Tanrıdan Tanrıya yol gedən şair
Şair Ədalət Əsgəroğlunun poeziyası
haqqında
Şairlər şeir yazır. Yaxşı şeiri oxucu susuzluğa təşnə olduğu vaxt göz yaşı kimi dumduru bulaq suyunu birnəfəsə içdiyi kimi içir. Belə şeirlər şairə Haqdan vəhy kimi göndərilir. Həqiqi Söz adamı Haqq adamı, Haqq aşiqi olduğu üçün onun ürəyindən su içən şeirlər də ürəklərə asanlıqla yol tapır, öz oxucusuna asanlıqla qovuşur, dillərdə əzbər olur. Məsələ burasındadır ki, kitab bumu, "şair" bolluğu baş alıb gedən indiki məqamda həqiqi Haqq aşiqi, həqiqi şair tapmaq çox çətindir...
Şəmsəddin Məhəmməd Lahıci görkəmli mütəfəkkir Şeyx Mahmud
Şəbüstərinin məşhur
"Gülşəni-raz"
əsərinə
yazdığı
şərhdə
Haqq yolunun yolçuları, qəlbi irfan işığının hərarəti ilə
qızınan insanlar haqda deyir: "Haqq yolçusunun məcazi varlığı və bütün kəsrət aləmi substansiyasının təcəlli nurunda büsbütün məhv olur.
Bu hal cəm adlanır, çünki bütün çoxluq
nişanələri təcəlli nurunda bir olur, vəhdət zamanı
başqa şeylər və
kəsrət fani sayılır.
Hər bir şeyə həyat verən və
ona qəyyum olan Allahdır. Bu vəziyyətdə
Haqq yolçusunun dediyi sözlər Haqqdan gəlir,
çünki onun öz varlığı yol sayılır..."
Həqiqətən də
nə qədər yad ədəbi cərəyanların təsiri
altına düşsək də, Uca Tanrıya, Haqqa tapınan
bir şairin qəlbindən qopan irfan işığı - məhrəm,
doğma misralardan yaranan şairlər bizi özümüzə
qaytarır və özümüzdən asılı olmayaraq həmin
irfan işığının pərvanəsinə
çevrilirik...
Həmin irfan əhlindən
biri də şair Ədalət Əsgəroğludur...
Yazdığını pozmaz
Tanrım,
Tikanını gül
eyləməz...
İlmə-ilmə könül
tikər,
Kətanını tül
eyləməz.
Dağlanıb daşdana
ahım,
Qəmkeş olub sına
şaxım,
Yenə odur qibləgahım,
Yandırırsa kül
eyləməz.
Əsgəroğlu, aç
düyünü,
Gör Mövlamın gördüyünü,
Yoxsa sənin beş gününü
Qaraldar, bir gün eyləməz.
Ədalət Əsgəroğlunun
yaradıcılığının əsasını təşkil
edən təsəvvür poeziyası bu şeirdə poetik əhval-ruhiyyənin
ən uğurlu ifadəsi kimi öz əksini tapıb. Tanrının yazısına
pozu olmadığı yalnız Haqqa tapınan Haqq şairlərinin
qəlbindən su içərək misralara bu cür çevrilə
bilər.
XXI əsr təsəvvüf
fəlsəfi, çağdaş irfan şeiri dedikdə ağlımıza
ilk olaraq "Ədalət Əsgəroğlu" imzası gəlməsi
təsadüfi deyil. Poeziyanın bu qolu onun şair ruhuna daha
yaxındır - bu isə saflıqla, ruhən təmizliklə
ülviyyətin, nəcibliyin vəhdəti deməkdir...
Gül kimi açılan
könül,
Hüsnünü gülşən
bilmişəm.
Eşqin gümüş
aynasını
Şirin cana tən bilmişəm.
Əhdinə sadiq paşasan,
Rüzgar ilə baş-başasan,
Dəmir daşa, daş-daşasan,
Nə çəkmisən,
mən bilmişəm.
Xoş halında Əsgəroğlum,
Divan qurmuş sağım,
solum,
Olumların şahı
ölüm!
Şükür ki, kimsən,
bilmişəm.
