Beynəlxalq Muğam Festivalı barədə düşüncələr

 

Müseyibov Rəhim - "Muğam Dünyası" Elmi-Bədii-Publisistik jurnalının baş redaktoru, Respublika Jurnalistlər Birliyinin üzvü, vaxtilə elmi-fəlsəfı tədqiqatçısı olduğu "Füzuli yaradıcılığında" sufi (təsəvvüf) motivləri və muğam sənəti. Fəlsəfı-estetik təhlil" mövzusu ətrafında 30-dan çox elmi-publisistik məqalə müəllifıdir. Bu məqalələri nüfuzlu elm xadimləri, o cümlədən filologiya elmləri doktorları, professorlar Yaşar Qarayev, Teymur Kərimli, fəlsəfə-elmləri doktorları, professorlar Ağayar Şükürov, Zümrüd Quluzadə, Gülnaz Abdullazadə, alim xanəndə Vəli Məmmədov, ilahiyyatçı-filosof- yazıçı Qazi Mirəziz Seyidzadə tərəfindən rəsmi olaraq yüksək qiymətləndirilmişdir. Bu məqalələri özündə cəm edənslam-Muğam-Füzuli" adlı kitabı işıq üzü görmək ərəfəsindədir.

İlk dəfə keçirilən Beynəlxalq Muğam Festivalı Şərq xalqlarının mənəvi birliyini, onların mədəniyyətlərindəki rəngarəngliyin vəhdətini, muğamın ortaq sənət olduğunu bir daha təsdiqlədi.

Beynəlxalq Muğam Müsabiqəsinin nəticəsi olaraq Ali mükafatın Azərbaycanda qalması, əsası Dahi üzeyir bəy tərəfındən qoyulmuş, sonralar ustad sənətkarlar Suşinski və Ə.Bakıxanov tərəfindən inkişaf etdirilmiş, mövcud muğam-dəstgah ifaçılıq sisteminin dinamik-məntiqli quruluş və emosional təsir baxımından doğrudan da kamil sənət forması olmasını təsdiqlədi. Əlbətdə ki, zəngin səs mükəmməl ifa hesabına!

YUNESKO rəhbərliyinin qonaq kimi, Qərb musiqi xadimlərinin münsif kimi iştirakı Beynəlxalq Muğam Festivalına xüsusi əhəmiyyət rövnəq verdi.

Konkret uğurlu ifalara gəldikdə isə İran Misir musiqiçilərinin, eləcə dünya şöhrətli Alim Qasımovun əsl Şərq üslubundakı çıxışları yadda qalan oldu.

Əlbəttə ki, Beynəlxalq miqyaslı Muğam Festivalında müsəlman-Şərq musiqi ənənələrinin nümayişi öndə olmalı idi. çünki muğam, makom, makam, məqam, mukam, makkam... bu adların inkişaf formaları, milli intonasiya çeşidləri müxtəlif olsa da etnik kökü, məna-baxışı eyni olan müsəlman incəsənətidir.

Belə ki, İslam dünyagörüşü, Yaxın Orta Şərq xalqlarının bütövlükdə mədəniyyətinin inkişafına, onun məzmununa təsir göstərmişdir. çox maraqlıdır ki, müsəlman metafızikası postulatının tələbləri (əbədilik dəyişiklik), harmoniya akkord bilməyən müsəlman musiqisində, o cümlədən, muğam janrında (sabit ahəng dəyişkən impravizasiya) kimi çıxış edir. Akademik V.Məmmədəliyevin təbirincə desək, doğrudan da "muğam-musiqimizin Quranıdır".

Elmi tədqiqatlar göstərir ki, muğamın janr kimi formalaşması, bilavasitə "Müsəlman intibahına" səbəb təkan olan sufizmlə (təsəvvüflə) bağlıdır.

Maraqlıdır ki, Müsəlman Şərqində Əl-Kindi, Əl-Fərabi, İbn-Sina, Əl-Qəzzali, Nizami, Rumi, Cami, Füzuli, S.ürməvi, Ə.Maraği s. bu kimi dahilər tərəfindən ümumiləşdirilmiş musiqi haqqında elmi-fəlsəfi-nəzəri bilgilər, bütövlükdə muğam sənətinə aid professional musiqinin nəzəri təcrübi problemləri əsasında araşdırılmışdır.

