Ayaqları kəsilən Söhrab Tahiri ayaqda saxlayaq...

 

Bu gün şairin cismən iki yerə bölünməsi onu bir o qədər narahat eləmir, o qədər incitmir, ancaq ona göstərilən biganəlik...

 

Azərbaycanın xalq şairi, “Şöhrətordenli, prezident təqaüdçüsü, ustad şair Söhrab Tahir son vaxtlar, bildiyimiz kimi, məlum xəstəlikdən əziyyət çəkir. 90 illik yubiley tədbirlərində bu səbəbdən iştirak edə bilmir. Artıq bu da faktdır ki, görkəmli şairin hər iki ayağı dizdən yuxarı amputasiya edilib. Təbii ki, son aylara qədər ayaqüstə görməyə öyrəşdiyimiz şairi bu vəziyyətdə görmək Söhrab Tahir pərəstişkarları üçün üzüçüdür. Amma biz buna da şükür edirik ki, sevimli şairimizin nitqi, düşüncəsi, zarafatları hələ yerindədir, nəfəsi gedib-gəlir...

 

Cənubi Azərbaycanda 1945-ci ildə, 19 yaşında ikən əldə silah S.C.Pişəvərinin başcılığı altında müstəqil dövlət quranlardan biri olan S.Tahir, düz 71 ildir ki, o tay həsrəti ilə yaşayır. Bütün yaradıçılığını ikiyə bölünmüş Azərbaycanın birləşməsinə həsr edib. Həmişə böyük inamla yaşayıb, yaradıb ki, iki qardaş vaxtsa, birləşəcək. Bu inam şairi bir gün , bir saat da tərk etməyib. Bir xalqın ikiyə bölünməsi S.Tahirə 71 ildir əzab verir, incidir, onun hisslərini yerindən oynadır. Artıq bu dərdələrə, əzablara şair o qədər öyrəşib ki, bu gün cismən iki yerə bölünməsi onu bir o qədər narahat eləmir, o qədər incitmir. Elə bu səbəbdən özünün məhşurAzərbaycanpoemasında yazmışdır:

 

Dərdsiz vaxtlarını görmüşəm bəzən,

Dərdsizlik dərd olub sənə həyatda,

Özgələr dərdini atıb üstündən,

Sən dərdsiz olmaqdan qorxubsan hətta...”

 

Göründüyü kimi, bütün şüurlu həyatını ikiyə bölünmüş Azərbaycanın birləşməsinə həsr edən şair, ömrünü beləcə əzablarla, dərdlərlə, göz yaşlarını qəlbinə axıtmaqla yaşayıb yaşayır. Ona görə bu gün o taydakı Azərbaycana həsrət ayaqlarının kəsilməsini özünə bir o qədər dərd eləmir. Sanki Allah S.Tahiri o taylı, bu taylı Azərbaycanın dərdini çəkmək üçün yaradıb. Söhrab Tahirdə olan vətən eşqi, vətən məhəbbəti, yurd həsrəti mən deyərdim ki, hələ heç kəsdə heç bir kitabda, kinoda görünməyib. Ancaq yazıq ki, öz tariximizə, keçmişimizə biganə qaldığımız kimi, vətəni canından artıq sevən bu yolda hər cür fədakarlıqlara hazır olan insanlara qarşı olan biganəliyimizlə digər xalqlardan seçilirik. Axı niyə? Niyə bütün yaradıcılığını həyatını xalqımızın birləşməsinə həsr edən şairə qarşı belə soyuqluq, biganəlik hökm sürür?

Belə bir şairin evinin qarşısında bu gün minlərlə insan düzülməli idi ki, onun hər anından xəbərdar olsunlar. Bütün televiziyalar, qəzetlər saytlar iki ayağından məhrum olmuş bu böyük sənətkardan tez-tez xəbərlər göstərməli, dərc etməlidirlər ki, 90 yaşlı şair vətən yolunda çəkdiyi zəhmətin hədər getmədiyini görsün. Sizi inandırım ki, əgər üzdə olan hər hansı şou əhlinin ayaqları demirəm, bir yeri əzilmiş olsaydı, o xəstəxananın qarşısında insan seli yığışardı, televiyalar çəkiliş üçün növbəyə durardılar. Ancaq heç kəs fikirləşməzdi ki, bu şou əhlinin vətən xalq qarşısındabir qəpiklik xidmətləri olmayıb. Əksinə, xalqın hesabına milyonlar qazanıblar. Ancaq Söhrab Tahir kimi ömrünü xalq vətən yolunda şam kimi əridən insan isə yada salınmır. Halbuki, onun bu günkü halı televiziya qəzetlərin baş xəbərlərinə çevrilməlidir....

qədər ki, ağlı, şüuru dərk edir, bunları görmək onun mənəvi haqqıdır. Sabah dünyasını dəyişəndən sonra bunun heç bir əhəmiyyəti olmayacaq. Bu gün şairin gözü onun 90 illik yubileyi ilə bağlı televiziyalarda, qəzetlərdə deyiləcək bircə sözü axtarır. Min təəssüflər ki, bu soyuqluq, bu biganəlik şairə ayaqlarının kəsilməsindən daha artıq təsir edir.

