Canlı həyat
lövhələri
...Şeirlərini isti nəfəsi ilə qızdıran, mayası və qanı canlı həyatdan yoğrulan Ramiz Məmmədzadə şeirləri öz təravətli ətri və siqləti ilə poeziyamıza yeni ərmağan, yeni töhfə və stimul verir.
Bu baxımdan şairin bu günlərdə KİV-də çap olunmuş “At kimi dördnala”, “Qaratelin ölümü”, “Qəzənfərin istəyi”, “Varlı adam”, “Oğlan uşağı”, “Mən gəlirəm çox uzaqdan”, “Cənnət sorağında” və “Bəxtəvər başına, ay çiçək dərən” şeirləri səciyyəvidir. Bir-birindən maraqlı olan bu şeirlər şairin canlı müşahidələrinin, həyatda təsadüf etdiyi hadisələrin və eləcə də reallıqların nəticəsi kimi göz önündə canlanır.
Şairin həyatının əsas qayəsini şeirə bağlılığı təşkil edir. O hər zaman şeir yazmaq istəyir, sevincli anında da, kədərli günündə də. Belə bir yol onun əbədi və sönməz sevgi çırağıdır. Şair ürəyi həmişə təlatümlər içərisində kükrəyir və öz parlaq işığı ilə səmaları nura qərq edir:
Söz onu
qatıb qabağına
At kimi dördnala çapır...
“Qaratelin ölümü” şeiri oxcunu az qala sarsıdır. Şeir bir insanın keçdiyi enişli-yoxuşlu ömür yolunu və onun qəmli bitən acı taleyini bizə çatdırır. Şeirin əvvəllində müəllif Qaratelin bədii sözlə portretini çəkir. Onun necə yaraşıqlı, füsünkar biz qız olduğunu təsvir edərək deyir:
Qaraşın bir qızıydı
Saçları burma-burmaydı.
Qaşı-qaranquş qanadı,
Baxışı, gülüşü-aydın.
Daha sonra müəllif Qaratelin yaxşı vəzifə sahibi və “inqilabçı nəvəsi” olduğunu, sayılıb-seçilən nəslin nümayəndəsi kimi təqdim edir. Ancaq Qaratel cavanlığında, vəzifədə olarkən ona elçi gələnlərin hərəsini bir bəhanə ilə özündən uzaqlaşdırmış və ailə qurmamışdır. Həmin vaxtdan illər ötmüş, artıq cavanlıq dövrü arxada qalmışdı:
Və bir yay səhərində
Ən vəfalı elçisi
Əzrail
Bir qırpım kirpriklə
qaş arasında
Onu oturduğu
əlil arabasından
Qopardı getdi...
Şeirin axırında Qaratelin nakam taleyi R.Məmmədzadəni kədərləndirir və o bu hadisədən təəssüflənərək sözünü belə yekunlaşdırır:
Getdi
Bir əlində pendir
qırığı,
Bir əlində
Qaxaca dönmüş
“Zavod çörəyi”...
“Qəzənfərin istəyi”
şeirində Ramiz Məmmədzadə xalqımızın
sadə bir nümayəndəsi olan Qəzənfər, onun xanımı və qızı yad edilir. Qəzənfər işə
gedərək daş hasarlar çəkməsi,
daşla işlədiyinə
görə ona müqəddəs bir əşya kimi baxması, maaş
alan kimi bazara qaçması, dostlarını yığıb
başına onlara “noxudlu pivə” qonaqlığı verməsi
xatırlanır. Ancaq uzun
illər zəhmətkeş
bir insan olmasına baxmayaraq sovetlər dövründə
zavodda işləyərkən
ona verilən bir otaqlı darısqal mənzildə üç nəfər yaşadıqlarından çox
sıxılır. Ürəyindən “ikigözlü” mənzil almaq keçir. Üç nəfər bir otaqda qalmaları Qəzənfəri çox
çətinə salmışdı.
O gözünü göylərə
zilləyib nağıllarda
olduğu kimi göydən “üç
alma” yerinə “Göydən
ikigözlü mənzilin
açarları düşəydi”
xülyası ilə yaşayır. R.Məmmədzadə Qəzənfər kimi insanların çətin yaşam tərzinə məyus olur. Göylərdən
ona pay gələcəyinə
heç bir ümidi olmadığını
söyləyir:
Göylərin göz var-
görür,
Qulağı var-
eşidir
Qəzənfəri...
R.Məmmədzadə “Varlı adam” şeirində
xalqımızın ulu
ata-babalarımızdan qalan
xeyirxah əməllər
yaşatmağı varlı
insanların qarşısında
bir önəmli məqsəd kimi qoyur. Onun fikrincə varlı
şəxslər öz
mülkündən xalqının
müəyyən xeyirxah
işlərinə sərf
etməsi savabdır.
Buna görə də
“Varlı adam”
şeirində müəllif
belə bir məsələni çözməyə
çalışmışdır. Şair söyləyir ki, mən həmən varlı adamı tanıyıram. Həmin
adam varlandıqdan
sonra tamamilə dəyişib və varına görə məşhurlaşıb. Müəllif
üzünü həmin
varlı adama tutub deyir:
Allaha
min şükür
Aşbazın İstanbuldan,
Qulluqçun Rostov tərəfdən,
Yağın, balın-Daşkəsəndən.
Sonra sözünü davam edərək bildirir ki, sənin var dövlətin:
Cənnətlik Hacı Zeynalabdindən
Maşallah, bəlkə də
çox olar
malın-pulun.
Ancaq sən xalqın üçün heç bir xeyirxah iş
görmürsən, su
və yol çəkdirmisən. R.Məmmədzadə ona müraciət edərək deyir ki, imkansız, çarəsiz, xəstə
insanlara əl tutmağa çalış.
