Qarabağ şəhəri haqqında nə
bilirik?
Gülablı kəndinin tarixi...
(Əvvəli ötən sayda)
…Bundan başqa, Gülablı kəndində
“Əli bulağı”
(Bakı şəhərində
“Əli-ayağı” ocağı
olduğu hər birimizə məlumdur), “Arman və Gülarə
ocağı”, Çıraqlı
dağının başında
“Çıraqlı Piri”
var idi (il quraqlıq
keçəndə kənd
sakinləri hündürlükdə
olan bu pirə
gəlib Allaha dualar oxuyardılar. Onların ziyarəti başa çatmamış elə
bir leysan yağardı ki, camaat ondan qorunmaq
üçün güclə
özlərini evlərinə
çatdırardılar). 1880-ci ildən Gülablı
kəndində böyük
Təkgümbəzli məscid
vardı. Gülablı kəndində qədim tarixə malik iki qəbiristanlıq mövcuddur. Gülablı
kəndinin Kiçik Qafqaz dağ silsiləsinə aid olan “Haçadağ”, “Çıraqlı”,
“Qızılqaya”, “Qaraqaya”,
“Gəvənliqayası”, “Göylü
dərə”, “Yağlı
bulağın dərəsi”,
“Qalalı qızının
dərəsi”, “İki
qayanın arası”, “Çıraqlı dağı”,
“Məşədiabbas qayası”,
“Kaha”, “Mapı yalı”, “Sarı yoxuş”, “Hərdərələr”,
“Gen dərə” “Qaradaşlar,
“Zəki təpəsi”,
“Böyük təpə”,
birinci dərəcəli
mühafizə postu adlanan dağ və dərələr, eyni zamanda “Haçadağ
meşəsi”, “Çıraqlı
meşəsi”, “Cəbrayıl
meşəsi”, “Əbdül
meşəsi” ilə əhatə olunmuşdur.
Gülablı kəndinin düz ortasından İki çayın birləşməsindən
yaranan “Gülablı çaylağı” axırdı. Bu çay mənbəyini dağlarda çağlayan
çeşmələrdən götürürdü və
“Qarqar” çayına
qovuşurdu. Gülablı çaylağının hövzəsində
iki böyük su anbarı yaradılmışdı kı,
bunlardan da üzüm bağlarının
suvarılması üçün
istifadə edilirdi.
Gülablı kəndində olan
kəhrizlər: “Kənd
kəhrizi”, “Məşədi
Abbas kəhrizi”, “Ağacan kəhrizi”, “Bala kəhriz”, “Qarıbağ kəhrizi”,”
“Xasılar kəhrizi”,
“Novlu kəhriz”, “Bağbanlar kəhrizi”, “Çatallar kəhrizi”, “Novçalı kəhrizi”,
“Mahmud kəhrizi” (Aşıq
Abbasqulunun nəvəsi
Mübariz öz vəsaiti hesabına çəkdirib), “Gülablı
hamamının yanında
“Murtuz Quluyevin qazdırdığı artezian
quyusu, Haça dağın ətrafında
“Üç gölmə”
bulağı (özü
yerdən qaynama, bundan əlavə, yeraltı su axımı), “Nazlı bulaq”, “Əli bulağı”, “Xəlfəli
bulağı”, “Çinar
dərəsinin bulağı”,
“Palçıqlı bulağı”,
“Kor bulaq” (Qızılqayanın yanında
olan “Müzəffər
bulağı”), “Canyardan
bulağı” və
s.
Gülablı kəndinin məhəllələrı:
“Kənd tirəsi”, “Cəfərxanlar”, “Kalvalar”,
“Çatallar”, “Novruzxanlar”,
“Mapılar”, “Çıraqlı”,
“Ağakərimlilər”, “Divanlılar”,
“Xasılar”, “Məmmədxanlar”,
“Qarıbağ”, digəri
isə Xəlfəli bulağın yanında Mapıların qonşusu Kərbalayı Rzanın törəmələri olan
2-ci “Qarıbağ”, “Qaya
qabaqlı”, “Mahmudlu”,
“Suanverdilər məhəlləsi”,
“Bəşir evi”, “Rzaxanlılar məhəlləsi”,
“Mustafa evi”, “Əsəd
evi” kimi tayfa və nəsil
adları ilə bağlı məhəllələr
vardı.
