Sənətə urvatnan
gələn aşıq Nargilə
Aşıq Nargiləni, ailəsini
xeyli vaxtdır tanıyıram. Onun bir asıq kimi bu gün
hansı məqama qədəm basdığını
və bu uğurları necə qazandığını söyləsəm,
zəhmətin, iradənin,
dözümün nələrə
qadir olduğunu bir daha gözlər
önünə sərgiləmis
olaram.
Nargilənin doğulub boya-başa çatdığı ellə
Borçalı ellərinin
arasinda Tiflis boyda bir şəhər var. Bu şəhər də Gürcüstan adında bir ölkənin paytaxtıdır. Həmin yerin adına
da Muxran çökəyi, Muxran dərəsi və ya Kaspi bölgəsi
deyirlər. Təxminən 20 minə qədər
əhalisi olan bu bölgənin 20-yə qədər də kəndi var və həmin kəndlərin əhalisi də Azərbaycan türklərindən ibarətdir.
Necə ki, Tiflisin bəri üzündə yüzlərlə
eli, obanı birləşdirən bir yanı Qaraçöp, Qarayazıdan Baş keçidə qədər
olan başdan-basa tərəkəmə elləri
olan kimi, fəqət, Nargilənin böyüyüb boya-başa
çatdığı Muxran
elləri ilə Borçalı ellərinin
çox böyük fərqi var. Fərq ondan ibarətdir ki, Borçalıda yaşayanlar öz ana dillərində bütün zamanlarda təhsil alıb. Azərbaycan tarixini, ədəbiyyatını,
coğrafiyasını hər
zaman əzbər biliblər. Məhz buna görə də borçalıların
övladları istənilən
ixtisas üzrə bütün mərtəbələrə
çatmağı bacarmış,
ordan o yana
da getmişlər. Yəni hər sahə üzrə alim olmağı bacarmışlar.
Nargilənin doğulduğu və
böyüdüyü Muxran
çökəyində isə
insanlar balalarına heç bir zaman öz ana
dillərində təhsil
verə bilməmişlər.
Çünki həmin bölgədə
nə kiçik yaşlılar üçün
məktəbəqədər təhsil və tərbiyə müəssisəsi,
nə də məktəb yaşlı uşaqların oxuması üçün məktəb
olub. Nəticədə, bölgənin uşaqları
məcburi olaraq gürcü məktəblərində
gürcü dilində
təhsil almalı olub.
Muxran çökəyindəki
kəndlərdə böyüyən
yüzlərlə, minlərlə
azərbaycanlı balaları
kimi balaca Nargilə də ilk təhsilini öz doğma kəndlərində
alıb. Təxminən 12 yaşına kimi,
yəni 4-cü sinfi bitirənədək öz
ana dilində bir kəlmə belə bilməyən Nargilə tamam yad bir düşüncənin
təqlidçisi olmaqdaydı.
Günərin bir günü Həmayıl arvad bu vəziyyətə dözmədi. O, nəvəsinə
laylalarını, bayatılarını
və öz dərsini keçməyə
başladı. Dodaqaltı
zümzümələri ilə
balaca Nargilənin düşüncələrinə elə bil sığal
çəkdi ki, ram oldu qızcığaz. Çox keçmədi ki, quzuya döndərdi nənəsinin laylalı dili Nargiləni. O da yavaş-yavaş zümzümə etməyə
başladıı.
Bütün bunları Nargilənin özündən, bir də onu tanıyanlardan
eşitmişəm. Məndə heyrət
doğuransa tez bir zamanda öz
doğma dilini, hətta sazını qavraması olub.
Nənəsinin aldığı sazla
ülfət bağlayan
bir körpə az bir zamanda havaları, havaçatları bir-birindən
ayırmağı bacardi.
Bunu görən valideynləri
onu Bakıya qohumlarının yanına
gətirdi. Burada həm
dil zənginliyini, həm də saz çalıb-oxumaq qabiliyyətini artırmaq üçün xeyli zaman gərək idi.
Bakıda İlqar İmamvediyevdən
musiqinin sirlərini, sazın daha dərin qatlarını oyrənən Nargilə çox rahatlıqla çalıb-oxumağa başladı. Bir qədər
püxtələşəndən sonra Həmayıl nənə onu yenidən öz yanına - Muxran çökəyinə apardı.
Sonra başqa aşıqlarla ünsiyyət qurdu Nargilə. Onun əhatə dairəsi
genişləndikcə daha
da püxtələşəməyə
başladı. Borçalı aşıq məktəbinin
yollarını daha tez mənimsədi. Onun saz çalmaq qabiliyyəti artdıqca söz ehtiyatı da çoxalmağa başladı. Gün o gün
oldu ki, 1996-cı ildə Tovuzda gənc aşıqların
müsabiqəsi keçirildi.
Həmin
müsabiqədə gənc
qızlar öz bilik və bacarığını
sınadı. Amma yarışmanın
qalibi Nargilə Nəbi qızı Mehdiyeva oldu.
Bəzi çətinliklər üzündən
ata-anası Bakıda yaşasa da, Həmayıl nənə Nargiləni özündən
ayırmadı. Onun yetişməsində Həmayıl nənənin
çəkdiyi zəhmət
əsla hədər getmədi.
Nargilə yetkin qız olana qədər artıq peşəkar bir aşıq oldu. Folklorşunas və
saz bilicisi Elxan Məmmədli ona çox dəyər verdi.
