O, dünyaya qışda gəldi, baharda getdi...

 

Xanlar ƏfsununSevginin sonu yoxmuşpoema-elegiya kitabı birinə oğul, birinə dost, birinə qardaş olan, qəlbi nurlu, işıqlı həkim-cərrah Ceyhun Əliyevə həsr olunub.

 

Ceyhun əslən ağdamlıdır, qarabağlıdır. O, Ağdamda böyük bir nəslin nümayəndəsidir. Atası Əliyev Tofiq Möhsün oğlu - üç adlı-sanlı qardaşın kiçiyidir. Tofiq müəllim ali təhsilli riyaziyyatçıdır. Kiyevdə riyaziyyat üzrə dissertasiya müdafiə edib, 1982-ci ildə Daşkənddə keçirilən beynəlxalq festifalda hind kino ulduzu Rac Kapurla tanış olub, Hindistanda Rac Kapurun qonağı olub. Konservatoriyada vokal şöbəsini bitirib, “Hindistana məhəbbətlə”, “Həyat nədirNəzər nöqtələriadlı kitabların müəllifidir. Tofiq müəllim hazırda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun böyük elmi işçisi, dossentidir. 30-dan çox elmi məqalənin müəllifidir.

Bunları deməkdə məqsədim odur ki, gələcəyin adlı-sanlı həkim-cərrahı belə bir ziyalı ailədə doğulub boya-başa çatıb.

Ceyhun öz hərbi xidmətini Rusiyanın Smolinski şəhərində başa vurmuşdur. O, hərbi hissənin göndərişi ilə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuş oranı qırmızı diplomla bitirmişdir. Universiteti bitirdikdən sonra əsas yeri Maştağa qəsəbəsindəki 7 saylı xəstəxanada cərrah vəzifəsi olmuşdur. Burada bir müddət işlədikdən sonra Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən 2 il müddətinə Tovuz rayonundakı “N” saylı hərbi hissədə baş gizir-cərrah vəzifəsində çalışmışdır. Ceyhun universitetdə oxuyarkən Bakı təcili yardım dəri-zöhrəvi xəstəxanalarında da işləmişdir.

Qəlbi işıqlı, nurlu bir cərrah olan Ceyhun bir gün dostlarını, qohum-qardaşlarını, onlar da əzizləri Ceyhunu itirdi. 18 iyun 2005-ci ildə Ceyhun avtomobil qəzasının qurbanı oldu. O, ömrünün 35-ci ilini sona kimi yaşamadı. Tək doğmalarının, əzizlərinin deyil, dostlarının da sinəsinə çalın-çarpaz dağ çəkdi. O, qışda doğulmuşdu, baharda getdi, həm əziz günlərdə - 21 martda.

Lakin əzizləri, dostları onu ölmüş hesab etmirlər, onu indi öz yanlarında görürlər.

 

...Ceyhun kim idi?

Həkimlikdi peşəsi.

Əlindən şəfa tapıb,

Dirçəlmişdi neçəsi.

Onun bu qısa ömrü,

Sanki bir nağıl idi...

...Bir oğul idi Ceyhun!

Bir hikmət, bir düşüncə,

Bir ağıl idi Ceyhun!...

...Allahın yer üzünə

Müqəddəs bəxşişiydi!...

...Ceyhun əsl kişiydi!...

...Əli yüngül, uğurlu...

Cərrah bıçağı iti...

Xəstəyə ruh verirdi,

Ceyhunun cəsarəti.

 

Ceyhun həm xəyalpərəst idi. O hər gününə şükr edər, dostları, tay-tuşları ilə dərdləşərdi. O, deyirdi ki, vaxt gələcək - insanın təmizliyi, saflığı onun naxışı olacaq. Təəssüf ki, indi bəzən yaxşılar kölgədə qalır, düzlüyə qiymət verilmir. Alverçi bir savadsız həkimin - qansızın ümidinə qalır, səmimi bir insan ölümə təslim olur. Birisinin biganəliyi nəticəsində digər bir cərrahın ölümünə son qoyulur.

