Oxuya bilmədin
Bükülüb bir qara dəsmala dərdim,
Gah yuyub, gah da ki, köksümə sərdim.
Üzümə baxsan da məni görmədin,
Sən məni oxuya bilmədin o gün.
Gözümün rənginə dərd yuvarlanıb,
İçimdə sıxıntı yurd, yuva salıb.
Ruhum ölüb mənim, bir cismim qalıb,
Sən məni
oxuya bilmədin o gün.
Dolanır fikirlər qəm
dəryasında,
Həyat tüğyan edir, yas libasında.
Çox
baxıb, görmədin
göz aynasında,
Sən məni
oxuya bilmədin o gün.
Rəhim Mehnət
Təzadlar.-
2015.- 22 yanvar.- S.15.