Şoran tutub
yaylığım
Həsrət üstümə tökür
Yenə də qaranlığın.
Sinəmi bir qəm sökür,
Ürək çəkir darlığın...
Söz yerində dəyərdir,
Yersizdirsə hədərdir.
Qarabağ, bu qədərdir?
Hara getdi bağlığın?...
Bu can yüz dərdə
məkan -
Yoruldum iz örtməkdən...
Üz-gözümü öpməkdən
Şoran
tutub yaylığım...
Könlüm yardan yanıqlı,
Ömrüm yarılanıbdı.
Ruhum yaralanıbdır,
Neynirəm can sağlığın?
Adilə Nəzərova
Təzadlar.-
2015.- 22 yanvar.- S15.