitabda müəllifin son illərdə qələmə aldığı şeirləri toplanıb. Müəllif qələmə aldığı ədəbi nümunələrdə mövqeyini, vətəndaşlıq missiyasını ortaya qoymağa çalışıb. Rəngarəng poetik duyğuların haləsində Vətən torpağı, Vətən göyləri, yaşadığımız mənəvi mühit, insanın həyat fəlsəfəsi, “hər ömür bir təcrübədir” qənaətindən doğan düşüncələr, insanın idrak işığı, onun məhəbbəti, sevgisi bütün səmimiyyəti ilə əhatə olunur. Mətanət xanımın yazdıqlarında həzinlik, poetik təxəyyül diqqət yaradır. Onun poeziyaya gətirdiklərini oxuduqca, duyduqca kövrək anlar yaşayırsan. Azərbaycanı bütöv, səadət içində bəxtəvər görmək istəyir bu kövrək və həzin düşüncələrin sahibi. Mətanət xanım adı qədər ülvi, əziz, insanı gözündən güldürəcək duyğular müəllifidir. Şeirləri daha çox sevgi, məhəbbət ilə süslənib. Ən başlıcası isə o, şeirlərindəki sevgini, məhəbbəti xırdalamayıb, bölgülərə bölməyib. Hər bir sevginin, məhəbbətin adını, ünvanını məxsusi olaraq ayrıca yazmayıb. Bu “çiçək sevgisidir, bu daş sevgisidir, bu Vətən sevgisi, bu ana sevgisidir”, deyə hisslərinin rəsmi olan ifadələrini, fikirlərini paramparça etməyib. Daha doğrusu, içindəki səsi qırılmağa qoymayıb. Səs elə qırılmasa yaxşıdı; səs qırılanda, titrək olanda iradəsizlik görünür, şəxsiyyətin zəifliyi üzə çıxır, insan acizləşir. Ətrafın gözündə getdikcə balacalaşaraq xırdalanır beləcə. Dedim axı, Mətanət xanımın şeirlərinə gərək bütöv bir mənzərə kimi baxasan, onun çəkdiyi poeziya rəsmlərində böyük bir tablo var; yurd tablosu, Vətən tablosu və o torpağı, o yurdu, Vətəni mühafizə edən, qoruyub-əzizləyən insan var. Bax o insanı həyat eşqi ilə tərənnüm edir Mətanət xanım. Elə ona görə də Oqtay Salamzadə yazır: “Mətanət Ulu Şirvanlının poetik dünyasının rəmzi olan “sarı çiçək” kitabı oxucularına bir bəxşişdir. Bu kitaba icazəsiz olaraq daxil olmaq imkanını müəllif oxuculara verir. Oxucuya təqdim olunan “Sarı çiçək” poetik nümunələrini oxuya-oxuya yazdığım bu ön sözümdə bəlağət yoxdur. Mətanət Ulu Şirvanlı istedadlı şairə və nüfuzlu mətbuat işçisidir. Bununla bərabər, insani keyfiyyətləri ilə seçilən və sevilən bir şəxsiyyətdir...”
Ədəbi imzasından da göründüyü kimi, Mətanət xanım Qədim Şamaxıda-”Pələng dərisi geyinmiş pəhləvan”ın müəllifi Şota Rustavelinin adını daşıyan məhəllədə doğulub. Doğulduğu yurdun, torpağın adını özünə ədəbi imza kimi götürmək də Vətənə, yurda bağlılığın təzahürüdür. Bu yerdə böyük Xəqaninin Şirvan torpağını necə tərənnüm etməsi yadıma düşür:
Şirvan
ki var, ülviyyətin
anasıdır,
Onun hər bir səhər yeli dərdlərimin dəvasıdır.
Mətanət Ulu Şirvanlının da Şamaxını əzizləyən sətirləri
var.
Şamaxı and yerimdi,
Aman-güman yerimdi.
Ölsəm, yerim yeddigümbəz,
Yaşasam, şad yerimdi.
Mətanətin Qarabağ ağrısı,
Qarabağı azad etmək mücadiləsi ilə yazdığı şeirləri də var.
Bu şeirlər şairin
yurd həsrəti, Azərbaycanın bütövlüyü,
parçalanmış torpağımızın
vahidləşməsi arzusu
ilə yazılıb və içdən dolu, qolu-biləyi qüvvətli, mətanətli
sətirlər, misraları
ilə fərəh doğurur.
