Sənətin, uğurların zirvə qatına doğru...

 

2016-cı ilin ilk günlərində - yanvar ayının birinci həftəsində görüşdüm aşıq Əfqanla. Qışın qarı aləmi öz bəyaz örpəyinə bürüsə , ayazlı-şaxtalı ruzigar qədər boz üz göstərsə , bizim görüşümüzə mane ola bilmədi.

 

Vədələşdiyimiz kimi, “Sınıq körpüsərhəd məntəqəsinin qarşısında, Kirəc Muğanlı kəndinin girəcəyində görüşməliydik. Mən Rustavidən gəldim. Əfqan öz maşınıyla gəlmişdi məni aparmağa. Yönümüz Qaraqocalıyaydı.

Qayaqocalıda, özünün yenicə daşındığı yaşadığı ocağında çox isti mehriban qarşılanma duyğulandırdı məni. Yeni yurdu sayalı olsun!

Evi kəndin ucqarında olsa da, ata-anasının diqqəti daim ordadır. Bəzən günlərlə toy-düyünlərdə olsa belə, gözü arxada qalmaz Əfqanın.

...İlk görüşümüzdən bəyəndim aşıq Əfqanı. Ciddi davranışı, ağır oturub-durması, sözünün-söhbətinin yerini bilməsi, nəzakətli davranışı istər-istəməz məndə xoş təəssürat yaratdı ona qarşı. Üstəgəl, onun çalıb-oxuma qabiliyyəti, aşıqlıq məharəti, öz üzərində durmadan çalışması istər-istəməz məni çox qürurlandırır.

Aşıqlıq bir aşiqlikdir, məncə. O elə bir sənətdir ki, onu sevmədən, ona aşiq olmadan o sənətin qədri bilinər, oradan ucalıqlara pərvaz olunmaz. Onunla söhbət etdikcə öyrənirəm ki, lap uşaq yaşlarından aşıqlığa özü bilmədən sevdalanıb balaca Əfqan. Gah süpürgədə, gah taxta parçasından saz düzəldib çalmağa başlayıb. Sonralar Baydar kəndində bir saz həvəskarından öyrənməyə çalışıb. Əlbəttə, bu cür davam edə bilməzdi. Ona halal bir ustad gərək olduğunu anladılar. bu işdə öz dayısı Qurban ilk əlindən tutanı oldu balaca Əfqanın. Qurban onu dövrünün çox dəyərli ustadı olan aşıq Nurəddinin yanına apardı. Ustadlığıyla həmahəng olan ləyaqətiylə hər bir kəsin sevimlisi olan Nurəddin Qasımlı Qurbanı onun bacısı oğlu Əfqanı çox səmimi mehriban qarşıladı.

O qədər çox sorğu-suala çəkmədi balaca Əfqanı. Sadəcə, onun çox rahat davranışı özünə inamı xoşuna gəldi ustadın. Sonra öz sazını ona verdi. Bir az çala bilirdi Əfqan. Bir-iki yüngül hava çaldı. Onu da bəyəndi ustad. Gün o gün oldu ki, tam 7 il Qayaqocalı-Qasımlı arası bir cığır açdı balaca Əfqan. Onun yolunu qarlı qış kəsə bildi, boran, qar. Yeni bir təhsil, eyni bir anda tərbiyə ocağının istəkli bir öyrəncisi oldu Əfqan.

Ələkdən ələdi ustad Nurəddin. Xəlbirdən keçirdi onu hər gün, hər saat. Səhvini bağışlamadı. Düz çalmağı, düz oxumağı, düz davranmağı, öz yerini bilməyi elə yerli-yerində öyrəndi ki. Özündə olan istək, istedad bacarıq Əfqanı get-gedə bu sənətdə çox irəliyə apardı. Onun bir xoşbəxtliyi onda oldu ki, aşıq Nurəddinin ocağı bütövlükdə sazdan sözdən yoğrulmuş bir ailə idi. Orada hamı sazın sözün nöqtəsini-vergülünü bilirdi. Ona görə Əfqan daha diqqətli daha inamlı olmalıydı. Yeddi il çox böyük ömürdü. Bu illər ərzində çox çalışdı, çox öyrəndi gənc Əfqan. Dediyimiz ocaq aşıqlar ocağıydı. Ona görə təkcə öz ustadından əlavə, başqalarından öyrənməyi özünə borc bilirdi. Ustadın oğlu, çox istedadlı gənc aşıq olan Həvəskardan da az öyrənmədi Əfqan. Sağa da baxsa, sola da baxsa, öyrənəcəyi tərəf varıydı.

Gün o gün oldu ki, ustad Nurəddin gənc Əfqanı özü ilə məclislərə apardı. Onun sərbəst məclis aparmasına yardımçı oldu. Əlbəttə, bütün bunlar aşıq Əfqanın yetkinliyinə çox təkan verdi.

Ustad Nurəddin aşıq Əfqanın dastan demək qabiliyyətini çox gəlişdirdi. Özü söylədiyi dastanları dönə-dönə söylədərdi Əfqana. Əgər o tam razı qalmasaydı şəyirdinə, həmin dastanı söyləməsinə razılıq verməzdi. Bu, çox önəmlidir. Bu gün dastan söyləməyi bacaran aşıq çox azdır. yaxşı ki, aşıq Əfqan dastan söyləməyi bacaran aşıqlardandır.