1903-cü ildə Gülablı
kəndinin kənd məhəlləsində Rus-Tatar
məktəbi fəaliyyət
göstərib. Firudin Şuşinski yazır
ki, bu məktəb
Əbdürrəhimbəy Haqverdiyev
tərəfindən inşa
olunumuşdur və həmin məktəbdə
rus dili dərsini də özü demişdi.
Bu məktəbə əksər bölgələrdən
təhsil almağa gələrmişlər. 1920-ci
ildə məktəb Ağdam şəhərinə
köçürülmüşdür.
Sonralar isə məktəb Ağdam 2 saylı beynəlmiləl şəhər
məktəbi kimi fəaliyyət göstərmişdir.
Son illər məktəbin
direktoru Sadıqov Əlövsət olmuşdur.
Sovet hakimiyyəti
qurulandan öncə Gülablı kəndində
yeddiillik dini mədrəsədə fəaliyyət
göstərmişdir. Gülablı kənd tam orta məktəbinin yaranması
1920-ci illəri əhatə
edir. Bu məktəbin
bünövrəsi kəndin
kolxoz sədri olmuş Savalan kişinin dayısı Əliyev Balakişinin rəhbərliyi altında
tikilmişdir. O zamanlar
hələ nəqliyyat
olmayan zamanında at və kəl arabası ilə daş, qum
gətirilib kənd əhalisinin köməyi,
birliyi ilə tikilib. Balalarımızın gələcəkdə təhsilli olması naminə hər evdən bir nümayəndə olub bu məktəbin tikintisinin başa gəlməsində. Məktəbin direktoru Şəfqət Qaradağlı, sonralar Rövşən Əkbərovun
ana babası Qulam müəllim olub. Əzizxanın maması oğlu
Bahadur müəllim də məktəb direktoru işləyib.
Bu vaxta kimi
dörd illik məktəb Laçının
evində, Mahmudlu məhləsində ibtidai
siniflər, böyük
siniflər isə Çatallar məhləsində
yerləşirdi.
1964-cü ilə kimi
məktəbin direktoru
Səlim müəllim,
1971-ci ilə kimi Gülablı kənd sakini Muradov Ənvər Əbülfət
oğlu uzun illər məktəbin direktoru olmuşdur. O, işlədiyi
dövrdə məktəbə
“Şöhrət ordeni”
verilmişdi. Bu dövrdə məktəbdə
elmi biliklə yanaşı, təşkilati
işlərdə həm
də nizam-intizam qaydalarına çox ciddi əməl edilirdi. Bundan sonra kənd
məktəbinin müdiri
əslən Gülablı
kəndindən olan İsmayılov İnqilab Alı oğlu kəndin işğal olunduğu günə kimi işləyib.
Gülablı kənd orta məktəbinin əslən
bu kəndin yetirmələri olan aparıcı müəllimlərindən
fizika-riyaziyyat müəllimi
Nəbiyev Sərvaz Şirin oğlu, Muradov Ənvər Əbülfət oğlu
(riyaziyyat müəllimi),
Abbasov Bəhmən (riyaziyyat müəllimi), Muradov Murad Əbülfət
oğlu (dil-ədəbiyyat
müəllimi), Qasımov
Şiraslan (dil-ədəbiyyat
müəllimi), Əliyev
Hacağa (fizika müəllimi), Talıbova
Cahan İsmayıl qızı (riyaziyyat müəllimi), Tağıyeva
Şəhla Məhəmmədhəsən
qızı (ingilis dili müəllimi), İbrahimova Aida Nüsrət
qızı (ingilis dili müəllimi), İsmayılova Gülüş
İnqilab qızı
(tarix müəllimi),
Muradova Şəhla Murad qızı (dil-ədəbiyyat müəllimi),
Həsənov Mais Alxan oğlu (riyaziyyat müəllimi), Səlimov Tofiq (rus dili müəllimi),
Məmmədova Zeynəb
Məhərrəm qızı
(rus dili müəllimi) və başqalarını nümunə
göstərmək olar.
