Qayıt, geri gəl...
Ilğımsan, xəyalsan ya həqiqətmi,
Sən ey yolum üstə çıxan pəri, gəl.
Qarlı qış fəslinə düşən qəlbimi,
Eşqiylə isidən ümid yeri gəl.
Nə nazın zamanı, nə zülmün vaxtı,
Qüssə yağmalayıb düşdüyün taxtı,
Dön ki təzdən yazaq taleyi, baxtı,
Getdiyin izlərlə qayıt, geri gəl.
Susursan sirrini de hardan bilim,
Yoxsa istəyirsən
yolunda ölüm?
Allaha xoş getməz etdiyin zülüm,
Bəsdir
pay verirsən dərdi
- səri, gəl.
Sərgərdanam iki dünya arasi,
Bir almanın mənə çatıb parası,
Ya nəfəs ol, ya əcəlin qarası,
Allah yazan iki yoldan biri gəl.
Heydər
Oguz
İkimiz
də dərd çəkirik ürəkdən
İkimiz
də dərd çəkirik ürəkdən
Altımızda yalnız xərək çatışmır.
Məndə ürək çatmazlığı
var ikən,
Səndə eşqi duyan ürək çatışmır.
Haqdır,
desəm ürəyindən
əlilsən,
Kim deyir ki, qul yaşamaz ürəksiz?
Bu boş sözə sən ən böyük dəlilsən
Başqa dəlil, başqa sübut gərəksiz.
Səndə qalıb ürəyimin
yarısı;
Çatmazlığı bəlkə elə bundandır?
Niyə göynər tək məndəki parası?
Bəs deyirlər;
aşiqlər bir candandır.
Məndə ürək çatmazlığı
var ikən
Səndə zatən ürəyə yer olmadı.
İkisindən bircə ürək
çıxardı,
Amma di gəl, ikisi bir olmadı.
Habil Vəliyev
Təzadlar.-
2015.- 22 yanvar.- S15.