Şair varlının “Santa-Kruz adasında villası” olmasını da istəyir. Məqsədi,
məramı odur ki, belə varlı
adamlar irəli durub, xeyirxah işlərə imza atmaqla “adını tarixə yazdır”sın:
Sən-cənab, ay bəy,
ay ağa,
Kişi
kimi
Sinəni
ver qabağa
Adını tarixə yazdır!...
Mövzu həyatda olmuş hadisədən götürülən
“Oğlan uşağı”
şeirini müəllif
bizə canlı həyat lövhəsi kimi təqdim edir. Şair “qapıbir” qonşuları
olan Sultanəhməd kişidən söz açır. Onunla bir süfrədə oturub yeyib-içdiklərini,
gözəl bir kişi olduğunu
yada salır. Bir yay gecəsi
Sultanəhməd kişi qəflətən
vəfat edir. Onu ata-babası uyuyan qəbirstanlıqda onların
məzarlarının yanında
dəfn edirlər.
Həmin
gün məhəllədə
qadınların qaynaşdığını
gördüm, -deyir şair. Demə bu qaynaşma
ona görəymiş
ki, qonşu Əzizağanın oğul
nəvəsi dünyaya
gəlib. R.Məmmədzadə
həyatın öz axarında getdiyini, yəni bir yandan
boşaldığını, o biri yandan dolduğunu söyləyir.
Biri ölür digəri doğulur. Bu həyatın əbədi və pozulmaz qanunu və
məhənk- daşıdır. Böyük şairimiz
Səməd Vurğun demişkən: “Bir yandan boşalır,
bir yandan dolur” və “Sirrini heç kəsə vermir”
dünya. Müəllif belə bir məntiqlə
də fikrini tamamlayır.
“Mən gəlirəm çox uzaqdan...” şeiri lirik
duyğuları özündə ehtiva edən ürək
çırpıntıları ilə yoğrulmuşdur. Həsrət
dolu bir görüşün vüsalına çatmaq
üçün bədii sual şəklində söylənilən
fikirlər səmimi hisslərin ecazkar təravəti kimi qəlbləri
rişələndirir. Bəndlərin sonunda işlənən
“Sən quş olub uçarmısan?...”, “Sən
yüyürüb açarmısan?” və “Qucağıma
qaçarmısan?..” deyimləri şeirə xüsusi ahəng
bəxş edir. Şeirin son bəndində deyilir:
Ömrü-günü vermə yelə.
Sən eləsən,
Mən də
belə...
Məni
görsən, gülə-gülə
Qucağıma
qaçarmısan?..
“Cənnət
sorağında” şeirində müəllif uzaq bir yerdə , xoş nəfəsli bir yaz gecəsində
sevgilisi ilə “bir otaqda” qalarsa, “fələyin səsi”nin
batacağını deyir. Gölgələr
onları izləmədiyini, bir yerdə olsaq, pəncərəmizdən
güllər sallanar söyləyir. Elə
xislətli insanlar var ki, onların cənnətə gedən
yolları bağlanmışdır. Ona
görə ki, onlar yalanlarla nəyəsə nail olmaq istəyirlər.
Yaradan isə bunların hamısını bilir: “Fəqət
Yaradanı aldatmaq-çətin”dir. Şair həqiqət
uğrunda mübarizə aparmağı məsləhət
görür:
Günəşə boylanan ruhumuz-təmiz.
Ülvi sevdaların büllur səsiyik.
Adəmin,
Həvvanın arxasınca biz
Güman
var,
Cənnətə
yol gedəsiyik...
Maraqlı motivlər əsasında qurulan “Bəxtəvər
başına, ay çiçək dərən” şeiri
öz deyim tərzi ilə seçilir. Şair yazın ilk nişanəsi
olan dağ yamacında bitən “gül-çiçəyi”
yığan gözələ müraciət edərək
şoruşur ki, o,”gül-çiçəyi” kimin
üçün yığırsansa, həmin şəxs
“xoşbəxt”dir. Ancaq həmin şəxsin adını
çəkməyi məsələhət görmür. Sənin dərdiyin dağ çiçəklərinin
ətri barmaqlarına hopmuşdur. “Sən bəxtəvər
və xoşbəxtsən, ay çiçək dərən”,
“Sən bu çiçəkləri kimə dərirsən”sə,
onun “sağ əli mənim başıma” deyir:
Bəxtəvər
başına,
ay
çiçək dərən
O xoşbəxt
kim ola,
çıxıb qarşına
Sən bu
çiçəkləri
kimə
dərirsən-
O kəsin
sağ əli
mənim
başıma,
Bəxtəvər
başına,
ay
çiçək dərən...
Xalq dilinin bütün incəliklərini özündə
əks etdirən bu şeirlər öz milli koloriti ilə
oxucuda yeni əhvali-ruhiyyə yaradır. Ümumiyyətlə
R.Məmmədzadənin şeirlərinin hər birində həyatımızın
canlı ilıq nəfəsi duyulur. Orijinal
xarakterik cəhətləri, dilinin şirinliyi, fikirlərinin
yığcamlılığı və konkretliliyi, təbii
deyim tərzi, poetik gözəllikləri insan ruhunu
oxşayır. Daha konkret şəkildə
desək, Ramiz Məmmədzadə poeziyasının hər bir
yarpağı real həyatın canlı lövhgələri
olduğu üçün oxucuları özünə
yaxından bağlaya bilir və onların ovqatını
oxşayır.
Sabir Rüstəmoğlu,
AMİ-nin Ağcabədi filialının dosenti.
Təzadlar.-
2015.- 29 yanvar.- S.10.