Düşüncələrdə görünən "Düşüncələr"
"Düşüncələr"!
2008-ci ildə "
Çünki buradakı
fikirlərin əksəri
yüksək şüur,
köhnə-yeni həyat
tərzi, cəmiyyətləri
bir-birinə bağlayan
məxsusi keyfiyyətlərlə
sıx əlaqəlidir
və hər fikrin ortaq məxrəcindən
keçən "obyomlu"
keçidlər bir neçə xətlidir. Lakin milli xüsusiyyət, məna dəqiqliyi, qrammatik düzgünlük,
məntiqi dürüstlük,
səlislik bütövlükdə
kitabın mahiyyətini
açmaqda müstəvi
rolunu oynayır.
Yüksək ideyalı, dərin
mündəricəli bu
kitabda həm də ictimai hərəkatın impulsiv
trayektoriyası, siyasi
mübarizənin yeni formaları sətiraltı
təsvirlər vasitəsilə
oxucu idrakına sirayət edir. Və bu, dediyimiz kimi, mənəvi dəyərlərimizin, ictimai-siyasi
həyatımızın, dünyagörüşümüzün
formalaşmasında müstəsna
rol oynayır. Maddi həyatın gerçəklik
dinamikası, fərdi
və subyektiv fikirlərin uyğunsuzluq təması, insanın genetik müəyyənliyi
də belə deyək, kitabdakı fikirlərdə öz cizgilərini oxşar və fərqli formalarla müəyyən
edə bilir.
"Azərbaycan! ...Tanrıdan
aşağı sənsən...", "Qarabağ! Taleyində
də adın kimi bir qaralıq var", "...Tək yaşamaq,
təcrid olmaq, qapalı qalmaq hansı xislətdən irəli
gəlir?", "Qəribədir, dünyanın ən qəddar
adamları, bəşəriyyəti fəlakətə sürükləyənlər
insanlara örnək kimi təqdim olunur", "İnsan Yerin
məhsulu deyil", "Cəza və mükafat da insana
genetik kodlarla keçə bilər", "Qan! İnsan
kimdir? sualına burada cavab tapmaq olar" və s. kimi fikirlərdə
həyati qanunauyğunluğu aydın görə bilirik.
Mir Cəfər müəllim kitab boyu həyat üçün poetik səciyyə daşıyan başlıca xüsusiyyətləri qeyri-poetik səciyyə daşıyan başlıca xüsusiyyətlərdən ayırmaqda-təcrid etməkdə çətinlik çəkmir. Müəllifin hadisələrə obyektiv qiymət vermək bacarığı, ümumi çatışmazlıqlara konkret münasibət bildirmək cəhdi, ardıcıllığı gözləməsi, dünyadakı qloballaşma proseslərinə milli təfəkkür və düşüncə ilə açıqlama verməsi, vacib tendensiv mükalimələrə normal yanaşması və s. böyük cəsarətin təzahürüdür.
Orta məktəb illərində oxumuşuq ki, yazıçı-şair həyatın, cəmiyyətin müşahidəçisidir. O, bu həyatda, cəmiyyətdə gördüklərini fikrində, duyğu və düşüncəsində ümumiləşdirir, konkret bir mövzuya çevirir. Bu ikilikdə süstləşən amillər həm ədəbiyyatın, həm də insanın inkişafını təmin edir... "Düşüncələr" kitabı bu dinamikanın gerçək bədii müqəddiməsidir.
Ədəbiyyatımızın tutduğu mövqe, onun ədəbi-bədii ideologiyasının elmi yeniliyi və praktiki əhəmiyyəti həyati-bədii elementləri sərrast şəkildə ifadə etməkdən ibarətdir. Mir Cəfər müəllim adıçəkilən kitabında dövrün həqiqətlərini, hadisələrin və iztirabların təkamül yolunu zərgər dəqiqliyi ilə izləyə bilmiş, diqqətə çəkmək istədiyi məqamların oxşar və fərqli xüsusiyyətlərini oxucu ideologiyasının konveyerindən keçirə bilmişdir.
Mir Cəfər müəllimin düşüncə metafizikası sanki həyatın və bəşərin özünüifadə və özünüdərk aktıdır. Bu, onun fikir dünyasında tarixi-poetik reallaşmanı tarixi-poetik ifadə kimi təcəssüm etdirir. "Düşüncələr" kitabında müəllifin hər hansı bir materiala - hadisəyə yanaşma tərzi, mövzuya-fikrə yeni aspektdən nüfuz etmə çevikliyi özünəməxsusluğun təntənəsidir. Maraqlıdır ki, müəllif nəzərdə tutduğu hadisələrin iç qatında həyat üçün son dərəcə zəruri olan struktur və sistem təcrübəsindən ustalıqla yararlanır, düşüncələrində poetik mahiyyət və özəlliyi xüsusi analizə istiqamətləndirir. Bu da fikrin semantik mahiyyətində total təfəkkür və reallıq üçün səbəb yaradır, mövzunun-fikrin praqmatik funksiyasını müəyyən edir.
Yaxşı cəhətdir ki, Mir Cəfər müəllim "Düşüncələr" kitabında qələmə aldığı təzə-tər fikirlərlə bədii-həyati dinamikanın ictimai-estetik gözəllik təzahürlərini oxucunun başa düşdüyü tərzdə sistemləşdirir, mühüm ictimai formasiyaları yeni aspektdə qəbul etməkdə ona yardımçı olur.
Mir Cəfər müəllimin fərqli bir istedadı var. O, heç kimi yamsılamır, lakin kimsənin onu yamsılaması da mümkün deyil. Onun qələm nümunələri tematikasına, ideyalar aləminə görə zəngin və rəngarəngdir. O, təbiət, həyat hadisələri, bəşəri-dünyəvi meyllər və s. kimi xüsusiyyətləri yeni aspektdə, ayrı-ayrı formalarda nəzərdən keçirir, hər cəhətcə oxşar olan hadisələri fərqli şəkildə kontekstləşdirir. Onun orijinal poetik fikir və duyğuları, özünəməxsus bədii üslubu oxucuda maraq doğurur. Real həyat hadisələrini seçmək və qiymətləndirmək bir kontekst kimi Mir Cəfər müəllimin yaradıcılığı üçün xarakterikdir.
Ümumiyyətlə, Mir Cəfər müəllim bir çox qələm sahibləri kimi, nəzəri fikirlə ədəbi prosesi eyni ölçüdə saxlamağı bacarır. Bu üzdəndir ki, onun qələmə aldıqlarının çoxunda, o cümlədən, elə "Düşüncələr" kitabında xəlqilik real məzmun kəsb edir.
"Düşüncələr"dəki mənəvi zənginlik başlıca predmet kimi səciyyələnir. İctimai gözəllik və reallıq bu kitabda əsas xüsusiyyətdir. O, kitab boyu real mövcudluğun, mənəvi-idraki proseslərin, eləcə də, milli təfəkkür və düşüncəmizin fəlsəfi izahını verir.
Böyük Allahdan Mir Cəfər müəllimə möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayır, müəllifi yeni kitabı münasibətilə ürəkdən təbrik edirik.
Hikmət Məlikzadə,
Azərbaycan Yazıçılar
Birliyinin üzvü
Təzadlar.-2009.- 14-17 fevral.- S.11.