“Yarımçıq qalmış nəğmələr”in təqdimatı...

 

Yanvarın 25-də Qubadlı rayon İcra Hakimiyyətinin akt zalında gənc yazar Şərqiyyə ZiyadqızınınAzərbaycan Bayrağıordenli şəhidimiz, Qubadlı rayonunun Qayalı kənd sakini, bütün Azərbaycan xalqının nəğməkar döyüşçü kimi yaxşı tanıdığı çox sevdiyi Həsən Qorxmaza (Qasımov Həsənqulu Qaçay oğluna) həsr etdiyiYarmçıq qalmış nəğmələradlı kitabının təqdimat mərasimi keçirilib.

 

Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin nümayəndəsi, kitabın ərsəyə gəlməsində əvəzsiz rol oynamış, S.Rəhimov adına Qubadlı rayon Ədəbi - İctimai Birliyinin sədri, şair-publisist Qafqaz Əvəzoğlu, şəhidin ailə üzvləri, döyüş yoldaşları, rayonun tanınmış ziyalıları çıxış edərək kitab haqqında öz fikirlərini bildiriblər, ürək sözlərini xatirələrini bölüşüblər.

Şəhidlərimizin əziz xatirəsinə ailə üzvlərinə göstərdiyi daimi diqqət qayğıya görə ölkə rəhbərliyinə, o cümlədən Qubadlı rayon İcra Hakimiyyətinin bütün kollektivinə, xüsusən Malik İsaqova minnətdarlıq bildirilib. Həsən Qorxmazın 45 illik yubileyinə həsr olunan bu kitabda da, çıxışlarda da bir fikir xüsusilə irəli sürülüb ki, I Qarabağ savaşı salnaməsinə öz adını al qanı ilə yazan, misilsiz şücaətlər göstərən bu gənc rota komandiri artıq 23 ildir ki, təqdim olunduğuAzərbaycanın Milli Qəhrəmanıfəxri adına həqiqətən layiq olan bir neçə qəhrəmanlarımızdan biridir bu adın rəsmi olaraq təsdiq olunması çox ədalətli olar. Amma hər şeyə rəğmən Həsən Qorxmaz bu xalqın qəhrəmanıdır.

Sonda AJB-nin üzvü Şərqiyyə Ziyadqızına S.Rəhimov adına Ədəbi-İctimai Birliyinin Fəxri Fərmanı təqdim edilib.

 

NİGAR

Təzadlar.- 2015.- 27 dekabr.- S.15.