"Xalqın ağrı-acılarını, dərdini içinə çəkə-çəkə dərd şairi oldu Bəxtiyar Vahabzadə"

 

Azərbaycanın türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin dəfnindən sonra yığışmış yüzlərlə insan xiyabanı tərk etmək istəmirdi. Böyük şairin qəbri üstündə son vida sözünü demək missiyasını da öz  üzərimizə götürdük. "Təzadlar"ın əməkdaşı, həmişə Bəxtiyar sevgisi ilə yaşayan Elçin Məmmədli  böyük şairin  qəbri üstündə geniş məzmunlu çıxış etdi. Həmin çıxışı olduğu kimi təqdim edirik:

 

 Əziz Bəxtiyarsevərlər!

 

Bu gün biz çox böyük bir insanı itirdik. Bu gün biz türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadəni itirdik. Bu itki hələ təzədir deyə anlayıb, dərk edə bilmirik ki, görək baş verib. Bircə onu bilirik ki, canı ilə, qanı ilə vətəninə, xalqına, obasına bağlı olan ustad şair cismən bizdən ayrıldı. Ancaq biz bu gündən qədər uzaqlaşsaq da bu itkilər bizi bir o qədər göynədəcək. Elə quru nəfəsi bizə bəs idi Bəxtiyar müəllim bilirdik ki, dünya bizimlədir. Bu gün o quru nəfəs yoxdur, ancaq bircə təsəllimiz odur ki, biz Bəxtiyar  kimi dahini görmüşük, onunla bir dövrdə yaşamışıq   əsərləri ilə hələ çox illər yaşayacağıq.

Mən bura yığışmış yüzlərlə Bəxtiyarsevərlərdən  üzr istəyirəm ki, Bəxtiyar Vahabzadə kimi nəhəng bir şairin qəbri üstündə söz deyirəm. Burada mən bir jurnalist kimi çıxış eləməyi özümə borc bilirəm. çünki  Bəxtiyar Vahabzadə işlədiyim "Təzadlar" qəzetinin redaksiya heyətinin üzvü idi. Bütün dərdlərimizi onunla bölüşürdük. Qəzetimizin hər bir problemi ilə yaxından maraqlanırdı   çıxan hər sayından sonra zəng edib ya razılığını bildirirdi, ya da müəyyən tövsiyyələr, məsələhətlər verirdi. Biz arxamızda bir dağın durduğunu bilirdik. Bu gün o dağ uçdu, yox oldu. Bütün Azərbaycan xalqı ilə bir yerdə biz yetim qaldıq.

Dünən şair (13 fevral 2009- cu ildə) baş redaktorumuz Asif Mərzili ilə ölümündən bir saat qabaq telefonda danışmışdı. Məlumat üçün deyim ki, elə 3-4 gün bundan əvvəl zəng edib demişdi ki, onun "özümüzü kəsən qılınc" tamaşası Akademik Milli Dram Teatrının aktyorlarının ifasında bu günlərdə  Türkiyədə göstərilib tamaşa orada böyük rezonans doğurub. Xahiş etdi ki, teatrın direktoru Maqbet müəllimlə görüşüb, Türkiyədə keçən tamaşa haqqında yazı hazırlayaq. Həmin bu xahişə əməl edərək Maqbet Bünyadov "özümüzü kəsən qılınc" tamaşasında rol alan aktyorlarla görüşüb geniş müsahibə götürdük. Müsahibənin I hissəsi srağagün (12 fevral) işıq üzü gördü. Oxuyan kimi yenə redaksiyaya zəng elədi. Baş redaktorla danışıb, dərdləşdi, yazıya görə mənə öz təşəkkürünü bildirdi. Qeyd etdi ki, II hissəsi dərc olunandan sonra görüşəcəyik.

Dünən dediyim kimi, ölümündən bir saat qabaq baş redaktor Asif Mərziliyə zəng edib yazının taleyi ilə maraqlandı. Bildirdik ki, yazı sabah, yəni bu gün işıq üzü görəcək. Həmin yazı çıxandan sonra bizi evə dəvət edəcəyini bildirdi ki, müzakirə aparaq. Yazı işıq üzü gördü, ancaq Bəxtiyar müəllim onu görmədi.

Bəxtiyar Vahabzadə bir şeydən arxayın getdi ki, türk dünyasının ona olan sevgi məhəbbətini əyani surətdə gördü, yaşadı. Türkiyədə türklərin tarixindən, yaranmasından bəhs edən "özümüzü kəsən qılınc" əsəri o qədər şöhrət qazanıb, o qədər uğurla keçib ki, hələ qardaş ölkədə heç kəs belə sevgiyə, alqışa layiq görülməyib.

Bir maraqlı məlumatı nəzərinizə çatdırmaq istəyirəm. Dünya şöhrətli alim Lütfizadə bildiyimiz kimi, dünyada qeyri-səlis məntiq nəzəriyyənin banisidir. Onun elmi varisi professor R.Əliyev bu günlərdə baş redaktorumuzla söhbətində bildirib ki, Bəxtiyar Vahabzadə yaradıcılığını diqqətlə analiz edəndə görürük ki, qeyri-səlis nəzəriyyəsini Bəxtiyar müəllim öz şeirlərində yaradıb. Rafiq Əliyev qeyd edib ki,  şeirlərində qeyri-səlis nəzəriyyəni yaratdığını görəndən sonra  dəhşətə gəlib ki, dünya alimlərinin illərlə baş sındırdığı nəzəriyyəni Bəxtiyar müəllim özünün fəlsəfi şeirləri ilə yaradıb.