Qarabağ həsrəti ilə yazdığı şeirlərində
bir Azərbaycan qadının şeirə,
poeziyaya gətirmək
istədiyi hisslərinin
tərcümanı görünür. Düşmənə təslim olmaq istəməyən qadın
fədakarlığı oxunur.
Elə o
ürəklə, o qeyrətlə
də şairə özünün həyat fəlsəfəsini sanki bütün yazdıqlarında
üzə çıxarmağa
çalışır. Ataya-anaya, cəmiyyətə, dünyaya,
ictimai hadisələrə
münasibətdə və
digər məsələlərdə
sanki biz şairin könül duyğularının
hekayətini oxuyuruq.
Şeirlərində kədərli ovqat daha çox gözə çarpır. Kitabına
seçdiyi ad da, romantik düşüncənin
şair dünyasındakı
izləridir.. Çox vaxt insanlar sarı
rəngdən qaçır.
Mətanət xanım isə
sarı rəng haqqındakı mifi aradan qaldırmağa səy göstərir.
El arasında sarı ayrılıq rəmzi kimi hallanır zaman-zaman.
Şair isə demək istəyir ki, hər bir rəng
öz yerində, öz məqamında gözəllik tablosunun bir zənciri, halqasıdır. Qövsi-quzehdə-
göy qurşağında
rənglərin möcüzəsi
var. Üfüqdən-üfüqə atılmış körpüdür
göy qurşağı,
onu kim
yarada bilər, insan onu çəkə
bilərmi? O Tanrı
körpüsüdür. Ucalıqların, ucaların
yaratdığıdır və
o ucalıqların yaratdığı
körpüdə sarı
yol da var,
qırmızı, mavi
yol da... Odur ki, şair demək
istəyir ki, sarı rəngə münasibət də insanın xisləti ilə bağlıdır.
Şairin aləmində əslində
sarı məhəbbət
rəmzidir. Məhz elə
ona görə də o, şeirlərinə
“sarı don” biçib.
“Sarı çiçək”
deyibən yazdıqlarını
ruhundan qoparıb sətirlərə köçürür.
Amma nə edir, etsin
misraları yenə də kədərsiz, qəmsiz deyil. Sanki o, sevinclə, kədəri birləşdirən
bir qövsi-qüzeh cızır.
“Ağladım” rədifli
şeiri var.
Sarı
saçlara dəymədi
əllər- şanə,
Hər kəs mənə biganə-ağladım.
Başladım fəryadə qəmli
avazla,
Ad qoydular mənə, divanə- ağladım...
Ey Mətanət, rəqiblər
keçdi səndən
önə,
Sən qaldın
yanə-yanə, yandın-
ağladın.
Qəribədir, şair rəqib deyəndə kimləri nəzərdə tutur?! Təbii ki,
sözün hikmətini,
sənətin ucalığını
duymayanları. Cəhalət
və nadanlıq içərisində mənəm-mənəm
deyənləri...
Mətanət xanımın “Hər sətir bir hikmət” başlığı
altında düşüncələri
var. Həmin düşüncələrdən
birində şair “mühit mənə hakim kəsilir” deyə gileylənir. Məncə, bu fikirdə
də, şairin mənəvi azadlıq istəyi, düşüncə
sərbəstliyi, insanın
ikiləşməməsi, özü
olması istəyi əsas götürülüb.
Çünki bu qəbildən
oxşar deyimləri çoxdur. Məsələn, “ruhumu azad görmək istərdim”,
“əzaba sürgünəm”,
“məndən qorxmaya bilərsən, Allahdan necə?”, “Hər keçəndə sağa-sola,
yolum üstə qəbristanlıq kaş olmaya!”... bu
tip fikirlər onun poeziyasına açılan
pəncərədir. Şairənin görə bildiyimiz və görə bilmədiyimiz dünyasının
poetik məcraya yönəlmiş hissələridir.
Dünyanı yeknəsək görmək
istəmirəm. Çəməndə
güllər-çiçəklər nə qədər çoxdursa, demək o qədər də ətir, rahiyə, təmiz, zəngin hava var. Söz çeşməsi, söz
mənzərəsi, sözün
yaratdığı mənəvi
xəritə də nə qədər bol olarsa, bir
o qədər də qəlbimizin gözü böyük olar. Hətta mən hardasa oxumuşam ki, şairlər özlərinə
xəzər boyda göz istəyirlər.