Hara baxır Yazıçılar İttifaqı? Hara baxır Prezident Aparatının Humanitar şöbəsi? Onların barmaqlarının bircə işarəsi kifayət edər ki, bu böyük şair qalan ömrünü mənəvi cəhətdən rahat yaşasın, televiziyalar, qəzetlər onu gündəmə gətirsin. Bəs niyə bu işarə verilmir? Səbəb nədir?

Hələ sağlığında ulu öndər Heydər Əliyev S.Tahirə çox yüksək qiymət vermişdir. H.Əliyevin layiqli varisi prezident cənab İlham Əliyev S.Tahirə diqqət qayğı ilə yanaşıb, ona ev bağışlayıb. Bəs belə olan surətdə əlində imkanları olanlar niyə S.Tahirə qarşı biganədirlər? Yalnız Söhrab Tahir yaradıcılığına şəxsiyyətinə pərəstiş edən bir qrup insanlar var ki, onlar şairi indiki bu həssas məqamda tək qoymurlar. Lakin bu insanların əlində televiziya kanalları yoxdur ki, onu çəkib xalqa dünyaya göstərə bilsinlər. Bu işə birmənalı olaraq dövlət səviyyəsində müdaxilə lazımdır. Bu müdaxilə isə nədənsə, çox gecikir. Hazırda şairin 90 illik yubileyi müxtəlif səviyyələrdə qeyd olunur. Lakin heç bir televiziya kanalları bu tədbirlərdən 2-3 dəqiqəlik olsa, reportaj çəkib göstərmirlər.

Ayaqları kəsiləndən sonra bu deyilən diqqəti görsəydi, şairin ömrü hələ çox uzanardı. Ancaq bu diqqətsizlik göz görə-görə bu azman sənətkarın ömrünü qısaldır. Söhrab Tahir yaşadığı şərəfli ömrü ilə bu diqqətsizliyə layiq deyil. Elə olmasın ki, gələcək nəsillər tərəfindən o taylı, bu taylı Azərbaycanın vahid simvolu olan şairə qarşı göstərdiyimiz bu biganəliyə görə lənətə layiq görülək.

Bəli, qeyd etdiyim kimi bir qrup insanlar tərəfindən şairə diqqət qayğı göstərilir. Belə insanlardan biri Ədəbiyyatqəzetinin yazarı Sərvaz Hüseynoğludur. Onun S.Tahirin ayaqlarının kəsilməsinə həsr etdiyi şeir olduqca ağrılı, olduqca mənalı təsirlidir. Görünür, S.Hüseynoğlu şairin yaradıcılığını yaşadığı ağrılı həyatını incəliklərinə qədər mənimsəyib. Elə ona görə , şairə həsr etdiyiAncaq vətən eşqin bölünmədişeiri çox uğurlu alınıb. Ədəbiyyatqəzetinin son sayında dərc olunmuş bu şeirə görə S.Hüseynoğluna təşəkkür edərək, onuTəzadlar”ın da oxucularına təqdim etmək istəyirik.

 

Soyuq sazaq kimi, qara yel kimi,

Ömrünü, gününü kəsdilər sənin.

Bir vaxt ayağını, Xoydan, Mərənddən,

Doğma Ərdəbildən kəsdilər sənin.

 

Tanışdır bu ağrı, tanışdır bu dərd,

Tanışdır ruhunun üşüməsindən.

Kəsdilər Təbrizə həsrət ayağını,

Bu dəfə evinin döşəməsindən.

 

Kəsdilər! Cismində acılan yara,

Babəkdən əmanət qalan çeşmədi.

İkiyə bölünə-bölünə gəldin,

Ancaq vətən eşqin ikiləşmədi.

 

Kişi inadıyla yaşadın ömrü,

Qız-qadın misallı ismətin oldu.

Qorxardın çöpüiki bölməyə,

İkiyə bölünmək qismətin oldu.

 

Ruhun o taydadır, cismin bu tayda,

Orda da, burda da pirdi ki, xalqın.

İkili səsində, özün yazmışdın,

İkili cismində birdi ki, xalqın.

 

Sən ki, öz ömrünü vermədin bada,

Eşq olsun tarixə saldığın izə.

Başdan-ayağacan doğranmağın da,

Ayaqda qalmağı öyrətdi bizə.

 

Bu gün ayaqları kəsilən şairi ayaqda saxlamaq isə, hamımızdan asılıdır. Gəlin, hamılıqla bu böyük şairdən diqqət qayğımızı əksik eləməyək ki, Allah da olan günahlarımızın bəzilərini o dünyada bəlkə bizə bağışlaya bildi.

 

Elçin MƏMMƏDLİ

Təzadlar.- 2016.- 19 aprel.- S.14