Aşıq Nurəddinin vəfatı çox təsir etdi gənc aşığa. Amma aşıq Əfqan sarsımadı heç zaman. O, ustadının adına layiq olmağa çalışıb. O, keçirdiyi hər məclisdəustadına bərəkallah, aşıqsözünü eşitmək o bərəkallahı aşıq Nurəddinin ruhuna hədiyyə kimi göndərməyi özünə borc bilir.

...Uğurları lap çoxdu aşıq Əfqanın. Əvvəla, Allah el-obada həmişə xeyir işləri bol eləsin. Borçalı böyük, xeyir işlər çoxdan çox. Aşıq Əfqanın bu cəhətdən, necə deyərlər, başını qaşımağa macalı da yoxdur. Bəzən elə olur ki, bir gündə iki xeyir işdə olur. Bu şərtlə ki, gərək biri günortaya, biri axşama düşə toy-düyünün.

Artıq səsi-sorağı elə, mahala çoxdan yayılıb. Başkeçiddən-Qarayazıya - hər tərəfdə boyu görünür Əfqanın. Bəzən elə olur ki, bir toyda başqa bir toy sahibindən sifariş alır. Yəni toydan-toya, nişandan-nişana yollanar ki, bu da onun el arasında hansı dəyərə sahib olmasından xəbər verir.

İllər öncəsi Gürcüstan Aşıqlar Birliyinin düzənlədiyi gənc aşıqların yarışmasında üç qalibdən biri olan Əfqan iki il dalbadal ikincilik diplomu pul mükafatıyla dəyərləndirilib sonra Türkiyədə gəzintiyə göndərilib.

Sonra Azərbaycana Türkiyəyə səfərlərin qapısı taybatay açıldıqca-açıldl -Samsun, Ardahan, Kars, Ərzurum, İstanbul. Aşıq Şennikin ölümünün 100 ilində Türk Dünyası Aşıklar Şöləninə yapmış olduğu qiymətli qatqılardan dolayı aldığı təşəkkür bəlgəsi, Ardahan Universitetinin rektoru Rmazan Korkmaz, Ardahan Bələdiyyə başkanı Faruk Köksoy, vali Seyfəddin Əzizoğlunun imzaları ilə aşıq Əfqana göndərilən dəvətnamədə yazılır: Kafkasyanın ən böyük ozanlarından biri Kırkızıstan, Doğu Türküstan, Afqanistan, İraq, Özbəkistan, Türkmənistan, Naxçıvan, Gürcüstan digər ölkələrdən gələn aşık digər sanatçılar bizləri onurlandıracaqdır.

...Ərzurumda “Aşıkların könlündən, sazın telindən”

Gecəsində türkiyəli aşıqlardan Ensar Şahbazoğlu, Sıtkı Eminoğlu, Şahin Sarıgül, İsrafil Öztüroğlu, İsrafil Daştan, Səlami Yağar, Bilal Ersarı ilə bərabər Borçalıdan aşıq Əfqan (şair Osman Əhmədoğlu ilə bərabər) iştirak etmişxüsusi diplomla ödülləndirilmişdir.

Aşıq Əfqan Karsda Şahbazoğlu və aşıq Bilalla bərabər ozan gecəsi keçirmişKars qarapapaqlılarının xüsusi ödülünü almışdır.

Hara gedir, hansı məclisdə və ya görüşdə olursa, oranın xüsusi ödülü ilə mükafatlandırılır aşıq Əfqan.

Şəmilov Əfqan Kamandar oğlu 1983-cü il avqusun 15-də bu dünyaya salam deyib. Bu gün 33 yaşın içindədir. Ömrünün və yaşının, sənətinin, uğurlarının zirvə qatına doğru çox böyük imkan və iradəylə getməsi gözümüz önündədir aşıq Əfqanın. Bu yolda hələ çox enişlər enəcək, yoxuşlar çıxacaq. Nə qədər imtahanlar gözləyir onu. Biz inanırıq ki, aşıq Əfqan onu gözləyən bütün sınaqlardan alnıaçıq, üzüağ çıxacaq.

Borçalı çox ustadların yurdu, məkanı olub. Onlardan ən sonuncusu öz ustadı aşıq Nurəddin Qasımlıdır. Aşıq Nurəddin də özündən öncə gələn ustadların yolunu öz alın təriylə tutub. Həmin yol da onu öz sənətinə aparıb.

Tale üzünə vaxtında gülüb aşıq Əfqanın da. O, sazsözün beşiyi olan Borçalıda boya-başa çatıb. Biz inanırıq ki, bir gün bu gənc aşıq da özündən sonra gələcəyə üzüağ gedən gənc aşıqlar yetişdirəcək.

...O qarlı qış gününün necə keçdiyindən xəbərim belə olmadı. O yerdə özümə gəldim ki, aşıq Əfqan sazı basıb sinəsinə və “ Sallama Kərəm” havasını dilləndirir. Elə bu kökdə ayrılıram.

 

Güllü Eldar Tomarlı,

Bakı-Borçalı-Bakı

Təzadlar.- 2016.- 16 fevral.- S.14.