Çünki insan dağın
o biri üzünü
görə bilmir.
Necə ki, biz bu gün
paytaxtımızdan Qarabağı
- Şuşanı, Laçını,
Xocalın görə
bilmirik. Bu gün İŞİD ordusu
hər gün meydanlarda insan başı kəsir.
Hətta biri əlində ağzı bülövlü gorda, xançal tutaraq yerə yıxdığı
əmioğlusunun başını
kəsəndə yanındakı
deyir: tez ol, iliyini vur,
iliyini vur! Sanki öküz başı
kəsirlər. İnsan bu
dağları görmür,
görürsə də,
niyə etiraz etmir?! Hər kəs öz
gününün zövqi-səfasını
sürür. Bu gün mənim qarnım toxdur, mən toxunulmazam, bu gün evimə
salamat gedirəmsə,
bu mənə kifayətdir. Şairlər isə xəzər boyda gözü əbəs yerə istəmir. İnsan içindən böyüməlidir.
İnsan
alçaqlıqdan ucalığa
yüksəlməlidir. Adi göldə, bataqlıqda
, çamurun içərisində
bitən qamış hər gün bir boy uzanır. Məqsəd bataqlıqdan
can qurtarmaqdır, məqsəd
çamurdan uzaqlaşmaqdır.
İnsan
niyə bunu etmir, insan niyə
içdən böyümür?
Bütün bu dediklərimin
dövrəsi bu yerdə qapanır. Bir daha demək istəyirəm ki, şairin, şeirin, fikrin, düşüncənin
çoxluğundan qorxmaq,
xofa düşmək dar düşüncəlilikdir.
Hər söz, hər fikir bir qapıya
açardır. Bu şair, şeir bolluğunda Mətanət
Ulu Şirvanlı sözün enerjisindən
bacardıqca istifadə
etməyə çalışır.
Məqsəd cəmiyyətə fayda vermək, insanın mənəvi xilas yolunu axtarmaqdır.
“Sarı çiçək”
poeziyamızın bir rəngidir. “Sarı
çiçək” şeiri
məhəbbət oyadır.
Poeziyamızın sarı çiçəyi
Mətanət xanımın
da duyğuları pərişan saçları
nizama salır. Pırtlaşıq düşmüş hisslərin kələfini
çözür. Yəni
hardasa, insana bir rahatlıq gətirir:
Sarı
çiçək,
Qürrələn!
De, dillən:
-Mən gözəllərdən
Gözələm.
Bilmirlər...
Çiçəklərin şahısan,
Sevənlərin ahısan.
Gecələr yatmayanların,
Vüsala
çatmayanların,
Yarını tapmayanların,
Çalın-çarpaz dağısan.
Sarı
çiçək!
Aç,
ətir saç,
Qaç,
Səni
sevməyəndən
Qaç!!!
...Mətanət xanımın
kitabını, şeirlərini
həvəslə oxudum,yeni bir düşüncə, təfəkkür
tərzi ilə tanışlıqdan məmnunluq
hissi yaşadım.
İnsanı tanıdan, kimliyini ortaya qoyan onun
düşüncəsidir. Düşüncənin
üzərində insana
abidə də qoya bilərlər və ya əksinə
ona həqiqət deyib, edam da
edə bilərlər.
Həqiqətin edamı
var Azərbaycan ədəbi fikrinin tarixində; Nəsimi həqiqəti var, dabanından soydular və böyük əqidə çarçısı
belə dedi:
Zahidin bir barmağın kəssən dönüb haqdan qaçar,
Gər bu məğrur aşiqi sərpa soyarlar, ağrımaz...
“Sarı çiçək”
insana doğma hisslərlə qələmə
alınıb. Ağrıyan, ağrımayan canların
məlhəmi kimi yazılıb. Loğmanlar deyir
ki, hər çiçək, hər
ləçək bir dərdin dərmanıdır.
“Sarı çiçək”
də sözsüz, bir illətə dərmandır, bir naxoş qəlbə
həmdəmdir. Əlbəttə,
həyatı, dünyanı,
insanı sevən hər kəs üçün...
Fariz Çobanoğlu
Təzadlar.- 2015.- 15 yanvar.- S.15.