İbtidai sinif müəllimlərindən
Aminə Tağıyeva,
Məryəm Tağıyeva,
Əhmədova Firuzə,
Əliyev Şirin, Şükür müəllim
və digərləri
nəinki məktəbdə
şagirdlərə bilik
öyrətmiş, hətta
biliyi yüksək olan şagirdərə əlavə məşğələlər
təşkil ediblər.
Bunun nəticəsi olaraq bu gün Azərbaycan
Respublikasının Dövlət
qulluğunda çalışanların
arasında vaxtıilə
Gülablı kəndində
anadan olmuş insanlar da var.
Yaşlıların söylədiyinə görə,
Gülablıda VII əsrə
aid qədim şərq
memarlığı üslubunda
tikilmiş tarixi abidə, köhnə kənd hamamı vardı. Bu hamam çox zövqlə tikilmiş, damı bir günbəzlə tamamlanmışdı. Hamamın ümumi
və tək-tək yuyunma otaqları olub. Hamamın alt hissəsində dördkünc formalı keçidlər bir-birini kəsirdi ki, bu da havanı
dəyişir, ocağın
yanmasını şiddətləndirirdi.
Buna görə də su tez
zamanda qızırdı
və qara, yumru-yumru çay daşlarının qızması
hesabına isti buxar əmələ gəlirdi. Ümumi otağın ortasında
böyük çarhovuz
və fəvvarə var imiş.
1900-cü ilə qədər
bu hamam şamla işıqlandırılar,
az miqdarda
odunla su qızdırılarmış. “1990-91-ci
illərdə kənd
məscidi və hamamı yenidən bərpa edildi və “Nazlı bulağ”ın suyu hamama qaldırıldı.
Son məlum hadisələr
başladığı üçün
istifadəyə verilmədi.
Bundan əlavə, kənd mədəniyyət evinin tikintisinə başlanmış
və yarımçıq
qalmışdır. Kənddə “tikiş sexi”, “xalça sexi” (Yusif Vəzir Çəmənzəminli. əsərləri,
ikinci cild. “Elm”nəşriyyatı, Bakı:
1976. s. 531) və “şirə sexi” tikilmişdi. Əhəng
sexi, daş karxanası Məşədi
Abbas qayasının arxasında, qum
karyeri Gəvənnidə,
“Sona xanımın
alma bağı Haçadağın
sol yanında”, yeraltı
duz mədəni Çıraqlı dağının
yuxarı hissəsində
yerləşirdi, lakin
ehtiyat üçün
saxlanılmış və
istifadəyə verilməmişdir.
Əvvəlki tarixi abidələr
yenidən bərpa olunub genişləndirildi.
Kənd camaatının
böyük qismi bu iş yerlərində
işləyir, yüksək
məvacib alırdılar.
Bütün bu xeyirxah işlərin başında
Əliyev Mübariz Əzizxan oğlu dayanırdı. Bir sözlə, babalarının
adına layiq xalqına xidmət edib. Hamını
işlə təmin edirdi.
Çoxlu sayda qaya daşı karxanaları, mərmər karyeri, qum dağı,
əhəng daşı
karxanaları və quyuları belə iş yerlərindəndir.
Kəndlərin tikililərində, adətən, yerli materiallardan istifadə edirdilər.
(Davamı var)
Almara NƏBİYEVA,
folklorşünas, BDU-nun “Dədə Qorqud”
Elmi Tədqiqat Laboratoriyasının elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Təzadlar.-
2015.- 31 yanvar.- S.12.