"Hər zaman maddi cəhətdən əziyyət
çəkmişəm"
Brilliant Dadaşova: "30
yaşım olanda çox ağlamışdım"
Azərbaycanın
xalq artisti Brilliant Dadaşovanın APA-ya eksklüziv müsahibəsi - Türkiyədə
işıq üzü görən albomunuz üçün
sarı saçlarla yeni fotosessiya hazırladığınızı
eşitmişik. Belə bir qərar verməyiniz yəqin ki, səbəbsiz
deyil.
- Sonuncu albomumun
hazırlanması iki il davam edib. Bu çox böyük
işdir. Albomu hazırlayan şirkət mənim albomu
tanıtmaq məqsədilə verilişlərə dəvətimi
təşkil etməyə başladı. Məlum olduğu kimi
albomum çıxandan sonra mən saçlarımın rəngini
dəyişmişdim. Əks təqdirdə gərək iki il
öncə disk hazırlanarkən fotosessiya
hazırlatdığımı saç düzümündə
və rəngini qalaydım. Yəni iki il
saçlarımın rəngini dəyişməzdim. Mən
isə səhnədə olan insan kimi dəyişməyi sevirəm.
Mən gözləyə bilməzdim ki, disklərim
satışa çıxana qədər saçlarımın
rəngini dəyişməyim. Ona görə də indi məcburən
diskin tanıtımı məqsədilə yeni fotosessiya etməli
oldum. çünki disklər satıldıqca hər dəfə
yeni tiraj buraxılır. Və yeni tirajlarda yeni fotosessiya
olacaq. ümumiyyətlə, mənim üçün bu, əsas
deyil.
- Ancaq hər zaman Sizi yeni
imicdə, yeni saç düzümündə
görürük...
- Məsələ ondadır
ki, bu diskdə mən əsas gücümü mahnılara
vermişəm. Amma təbii ki, səhnədə olan
müğənni kimi mənim necə göründüyüm
əhəmiyyətlidir. Yuxarıda qeyd etmişdim ki, mən həmişə
əhval-ruhiyyəmə, təbiətə, hətta
mövsümə uyğun olaraq görkəmimi dəyişirəm.
Və ona görə də, bu yeni fotosessiya məsələsi
gündəmə gəldi. Bilirsiniz, səhnədə hər
şey bir-biri ilə zəncirvari şəkildə bağlıdır.
Həm sənət olmalıdır, həm də yaxşı
zövq. Bunlar bir-birini tamamlamalıdır. Onu da deyim ki,
bütün bu işləri özüm görməli oluram.
- Məgər, işinizdə
Sizə kömək edən heç kimsə yoxdur?
- Əslində Türkiyədə
mənim işlərim bir az asanlaşdı. Asanlaşdı
ona görə ki, heç olmasa şirkət iki klipimi çəkdi,
diskin üz qabağını hazırladı. Ancaq
mahnıların aranjemanlarında şəxsən özüm
iştirak edirdim, çünki aranjemanların yüksək səviyyədə
olmasının istəyirdim. Azərbaycanda isə belə
işlə məşğul olan şirkət yoxdur.
- Son vaxtlar, elə indi də
Sizin çox aqressiv olduğunuz gözlərdən
yayınmır. Bunun səbəbi nədir?
- Deməzdim ki, son vaxtlar və
hətta indi belə aqressivəm. Mən həmişə
olduğum kimiyəm. Bu mənim təbiətimdir, sevinəndə
gülürəm, xoşuma gəlməyən məqamlar
olanda hirslənirəm. Bəzən ağlayıram. Niyyətimi
gizləmirəm, fikirləşdiyimi dilimə gətirərəm.
Başqa cür ola bilmirəm. Sizi görüb ovqatımı
dəyişə bilmirəm. Məsələn bu gün kefim o
qədər də yoxdur. Bəlkə ona görə də sizə
aqressiv görünürəm. Mən mahnılarımı ifa
edərkən obraza daxil olmağı bacarıram,
çünki həmin an həmin sözlərin təsiri
altında oluram. Ancaq həyatda obraza girə bilmirəm.
çünki həyatda olduğum kimiyəm. Albomum
çıxandan sonra Türkiyəyə daha tez-tez gedirəm.
Orada mənə deyəndə ki, sən azərbaycanlılara
bənzəmirsən, çox əsəbiləşirəm. Sən
mənim burada aqressiv olduğumu deyirsən, ancaq mən orada
daha çox aqressivəm. çəkilişdən əvvəl
elə cavab verirəm ki, onlar canlı efirdə bu sualı
vermirlər. Onları sorğu-suala tuturam ki, bununla nə demək
istəyirsiniz? Onlar deyirlər ki, səhnədəki azərbaycanlı
müğənnilər ağır çəkilidirlər,
siz isə onlara bənzəmirsiniz.