Orta əsr Şərq musiqi elmi nəzəriyyəsi, məhz İslam dininin təsiri altında formalaşmış, sərbəst elmlər sisteminə düşmüş Intibah dövrünü yaşamışdır.

Əlbətdə ki, İslam incəsənəti, o cümlədən muğam sənəti, məhz İslamın "qəlbini" (mahiyyətini), həyat vəhdətliyini açmağa xidmət etməlidir.

üzeyir bəyin qənaətinə istinadən deməliyik ki, bu gün ifa dinlənilməsinə vərdiş etdiyimiz muğam dəstgahları, xüsusi ifa üslubu olan, dünyəvi xarakterli musiqidir.

Unutmaq olmaz ki, realizm prinsipinə üstünlük verən, totalitar xarakterli İslamda, dünyəvi musiqiyə qarşı müsəlman teoloqları tərəfindən müəyyən qadağalar qoyulmuşdur.

Bu prinsiplərdən çıxış etməklə xanəndələr ifa zamanı özünün söz (qəzəl) seçmək sərbəstliyindən istifadə edərək, heç olmazsa bədiliklə müsəlman prinsipinə "sadiq qalaraq" bilavasitə Allah Peyğəmbərimiz xatırlanan klassik qəzəllərə üstünlük verməli idilər ki, dinləyicidə Şərq musiqisinə xas olan mistik-mənəvi-ruhi aləmi yarada bilsinlər. Başqa sözlə, xanəndələr bədiiliklə (söz-qəzəl) ilahi obraz yaratmaq istiqamətinə meyilli olmalı idilər, yəni ifadə olunmazın (Tanrının), ifa olunan eşidilən musiqi ilə ifadəsi.

Çox təəssüflər olsun ki, müsabiqə festivalın gedişindəki ifalardakı əksər qəzəllər dünyəvi xarakterli idi! Yaxud, ifadakı Şərq ruhunu gücləndirmək üçün, klassik tar-kamança birliyinə qədim Şərq alətlərindən birinin qatılması əlbətdə ki, səslənmədə zənginlik yaradardı. Təəssüflər olsun ki, A.Qasımovu müşayiət edən ansamblda bunun əksi, yəni Qərb musiqi aləti olan klarnet daxil edilmişdir.

Üzeyir bəyin zövqü-təbirincə desək, "Şüştər"ə nisbətən daha dərin kədər hissi oyatmalı olan "Humayun", S.İsmayılovanın psixoloji-emosional durumundakı "amiranəlik" ara-sıra aşkar gülümsəməsi hesabına, əksinə, N.Hüseynovanın "Şüştər" indən daha şən görünürdü.

Şən, lirik əhval-ruhiyyə, ümidvarlıq hisslərı ilə dolu "Şur" xanəndə Z.Nəbizadənin ifasında qəzəl seçimindəki uyğunsuzluğa görə daha çox narahatlıq-yalvarış hissləri oyadırdı ("qoymayın siz bu muğamatımızı xar olsun"). Muğamatımızın şad günündə onun xar olmasına narahatçılıq çağırışına dərəcədə ehtiyac var idi, görəsən ?!

7 əsas muğam dəstgahlarının ifa nümayişini uğurlu-yaddaqalan etməyən faktorlardan biri xanəndələrin səs məziyyət məlahətlərinin, muğamların xarakteri-"xisləti" ilə uyuşmamasıdır.

Hikmətlə dolu sərrast "Rast"ı, daha təcrübəli-müdrik A.Abdullayev, məhəbbət hissləri ilə dolu "Segah"ı Şərqdə məhəbbət simvolu hesab olunan Məcnunun layiqli ifaçısı M.İbrahimov ifa edəydi, gərək.

Professor G.Abdullazadə haqlı olaraq qeyd edir ki, "Muğam - Şərq təfəkküründə kamil sözdür".

Kamil söz isə, kamil deyim tərzi tələb edir.

 

 

Rəhim MÜSEYİBOV,

tədqiqatçı

 

Təzadlar.- 2009.- 2 aprel.- S.15.