Şahin Babayevin muğam dünyası...

 

Görəsən, belə bir səs tembri, zəngulələri olan musiqiçiyə nə üçün diqqət göstərilmir?

Hər bir dövlətin atributları olduğu kimi, xalqların da özünəməxsus adət-ənənləri, mədəniyyəti, təbii xüsusiyyətləri, musiqi dünyası mövcuddur. Sözsüz ki, xalqların yerləşdiyi məkan, coğrafi mövqe onun insanlarında xüsusi diqqətə səbəb olan əlamətlərlə seçilirlər.

 

Xüsusilə də təbiətin gözəlliyi, dağlıq və aran torpaqlarından ibarət olması, təbiətin on bir iqlim şəraitinin doqquzunun millətimizin taleyinə yazılması əsas verir ki, Allahımıza minnətdarlıqla səcdə edək. Sadalanan əlamətlərin qorunub saxlanılması, daha da tərəqqisi naminə aparılan işlər millətin əbədiliyinə xidmət göstəməlidir. Bunun üçün hər birimizdə məsuliyyət hissi yüksək səviyyədə olmalı, xalqı və vətəni qarşısında vətəndaşlıq borcunu yerinə yetirməkdə səlahiyyət sahibi olmalıdır.

Mən Qarabağın dilbər guşələrindən olan Ağdam şəhərində dünyaya göz açmışam. Orada boya-başa çatarkən hər ilin yay aylarını gözəllik diyarı olan Şuşa şəhərində Babam Xan İsmayılın yaşadığı binada keçirmişəm. Ömrümün iyirmi dörd ilini (1969-1993-cü illər) Ağdam şəhərində tikinti-adablıq işlərinin yerinə yetirilməsinə sərf etmişəm. Tikilən obyektlərin adını sadalamaq istəmirəm. Çünki dədə-baba torpaqlarımızda məskunlaşmış ermənilər öz qəddar-məkrli xislətlərinə uyğun olaraq o çoxsaylı obyektləri xarabazara çevirdilər. On illərlə qurduğumuz abadlıq işlərini tar-mar etdilər. Əgər o tikib-qurduqlarımızdan bir əsər-əlamət qalmayıbsa, bəs onda övladlarımız və gələcək nəsl qarşısında hansı əməllərimizlə öyünə biləcəyik? Bəs nə etməli? Bir çarə qalır, o da səbrli olmaq. Nə yaxşı ki, xalqımızın yüksək səviyyəli mədəniyyəti, elmi, musiqi mədəniyyəti yaşamaqda davam edir. Yoxsa, insanın əsəbləri bütün olanlara tab gətirməz. Mənən zərbə alsaq da, şükürlər olsun ki, milli musiqimiz yaşayır, könüllərə yol açacaq bizləri təmkinli olmağa çağırır...

Qismət elə gətirdi ki, bu il yanvarın 17-də şəhərə çıxası oldum. Vaxt keçirmək məqsədilə yolumuDostluq” kino-teatrından saldım. Burada yaxın dost, qohum olan Rzayev Adillə, Seyid Kamranla rastlaşdım. Söhbət zamanı Adil telefonuna köçürdüyü bir muğamı səsləndirdi. Muğamı axıradək maraqla dinlədik. Arada Adil soruşdu ki, Amil müəllim, səncə oxuyan kimdir? Düzü, tanıya bilmədim. Adil telefonu bağladı və “sən ki oxuyanı tanımadın, bu, sənə düşmürdedi. Sonra dedi ki, oxuyan sənin yerlin Şahin Babayevdir, Arif Babayevin kiçik qardaşı.

Mən çox pərişan odum ki, indiyədək bu səsi niyə eşitməmişəm? Axı mən musiqini sevən, özüm də yaxşı qarmon çalıram. Nə isə... xəcalət təri məni bürüdü. Sonra Adildən xahiş etdim ki, qoy, bu səsi axıra qədər dinləyim. “Mirzə Hüseyn” seğahı idi. Səs tembri, avaz, səsin məlahəti məni valeh etdi.

...Şahin İmran oğlu Babayev 20 mart 1950-ci ildə Ağdam şəhərinin Sarhacılı kəndində dünyaya göz açıb. Ailəlikcə dövlət və təsərrüfat işlərində məşğul olub, elə orada da orta məktəbi başa vurub. Şahin Babayev doğma yurdunda üç övlad böyüdüb. Onun xoşbəxtliyinin əsasını təşkil edən övladların əxlaq baxımından saf və düşüncəli gənclər böyütməsidir. Şahin Babayev hələ kənddəikən mal otarıb təsərrüfatdan əldə edilən südü, qatığı satıb ailəsinə köməklik göstərib. Şahin Babayev doğma yurdunu, ev-eşiyini itirdikdən sonra ağır günlər keçirib. Hər cür çətinliyə sinə gərib, həyat eşqi, yaşamaq həvəsi onu çox sınaqlardan çıxarıb. O, mənəvi dəyərlərə malik bir qarabağlıdır... Həvəsi olmasa da, ticarət texnikomuna daxil olub, lakin təhsilini başa vurmayıb. Sonra təhsilini Ağdam şəhərində musiqi məktəbində davam etdirib. 1982-1987-ci illərdə elə həmin musiqi məktəbində konsert briqadasında, gündüzlər isə tikinti obyektlərində çalışıb. 1988-ci ildən Gəncə şəhərindəki 4 №-li musiqi məktəbində oxuyub, 1993-cü ildən Bakı şəhərinə qayıdıb. Bakıda prezident təqaüdçüsü Qaraxan Behbudovun himayədarlığı ilə musiqi təhsilini dörd il davam etdirə bilib. Eyni zamanda, 1994-cü ildən “Vətən” Cəmiyyətinin xətti ilə Tehranda, Norveçdə, Skandinaviya ölkələrində, Danimarkada, sonralar isə Türkiyədə qastrol səfərlərində olub. Bir müddət müəllim işləyib. Lakin sonradan bəzi səbələrdən müəllimlikdən uzaqlaşıb.