- özünüzü eyni
çəkidə saxlamağın sirlərini
açıqlaya bilərsinizmi?
- Hamı bilir ki, mən
neçə illərdir hər gün idmanla məşğul
oluram. Burada genetikanın çox böyük əhəmiyyəti
var. Mən heç bir yerimi sonradan düzəltməmişəm.
Əvvəldən necə olmuşamsa, indi də eləyəm.
Düzdür ana olandan sonra beş ilə yaxın ətli
qalmışam. Sonra özümü arıqlatdım. Mən
özümü heç vaxt gözəl hesab etməmişəm.
Düzdür, gözəl olmağa çalışıram. Əlbəttə
ki, gözəl olmaq istəyirəm. İstəyirəm
bütün tamaşaçıların zövqünü
oxşayım.
- Bir müddət əvvəl
səhnə fəaliyyətinizə ara vermişdiniz...
- Axı səhnə bir idarə
deyil ki, çıxıb gedəsən, sonra da ora
qayıdasan. Səhnə fəaliyyətinə sadəcə
ara vermək olar. Mənim də belə bir qərar verməyim
səbəbsiz deyildi. çünki həmin müddət
konsertlərin səviyyəsindən, oradakı atmosferdən
xoşum gəlmirdi, ona görə də çəkilmişdim
kənara. Düşünürdüm ki, əgər mən
istədiyim kimi olmursa, o zaman istəmədiyim kimi də
olmasın. Heç yerə getmirdim. Məsələn televiziya
verilişlərinin bir neçəsi xoşuma gəlmir, birinə
getsəm, digərləri inciyəcək məndən, ona
görə də heç birinə getmirdim. Mədəniyyət
aləmimizdə çox pis bir atmosfer yaranmışdı. Ona
görə də Mədəniyyət Nazirliyinin təşkil
etdiyi konsertlərə də getmirdim. Onu da deyim bu səpkili
suallara mən çox cavab vermişəm. Elə sizin
agentliyin də vaxtilə buna bənzər suallarını daha
geniş cavablandırmışam.
- Türkiyə
şou-biznesində Sizə simpatiyası və antipatiyası
olan həmkarlarınız varmı?
- Antipatiyası olanları
bilmirəm. Ancaq bilirsiniz ki, Ajda Pekanın bağ evində
qonaq olmuşam, eyni zamanda o məni bir neçə dəfə
balıq yeməyə dəvət edib. Orada olanda məni
mütləq evlərinə dəvət edirlər, pianoda
çalıb-oxuyuruq, həmin ifanı yazırlar. Mən
görürəm ki, onlar Azərbaycan sənətçisi
olaraq məni qeyri-adi qarşılayırlar. Təvazökarlıqdan
uzaq olsa da, deməliyəm ki, Mətin Şəntürk, Mətin
və Eda özülkü də məni evlərinə,
studiyalarına dəvət ediblər. Şükriyyə ilə
birgə proqrama çıxdıq və o məndən ona
müəllimlik eləməyimi xahiş etdi.
- Ancaq Sizi Türkiyə
televiziyalarında daha tez-tez görürük.
- çünki orada diskimi
tanıtmalıyam. Siz tanıyırsınız, orada da disklərimi
tanıtmalıyam. Türkiyədə on proqramdan birinə getməyə
razılıq verirəm. Burada da mətbəx
proqramlarını xoşlamıram, neçə dəfə
çağırıblar getməmişəm. Baxmayaraq ki,
çox reytinqli proqramlardır.
- Yaxın zamanlarda Azərbaycanda
və ya Türkiyədə konsert vermək planınız
yoxdur ki?
- Hələlik beə bir
şey planıma daxil deyil. Mən Brilliant Dadaşova olaraq bu
işə çox məsuliyyətlə yanaşıram.
- Türkiyədə
yaradıcılıqdan əlavə bir biznes işi
qurmamısınız?
- Yox, mən ümumiyyətlə
nə Azərbaycanda, nə də Türkiyədə heç
bir biznes işi qurmamışam. çox əfsuslar olsun ki bu
zamana kimi qurmamışam və heç zaman da bizneslə məşğul
olmamışam. Əslində mənim bizneslə məşğul
olmağa heç vaxt pulum çatmaz. Biznes çox bahalı
məşğuliyyətdir.
- Belə nəticəyə
gəlmək olar ki, dünyada gedən iqtisadi böhran Sizə
də təsirsiz ötüşməyib...
- Maliyyənin mənə
heç təsir etməyən vaxtı var idi ki? Elə bir
vaxt olmayıb ki, mənə təsir etməsin. Hər zaman
maddi cəhətdən əziyyət çəkmişəm.