Bəli, Bəxtiyar Vahabzadə təkcə şair, dramaturq yox, həm böyük alim idi biz belə bir alimi itirdik.

Bəxtiyar müəllim sovetin qılıncının iti kəsən vaxtlarında  bütün karyerasını, hətta həyatını riskə qoyaraq ikiyə bölünmüş  xalqın dərdini hayqıran "Gülüstan" poemasını yazdı. Bu poemaya görə şair qədər iztirablar çəkib. Belə əsəri yalnız bütün qanı ilə türk oğlu türk yaza bilərdi ki, bunu da Bəxtiyar müəllim yazdı. Indi o tayla bu tayın birləşməsinə olan ümidimizə sanki kölgə düşdü. Axı Bəxtiyar Vahabzadə bu xalqın uğrunda hər cürə fədakarlığa hazır idi. Bu fədakarlığı 1988-ci ilin hadisələrində bir daha göstərdi. Azadlıq meydanına yığışan  bir milyon adam  "Bəxtiyar, Bəxtiyar" deyib, nərə çəkirdi. çünki Bəxtiyar kimi nüfuzlu bir ziyalı sevdiyi xalqın azadlığı yolunda Rus imperiyasına meydan oxuyurdu. Biz belə cəsarətli bir ziyalımızı itirdik. 

1990- ilin yanvarında isə özünü birbaşa odun, alovun üstünə atdı. Televiziyanın enerji bloku partladılmış dünya ilə informasiya əlaqəsi kəsilmişdi. Bəxtiyar Vahabzadə isə yeganə  əlaqə vasitəsi olan "Azadlıq" radiosu vasitəsilə çıxış edərək dünyaya səsimizi çatdırırdı. Bu istəyə əli avtomatlı  rus cəlladları mane olmaq istəyirdi. Əsgərləri itələyib içəri keçmək istərkən qarşısına 20 Yanvar qırğınının baiskarlarından general Ovçinnikov çıxıb. Heç bir qorxu bilmədən, əli silahlı cəlladları saymadan "sənin əlin mənim xalqımın qanına batıb"- deyərək üzünə tüpürüb. Avtomatlar şaqqıldayıb, şairə atəş açmaq istəyiblər. Lakin generala Bəxtiyar Vahabzadə haqqında məlumat verilən kimi atəşə imkan verməyib. çünki artıq başa düşüb ki, şairə orada bir şey olsa bütün Azərbaycan ayağa qalxacaq.

Bəxtiyar Vahabzadə isə xalqının yolunda ölməyə belə hazır idi. Xalqın yolunda özünü belə həlak eləyən ikinci şair yoxdur. Biz indi arxasız, dayaqsız qaldıq. Belə dahiləri tarix yüz ildə, iki yüz ildə bir dəfə yetirir. Hər kəlməsi Vətən, xalq, millət, dil idi. Qarabağ dərdi gecə-gündüz şairi üzürdü. çox təəssüf ki, canından artıq sevdiyi vətən torpağının bir parçası olan Qarabağı, Şuşanı, şeirlər həsr etdiyi Cıdır düzünü görə bilmədi. Xalqın ağrı-acılarını, dərdini içinə çəkə-çəkə dərd şairi oldu Bəxtiyar Vahabzadə.

 

 Məşhur şeirində deyirdi:

 

"Şam əgər yanmırsa, yaşamır demək,

Onun yaşaması yanmağındadır".

 

Bəxtiyar Vahabzadə xalq yolunda yana-yana yaşadı, yaşaya-yaşaya yandı, əridi nəhayət, bir ovuc vətən torpağına çevrildi.

Bəxtiyar müəllim yazırdı: "İnsan bədənindən cücərib ayrılır insan, Qoy çiynimiz üstündə getsin bu cahandan".

Bəxtiyar Vahabzadə görün qədər xoşbəxt şairdir ki, minlərlə insanın çiyni üstündə getdi bu cahandan.

 

Əziz Bəxtiyarsevərlər!

 

Bəxtiyar Vahabzadə cismən bizdən ayrılsa da lirik vətənpərvərlik, xalq, torpaq, vətən haqqında yazdığı şeirlər, poemalar, dram əsərləri həmişə bizimlə olacaq. Deməli, Bəxtiyar ruhu həmişə bizə yol göstərəcək, yolumuza işıq saçacaq. qədər Azərbaycan var, qədər bu xalq var, qədər Türkiyə, türk dünyası var, Bəxtiyar Vahabzadə var olacaq, onu sevənlərin qəlbində heykələ dönüb yaşayacaq.

Allah ustad şairimizə  qəni-qəni rəhmət eləsin, torpağı nurla dolsun! Allah türkü, türkçülüyü qorusun!

Sağ olun, hamınıza təşəkkür edirik.

 

 

Rübabə Sahib

 

Təzadlar.- 2009.- 17-19 fevral.- S. 13.