Oruc Səda yaradıcılığının sənətkarlıq xüsusiyyətləri
Artıq ədəbi aləmdə öz sözünü
yetərincə
demiş, sayca beş
kitabın müəllifi və
Respublika Yazıçılar Birliyinin üzvü Oruc Səda geniş oxucu kütləsinin sevə-sevə
oxuduğu şairlərimizdəndir. ömrünün və yaradıcılığının müdrik çağlarını yaşayan bu səmimi insan,
qaynar təbiətli, gənclik həvəsilə coşub-çağlayan bir
şair-vətəndaşın yaradıcılığının bəzi məqamlarına, xüsusən sənətkarlıq keyfiyyətlərinə nəzər yetirməyə çalışacağam.
Oruc Səda heca vəznində yazılan müasir Azərbaycan şerinin, demək olar ki, bütün
növlərində qələmini
sınamışdır. Onun mövzu
dairəsi o qədər
genişdir ki, bəzən onun həssaslığına, müşahidə
etdiyi hər bir obraza vətəndaş
mövqeyindən yanaşmasına
heyrət edirsən.
Şairin hər zaman müasir səslənən,
vətənpərvərlik mövzusunda yazdığı,
şüar kimi, çağrış kimi
səslənən şeirləri
torpaqlarının iyirmi
faizini itirmiş hər bir azərbaycanlını
ürəkdən mübarizəyə
səsləyir. "Vətən
oğlu, insaf elə", "Vətən
oğlu", "Yatmış
pələng, ayağa
dur", "Xocalı
- dünyanın ən
ağır yası"
kimi şeirlər bu qəbildəndir.
"Vətən
oğlu, insaf elə" şeirindən
bir bəndə nəzər salaq:
Qeyrətimiz çayxanada,
meyxanada aşıb-daşır,
Gülməyi də bacarmırıq, hamı birdən qaqqıldaşır.
Əsgər getmək
deyən olsa, elliyimiz hıqqıldaşır,
Girov düşən qızlarımız
indii görən harda qalıb?
Vətən oğlu, insaf elə, axı vətən darda qalıb.
Səriştəsizlik, vəzifə
və pul hərisliyi üzündən
torpaqlarımızı satan bir ovuc vətən xainləri şairin əsas tənqid hədəfləridir.
"Bazar
dünya" xalqımızın
milli varlığını
nəsil-nəsil yaşadan
kişilik qürurunu,
onun əzəmətini,
kişi sözünün dəyərinin
ucuzlaşdığı, insan
mənəviyyatının pulla ölçülməsi
tənqid olunur. Şeirdən misralara diqqət edək:
Niyə papaqsatan
dedin sən mənə?
Hərdən bir belə iş tutmağım olur.
Tək-tək papaq tikib satmağım
olur.
Humanist fikirləri
ön plana çəkən şair bazara bənzətdiyi bu dünya haqqında
fikirlərini belə yekunlaşdırır:
Qanmağı sən özünə qandır,
Az qala satılır "azar"
dünyada.
Kimisi mənimtək
papaqsatandır,
Kimi Vətən satır bazar dünyada.
Oruc Sədanın bütün
ictimai-siyasi şeirlərində
vətənpərvərlik, Qarabağ dərdi, xalqın vahid bir cəbhədə birləşməsi, ölkənin
tərəqqisi naminə
konkret tədbirlərin
görülməsini arzu
edən şeirlərlə
yanaşı, tənqidi
münasibətini də
kəskin şəkildə
ifadə edən şeirləri də çoxdur.
Oruc Sədanın əsas bədii keyfiyyətlərindən
biri də obrazlı fikrin yerli-yerində oxucuya çatdırılmasındadır. Təsadüfi deyildir ki, şair
həm ifadə gözəlliyinə, həm
də məna gözəlliyinə eyni mövqedən yanaşaraq,
özünəməxsus deyim
tərzi, bədii təsvir vasitələrindən
bol-bol faydalanmaq, özünü və başqalarını təkrar
etməmək kimi yaradıcılıq xüsusiyyətləri
də şairin sənətkarlıq məziyyətlərindəndir.
Belə ifadə
və deyimi şairin "Sel basar", "Odumu odunla söndür",
"İki gül yarpağı" və sair məhəbbət şeirlərindəki tapıntı
kimi səslənən
deyimlər, emosional fikirlər oxucu qəlbini ehtizaza gətirən elə aurani hisslər yaradır ki, sənətkarın məharətini
alqışlamaya bilmirsən.
"Sel basar" şeirində qoşma janrının bütün
tələblərinə riayət
etməklə cinaslı
qafiyələrdən istifadə
etmişdir. Təcnisdə bütün bu
ənənə saxlanılmış,
orijinal bir sənət nümunəsi
yaratmışdır.
Şeirdən son bəndə
diqqət edək:
Söyləmə ki, nə həvəsdi şaxtada,
Oda düşüb
könlüm közdür
şaxtada,
Baxıb bizə
həvəsiyər şaxta
da,
O da sənin yanağına gül basar.
Oruc Sədanın geniş yaradıcılığını bir qəzet məqaləsində əks
etmək çətindir. Yazının sonunda onun bir
çox obrazlı fikirlə zəngin şeirlərinin bəzilərinə
nəzər salaq.
"Yaxşıdır"
şeirində deyilir:
Məhəbbətin yollarında
qüssədən,
Səadətdir saçlarıma
düşsə dən,
Məhəbbətsiz ömür
sürən kimsədən
Bir aşiqin məzar daşı yaxşıdır.
Şair sanki müasirlərini bir daha mənalı
fikrə, obrazlı tapıntıya səsləyir. Onun
"Hələ bu dünyanın "Araz"
dərdi var" və "Aramıza Araz atan dünyadı"
şeirlərində obrazlı
fikrin dərinliyinə
və şairin orijinal deyim tərzinə valeh oluruq.
ümid ilahəsi
gülməzmi bir az?!
Zamanın hökmündən çox
xardı Araz.
Bağrı çatlayardı,
daşardı Araz,
ürəyi dənizə
boşalmasaydı.
Qeyd etdiyim kimi, obrazlı
fikir, düşündürən
dərin məna Səda yaradıcılığının
əsasını təşkil
edir. Bayatı, gəraylı, qoşma
və qəzəllərində
olduğu kimi, qəmli-kədərli həyatın
özündən gələn
həlli çətin
problemlərindən yazanda
da qəlbinin həssaslığı, səmimiliyi
və milli qeyrətə söykənən
kövrəkliyi özünü
büruzə verir.
Şair nikbinliklə yanaşı,
dərin kədər hissini də inandırıcı verə
bilir. Onun "Qəm harayı",
"Leyli andı"
poemalarında həssas
şair qəlbinin döyüntüləri sanki
eşidilir, duyulur.
Bu gün gənclik həvəsilə yazıb-yaradan
Oruc Səda hələ neçə-neçə
oxucu qəlbinə yol tapan sənət
əsərlərilə qələm
dostlarını və
geniş oxucu kütləsini sevindirəcək.
Xəlil Vəliyev,
Təzadlar.- 2009.- 14-17 fevral.-
S.15