"Olumların şahı
ölüm"... Mövlana Cəlaləddin Rumini xatırlayaq:
"Mərhəmət və şəfqətdə günəş
kimi ol!", "Ya olduğun kimi görün, ya göründüyün
kimi ol!"
"Ol" - həyatın
fəlsəfəsidir, "Ol" - Rumidən başlayan yolun Ədalət
Əsgəroğlu adında yolçusu olmasıdır, "Ol"
- yoldur. Tanrıdan başlayıb Tanrıya qayıdan yol!..
"Olum"u "həyat"
anlayışının sinoniminə çevirən isə...
Ədalət Əsgəroğlunun "şah" tituluna
"layiq gördüyü" "ölüm"dür. Həqiqətən
hər bir başlanğıcın bir sonu olduğu kimi, "olum"un
da sonu "ölüm"dür... Ədalət Əsgəroğlunun
poetik təfəkkürünün süzgəcindən
"ölüm" bu misrada oxucunu fatalizmə sürükləmir,
əksinə, özünün "olacaq", yəni barışmalı
olduğumuz alın yazısı olduğunu təsdiqləyir. Daha
dəqiq ifadə edək: "Olacağa çarə yoxdur..."
Ağam, bilsən nələr
oldu,
Bir sevdaya düşdüm,
şükür!
Gerçəklə
rə könül verdim,
çalxalandı eşqim,
şükür!
Bəndə olub sayıldıqca,
Pünhan qalıb bayıldıqca...
Dirilikdən ayıldıqca
çox qovruldum, bişdim,
şükür!
Əsgəroğlu, haqqa
sarı,
Olum cocuq, ölüm qarı...
Rüzgar verən acıları
Şərbət kimi içdim,
şükür!
"Dirilikdən ayrıldıqca"
və "olum cocuq", ölüm qarı" təsəvvür
fəlsəfəsində təcəlli tapan poetik tapıntılar,
yeni deyim tərzləridir. Dirilikdən ayrılmaq da elə
"olum"dur, özünəqayıdışdır, bəlkə
də yeni, ikinci bir həyat, ikinci yaranışdır... "ölum"
- ilk körpə nəfəsi, "ölüm" - insanın
son nəfəsidir... Qafiyələrin tələbinə uyğun
olumun cocuğa, ölümün qoca qarıya bənzədilməsi
şairin istedadının göstəricisidir.
Mən gedirəm,
Allah bilir,
Bir də nə vaxt qayıdacam.
Susmaz könlüm
bu eşq ilə,
Demə, nahaq qayıdacam.
Umud gəlir
axın-axın,
Sinəm güldü, yarın, baxın.
Bəlkə sabahdan da yaxın,
Bəlkə sabah qayıdacam.
Əsgəroğlu, gəz
bu halnan,
öl ölənnən,
qal qalannan,
Qoy sözünü
kəsim balnan,
Nəymiş günah, qayıdacam.
Ümumiyyətlə, şairlik tək istedadla bitmir. Şairin həyat
haqqında təsəvvürləri
mütaliəsi geniş
olmaqla yanaşı,
o, həm də şeirin texnologiyasını
mükəmməl bilməlidir.
Ədalət Əsgəroğlunun şeirləri bu baxımdan səciyyəvidir.
Onun heca vəznində yazdığı şeirlər
poetik tapıntılarla,
fəlsəfi fikirlərlə,
yeni orijinal və özünəməxsus
deyim tərzi ilə zəngin olmaqla yanaşı, şeirin tələbatına
da cavab verir. Şair qəlbindən keçənləri,
demək istədiklərini
heca vəzninin qəlibindən kənara çıxmamaqla çox
mükəmməl şəkildə
ifadə edə bilir. İstər çarpaz qafiyəli
şeirləri, istər
qoşma və gəraylıları, istərsə
də sərbəst şeirləri, həm də dil sadəliyi
milli ruhu özündə əks etdirmək xüsusiyyəti
ilə oxucu qəlbinə asanlıqla yol tapır.
Naşılar duymaz halımı,
Bilməz, bağrı qan olmuşam.
Yardan necə
yarıdım ki,
İndi yarıcan olmuşam.