 

...Təəssüf ki, insanın

Dəyərini həmişə

İtirəndə bilirlər.

Onu son məkanına

Ötürəndə bilirlər...

 

Ceyhunu tanıyanlar heç vaxt onu unutmurlar. Sanki hər gün bir yerdədirlər, gəzirlər, şirin-şirin söhbət edirlər, həyat yoldaşı, ata-anası ilə birlikdə dəniz kənarında gəzdiklərini görürlər, səsini eşidirlər, “görüşərik, oturarıqdediyi səsini eşidirlər, əlin uzadıb görüşmək istədiyimizi bildirəndə - əlimiz boşa çıxır.

 

...Heç bu qədər vəfasız,

Bilməz idik biz səni.

De, kimdən xəbər alaq,

Soruşaq, kimdən səni?!

 

Ceyhunun ölümü çox müəmmalı oldu. 25 avqust 2005-ci il tarixliOlaylarqəzetindəHəkim-Ceyhun Əliyevin ölümünün səbəbləri araşdırılır” - adlı yazıda çox müsahibələr, sual-cavablar verildi, lakin, istedadlı, adlı-sanlı cərrah Ceyhunun ölümünə aid suallar cavabsız qaldı. Səhiyyə Nazirliyi susdu. Niyə? Bilinmədi.

O zaman dostlar, tanışlar, qəzetlər susmadı. Rövşən Əlizadə 30 iyun tarixliŞərqqəzetində, Nəsib Qaramanlı, Məhəmməd Qaramanlı, “Ədalətqəzetində, Əli Rza Xələfli, Tofiq Mahmud, Elçin, Kamal, Fariz ÇobanoğluKredoqəzetində, aktyor Fərəc FərəcovTəbibqəzetində, Rövşən ƏlizadəƏdəbiyyatqəzetində Ceyhunun əziz xatirəsinə öz münasibətlərini bildirirlər. Belə deyirlər ki, ölüm qorxulu deyil, qorxulu unudulmaqdır.

Hörmətli Tofiq müəllim, düzdür, övlad itkisi ağırdır. Yenə dözmək lazımdır. Səbrli olun. Əziz valideynlər, Ceyhunun həyat yoldaşı, əziz balaları hər məzar üstə gedəndə sinə daşına yazılmış bu sözlərdən yəqin ki, qəhərlənirsiniz, kövrəlirsiniz:

 

İnsanlara şəfa verdim.

Mənə şəfa tapılmadı.

Yaşa dolub qocalmadım,

Cavan ikən solub getdim.”

 

Ceyhun həkimin arzuları çox idi. Lakin ömür vəfa etmədi. O, əmiləri Ramiz həkim, Rafiq müəllim, atası Tofiq müəllim kimi böyük elm adamı, ixtisası üzrə elmlər doktoru, professor olmaq istəyirdi, ola bilmədi; O, ata-anasının layiqli övladı idi, lakin axıra qədər ola bilmədi; O, ömür-gün yoldaşı ilə xoşbəxt yaşamaq istəyirdi, omür vəfa etmədi; O, baş gizirlikdən-generaladək yüksəlmək istəyirdi, yüksələ bilmədi; O, əziz balasını qayğısız böyütmək istəyirdi, böyüdə bilmədi; O, kiçik yaşlarından şeir yazırdı, şair ola bilmədi; O, dost məclislərində məlahətli səslə pəsdən oxuyardı, lakin xanəndə olmadı; O, dostları ilə məclislərdə baş tərəfdə oturardı, indi isə...

Allah Ceyhuna rəhmət eləsin, Tofiq müəllim! Allah Sizə səbr versin. Belə bir deyim var:

 

Su gələr, axar gedər,

Durnalar qatar gedər.

Dünya bir pəncərədir,

Hər gələn baxar, gedər...

 

Kimi tez, kimi gec.

Allah sənə rəhmət eləsin, Ceyhun həkim!

 

Səlim Əzimov,

Respublikanın Əməkdar Müəllimi

Təzadlar.- 2016.- 16 fevral.- S.14.