- Türkiyədə hər
hansısa bir televiziya verilişində proqram
aparıcısı olmaq istəmirsiniz? Eşitmişik ki,
Türkiyədə aparıcılıq və dizilərə
çəkilmək təklifi almısınız.
- Alıb-almadığımı
deməyəcəm. Hələ bilmirəm, ola bilər. Əslində
burda da, orda da ola bilər.
- Türk Müzik Birliyi ilə
hazırda işbirliyi davam edirmi?
- İşbirliyi deyəndə
ki, sizin fikirləşdiyiniz kimi mən işləsəm o
zaman gərək mən təşkilati işlərlə məşğul
olum. Mənim heç başımı qaşımağa
vaxtım yoxdur. Təşkilatı işlərlə dostumuz
Cenk məşğul olur. Əslində onlar çox
arzulayıblar ki, Azərbaycandakı təmsilçi mən
olum, mən də razılaşdım.
- Ehtiyac olsa, plastik əməliyyata
gedərsiniz?
- Ehtiyac olsa deyəndə ki,
əlbəttə ki, ehtiyac olacaq. Vaxtım olsa, bu dəqiqə
gedərəm. Bir ay heç bir verilişə
çıxmayım, heç bir məclisə getməyim, o
zaman əməliyyat etdirərəm. Gözlərimin çəkik
olmasını xoşlayıram, burnumda sınıq var, onu
düzəltdirərdim. Profilimdən məhz bu səbəbdən
xoşum gəlmir.
- Sizi Türkiyənin TRT
kanalında yayımlanan "Sən türkülərini
söylə" yarışmasında tamaşaçı
zalında gördük.
- Samir Piriyevə qulaq asmağa
getmişdim. O mahnı ifa etdikdən sonra çıxıb
getdim. çox kövrəlmişdim, qəhərlənmişdim.
Samirin oxumağı ilə fəxr etdim. Əgər o müsabiqədə
oxumağı bacarmayan biri olsaydı, ayağımın altına
milyon da töksəydilər, getməzdim. Bizim mədəniyyətimizi,
musiqilərimizi rüsvay etməyə heç kimin haqqı yoxdur.
Oxuya bilmirsə, qaxılsın otursun evində. Fonoqrama ilə
evində oxusun, özü bilər. Getsin toylarda camaatı aldatsın,
televiziyalarda tanış tapsın özünü tapşırtdırsın.
Ancaq xaricə çıxıb sənin, mənim, bizim mədəniyyətimizi
təmsil etməyə qürur duya biləcəyimiz adam lazımdır.
Samir Piriyev orada türk mahnısını elə ifa etdi ki, bir
türk müğənnisi o boğazları vura bilməzdi. Onların
özündə bu mahnını bu səviyyədə oxuyan
olmamışdı. Həmin verilişə çatmaq
üçün maşını qırmızı işıqlarda
sürürdüm. Elə orada dedim ki, "vay-vay, Samir sənin
yolunda mən cərimə verəcəm". Ancaq onun ifasından
sonra artıq bunu fikirləşmədim.
- Bir müddət tez-tez
pariklərdən istifadə edirdiniz. Buna səbəb nə idi?
- Hə, bir ara lap çox
istifadə edirdim. Müxtəlif pariklərim var. Demək olar
ki, dörd ilə yaxındır ki, istifadə etmirəm. Bir
ara saçımın rəngini açanda yandırdım. Bir
il qara saçla gəzdim ki, saçım bərpa olunsun. Xoşuma
gələn parik olsa, bu gün də taxaram.
- Bu illər ərzində Siz
yaşınızın neçə olduğunu açıqlamamsınız.
Bununla bağlı suallardan qaçmısınız. Yaş kompleksiniz
var?
- Ümumiyyətlə, kişili-qadınlı
hamıda bir az yaş kompleksi var. Mənim 30 yaşım olanda
çox ağlamışdım. Ağlayırdım və evdə
deyirdim ki, artıq hər şey bitdi. Oğlumun beş yaşı
olanda ağlayırdı ki, mən qocalacağam. Onu sakitləşdirə
bilmirdim. Qocalmaqdan qorxmuram, oğlumu tez evləndirmək istəyirəm
ki, nəvələrim olsun. Səhnənin öz qanunları var.
Mən səhnədəyəm və həmişə yaxşı
görünməyə çalışmalıyam. ümumiyyətlə,
qadından yaş soruşanları başa düşmürəm.
Qadına göründüyü yaşı verərlər. Mən
bunu qadınların nailiyyəti kimi qiymətləndirirəm.
Təzadlar.- 2009.- 11-14 aprel.-S.15.