O, bir
dastan kimidi...
Elxan Məmmədli - 70
Elxana bir dastan kimi baxmışam
həmişə, hər
zaman. Duruşunda, yerişində, cah-cəlallı söz-söhbətində
bir dastan urvatı görmüşəm
onun. Özünün sanballı sözünün
sanbalıyla tən gəlib hər zaman. Sərrast düşüncüləri, hədəfə dəyən
fikirləri onu köklü-köməcli bir
tamlıq simgəsi kimi tanıdı bəhli-urfan aləmində.
“Zər qədrini
zərgər bilər”
- demiş atalar.
Onun duruş
gətirə bilmədiyi
söz oyununa rast gəlmədim onu tanıyalı və biləli. Və əslində
uzun bir zamana ehtiyacı var onu başdan-ayağa
oxumağın. Çünki bir dəfəyə oxunan və dərk olunan kitaba və ya bir tənliklə
həll olunan məsələyə-misala bənzəyən
deyil ElxanMəmmədli.
O, elə bir təcnisə
bənzəyir ki, cinasları hələm-hələm
açılmaz, çözülməz.
O, elə bir saz havasıdır ki, hər barmaqla
köklənməz, hər
sinədə bərqərar
olmaz. Və o, elə bir
ustadnaməyə bənzəyir
ki, hər dinləyicidən “bərəkallah”
alar.
Mən ona dastan qəhrəmanı
demədim, bütöv
bir dastan dedim. Bu fikrin
hardan gəlib, hara getdiyini qoy sərraflar söyləsin. Və bir-bir
yurd kimi də baxıram Elxan Məmmədliyə.
Özü də bütöv bir yurd kimi! Başdan-ayağa hamar deyil yolları.
Düz-düzəngah deyil
gen sinəsi. Güllü-gülüstan da deyil yazı-qışı.
Çox-çox enişi-yoxuşu var Elxanın. Nal tökən zirvəsinə
aparan yollarının
nə qədər məşəqqətləri var. Çınqıllı daşlarla,
qayalarla yüklü bir keçilməz aləmdi o. Fəqət onu səmti-səmtinə addamağa çalışsan
görərsən ki,
bir cənnət-məkandı
onun dünyası.
Abi-kövsərdəndi çox-çox dərin qatlardan sızıb gələn duyğuları.
O, elə bir sərvət
mənbəyidir ki, ondan bəhrələnməyə
dəyər!
“O bir vətən kimidi” - söylədik az öncə.
Tamamilə doğrudu. Sağından baxanda Borçalıya daha çox oxşarı var. Solundan baxanda o ürəyində
Azərbaycan döyünər.
Bir tərəfi Sulduz qoxuyur, Təbriz qoxuyur. Nəfəsindən Qorqud hənirtisi
gəlir.
Dünyaları Turan dünyasıdı.
Bir yönü
də dərviş yönüdü Elxanın. Gəzər-gəzər yorulmaz. Dədə Veysəlin söylədiyi
kimi:
...Gediyirom gündüz-gecə ,
gündüz-gecə.
Səsi-sədası haralardan gəlməz bu tərəkəmə oğlunun.
Hər sözü,
hər söhbəti ayrıca bir məclis olub həmişə. Dadından doyulmayan bir
məclis.
Və kökündə
bir “Sarıtel” havası çalınar peydər-pey.
Nə ki düzü-düz daha çox “Urfanı” saz havasına bənzədirəm Elxanı. İnsanı saçından-dırnağına qədər etkiləyər.
Əli qələmdi,
sinəsi dəftər
Elxanın. Çox-çox
dərin qatların itən-batan və ya itməkdə-batmaqda olan el boxçasını
bir zərgər həssaslığıyla arayar-axtarar,
düzər-qoşar və
yenidən onları el
xəzinəsinin sabahlara
gedən karvanına qatar.
Durna səfinə
bənzəyən neçə-neçə
dastanı, nağılı,
düzməcəni, bilməcəni
üzə çıxarıb. Hələ neçələri
də yol gəlir.
“El gözü tərəzidir”
söyləyib ulular. Onun təmənnasız can fəda
elədiyini görən
əhli-hallar da var olsun.
El yaradıcılını - folklor xəzinəmizi tədqiq eləməklə
yox, öz yaradıcılığını təbliğ eləməklə
məşğul olsaydı,
indii çoxdan ya xalq şairi,
ya da xalq
yazıçısıydı Elxan Məmmədli.
İnsan
kimi insan, dost kimi dostdu Elxan.
Mən onu az qalır
ki, yarım əsrdir tanıyır, bilir və öyrənə-öyrənə
gəlirəm. Və hələ
də onun çox dərin qatlarına varmaqdayam.
Və görürəm
ki, nə mutlu mənə! Nə mutlu ki, dogma Borçalımın və
Halal Türkümün
Elxan adında bir şərəfli övladıyla haqqı-salam
kəsmişəm, kəsirəm
və kəsəcəm.
Faxralı təki ağır
elin yetirib millətimizin başucalığına
təqdim elədiyi Hüseynqulu müəllim
kimi atası, Əli Səngərli kimi əmisi olan bir kişidi
o.
Əzmi, dözümü, iradəsi,
gücü haqqa-həqiqətə
bağlıdır.
Tək yalana, yaltaqlığa, ikiüzlülüyə
və satqınlığa
dözmür. Belələriylə barışmazdı ömrü boyu.
...Bir Borçalı
məclisində eşitdimki,
70 yaşı tamam olur Elxan Məmmədlinin. Bir az qımışdım
dodaqaltı. Sonra onun mən bilən ömür yoluna xəyali bir səyahət elədim və qürur duydum. Və sonra da
“Səni verənə
şükür” - dedim, qardaş!
Sənə yüz yaş-filan arzulamıram. Yaşı verən Allahdır.
Mən sənə bundan sonra da bir
dastan ömrü - Elxan ömrü arzulayıram
.
...70 il öncə
səni dünyaya bəxş eləyən ata-anaya min rəhmət!
Kökün dərində, başın
Haqqın göylərindədir.
Osman Əhmədoğlu,
Borçalı
Təzadlar.- 2016.- 6 yanvar.- S.15.