Durna telləri
dəstədi,
Yahuları göz üstədi,
Canım məndən
can istədi,
Verməmişəm, xam olmuşam.
Əsgəroğlu, dərdin
bölməz,
Sevinc bölüb, özün öyməz.
özü gedər,
sözü ölməz...
Şükür, əhdi-kam olmuşam.
Təsəvvür şeirlərinin
gözəlliyi ondadır
ki, bu şeirləri
oxuduqca ilahi bir sehrə düşdüyünü hiss edir,
paklığa, saflığa
çağırış notlarını duyur və sanki bu
möcüzənin cazibəsindən
ayrılmaq istəmirsən...
Bu şeirin ilk bəndinin 3-cü və
4-cü misraları misradaxili
cinasdır. Ə.Əsgəroğlunun
klassik poeziyamızın
ənənələrinə söylənən şeirlərinin
bədii gözəlliyini
bir az
da poetik çalarlarla zənginləşdirən
çağdaş poeziyamızdan
bəhrələnmək məharətidir.
Onun şeirləri xalq ruhundan, xalq danışıq dilindən,
folklorumuzdan, klassik və müasir poeziyamızın zəngin
təcrübəsindən bəhrələnərək
orijinal bir poeziya nümunəsinə
çevrilir. Misradaxili cinaslardan
məharətlə istifadə
etmək bacarığını
şair, yuxarıda göstərdiyimiz şeirdə
sübuta yetirir.
Bu şeir klassika
ilə müasirliyin vəhdəti kimi Ə.Əsgəroğlu yaradıcılığının
rəngarəngliyini göstərir.
Gələk,
Ədalət Əsgəroğlu Azəraycanın
barlı-bəhrəli, narı
ilə məşhur olan Göyçay rayonunda dünyaya göz açıb. Bəlkə
də doğma torpağın qüdrətindəndir
ki, o, haqqında söhbət açdığım
şeiri böyük bir zövqlə, poetik ovqatla qələmə alıb...
Görünməyən hallar üstən,
Küskün düşən
yollar üstən,
Nar bağına
rüzgar saldın,
İsti-isti qollar üstən...
Şair bu şeirin lirik məzmununun şərhini obrazla ifadə edir. Şeirin digər
gözəlliyi ondadır
ki, Ə.Əsgəroğlu
lirik qəhrəmanını
yüksək bədii
zövqlə tərənnüm
edir. Şeirin başqa maraqlı cəhətini şair son bənddə diqqətə
çatdırır:
Əsgəroğlu, gül
aynandı,
Haqq dedim haqqı-saynandı.
Azərbaycan canım
mənim
Can evim də Göyçaynandı.
Oxucu üçün mübhəm
qalan məqam şairin lirik qəhrəmanının gözəl,
yoxsa nar olmasıdır. Məncə ən böyük istedad, bax elə
budur!.. Ədalət
Əsgəroğlunun bu
şeirinin ədəbiyyatımızın
poetik inciləri sırasında öz yerini tapacağı şübhəsizdir...
Yenə də Şəmsəddin Məhəmməd
Lahıcinin sözlərinə
sığınaq: "Təsəvvüf
zümrəsinə görə,
hissi şeyləri bildirən sözlər əvvəl bunları ifadə etmək üçün predmet olub. Qəlb sahibləri batini yozum vasitəsilə sözlərlə məna
arasında oxşarlıq
və uzlaşma tapmışlar...
Hər kəs təriqət sirrlərini
anlaya bilməz, bunun çoxlu şərtləri vardır,
buraya fitri qabiliyyət, kamil mürşidin yol göstərməsi, təriqət
sahiblərinin təyin
etdiyi süluk mənzillərini keçmək,
Allahın bu halları təsdiq etməsi və onların səbatı daxildir..."
Bu yazıda
biz də Tanrıdan, Haqqdan yol alıb
Tanrıya, Haqqa yol gedən bir Haqq yolçusunun
ürək çırpıntılarını
dinlədik, ovqatımızı
onun poetik ruhunun notlarına köklədik... Yolun işıqlı olsun, Ədalət Əsgəroğlu!..
Xuraman HüSEYNZADƏ
Təzadlar.- 2009.- 16-18 aprel.-
S.15.