Professor Məhərrəm Qasımlı onu televiziyada özünün
aparıcısı olduğu
sazlı-sözlü verilişə
dəvət etdi.
Çiçək Mahmudqızının “Duyğulu könüllər”
verilişində Gəncə
televiziyasının qonağı
oldu. “Borçalı”
Cəmiyyətinin sədri
Zəlimxan Məmmədli
“Sən ki bu sazı Muxran
çökəyində dilləndirirsən,
yaşadırsan, sənə
halal olsun” - dedi.
Muxran çökəyində
türkün simgəsi
olan sazın aşıq sənətinin
incəliklərində təqdim
olunması unikal ərazidə özəl və gözəldir ki, bu özəlliyi
və gözəlliyi
Nargilə xanım təqdim edir. Özünün millətini, toplumu layiq formada təmsil
edir. Onun səsi türk
dünyasına yayıldıqca
Muxran türklərinin
varlığı duyulmağa
başlayır. Aşıq Nargiləyə
sinəsində gəzdirdiyi
ustadlıq zirvəsini
daşımasını istərdim.
“Ozan” verilişinə
dəfələrlə dəvət
olundu. O, öz mərifətli davranışıyla,
oturuşu-duruşuyla, ləngərli
havaları öz məqamında oxumasıyla
doğrudan-doğruya hər
kəsin könlünü
fəth edib.
Aşıq Nargilə öz aşıqlıq məharətilə
Türkiyədə də
özünə dəyər
qazanıb. İzmirdə, Dənizlidə, Karsda və başqa şəhərlərdə
keçirilən festivallarda
və şənliklərdə
çox uğurlara imza atıb.
Bundan başqa,
Tiflisdə öz yetirmələrinə saz dərsi keçir Nargilə. O, indi Tiflisdə yaşayır. Özünün açdığı saz məktəbi var. Gürcüstan televiziyalarında
vaxtaşırı çıxışlarıyla
gürcü tamaşaçılarına
ən dəyərli folklor nümunəmiz olan sazı tanıdır. Aşıq
Nargilə Seyfullah Türksoyun rəhbəri və aparıcısı olduğu “Türksoyla ipək yolu” proqramında, Bengü Türk və TRT AVAZ kanallarında yaddaqalan çıxışlarıyla insanların
sevgisini qazanıb. Nargilə
Tiflis konservatoriyasında əcnəbi
tələbələrə, o cümlədən ingilislərə
saz dərsi keçir. Onlardan bir neçəsi
artıq mükəmməl
saz calır. Bu yaxınlarda Londondan
səfərdən qayıdıb
aşıq Nargilə.
O, Gürcüstan konservatoriyasının
tələbə və
muəllimləri ilə
birgə getmişdi. Oradan böyük uğurla qayıdıb Nargilə.
Konsert Londonda əsasən sənətkar çevrənin
yıaşadığı bölgə kimi tanınan Hackney-de yerləşən
KAFE-OTO-da baş tutub. Ustad aşıq Aslan
Kosalıyla, aşıq
Sahbazla, aşıq Əfqanla və digər Borçalı aşıqları ilə daim səfərlərdə
olur aşıq Nargilə.
Onun gənc
yetirməsi Rustavidə
yaşayan Məsim Nizami oğlu da artiq aşıqlıq
aləmində öz boyuyla görünür. Onu da qeyd edim ki,
Məsim Nargilənin yanına qədər aşıq Asimdən dərs almışdı və bu uğurda
aşıq Asimin də böyük rolu var.
Bu yaxınlarda Bakıda
keçirilən II beynəlxalq
aşıq festivalında
Gürcüstanı, Borçalını
təmsil edənlərdən
biri də aşıq Nargilə idi. Yuxarıda dediyim kimi, Nargilə Tiflisdə yaşayır, gözəl
ailəsi var. O, xalası
oğlu ilə ailə qurub. İki gül balası Tiflisdə böyüyür.
Azərbaycanın istənilən bir
guşəsində saz
çalmaq, aşıqlıq
etməyi hər kəs bacarır. Amma Tiflis şəhərində sazımızın
uğurlarına çox
gözəl imza atmaq hər adamın hünəri deyil.
Bu ugurlara imza atmaq üçün Həmayıl nənənin
Nargilə kimi nəvəsi gərəkdir. İnanırıq
ki, aşıq Nargilə çox uğurlara imza atacaq...
Ay Nargilə, dindir sazı,
Bir az bəmə
endir sazı.
Asta-asta
“yandır” sazı,
Mən də yanım istəyirəm.
“Divani”nə qurban olum,
“Urfani”nə heyran
olum.
“Bəhməni”nə mehman olum,
Qaynar qanım
istəyirəm.
Cıxıbsan haqq səməndinə,
Vuruldum usta fəndinə,
Yaman düsdün kəməndinə,
Sazdı
yönüm istəyirəm
Ağır durdun, batman gəldin,
Sən əsildən-kökdən
gəldin.
Sənətə urvatnan gəldin,
Belə dönüm istəyirəm.
Çal,
sazının üzü
gülsün,
Eldarqızı vəcdə gəlsin,
Daim sənə qismət olsun,
Toy-düyünüm istəyirəm.
Güllü Tomarova
Təzadlar.-2015.-
29 sentyabr.- S.15.