Qərənfilə büründü Xəzərin sahilləri
Dəniz
coşdu, qudurdu,
Başladı tufan, boran,
Hələ belə dəhşəti,
Görməmişdi bir insan.
Buludlar örtdü göyü,
Yer zülmətə büründü,
Qanad
acid küləklər,
Dəniz qəzəblə dindi.
Dalğalar şahə qalxdı,
Sular oda büründü,
Təbiətin əlində,
Insan aciz göründü.
O gecə haqq pozuldu,
Barışmadı odla, su.
Bir anda külə döndü,
Insanların arzusu.
Boran, çovğun qudurdu,
Ümidlər daşa dəydi,
Dözmədi dəmir,beton,
Külək hər şeyi əydi.
Coşan
dalğa baxmadı,
Nə
aha, nə naləyə,
Od, alov da qarışdı,
Əsən güclü küləyə.
Ömür, gün qayçıladı,
Coşub
daşan dalğalar,
Hər evdə, hər obada,
Dindi qəmli
ağılar.
Köməksiz insanlara,
Göyün rəhmi gəlmədi,
Açılmadı göy üzü,
Günəş baxıb gülmədi.
Tufan aman vermədi,
Yaxınlaşa gəmilər,
Başımıza o gecə ,
Nələr gəldi, gör nələr.
Od püskürən
əjdaha,
Ram olmadı insana,
Göyə yüksələn alov,
Son qoydu neçə cana.
Neçə-neçə oğullar,
Suya qərq oldu o gün,
Neçə arzu bir anda,
Gül kimi soldu o gün.
Dərdimizin üstünə,
Bir dərd də calaq oldu,
Bu dərddən, bu bəladan,
Millətin gözü doldu.
Dəniz
əjdaha kimi,
Uddu mərd oğulları,
Dəniz
sona yetirdi,
Bir anda nağılları.
Sel-su ilə, od
ilə,
Heç
vaxt zarafat olmaz,
Su da od da bizimdi,
Onlarsız həyat olmaz.
Qabağını almasaq,
Od yandırar hər yanı.
Təbiəti qorusaq,
Qoruyarıq dünyanı.
Ehtiyatı heç zaman,
Gəlin əldən verməyək.
Dünya
hamımızındı,
Mənim, sənin deməyək.
Qədrini bilməliyik,
Təbiətin hər zaman.
Odla, suyla, havayla,
Gərək dost ola insan.
Icidlər, qəhrəmanlar,
Təbiətdən güc alıb,
Yurda ana deyənlər,
Hər vaxt qalxıb, ucalıb.
Təbiətə kor baxan,
Ömrünə balta çalıb,
Yaradanı unudan,
Həmişə yolda qalıb.
Dəniz
bir möcüzədi,
Gah yatır, gah oyanır,
Günəş boylanan zaman,
Şəfəqlərə boyanır.
O gecə sübhə qədər,
Heç
kim yummadı
gözün,
Fələk bir qan eylədi,
Xəzər bozartdı üzün.
Analar qara geydi,
Nalə
çəkdi uşaqlar,
Bu hayı, bu harayı,
Eşitmədi uzaqlar.
Ölüm-dirim anında,
Vətən dedi oğullar,
Xəzər elə coşdu
ki,
Bağlandı bütün yollar.
Dəniz
uddu onları,
Sular qəzəblə dindi,
O gecə başımıza,
Göylərdən bəla endi.
Igid qəhrəmanların,
Izi-tozu qalmadı,
Əjdaha
dalğaların,
Bir insafı
olmadı.
Vətən qara geyindi,
Yas tutdu igidlərə,
Oğullar qurban getdi,
O gün bir haqsız
yerə.
Sahildən çəkilmədi,
O günlərdə adamlar.
Q gecə sübhə qədər,
Yandı, əridi şamlar.
Bacılar yoldu saçın,
Analar ağı dedi,
O gecə coşan dəniz,
Neçə qurban istədi.
Nişanlı gözəllərin
Xal düşdü ürəyinə,
Dəniz
bir balta çaldı,
Çox gəncin diləyiə.
Bu igid insanların,
Nə idi günahları,
Fələklərə çatmadı,
Anaların ahları.
Neçə ata, ananın,
Dizi büküldü
o gün.
Neçə qardaş gözündən,
Qan, yaş
töküldü o gün.
Yeriniz
behest olsun,
Siz ey qurban gedənlər,
Ürəklərdə qazıldı,
Məzarınız, itənlər.
Vətən andı o günü,
Göz yaşıyla sizləri,
Size heç kim unutmaz ,
Yurdun cəngavərləri.
Sinəmizdən çəkilməz,
Bu qəmli acı,
həsrət.
Bir dərdi də yaşadı,
Bu Vətən, bu
məmləkət.
Dəniz
qəhrəmanları,
Hünəriniz var olsun.
Bir də kimsə dənizdə,
Sulara qərq
olmasın.
Başın sağ olsun Vətən,
Şan-şöhrətin var olsun,
Çətin gündə, zamanda,
Tanrı bizə yar olsun.
Ulu tanrı bu eli,
Özün qoru hər zaman,
Bu milləti, bu yurdu,
Darda qoyma Yaradan.
Qoy heç kimin balası,
Sularda qərq olmasın,
Heç
kimin xoş arzusu,
Saralmasın, solmasın.
Təbiətin qisası,
Yaman olur, çox yaman,
Bəzən çarəsiz qalır,
Göylər altında insan.
Mərhəmət gözləməyək,
Heç
zaman təbiətdən,
Işimizi düz quraq,
Yaxşı quraq, əzəldən.
Bir də səhv eyləməyək,
Bizə dərs olsun olan.
Halallıqla iş görək,
Bizimdi bizə
qalan.
Odumuz, ocağımız,
Qızdırsın özümüzü,
Qoy yadlar, qoy özgələr,
Qəmli görməsin bizi.
Qoruyaq hər insanı,
Qoruyaq hər bir zaman,
Hər şeydən qiymətlidi,
Axı dünyada
insan.
Odla zarafat olmaz,
Qorxuludu hər zaman.
Təbiətin qisası,
Yaman olur, çox yaman.
Odu, suyu, küləyi,
Ram etsək də nə qədər,
Bilməliyik ki onlar,
Bir gün coşar,
kükrəyər.
Qərənfilə büründü,
Xəzərin sahilləri.
Açıldı göy üzünə,
Hər bir kəsin əlləri.
Bakı göz yaçı tökdü,
Ölkə matəm eylədi,
Eşidənlər bilənlər,
Bizə səbr dilədi.
Günahsız qurbanların,
Sayını artırmayaq.
Öz işimizdə hər vaxt,
Bir az da ayıq olaq.
Vətən deyib birləşək,
Var-dövlətə uymayaq.
Xoşbəxtliyə can ataq,
Bir cərgədə
dayanaq.
Gözü yaşlı qalmasın,
Nə ata, nə də
ana,
Baş sağlığı verirəm,
Dogma Azərbaycana.
ƏZİZ MUSA
Təzadlar.- 2016.- 6 yanvar.- S.15