Şahin Babayevin muğamxalq mahnılarına qulaq asandan sonra onun görüşünə getdim. Xahiş etdim ki, keçdiyi həyat yolundan danışsın. Onun dediyinə görə, həyatında 1975-ci ildən bir küskünlük dövrü baş qaldırıb. Bakıda səsi ilə, muğamatla bağlı işləmək istəyi baş tutmayıb, sponsor tapa bilmədiyindən narahatlıq baş qaldırıb. Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında özünə yer tapa bilməyib, dayaq duran olmayıb. Şahin Babayevin taleyində gətirməzlik olubsa da, özüöz üzərində işləməkdə laqeydlik göstərib. Əslində Şahin Babayevin musiqi dünyasındakı rolu və fəaliyyəti Allahın ona bəxşi olan səsi ən gözən dayaqsponsor olmalı idi.

Şahin Babayevin radionun qızıl fondunda saxlanılan “Mirzə Hüseyn” segahındakı abı-havaya, orada həzin və zildən olan gedişlərə qulaq asarkən öz-özünə \düşünməyə məcbur olursan: görəsən, belə bir səs tembri, zəngulələri olan musiqiçiyə nə üçün diqqət göstərilmir? Ş.Babayevin “Mirzə Hüseyn” segahına qulaq asarkən onu müşayiət edən tarzən Möhlət Müslümovun, kamança çalan Fəxrəddin Əliyevin, qaval vuran Vahid Mirzəyevin ifa tərzi xüsusi olaraq insana zövq verir. Doğrudan da belə muğam ifaçılarına diqqət yetirilməməsi ədalətsizlikdir. Şahin Babayevin muğamxalq mahnılarını dinləyən hər bir musiqi pərəstişkarı onu xalq artisti, “Şöhrət” və “İstiqlalordenli, xalqımızın fəxri Arif Babayevin qardaşı kimi yox, məhz öz ifasının sahibi olaraq tanımalıdır.

Şahin Babayev muğam salnaməsinin ulduzları olan Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Arif Babyev, Ağaxan Abdullayev, Hacıbaba Hüseynov, Keçəçi Məhəmməd, İslam Rzayevdən heçgeri qalan xanəndə deyil. Ş.Babayevin özünəməxəsus oxu üslubu və səs tembri yüksək dəyərə malikdir. Onun musiqi dünyasında, xalq arasında xüsusi yeri var. Ancaq qeyd etmək yerinə düşər ki, bəzən belə görkəmli sənətkarlara qiymət verilərkən haqsızlığa yol verilir. Şahir Babayevin səsinə layiq olduğu qiymətin verilməsi üçün bütün Azərbaycan musiqisevərləri dəstək verməlidir. Buna onun mənəvi haqqı çatır. Əldə olan lent yazıları maddi sübutdur. Əgər Şahin Babayevin ifasının dövlət səviyyəsində qiymətləndirilməsi baş tutarsa, bu, muğamın zənginləşməsinə töhfə olardı. Şahin Babayevin səsindəki incəlik, məlahət, şirin avaz təbii ki, göz açıdığı Ağdamın havasından, suyundan qaynaqlanır. Onun muğam dünyası ilə bağlı fəaliyyəti tükənməzdir. İfasında səslənən xalq mahnılarının xüsusi yeri var. Bunu ancaq onu dinləyən və eşidənlər dəyərləndirə bilər.

***

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şahin Balayevin yaradıcılığından xəbərdar olsaydı, inanıram ki, çoxdan onun haqqında bir şey fikirləşərdi. Görünür, gərgin bu imkanı azaldır... Əməkdar, xalq artisti adları bəzən elə ifaçılara verilir ki, inana bilmirsən. Nə üçün uzun illər ifası ilə xalqın rəğbətini qazanmış Şahin Babayev haqqında hər hansı bir fəxri adın verilməsinə dırnaqarası baxılır? Halbuki o, “ulduzlardanheçgeri qalmır. Böyük həyat yolu keçmiş, ömrünün iyirmi ildən çoxunu evsiz, imkansız şəraitdə keçirən Şahin Babyevdə bu qədər çətinliklərə dözən ürək varsa, nə deyəsən?!

Şahin Babayevin 60 illik yubileyində “Rast” muğamı, “Dilkəş”, “Zabul segah” və xalq mahnılarının ifası zamanı yazıçı Mustafa Çəmənli oxu uslubu və səsindəki şirinliyə diqqət çəkdikdən sonra ona minnətdarlığını bildirmişdir.

Bir azərbaycanlı kimi deyə bilərəm ki, uzun illər musiqi məktəblərində təhsil almış, musiqi salnaməsində diqqət çəkən, lent yazıları olan, muğamxalq mahnılarının layiqli ifaçısı Şahin Babayev - məcburi köçkün kimi həyat tərzi keçirən bir müğənni üçün şəraiti olmadığından hansı yolla gedəcəyini özü belə qərarlaşdıra bilmir. Ümid etmək istəyirik ki, muğamımızı sevən, onu müdafiə edən dövlətimiz özü Şahin Babayev barədə bir qarara gələcək.

Amil Ağalar,

Azərbaycan Kommunist Partiyası Ağdam şəhər təşkilatının 1-ci katibi

Təzadlar.- 2015.- 31 yanvar.- S.15.