Famil Mehdi zirvəsi...
Rafiq Əliyev: "...Famil Mehdinin keçdiyi yol hamar olmadı, qızıl güllər içərisindən keçən prospekt olmadı, daşlı-kəsəkli cığır oldu, amma onu Famil zirvəsinə apardı.
O, bu yolda "sevinc də, qəm
də..." yedi. O zirvəyə onu heç kim qaldırmadı.
özü qalxdı..."
...Hər bir insan dünyaya gələn
andan qismətinə düşən bir ömür payı
yaşayır. Yaşanan ömür payının
yaddaşlarda necə iz qoyması isə insanın
özündən asılıdır. Elə adamlar var ki, onun həyatda
qoyduğu iz, açdığı cığır,
keçdiyi şərəfli ömür yolu gələcək
nəsillər üçün bir örnək olur. Adətən
belə adamlar ümumi məqsəd üçün
çalışan, özləri isə getdikcə daha alicənab
olan adamlardı. Öz alicənablığı və təvazökarlığı
ilə seçilən, şəxsi həyatını ictimai həyata
qatmağı bacaran insan kimi Famil Mehdi də məhz bu cür
hörmətə layiq olan insan idi.
Bənzərsiz insan, gözəl
şair, filologiya elmləri doktoru, professor Famil Mehdi demək
olar ki, mənalı ömrünün təxminən 50 ilini
xalqına və elmin, sənətin inkişafına sərf
etmişdir... Onun səsi auditoriyalardan, ciddi diskussiyalar
aparılan elmi-nəzəri konfranslardan, ziyalılarla, adi
insanlarla, əsgərlərlə görüşlərdən,
dövrün nəbzi döyünən, xalqın taleyi həll
olunan tribunalardan gəlirdi. Famil müəllimin keçdiyi mənalı
həyat yolu, onu əsl ziyalı, poeziya və elm fədaisi, zəhmətkeş
alim, yüksək siyasi və ictimai təfəkkür sahibi, səmimi
insan, gözəl şəxsiyyət kimi xarakterizə edir.
Filosof-şair, alim-professor,
pedaqoq-jurnalist və ən başlıcası böyük
İnsan Famil Mehdi Ağdamın Sarıhacılı kəndində
Ağalar kişinin ocağından başlayan və uca bir zirvəyə
aparan böyük ömür yolu keçmişdir. Bu yol
Familin öz yoludur.
Bu 68 illik məsafəsi olan
yolun 50 ilinə bələd olan bir dost kimi deyə bilərəm
ki, bu yol hamar olmadı, qızıl güllər içərisindən
keçən prospekt olmadı, daşlı-kəsəkli
cığır oldu, amma Famil zirvəsinə apardı. O, bu
yolda "sevinc də, qəm də..." yedi. O zirvəyə
onu heç kim qaldırmadı. özü qalxdı.
Famil müəllimlə ilk
tanışlığım mən Ağdam 1 saylı orta məktəbdə
oxuyarkən onun Ağdam mədəniyyət evində
keçirilən poeziya gecəsində "Ana" şeirini
oxuduğu dövrə təsadüf edir. Şeir həvəskarı
idim, hərdənbir şeirlər də yazırdım. Familin
iki bəndlik, lakin məna yükünə, süjetinə
görə böyük ədib, yazıçı-professor Mir
Cəlalın dediyi kimi "...böyük bir poemaya bərabər"
bu şeirini dinləyəndə gördüm ki, onda necə dəqiq,
incə müşahidə var. Onda fəhmən duydum ki, Famil
Mehdinin poeziya yolu uzun və səmərəlidir, zirvəyə
aparan yoldur. Famil Mehdi Qarabağ torpağını özü
qalxdığı zirvəyə ucaltsa da, əsl mənada
bütöv Azərbaycan şairidir. Azərbaycan onun poeziya
dünyasının şah əsəridir. O, Qarabağı
da, Şəki və Şirvanı da, Gəncəni,
Naxçıvanı və Lənkəranı da, Qubanı da
eyni məhəbbətlə sevən və tərənnüm
edən şairdir.
Min hava çalınıb
könül tarımda,
Dünyanın nə
çoxu, nə azıyam mən.
Fəsillər görüşür
duyğularımda,
Elin həm
qışıyam, həm yazıyam mən.
Anam Qarabağın, Milin,
Muğanın,
Siz də mənim kimi
eşqilə yanın.
Başına
döndüyüm Azərbaycanın,
Dəli Kürüyəm mən,
Arazıyam mən.
Dinlə
"çahargahı", eşit "Qatarı",
Könül
dünyamızın sərvəti, varı.
Ələsgərin sazı,
Qurbanın tarı,
Cabbarın, Seyidin avazıyam
mən.
Öz tarixi vardır
dağda qarın da,
Ürəkdə eşqin də,
etibarın da,
Qədim Qobustanın
qayalarında
Pozulmaz, silinməz bir
yazıyam mən.
Familəm, həmişə
yanmaqdır peşəm,
Can deyən gözələ
canan demişəm.
Bu yolda sevinc də, qəm də
yemişəm.
Bir daha demərəm
tamarzıyam mən.
Mən deyərdim ki, bu
şeir Azərbaycan haqqında yaradılmış ən
böyük sənət incilərindən biridir. Professor Tofiq
Hacıyevin təbirincə desək Səməd Vurğunun
"Azərbaycan" şeirinə paralel ikinci dəyərli
poetik tablodur.
Famil Mehdinin
yaradıcılığında Qarabağ mövzusu
dominantlıq təşkil edir. Əvvəla ona görə ki,
böyük ədəbimiz Süleyman Rüstəm demişkən
"...Azərbaycanı Qarabağsız təsəvvür etmək
olmaz", bir də ona görə ki, "həqiqi şairin
ilk vətəni də, son məskəni də onun doğma
yurdu olmalıdır."
Mənə yer verərsən
doğma yerində,
Uyuyub yataram, ana, ey ana.
Qarabağ, Qarabağ,
sümüklərim də
Əriyib qarışar
torpaqlarına.
Bunu əyalətçilik
kimi qəbul etmək yanlış olardı, Famil Mehdi bütün
Azərbaycanı ürəyində gəzdirən bir şair
idi. Əfsuslar olsun ki, o, bu ülvi arzusuna (tək bu
arzuyamı) çata bilmədi.
Famil Mehdini bir şair kimi səciyyələndirən
cəhətlərdən biri onun
yaradıcılığının geniş spektrli
olmasıdır. Onun poeziyasında səmimi, kövrək,
lirik hisslərlə ictimai-siyasi kəskinlik bir vəhdətdədir.
ömür boyu yasəmən ətirli incə hisslərlə
yaşayan şair
Necə yaşayırsan,
Ay ilk məhəbbətim?
Necəsən, necə?
Arzuladım səni
Baxışlarda gəzdim,
Min yol gizlicə.
Səndən uzaq keçsə
də
Sevincim, qəmim,
Səndən uzaq düşsə
də,
Arzum, diləyim,
Sənsiz bircə
günüm
Olmadı mənim.
-
deyir.
O, eyni zamanda sapı özümüzdən olanları ittiham
edir
Təzadlar.- 2009.- 15 dekabr.- S.5.